AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2017
QEYDİYYAT NÖMRƏSİ
619
ADI
“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06-01-2018, Nəşr Nömrəsi: 2), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2564)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.020.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712290619
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin ikinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il

     № 619

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 29 dekabr tarixli 619 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda və hesabatın forması “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları və ya “DOST” mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən işsizlərə fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasını, həmçinin fərdi məşğulluq proqramının icrasına dair hesabatlılıq formasını müəyyən edir. [1]

1.2. Fərdi məşğulluq proqramı – işsiz şəxsin işə düzəlməkdə və əmək bazarına qaytarılmasında kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəddir. [2]

1.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat – işsizin fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən hesabatdır.

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

 

2. Fərdi məşğulluq proqramının alınması üçün müraciət edilməsi

 

2.1. İşsiz kimi qeydiyyata alınmış şəxsə onun əmək bazarına yenidən qaytarılması və işə düzəldilməsində kömək göstərilməsi məqsədi ilə Agentlik və ya Mərkəz tərəfindən Fərdi məşğulluq proqramı tərtib olunur. [3]

2.2. İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 (beş) iş günü müddətində yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə Agentliyin yerli qurumlarına və ya Mərkəzlərə gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə etməlidir. [4]

2.3. Məsləhət xidməti fərdi məşğulluq proqramının hazırlanması məqsədi ilə işsizin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması üçün aparılır.

2.4. Məsləhət xidməti zamanı aşağıdakılar müəyyən olunur:

2.4.1. təklif oluna biləcək münasib iş üzrə tələblər;

2.4.2. ixtisası üzrə işləmək tələbinin mütləq olub-olmaması;

2.4.3. ixtisasın artırılması və ya təkmilləşdirilməsinin zəruriliyi;

2.4.4. peşə üzrə təcrübəsinin müddəti;

2.4.5. məşğulluq növünün seçimində maraqları;

2.4.6. sağlamlıq və ailə vəziyyətinə görə iş yeri üçün tələb olunan xüsusi halın mövcudluğu;

2.4.7. iş yerinin yaşayış yerindən hansı məsafədə olması ilə bağlı tələbin mövcudluğu;

2.4.8. əməkhaqqı məbləği üzrə tələb;

2.4.9. əmək şəraiti və iş rejimi ilə bağlı hər hansı bir xüsusi tələbin mövcudluğu;

2.4.10. sərbəst surətdə iş axtarışı imkanlarının hansı səviyyədə olması;

2.4.11. sərbəst surətdə şəxsi məlumat vərəqəsini hazırlama imkanları;

2.4.12. sərbəst surətdə şəxsi məlumat vərəqəsini potensial iş yerinə təqdim etmək imkanları;

2.4.13. şəxsi məlumat vərəqəsi təqdim olunacaq iş yerində müsahibə mərhələsi barədə məlumatlılığı.

2.5. Agentliyin yerli qurumları və ya Mərkəzləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin (bundan sonra – MEİS) Məşğulluq” altsisteminə (bundan sonra - MAS) daxil olaraq tələb olunan məlumatları və məsləhət xidmətinin nəticələrini, iş tapmaq üçün zəruri aktiv məşğulluq tədbirlərinin mümkünlüyünü, həmçinin əmək bazarının cari vəziyyətini nəzərə alaraq qiymətləndirmələr aparır və şəxsə məlumat vərəqəsinin hazırlanması, seçilən iş yerinə onun təqdim edilməsi, iş yerində müsahibə mərhələsi, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verir və fərdi məşğulluq proqramını tərtib edərək gücləndirilmiş elektron imza ilə təsdiq edir (1 nömrəli əlavə). [5]

2.6. Fərdi məşğulluq proqramı işsizin elektron şəxsi kabinetində əks olunur, işsiz onu MAS-da gücləndirilmiş elektron imza və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir. [6]

 

3. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası

 

3.1. İşsiz fərdi məşğulluq proqramını elektron qaydada və ya kağız üzərində əldə etdikdən sonra Agentliyin yerli qurumu ilə birlikdə onun yerinə yetirilməsinə başlayır. [7]

3.2. Fərdi məşğulluq proqramında müəyyən edilmiş aktiv məşğulluq tədbirləri işsiz tərəfindən proqramda müəyyən edilmiş müddətdə və ardıcıllıqla icra edilir.

3.3. İşsiz fərdi məşğulluq proqramının icrasının ilk 5 (beş) iş günündə onun icrasının dayandırılmasına və proqramın dəyişdirilməsinə səbəb ola biləcək halları aşkarladıqda, MAS-a bu barədə məlumat göndərərək Agentliyin yerli qurumunda və ya Mərkəzdə bu halları müzakirə edir və səbəblər əsaslı hesab edildiyi təqdirdə, ona yeni fərdi məşğulluq proqramı tərtib olunur. Bu halda yeni tərtib olunmuş fərdi məşğulluq proqramının icrası yeni tarixdən nəzərə alınır. [8]

 

4. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi barədə hesabatın təqdim edilməsi

 

4.1. Fərdi məşğulluq proqramının icrası barədə hesabat MAS tərəfindən hər ay üçün formalaşdırılır (2 nömrəli əlavə). İşsiz şəxsi elektron kabinetinə daxil olaraq sistemdə hesabatı həmin ayın sonuncu iş günü bitənədək elektron qaydada təsdiqləyərək təqdim edir. Hesabatın son təsdiq edilmə günü istirahət günü (bayram günü, iş günü olmayan digər günlər) ilə üst-üstə düşərsə, hesabat sonrakı iş günündə təsdiq edilə bilər.

4.2. İşsiz MAS tərəfindən formalaşdırılmış aylıq hesabatda düzgün olmayan və ziddiyyətli məlumatlar aşkar etdikdə, o, hesabatı təsdiq etməkdən imtina edir və ona əsas olan səbəbləri qeyd edir. Bu halda Agentliyin yerli qurumu 5 (beş) iş günü müddətində işsiz şəxsi Agentliyin yerli qurumuna dəvət edərək, onunla qeyd olunan səbəbləri araşdırır və müvafiq tədbirlər görür.

4.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat işsiz tərəfindən təqdim edildikdən sonra sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatının saxlanılıb-saxlanılmaması barədə Agentliyin yerli qurumu tərəfindən qərar qəbul edilir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görülür. [9]

 

5. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasının icrasına nəzarət

 

5.1. Fərdi məşğulluq proqramının yerinə yetirilməsinin icrasına nəzarət Agentlik tərəfindən həyata keçirilir.

5.2. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi ilə bağlı məsələlərdə Agentliyin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edilə bilər.

 


 

“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na

1 nömrəli əlavə

 

 

 

 

Fərdi məşğulluq proqramı

 

 

 

 

Nömrəsi

 

 

gün, ay, il

Fərdi məşğulluq proqramını yerinə yetirəcək şəxsin:

 

 

 

fərdi identifikasiya nömrəsi (FİN)

 

soyadı, adı, atasının adı

 

işsizin qeydiyyat nömrəsi

 

işsizlikdən sığorta ödənişinin təyin edildiyi müddət

 

mobil telefon nömrəsi

 

 

Aktiv məşğulluq tədbirləri

Tədbirin adı

Tədbirin icrasını təmin edən tərəf

İcra müddəti

başlanma tarixi

bitmə tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

**** Fərdi məşğulluq proqramının təsdiqi barədə:

Proqramı hazırlayan şəxsin soyadı, adı, atasının adı

 

Proqramı hazırlayan şəxsin imzası

 

Agentliyin yerli qurumunun və ya Mərkəzin rəhbərinin soyadı, adı, atasının adı

 

Agentliyin yerli qurumunun və ya Mərkəzin rəhbərinin imzası

M.Y.

 

 

Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın formasına 1 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

 

**** Gücləndirilmiş elektron imza ilə təsdiqləndikdə imza və möhür sahələrində məlumat əks olunmur.

 

 


 

 

 

 

“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na

2 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

 

 

Fərdi məşğulluq proqramının icrasına dair hesabat

 

 

 

 

 

 

Hesabatın:

ili

 

ayı

 

hazırlandığı tarix, vaxt

 

 

Fərdi məşğulluq proqramını yerinə yetirəcək şəxsin:

fərdi identifikasiya nömrəsi (FİN)

 

soyadı, adı, atasının adı

 

işaxtaranın qeydiyyat nömrəsi

 

işsizlikdən sığorta ödənişinin təyin edildiyi müddət

 

işsizlikdən sığorta ödənişinin təyin edilməsinə dair qərarın nömrəsi

 

mobil telefon nömrəsi

 

hesabatının təsdiq edildiyi tarix

 

 

Aktiv məşğulluq tədbirləri barədə

Tədbirin adı

Tədbirin icrasını təmin edən tərəf

İcra müddəti

Tədbirin icra vəziyyəti

başlanma tarixi

bitmə tarixi

icra olunmuşdur

(bəli/xeyr)

icra olunmamasının səbəbləri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hesabatın Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən təsdiq edilməsi barədə:

Agentliyin yerli qurumunun və ya Mərkəzin rəhbərinin soyadı, adı, atasının adı

 

Sənədin imzalandığı tarix

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730)

2.       14 mart 2019-cu il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 532)

3.       9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318)

4.       15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1334)

5.       25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209)

6.       5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 1.1-ci bəndinə “yerli orqanları” sözlərindən sonra “və ya “DOST” mərkəzləri (bundan sonra - Mərkəz)” sözləri əlavə edilmişdir.

5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 1.1-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) yerli orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 mart 2019-cu il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 532) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 1.2-ci bəndində “işsizin” sözü “işsiz şəxsin” sözləri ilə əvəz edilmişdir.

 

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 1.2-ci bəndinə “edən” sözündən sonra “elektron” sözü əlavə edilmişdir.

 

[3] 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.1-ci bəndinə “Xidmət” sözündən sonra “və ya Mərkəz” sözləri əlavə edilmişdir.

5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.1-ci, 5.1-ci və 5.2-ci bəndlərində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[4] 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.2-ci, 2.5-ci və 2.6-cı bəndlərinə ismin müvafiq hallarında “yerli orqanları” sözlərindən sonra ismin müvafiq hallarında “və ya Mərkəzlər” sözləri əlavə edilmişdir.

25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.2-ci bəndindən “yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə” sözləri çıxarılmışdır.

5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.2-ci və 2.5-ci bəndlərində ismin müvafiq hallarında “Xidmətin yerli orqanları” sözləri ismin müvafiq hallarında “Agentliyin yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

[5] 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.5-ci bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilmişdir və həmin bənddə “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilmişdir.

 

15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1334) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.5-ci bəndində “Məşğulluq Alt Sistemi”nə” sözləri “Məşğulluq” altsisteminə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 2.6-cı bəndində “gücləndirilmiş elektron imzası ilə təsdiq edir, əgər işsizin gücləndirilmiş elektron imzası yoxdursa, fərdi məşğulluq proqramı Xidmətin yerli orqanları və ya Mərkəzləri tərəfindən çap olunur, işsiz tərəfindən imzalanır və skan olunmuş surəti sistemə daxil edilir.” sözləri “MAS-da gücləndirilmiş elektron imza və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir.” sözləri ilə əvəz edilmişdir.

 

[7] 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 3.1-ci bəndindən “və ya kağız üzərində” sözləri çıxarılmışdır.

5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 3.1-ci bəndində, 3.3-cü bəndin birinci cümləsində, 4.2-ci bəndin ikinci cümləsində (hər iki halda), 4.3-cü bənddə, 1 və 2 nömrəli əlavələrdə (hər iki halda) ismin müvafiq hallarında “Xidmətin yerli orqanı” sözləri ismin müvafiq hallarında “Agentliyin yerli qurumu” sözləri ilə əvəz edilmişdir.

 

[8] 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 3.3-cü bəndinin birinci cümləsinə, 1 və 2 nömrəli əlavələrə hər iki halda ismin müvafiq hallarında “yerli orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “və ya Mərkəz” sözləri əlavə edilmişdir.

 

[9] 14 mart 2019-cu il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 532) ilə “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın 4.3-cü bəndində “təsdiq” sözü “təqdim” sözü ilə, “verilir” sözü “qəbul edilir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görülür” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status