AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2017
QEYDİYYAT NÖMRƏSİ
620
ADI
“Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06-01-2018, Nəşr Nömrəsi: 2), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2565)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712290620
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il

     № 620

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Sığorta ödənişinin verilməsi

 

QAYDASI

 

Ümumi müddəalar

 

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. [1]

1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. [2]

1.3. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla əmək münasibətlərinə xitam verildiyi halda yaranır. [3]

1.4. Bu Qaydada istifadə olunan anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

 

2. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti

 

2.1. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti “İşsizlikdəın sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə tənzimlənir.

2.2. Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə, sığorta ödənişi təyin edilən şəxs bu barədə 10 (on) iş günündən gec olmayaraq Agentliyə və ya “DOST” Mərkəzə məlumat verməlidir.

 

3. Sığorta ödənişinin təyin edilməsindən imtina

 

3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir.

 

4. Sığorta ödənişinin hesablanması

 

4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. [4]

4.2. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır.

4.3. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

4.4. Bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (bundan sonra – MEİS) sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqları barədə məlumatları əsasında müəyyən edilir. [5]

4.5. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsi ilə müəyyən edilir. [6]

4.6. Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır.

4.7. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan birinin) əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 faizi, lakin ümumilikdə 20 faizindən çox olmamaq şərtilə artırılır.

4.8. Sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

4.9. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulan şəxslərə minimum sığorta ödənişi təyin edilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. [7]

4.10. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra minimum sığorta ödənişi təyin edilir. Bu halda sığorta ödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdə ödənilir. [8]

 

5. Sığorta ödənişinin ödənilməsi

 

5.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-1-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin edilir. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda, həmin sənədlərin (məlumatların) təqdim edilməsinə dair MEİS vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. [9]

5.2. Sığorta ödənişini almaq hüququ olan şəxsin müraciəti “Məşğulluq” altsistemi (bundan sonra – MAS) tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə məlumat bu Qayda ilə müəyyən edilmiş formada sığorta ödənişi alan şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) ismarıc onun mobil telefon nömrəsinə göndərilir (2, 3, 4 və 5 nömrəli əlavələr). [10]

5.3. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

5.3.1. ilk 2 təqvim ayı üçün - 100 faiz;

5.3.2. 3-4-cü təqvim ayları üçün - 80 faiz;

5.3.3. 5-6-cı təqvim ayları üçün - 70 faiz.

5.4. Bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan hal istisna olmaqla, ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır. Belə olan halda təkrar sığorta ödənişi bu Qaydanın 5.1-ci bəndinə uyğun həyata keçirilir. Bu Qaydanın 4.10-cu bəndində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir. [11]

5.5. Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi 3 ay müddətində hər ay üçün bərabər məbləğdə ödənilir.

5.6. Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

5.7. Sığorta ödənişi təyin edilən şəxsə sığorta ödənişi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ayın 15-dək işsiz kimi qeydiyyata alındıqda, həmin ayın sonuncu iş günü bitənədək, ayın 15-dən sonra alındıqda isə növbəti ayın 15-dək fərdi məşğulluq proqramının icrası barədə hesabatı elektron kabinetinə daxil olaraq elektron qaydada şəxsən təsdiq edərək təqdim etdikdən sonra və proqramın icrası barədə hesabatı qəbul edildiyi təqdirdə ödənilir.

 

6. Sığorta ödənişinin verilməsinin dayandırılması

 

6.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən hallardan biri baş verdikdə, sığorta ödənişinin verilməsi dayandırılır.

6.2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

6.3. Xidmətin yerli orqanları sığorta ödənişinin təyin edilməsi və ödənişinin dayandırılması haqqında qərarlara əsasən vətəndaşın əmək kitabçasında qeydlər aparırlar. [12]

6.4. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, MAS tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır və bu barədə məlumat bu Qayda ilə müəyyən edilmiş formada sığorta ödənişini alan şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) ismarıc onun mobil telefon nömrəsinə göndərilir (6 və 7 nömrəli əlavələr). [13]

 

7. Sığorta ödənişinin verilməsi qaydasının icrasına nəzarət

 

7.1. Sığorta ödənişinin verilməsi qaydasının icrasına nəzarət Agentlik tərəfindən həyata keçirilir.

7.2. Sığorta ödənişi almaq hüququ olan şəxslər sığorta ödənişinin verilməsi ilə bağlı Agentliyin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər. [14]

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Sığorta ödənişinin verilməsi Qaydası”na

1 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Orta aylıq əməkhaqqının hesablanması üçün işəgötürən tərəfindən təqdim edilən

 

 

 

 

 

 

MƏLUMAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*** Şəxs barədə məlumat:

fərdi identifikasiya nömrəsi (FİN)

 

şəxsin soyadı, adı, atasının adı

 

doğum tarixi

 

yaşadığı ünvan

 

cinsi

 

peşəsi, ixtisası

 

 

*** İşəgötürəni barədə məlumat:

işəgötürənin VÖEN-i

 

işçinin bu işəgötürəndə əmək fəaliyyətinin müddəti

 

 

Orta aylıq əməkhaqqının hesablanması üçün nəzərə alınan və alınmayan ödənişlər barədə məlumat:

il-ay

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

tam ayı işləmişdir?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* Nəzərə alınan ödənişlər (məbləğ (manatla):

faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

iş vaxtından artıq iş saatlarının ödənilməsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

müvəqqəti əvəzetməyə görə ödəmə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

qanunvericilikdə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

məcburi işburaxma dövrünün ödənilməsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentlərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*** Nəzərə alınan ödənişlər üzrə cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* Nəzərə alınmayan ödənişlər (məbləğ (manatla):

birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər (mükafatlar da daxil olmaqla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödənişlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasına görə pul əvəzi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ezamiyyətlə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə, mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

gənc mütəxəssislərə ali və yaxud orta-ixtisas təhsili müəssisəsini bitirdikdən sonra verilən məzuniyyət zamanı müəssisə, idarə və təşkilatların hesabına ödənilən müavinətlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*** Nəzərə alınmayan ödənişlər üzrə cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*** İcmal göstəricilər:

Göstərilən dövrdə tam işlədiyi ayların sayı

 

Tam işlədiyi aylarda nəzərə alınan ödənişlərin cəmi

 

 

*** Təsdiq edilmə:

Səlahiyyətli şəxsin soyadı, adı və atasının adı

 

Səlahiyyətli şəxsin vəzifəsi

 

Təsdiqlənmə vaxtı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* Təqdim edilməsi mütləq tələb edilən məlumatlar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*** Sistem tərəfindən avtomatik müəyyən edilən məlumatlar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

“Sığorta ödənişinin verilməsi Qaydası”na

2 nömrəli əlavə

 

 

 

 

Sığorta ödənişinin təyin edilməsinə dair

MƏLUMAT

 

 

Sığorta ödənişi təyin olunan şəxs barədə məlumat:

şəxsin soyadı, adı, atasının adı

 

fərdi identifikasiya nömrəsi (FİN)

 

doğum tarixi

 

qeydiyyatda olduğu ünvan

 

yaşadığı ünvan

 

cinsi

 

işsizin qeydiyyat nömrəsi

 

 

Sığorta ödənişinin təyini barədə məlumat:

qərarın tarixi

gün, ay, il

aylıq məbləğ

 

o cümlədən:

əsas məbləğ

 

əlavə məbləğ

 

minimum sığorta ödənişi

 

verilmə müddəti:

 

ilk 2 təqvim ayı üçün

 

3-4-cü təqvim ayları üçün

 

5-6-cı təqvim ayları üçün

 

Qeyd.

1. Sığorta ödənişini almaq üçün 10 (on) iş günü müddətində ___________ bankın _________ filialına şəxsiyyətinizi təsdiq edən sənədlə birgə müraciət etməyiniz tələb olunur.

2. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı hər ayda bir dəfə fərdi məşğulluq proqramının icrası barədə hesabatın təqdim edilməsi şərtilə ödənilir. Fərdi məşğulluq proqramının icrasının təmin edilməsi və bu barədə hesabatın təqdim edilməsi məqsədi ilə 5 gün müddətində yaşayış ünvanı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət edərək, fərdi məşğulluq proqramınızı şəxsən götürməyiniz tələb olunur.

3. Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, bu barədə 10 gün müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə məlumat verilməlidir. [15]

 


 

 

“Sığorta ödənişinin verilməsi Qaydası”na

3 nömrəli əlavə

 

 

Soyadı, adı, atasının adı (FIN) Sizə (gün, ay, il) tarixdən işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Sığorta ödənişinin məbləği və verilmə qaydası sizin şəxsi elektron kabinetinizdə yerləşdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

“Sığorta ödənişinin verilməsi Qaydası”na

4 nömrəli əlavə

 

 

 

 

Sığorta ödənişinin təyin edilməsindən imtina barədə

MƏLUMAT

 

 

Şəxsin:

soyadı, adı, atasının adı

 

fərdi identifikasiya nömrəsi (FİN)

 

doğum tarixi

 

qeydiyyatda olduğu ünvan

 

yaşadığı ünvan

 

cinsi

 

işsizin qeydiyyat nömrəsi

 

 

Sığorta ödənişinin təyin edilməsindən imtina barədə məlumat:

qərarın tarixi

(gün, ay, il)

imtinanın səbəbləri:

səbəb 1

 

səbəb 2

 

səbəb 3

 

 

 

 

 


 

“Sığorta ödənişinin verilməsi Qaydası”na

5 nömrəli əlavə

 

 

Soyadı, adı, atasının adı (FIN) Sizə (gün, ay, il) tarixdən işsizlikdən sığorta ödənişi təyin edilməsindən imtina edilmişdir. Sığorta ödənişinin təyin edilməsindən imtina səbəbləri sizin şəxsi elektron kabinetinizdə yerləşdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 


 

“Sığorta ödənişinin verilməsi Qaydası”na

6 nömrəli əlavə

 

 

 

 

 

 

Sığorta ödənişinin verilməsinin dayandırılması barədə

MƏLUMAT

 

 

Şəxsin:

soyadı, adı, atasının adı

 

fərdi identifikasiya nömrəsi (FİN)

 

doğum tarixi

 

qeydiyyatda olduğu ünvan

 

yaşadığı ünvan

 

cinsi

 

işsizin qeydiyyat nömrəsi

 

 

Sığorta ödənişinin verilməsinin dayandırılması barədə məlumat:

qərarın tarixi

(gün, ay, il)

dayandırılmanın səbəbləri:

səbəb 1

 

səbəb 2

 

səbəb 3

 

 

 

 

 


 

“Sığorta ödənişinin verilməsi Qaydası”na

7 nömrəli əlavə

 

 

 

Soyadı, adı, atasının adı (FIN) Sizə (gün, ay, il) tarixdən işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılır. Sığorta ödənişinin verilməsinin dayandırılmasının səbəbləri sizin şəxsi elektron kabinetinizdə yerləşdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730)

2.       9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318)

3.       15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1334)

4.       8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196)

5.       5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279)

6.       31 may 2021-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2021-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 532)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 1.1-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) yerli orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

[2] 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 1.2-ci və 2.2-ci bəndlərinə ismin müvafiq hallarında “Xidmət” sözündən sonra ismin müvafiq hallarında “və ya “DOST” Mərkəzi” sözləri əlavə edilmişdir.

8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 1.2-ci bəndində “yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Xidmətdə və ya “DOST” Mərkəzində” sözləri “əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.

 

[3] 8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 1.3-cü bəndində “dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində” sözləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla” sözləri ilə əvəz edilmişdir.

 

[4] 8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 4.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.1. Sığorta ödənişini almaq hüququna malik olan və işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:

4.1.1. sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;

4.1.2. sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;

4.1.3. sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.

 

[5] 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 4.4-cü bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilmişdir və həmin bənddə “MİS” abreviaturası “MEİS” abreviaturası ilə əvəz edilmişdir.

 

8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 4.4-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.4. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması məqsədi ilə işəgötürənlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (bundan sonra – MEİS) dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi halda, bu Qaydaya əlavə olunmuş formada məlumatı tərtib edərək gücləndirilmiş elektron imza ilə təsdiq etməlidirlər (1 nömrəli əlavə).

 

31 may 2021-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2021-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 532) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 4.4-cü bəndində “gəlirləri” sözü “əməkhaqları” sözü ilə əvəz edilmişdir.

 

[6] 31 may 2021-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2021-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 532) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 4.5-ci bəndi ləğv edilmişdir.

 

[7] 8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 4.9-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.9. Sığorta ödənişini almaq hüququna malik olan və işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə sığorta ödənişi minimum məbləğdə təyin edilir. Minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

 

[8] 8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”na yeni məzmunda 4.10-cu bənd əlavə edilmişdir.

 

[9] 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 5.1-ci bəndində “MİS-in” abreviaturası “MEİS-in” abreviaturası ilə əvəz edilmişdir.

 

15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1334) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 5.1-ci bəndində “Məşğulluq Alt Sistemi”nə” sözləri “Məşğulluq” altsisteminə” sözləri ilə əvəz edilmişdir.

 

8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 5.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.1. Sığorta ödənişini almaq hüququna malik olan şəxs dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi aydan sonrakı ayda MEİS-in Məşğulluq” altsisteminə (bundan sonra - MAS) işsiz kimi qeydiyyata alınması üçün müraciət edərək müəyyən edilmiş qaydada qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir.

 

[10] 8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 5.2-ci bəndin birinci cümləsində “MAS” abreviaturası “Məşğulluq” altsistemi (bundan sonra – MAS)” sözləri ilə əvəz edilmişdir və ikinci cümləsində “ərizədə qeyd edilmiş” sözləri “onun” sözü ilə əvəz edilmişdir.

 

[11] 8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 5.4-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.4. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Bu halda təkrar sığorta ödənişini almaq hüququ olan şəxs yuxarıda göstərilən qaydada MAS-a müraciət etməlidir.

 

[12] 8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.3-cü bəndi və həmin Qaydaya 1 nömrəli əlavə ləğv edilmişdir.

 

[13] 8 fevral 2021-ci il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2021-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 196) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.4-cü bənddə “onun” sözü “sığorta ödənişini alan şəxsin” sözləri ilə və “Müraciət-Ərizədə qeyd edilmiş” sözləri “onun” sözü ilə əvəz edilmişdir.

 

[14] 5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 1.2-ci, 2.2-ci, 6.2-ci, 7.1-ci və 7.2-ci bəndlərində ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[15] 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”na 2 nömrəli əlavənin “Qeyd”inin 2-ci hissəsinin ikinci cümləsinə və 3-cü hissəsinə “orqanlarına” sözündən sonra “və ya “DOST” mərkəzlərinə” sözləri əlavə edilmişdir.

5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nın 2 nömrəli əlavəsinin “Qeyd”inin 2-ci hissəsinin ikinci cümləsində və 3-cü hissəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına” sözləri ilə əvəz edilmişdir.