AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.01.2018
QEYDİYYAT NÖMRƏSİ
23
ADI
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 25-01-2018, Nəşr Nömrəsi: 17), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2018, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 139)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201801230023
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.01.2018
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişik

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 582; 2007, № 11, maddə 1177; 2008, № 2, maddə 132; 2009, № 8, maddə 677; 2012, № 11, maddə 1197; 2014, № 5, maddə 549, № 10, maddə 1293; 2015, № 2, maddə 214; 2016, № 6, maddə 1214) 1-ci hissəsinin ikinci abzasında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1227; 2013, № 6, maddə 740; 2016, № 6, maddə 1215) ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 5.6-cı, 5.7-ci bəndlərində və 5.8-ci bənddə hər iki halda ismin müvafiq hallarında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 36, № 5, maddə 472; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585, № 11, maddə 1929; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 535 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 1.23-cü bəndində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 57; 2008, № 2, maddə 125; 2013, № 8, maddə 1024; 2016, № 10, maddə 1724, № 11, maddə 1972; 2017, № 6, maddə 1238; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 475 nömrəli qərarı) ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.2-ci və 4.1-ci bəndlərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

4.2. 3.3-cü bənddə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidir” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 601; 2014, № 4, maddə 454; 2016, № 3, maddə 591; 2017, № 1, maddə 129) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın 4.2-ci bəndində hər üç halda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

6. “Torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 may tarixli 83 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 569; 2017, № 7, maddə 1487) 1-ci hissəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə və 2-ci hissəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1682; 2015, № 11, maddə 1416; 2016, № 6, maddə 1217; 2017, № 10, maddə 1927) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nın 4.3.3-cü yarımbəndində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 57, № 11, maddə 1417; 2016, № 6, maddə 1193, № 10, maddələr 1725, 1743; 2017, № 4, maddə 636, № 6, maddə 1219, № 10, maddə 1882) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın 6.10-1-ci bəndində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 23 yanvar 2018-ci il

     № 23

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status