AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
31.01.2018
QEYDİYYAT NÖMRƏSİ
25
ADI
“İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 438 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02-02-2018, Nəşr Nömrəsi: 24), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2018, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 141)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.02.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201801310025
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.02.2018
“İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 438

“İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 438 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 438 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1900) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına “məhkum olunmuş” sözlərindən sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilsin.

2. Preambulasının birinci abzasına “17.3-cü bəndinin” sözlərindən sonra “və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinin” sözləri, ikinci abzasına “məhkum olunmuş” sözlərindən sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilsin.

3. Həmin qərarla təsdiq edilmiş “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası” üzrə:

3.1. adına “məhkum olunmuş” sözlərindən sonra “və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş” sözləri əlavə edilsin;

3.2. 1.1-ci bəndə “17.3-cü bəndinə” sözlərindən sonra “və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 2.1-ci bəndinə” sözləri əlavə edilsin və həmin bənddə “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər növündə cəza və ya inzibati tənbeh tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.3. 1.2-ci bənddə “belə cəzaya məhkum olunmuş” sözləri “və ya inzibati tənbehi barəsində belə cəza və ya tənbeh tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.4. 1.3-cü bənddə “İctimai işlər növündə cəzaya məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin və həmin bəndə “cəzaların icrası,” sözlərindən sonra “inzibati xətalar,” sözləri əlavə edilsin;

3.5. 1.4-cü bəndə “Cəzaların İcrası Məcəlləsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi” sözləri əlavə edilsin və həmin bənddə “ictimai işlər növündə cəzaya məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.6. 1.5-ci bənddə “cəzaya məhkum olunmuş şəxslərin cəzasının icrası zamanı onların” sözləri “cəzanın və ya inzibati tənbehin icrası zamanı barəsində bu cəza və ya tənbeh tətbiq edilən şəxslərin” sözləri ilə əvəz edilsin;

3.7. 1.6-cı bənddə “ictimai işlər növündə cəzaya məhkum edilmiş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.8. 2-ci hissənin adında, 2.1-ci bənddə, 3-cü hissənin adında, 3.4-cü, 3.5-ci bəndlərdə, 4-cü hissənin adında, 4.1-ci və 4.3-cü bəndlərdə “İctimai işlər cəzasına məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.9. 3.1-ci bəndə “işlər növündə cəzanın” sözləri “işlərin” sözü ilə, “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.10. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Yerli icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir.”;

3.11. 3.7-ci bənddə “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin;

3.12. 3.8-ci bəndin birinci cümləsində “İctimai işlər cəzasına məhkum olunmuş” sözləri “Barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə, ikinci cümləsində “ictimai işlər cəzasına məhkum olunmuş” sözləri “barəsində ictimai işlər tətbiq edilən” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 31 yanvar 2018-ci il

     № 25

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status