AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
15.03.2018
QEYDİYYAT NÖMRƏSİ
5
ADI
“Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 16 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.03.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
440.140.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201803150005
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.03.2018
“Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 16 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

15.03.2018

Qeydiyyat nömrəsi

5

Adı

“Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədəAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 16 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

30.03.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

440.140.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201803150005

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.03.2018

 

 

“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 1784 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları”nın təsdiq edilməsi barədəAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 16 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissədə “ixracatçıların fərdi qaydada iştirakına” sözləri “fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə” sözləri ilə əvəz edilsin;

1.2. preambulasında “missiyalarının” sözündən sonra “və Azərbaycan ərazisinə alıcı missiyalarının” sözləri əlavə edilsin, “xarici ölkələrdə sertifikat və patent” sözləri “beynəlxalq sertifikat” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

3. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasının protokolu.

 

 

Sədr,

iqtisadiyyat naziri

 

Şahin Mustafayev

 

 


 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2018-ci il 15 mart tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən hazırlanmışdır və xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarlarını müəyyən edir.

1.2. Növbəti ildə ixracatçıların fərdi qaydada iştirakına dəstək verilməsi nəzərdə tutulan xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkaların siyahısı Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, Azərbaycan məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla hər il may ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir və onun rəsmi internet səhifəsində yerləşdirilir.

1.3. Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləğinin ödənilməsinə dair ərizə forması bu Meyarlara əlavə olunur.

1.4. Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləği Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 7.1-ci bəndində nəzərdə tutulan qaydada ödənilir.

 

2. Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi meyarları

 

Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarı müraciətdə göstərilən sərgi və ya yarmarkanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən siyahıda mövcud olmasıdır.

 

 


 

 

“Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak etmiş ixracatçılara dəstək məbləğinin ödənilməsinə dair qərarın qəbul edilməsi Meyarları”na əlavə

 

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə

 

Xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləğinin ödənilməsinə dair

 

ƏRİZƏ

 

1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı, atasının adı _____________________

_________________________________________________________________________________

2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı _______________________________________

_________________________________________________________________________________

3. VÖEN _________________________________________________________________________

4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı, atasının adı ___________________________________

_________________________________________________________________________________

5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi _________________________________________

_________________________________________________________________________________

6. Hüquqi şəxsin və ya fərdi sahibkarın fərdi qaydada iştirak etdiyi beynəlxalq sərgi və ya yarmarkanın adı, keçirilmə tarixi, keçirildiyi ölkə və şəhər______________________________

_________________________________________________________________________________

7. Beynəlxalq sərgi və ya yarmarkada hüquqi şəxsi və ya fərdi sahibkarı təmsil etmiş şəxsin adı, soyadı və vəzifəsi _____________________________________________________________

_________________________________________________________________________________

8. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü _____________

_________________________________________________________________________________

9. Hüquqi şəxsin və ya fərdi sahibkar tərəfindən beynəlxalq sərgi və yarmarkada nümayiş olunmuş məhsulun adı və növü ____________________________________________________

_________________________________________________________________________________

10. Hüquqi şəxsin və ya fərdi sahibkarın bank rekvizitləri (milli valyutada bank hesabı) ____

_________________________________________________________________________________

11. Xahiş edirəm Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləğinin ödənilməsi barədə qərar qəbul edəsiniz.

12. Qoşma: Ərizəyə əlavə olunan sənədlər _________ vərəqdə.

 

13. Ərizə verən hüquqi şəxs olduqda, rəhbərinin

 

________________      __________________________________

 

            (imzası)                                    (soyadı, adı, atasının adı)

 

 

                   Möhür yeri

 

 

 

 

 

14. Ərizə verən fərdi sahibkar olduqda

 

________________      __________________________________

 

            (imzası)                                    (soyadı, adı, atasının adı)

 

Qeyd: ərizəyə görülmüş işi, göstərilmiş xidməti və ya icarə haqqını təsdiq edən sənədin (hesab-faktura (invoys), bağlanmış müqavilənin, vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti, beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat əlavə edilir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status