AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.08.1999
QEYDİYYAT NÖMRƏSİ
178
ADI
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1999, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 488)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.08.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi ilə bağlı onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki: [2]

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin doqquzuncu abzasında, 5-ci maddəsinin 3-cü hissəsində, 7-ci maddəsində və 15-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir; [3]

həmin Qanunun 8-ci maddəsinin 1-ci, 3-cü, 4-cü və 5-ci hissələrində, 9-cu maddəsinin 2-ci və 4-cü hissələrində, 20-ci maddəsində və 21-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyimaye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər; [4]

Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti öz səlahiyyətləri daxilində həyata keçirirlər; [5]

Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinin üçüncü cümləsində, 12-ci maddəsinin 5-ci hissəsinin birinci və ikinci abzaslarında və 13-cü maddəsinin 6-cı hissəsinin dördüncü abzasında “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [6]

Həmin Qanunun 13-cü maddəsinin 5-ci hissəsində “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirirlər; [7]

Həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında və 21-ci maddəsinin 2-ci hissəsində “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər; [8]

Həmin Qanunun 15-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsində, 16-cı maddəsinin 3-cü hissəsində, 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti öz səlahiyyətləri daxilində həyata keçirirlər. [9]

həmin Qanunun 1-ci maddəsinin səkkizinci abzasında, 11-ci maddəsinin 1-ci və 5-ci hissələrində, 15-ci maddəsinin 2-ci hissəsində, 3-cü hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti öz səlahiyyətləri daxilində həyata keçirirlər; [10]

2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya)” tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı”na aşağıdakı məzmunda 67-ci və 68-ci bəndlər əlavə edilsin:

“67. Fiziki və hüquqi şəxslərin qaz ekspertləri kimi fəaliyyəti - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

Qazın istehsalı və emalı - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

68. Qaz konteynerlərinin hazırlanması - Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

bu Fərmanın 2-ci bəndində göstərilən fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin; [11]

bu Fərmanın icrasını təmin edən digər məsələləri həll etsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 10 avqust 1999-cu il

                 № 178

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 iyul 2000-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 498)

2.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

3.       23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

4.       16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769)

5.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

6.       12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)

7.       10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 886)

8.       15 mart 2010-cu il tarixli 230 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 mart 2010-cu il № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

9.       21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 857)

10.    10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

11.    14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

12.    31 oktyabr 2014-cü il tarixli 315 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1200)

13.    18 iyul 2016-cı il tarixli 999 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 22 iyul 2016-cı il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1270)

14.    16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

15.    13 iyul 2018-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1484)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyul 2018-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyul 2018-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1484) ilə ləğv edilmişdir.

 

[2] 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə ikinci və üçüncü abzaslar aşağıdakı redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin doqquzuncu abzasında, 11-ci maddəsinin 1-ci və 5-ci hissələrində, 15-ci maddəsinin 2-ci hissəsində, 3-cü hissəsinin üçüncü və dördüncü abzaslarında, 16-cı maddəsinin 3-cü hissəsində və 17-ci maddəsinin 1-ci hissəsində "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini "Azəriqaz" Səhmdar Cəmiyyəti həyata keçirir;

Həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsində, 8-ci maddəsinin 1-ci, 3-cü, 4-cü və 5-ci hissələrində, 9-cu maddəsinin 2-ci və 4-cü hissələrində, 17-ci maddəsinin 2-ci hissəsində, 20-ci maddəsində və 21-ci maddəsinin 1-ci hissəsində "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini "Azəriqaz" Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi həyata keçirirlər;

 

6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 1-ci bəndinin dördüncü və yeddinci abzaslarında “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 857) ilə 1-ci bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin səkkizinci və doqquzuncu abzaslarında, 5-ci maddəsinin 3-cü hissəsində, 7-ci maddəsində, 11-ci maddəsinin 1-ci və 5-ci hissələrində, 15-ci maddəsinin 2-ci hissəsində, 3-cü hissəsinin üçüncü və dördüncü abzaslarında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi həyata keçirir;

 

10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsinin ikinci, üçüncü, yeddinci, doqquzuncu, onuncu və on birinci abzaslarında “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 31 oktyabr 2014-cü il tarixli 315 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1200) ilə 1-ci hissəsinin üçüncü abzasına “Energetika Nazirliyi və” sözlərindən sonra “maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyəti ilə bağlı” sözləri əlavə edilmişdir.

 

[5] 21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 857) ilə 1-ci bəndinin dördüncü abzasında "həyata keçirir" sözləri "və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti öz səlahiyyətləri daxilində həyata keçirirlər" sözləri ilə əvəz edilmişdir.

 

[6] 15 mart 2010-cu il tarixli 230 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 mart 2010-cu il № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 1-ci bəndinin beşinci abzasında "12-ci maddəsinin 5-ci hissəsinin birinci və ikinci abzaslarında" sözləri "11-ci maddəsinin 6-cı hissəsinin üçüncü cümləsində, 12-ci maddəsinin 5-ci hissəsinin birinci və ikinci abzaslarında və 13-cü maddəsinin 6-cı hissəsinin dördüncü abzasında" sözləri ilə əvəz edilmişdir.

18 iyul 2016-cı il tarixli 999 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 22 iyul 2016-cı il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1270) ilə 1-ci hissəsinin dördüncü bəndindən “və 13-cü maddəsinin 6-cı hissəsinin dördüncü abzasında” sözləri çıxarılmışdır.

 

[7] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 1-ci bəndin altıncı abzasında "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi" sözləri "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci hissəsinin altıncı abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissənin beşinci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[8] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin yeddinci abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə yeddinci abzasda «Azəriqaz» Səhmdar Cəmiyyəti» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilmişdir.

 

21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 857) ilə 1-ci bəndinin yeddinci abzasından "18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında və" sözləri çıxarılmışdır.

 

[9] 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.

 

10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  11 noyabr  2009-cu il, № 252 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 886) ilə 1-ci bəndinin doqquzuncu abzasında «Azəriqaz» Səhmdar Cəmiyyəti» sözləri «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilmişdir.

 

[10] 21 oktyabr 2010-cu il tarixli 345 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 857) ilə 1-ci bəndin onuncu və on birinci abzaslar əlavə edilmişdir.

 

[11] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə 2-ci bəndi və 3-cü bəndinin ikinci abzası çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status