AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
15.03.2018
QEYDİYYAT NÖMRƏSİ
8
ADI
“Tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 3 noyabr tarixli 20 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.03.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
440.140.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201803150008
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.03.2018
“Tədqiqat-inkişaf proqramlarının təşkili ilə baǧlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 3 noyabr tarixli 20 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

15.03.2018

Qeydiyyat nömrəsi

8

Adı

“Tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 3 noyabr tarixli 20 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

30.03.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

440.140.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201803150008

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.03.2018

 

 

Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 1784 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 3 noyabr tarixli 20 nömrəli Qərarının preambulasında və həmin Qərarla təsdiq edilmiş “Tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi Meyarları”nın 1-ci hissəsində “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilsin, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilsin.

2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasının protokolu.

 

Sədr,

iqtisadiyyat naziri

Şahin Mustafayev

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status