AKTIN NÖVÜ
Vergilər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
27.06.2018
QEYDİYYAT NÖMRƏSİ
1817050000004800
ADI
“Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənədlərin formalarının və tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.07.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201806274800
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.07.2018
“Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənədlərin formalarının və tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

27.06.2018

Qeydiyyat nömrəsi

1817050000004800

Adı

“Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənədlərin formalarının və tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

10.07.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.030.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201806274800

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

09.07.2018

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin 18-ci hissəsində ölkənin hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulmuşdur.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 2834 nömrəli Sərəncamına əsasən 2017-ci ilin 1 iyun tarixində Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşmaya qoşulmaq barədə Bəyanat imzalanmışdır. Bəyanatda Ümumi Hesabatlılıq Standartının 2017-ci ilin 1 iyul tarixindən tətbiqinə başlanması müəyyən edilmişdir.

Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat” forması və tərtib edilməsi qaydaları” yeni redaksiyada verilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla edilmiş dəyişiklik nəzərə alınmaqla “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat” forması və tərtib edilməsi qaydaları”nın Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Nazir                                                                                              Mikayıl Cabbarov

 


 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 27.06.2018-ci il tarixli 1817050000004800 nömrəli Kollegiya Qərarı ilə

təsdiq edilmişdir.

 

“Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi

Qaydası

 

Bu Qayda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli 1171 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrası məqsədi ilə hazırlanmışdır və “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın (bundan sonra – hesabat) tərtib edilməsi qaydalarını müəyyən edir.

Hesabat Vergi Məcəlləsinin 16.1.11-4-cü və 76-1-ci maddələrinə uyğun olaraq maliyyə institutu hesab olunan vergi ödəyiciləri tərəfindən müəyyən edilmiş proqram təminatı vasitəsilə elektron formatda təqdim edilir.

Maliyyə institutu haqqında ümumi məlumat.

- 1-ci (“VÖEN”) sətrin xanalarında (hər xanada bir rəqəmlə) hesabatı təqdim edən maliyyə institutunun VÖEN-i yazılır.

Misal:

 

- 2-ci (“Maliyyə institutunun tam adı”) sətrin xanalarında maliyyə institutunun tam adı böyük çap hərfləri ilə (hər xanada bir hərflə) yazılır.

 

Misal:

 

- 3-cü (“Maliyyə institutunun fəaliyyət növü”) sətrinin xanalarında hesabatverən maliyyə institutunun bank fəaliyyətini həyata keçirən təşkilat, investisiya təşkilatı, depozitar təşkilat, yaxud da həyatın yığım sığortası təşkilatına aid edilməsi barədə məlumat daxil edilməlidir.

Misal:

 

- 4-cü (“Maliyyə institutunun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin ünvanı)”) sətrin xanalarında, maliyyə institutunun hüquqi ünvanı, faktiki ünvanı hüquqi ünvandan fərqləndiyi halda faktiki ünvan qeyd olunmalıdır. 

Misal:

 

- 5-ci (“Maliyyə institutunun hüquqi ünvanının (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin ünvanının) poçt indeksi”) sətrin xanalarında, maliyyə institutunun hüquqi ünvanının poçt indeksi, faktiki ünvan hüquqi ünvandan fərqləndiyi halda faktiki ünvanın poçt indeksi hissəsi barədə məlumat daxil edilməlidir.  

          Misal:

 

- 6-cı (“Maliyyə institutunun fəaliyyət növünün kodu və adı”) sətir üzrə maliyyə institutunun əsas və digər fəaliyyət növünə aid məlumatları müvafiq olaraq 6.1-ci (“Əsas fəaliyyət növünün kodu və adı”) və 6.2-6.4-cü (“Digər fəaliyyət növünün kodu və adı”) sətirlər üzrə qeyd olunur.

- 6.1-ci (“Əsas fəaliyyət növünün kodu və adı”) sətrin xanalarında soldan sağa doğru üçüncü xanadan başlayaraq vergi ödəyicisinin əsas fəaliyyət növünün statistik kodu və adı aşağıdakı kimi yazılır.

Misal:

 

- 6.2-ci (“Digər fəaliyyət növünün kodu və adı”), 6.3-cü (“Digər fəaliyyət növünün kodu və adı”) və 6.4-cü (“Digər fəaliyyət növünün kodu və adı”) sətirlərin (əgər fəaliyyət növü çoxdursa, onda az dövriyyəsi olan fəaliyyət növlərinin dövriyyələrini cəmləşdirərək 6.4-cü sətirdə digər fəaliyyət növləri kimi yazmaq lazımdır) xanalarında vergi ödəyicisinin əsas fəaliyyət növü olmayan digər fəaliyyət növünün statistik kodu və maliyyə institutunun fəaliyyət növünün adı qeyd edilir. 

          Misal:

 

- 7-ci (“GİİN”) (Global Intermediary Identification Number - Qlobal Vasitəçi İdentifikasiya Nömrəsi) sətrin xanalarına ABŞ-ın Daxili Gəlirlər Xidmətinin (bundan sonra – IRS) rəsmi internet səhifəsində qeydiyyatdan keçmiş hər bir maliyyə institutuna verilən unikal 16 rəqəmli identifikasiya nömrəsi (GİİN) daxil edilməlidir.  

Misal:

 

- 8-ci (“Təqdim olunmuş əlavələrin sayı”) sətrin xanalarına hesabatın təqdim edilmiş əlavələrinin sayı qeyd olunmalıdır. 

Misal:

 

- 9-cu (“Hesabatın növü”) sətrin xanalarına təqdim edilən növünə uyğun olaraq hesabatın aşağıda göstərilən növlərindən biri seçilərək işarələnməlidir.

Cari - hesabatı maliyyə institutları tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri əsasında hesabat ili üçün növbəti hesabat ilinin iyun ayının 30-dan gec olmayaraq təqdim edilir;

Dəqiqləşdirilmiş – təqdim edilmiş hesabatdakı uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən maliyyə institutuna bildiriş göndərildikdən sonra və ya maliyyə institutunun özü tərəfindən aşkar edilmiş uyğunsuzluğun aradan qaldırılması məqsədilə təqvim ilinin 30 sentyabr tarixinədək və ya maliyyə institutlarında vergi monitorinqi və (və ya) səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilir. Təqdim edilmiş sonuncu hesabat (cari və ya dəqiqləşdirilmiş) seçilərək dəqiqləşdirilmiş hesabat hazırlamaq mümkündür və maliyyə institutuna Vergilər Nazirliyinə təqdim etdiyi məlumatları redaktə etmək imkanı verir. Dəqiqləşdirilmiş hesabatda yalnız məlumatları dəqiqləşdirilən hesab sahibləri barəsində deyil, sonuncu (cari və ya dəqiqləşdirilmiş) hesabatdakı bütün hesab sahibləri barəsində məlumatlar daxil edilir. Bu halda hər bir hesab sahibinin hesabatının növü avtomatik olaraq “Yeni” seçilir.

Düzəliş - təqdim edilmiş hesabat xarici dövlətin səlahiyyətli orqanına ötürüldükdən sonra həmin orqan tərəfindən düzəliş edilməsi tələb edildikdə, düzəliş edilir. Düzəliş edilmiş məlumatlar daxil edilərkən hesab sahibinin hesabatının növü kimi yalnız “Düzəliş” hesabat növünü seçmək mümkün olur;

Dəyişiklik - təqdim edilmiş müvafiq hesabat Vergilər Nazirliyi tərəfindən beynəlxalq müqavilələrin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürüldükdən sonra Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu müvafiq hesabatdakı hər hansı məlumatda dəyişiklik etmək istədikdə seçilir. Bu halda müvafiq hesab sahibləri barəsindəki məlumatları dəyişiklik edilmiş şəkildə təqdim etmək mümkün olur; 

Ləğv olma - hesabat Vergi Məcəlləsinin 149.4-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən sonra 30 gün ərzində təqdim edilir və ləğv olma tarixi qeyd edilir. Bu halda “GÜN.AY.İL” formatından istifadə edilməlidir.

Misal: Maliyyə institutu 2016-cı il üçün “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə Hesabat”ı təqdim edir. Bu halda 2017-ci ilin iyul ayının 1-dək təqdim olunan hesabatın 9-cu “Hesabatın növü” sətrində “Cari” xanasına “X” işarəsi yazılır:

 

- 10-cu (“Hesabat verilməli hesablar mövcud deyil”) sətrin xanaları işarələndikdə maliyyə institutu hesabat dövrü üçün hesabat verilməli hesablar barədə məlumatın mövcud olmamasını təsdiqləyir.

Maliyyə institutunun bəyan ediləcək məlumatları olmadığı halda belə hesab sahibləri barədə hesabatın 1 nömrəli əlavəsinin 3-cü bölməsindəki məlumatların doldurulması tələb edilir. Belə ki, 1 nömrəli əlavə məqsədləri üçün maliyyə institutu hərtərəfli yoxlama prosedurları nəticəsində fiziki şəxs olan hesab sahibləri arasında “ABŞ şəxsi” (ABŞ vətəndaşı və ya rezidenti olan fiziki şəxs, ABŞ-da və ya ABŞ-ın, yaxud onun hər hansı ştatının qanunvericiliyinə əsasən təşkil edilən ortaqlıq və ya korporasiya) əlamətləri və ya bu əlamətlərdən birini aşkar edərsə, lakin həmin şəxslərin hesablarının hesabat verilməli hesab olmadığını (yəni şəxslərin “müəyyən edilmiş ABŞ şəxsi” və ya “əməkdaşlıq etməyən” hesab sahibi olmadıqlarını) müəyyən edərsə və ya hesab sahibi arasında “ABŞ şəxsi” olarsa, hesabatın müvafiq əlavələrini boş, lakin hesabatın 3-cü bölməsindəki məlumatları doldurulmaqla təqdim edir.

Misal: Maliyyə institutunun 1 nömrəli əlavə üzrə bəyan ediləcək məlumatları olmadığı halda təqdim olunan hesabatın 10-cu (“Hesabat verilməli hesablar mövcud deyil”) sətrinin qarşısındakı birinci xanaya “X” işarəsi yazılır:

 

- 11-ci (Hesabat dövrü”) sətrin xanalarında hesabatın hansı təqvim ilinə aid olmasından asılı olaraq müvafiq təqvim ili (hər xanada bir rəqəmlə) qeyd olunur. Hesablar barədə məlumatlar müvafiq təqvim ili başa çatdıqdan sonra növbəti ilin 1 iyul tarixinədək Vergilər Nazirliyinə təqdim edilməlidir.

            Misal: Əgər hesabat 2016-cı il üzrə tərtib edilirsə, bu halda hesabat dövrü soldan sağa doğru aşağıdakı qaydada yazılır:

 

- 12-ci (Hesab sahiblərinin ümumi sayı”) sətrin və 13-cü (“Hesabların ümumi sayı”) sətrin xanalarına müvafiq olaraq hesabat verilən hesab sahiblərinin və məlumat verilən hesabların ümumi sayı barədə məlumat, 12.1-ci və 12.2-ci, 13.1-ci və 13.2-ci sətirlərdə isə sözügedən məlumatların hüquqi və fiziki şəxslər üzrə bölgüsü qeyd olunmalıdır.

Misal: Əgər tərtib edilmiş hesabatda təqdim ediləcək hesab sahiblərinin biri hüquqi, digəri isə fiziki olmaqla ümumi sayı 2, hesabların 2-si hüquqi, digər 1-i isə fiziki şəxsə aid olmaqla “3” olduqda məlumatlar aşağıdakı qaydada yazılır:

 

- 14-cü (Hesabların qalığı və ya dəyərinin cəminin dollar ekvivalenti”) sətrin  xanalarına hesabların cəmi qalığının dollar ekvivalenti, 14.1-ci və 14.2-ci sətirlərin xanalarında isə həmin göstəricilərin fiziki və hüquqi şəxslər üzrə bölgüsü qeyd olunmalıdır. Hesabların qalığı və ya dəyərinin cəminin dollar ekvivalenti hesabatın aid olduğu ilin son gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi rəsmi məzənnə ilə müəyyən edilmiş dollar ekvivalenti daxil edilməlidir.

Misal: Maliyyə institutu tərəfindən təqdim edilən hesabatda göstərilən “Hesabların qalığı və ya dəyərinin cəminin dollar ekvivalenti” hüquqi şəxslər üzrə 400 000,0 ABŞ dolları, fiziki şəxslər üzrə isə 150 515,0 ABŞ dolları olmaqla cəmi qalıq 550 515,0 ABŞ dolları olduqda məbləğlər müvafiq xanalara aşağıdakı kimi yazılır:

 

- 15-ci (Hesablara (hesablarla bağlı) ödənilmiş və ya hesablanmış dividendlərin məbləğinin cəmi (ABŞ dolları ilə)”) sətrin xanalarına hesablara ödənilmiş və ya hesablanmış dividendlərin məbləğinin ABŞ dolları ilə cəmi, 15.1-ci və 15.2-ci sətirlərin xanalarında isə həmin göstəricilərin hüquqi və fiziki şəxslər üzrə bölgüsü əks olunmalıdır.

Misal:

 

- 16-cı (Hesablara (hesablarla bağlı) ödənilmiş və ya hesablanmış faizlərin məbləğinin cəmi (ABŞ dolları ilə)”) sətrin xanalarına hesablara ödənilmiş və ya hesablanmış faizlərin məbləğinin ABŞ dolları ilə cəmi, 16.1-ci və 16.2-ci sətirlərin xanalarında isə həmin göstəricilərin hüquqi və fiziki şəxslər üzrə bölgüsü əks olunmalıdır.

Misal:

 

- 17-ci (Hesablara (hesablarla bağlı) ödənilmiş girovdan azad edilmə üzrə gəlirlərin məbləğinin cəmi (ABŞ dolları ilə)”) sətrin xanalarına hesablara ödənilmiş girovdan azad edilmə üzrə gəlirlərin məbləğinin ABŞ dolları ilə cəmi, 17.1-ci və 17.2-ci sətirlərin xanalarında isə həmin göstəricilərin hüquqi və fiziki şəxslər üzrə bölgüsü əks olunmalıdır.

Misal:

 

- 18-ci (Hesablara (hesablarla bağlı) ödənilmiş digər gəlirlərin məbləğinin cəmi (ABŞ dolları ilə)”) sətrin xanalarına hesablara ödənilmiş digər gəlirlərin məbləğinin cəmi (ABŞ dolları), 18.1-ci və 18.2-ci sətirlərin xanalarında isə həmin göstəricilərin hüquqi və fiziki şəxslər üzrə bölgüsü əks olunmalıdır.

Misal:

 


 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 27.06.2018-ci il tarixli 1817050000004800 nömrəli Kollegiya Qərarı ilə

təsdiq edilmişdir.

 

“Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”a Əlavə № 1-in tərtib edilməsi

Qaydası

 

“Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”a Əlavə № 1 maliyyə institutu tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş”ə uyğun olaraq doldurulmaqla, Bölmə 1 üzrə hesabat verilməli hesablar barəsində məlumatlar, Bölmə 2 üzrə passiv xarici qeyri-maliyyə institutunun nəzarət edən şəxsləri arasında olan ABŞ şəxsi barədə məlumatlar, Bölmə 3 üzrə isə ABŞ əlaməti mövcud hesab sahibləri barədə məlumatlar daxil edilməlidir.

 

Bölmə 1. Hesabat verilməli hesablar barəsində məlumatlar

 

- 1-ci (“Hesab sahibinin hüquqi statusu”) sətrin xanalarında barəsində məlumat təqdim edilən hesab sahibinin statusundan asılı olaraq “Fiziki şəxs” və ya “Hüquqi şəxs” seçimlərindən biri edilməlidir.

Misal: Hesab sahibinin hüquqi statusu hüquqi şəxs olduqda “Hesab sahibinin hüquqi statusu” sətrinin “Hüquqi şəxs” xanasına “X” işarəsi qeyd edilir:

 

- 2-ci (“Hesab sahibinin növü”) sətrin xanalarında hesab sahibinin hüquqi statusu “Fiziki şəxs” kimi qeyd edildiyi halda “Müəyyən olunmuş ABŞ şəxsi” və ya “Əməkdaşlıq etməyən hesab sahibi” seçimlərindən biri edilir.

Hesab sahibinin hüquqi statusu “Hüquqi şəxs” kimi qeyd edildiyi halda “Hesab sahibinin növü” sətrində qeyd olunmuş xanalardan (“Müəyyən olunmuş ABŞ şəxsi”; “Nəzarət edən şəxsləri arasında ABŞ şəxsi olan və statusu nəzarət edən şəxsi tərəfindən təsdiq olunan maliyyə institutu”; “İştirakçı olmayan maliyyə institutu”; “Nəzarət edən şəxsləri arasında ABŞ şəxsi olan passiv xarici qeyri-maliyyə institutu”; “Birbaşa hesabat verən xarici qeyri-maliyyə institutu; Əməkdaşlıq etməyən hesab sahibi”) müvafiq olanı seçilir. “Nəzarət edən şəxsləri arasında ABŞ şəxsi olan passiv xarici qeyri-maliyyə institutu” xanası işarələndikdə Bölmə 2-də göstərilən məlumatlar doldurulmalıdır.

Misal: Hesab sahibi ABŞ müəssisəsinin nümayəndəliyi olduqda, “Hesab sahibinin növü” sətrində hüquqi şəxslər üçün nəzərdə tutulan “Müəyyən olunmuş ABŞ şəxsi” xanasında “X” işarəsi qeyd edilir:

 

- 3-cü (“Hesab sahibi olan hüquqi şəxsin adı”) sətrin xanalarına hüquqi şəxs olan hesab sahibinin adı (təşkilati-hüquqi forması göstərilməklə tam adı) daxil edilməlidir. 

Misal:

 

- 4-cü (“Hesab sahibi olan fiziki şəxsin”) sətir üzrə hesab sahibi olan fiziki şəxsin adı, soyadı, ata adı və doğulduğu tarix barədə məlumatlar müvafiq olaraq 4.1-ci, 4.2-ci, 4.3-cü və 4.4-cü sətirlərin xanalarında qeyd edilməlidir.

Şəxsiyyətini təsdiq edən sənədlərdə ata adı qeyd edilməyən fiziki şəxslər üçün “Ata adı” sətri üzrə müvafiq xanalar boş saxlanılır.

“Doğulduğu tarix” xanaları hər bir halda doldurulmalıdır. Bu halda “GÜN.AY.İL” formatından istifadə edilməlidir. 

Misal: Ad, soyad, ata adı: Jordge Madison James

   Doğum tarixi: 01.02.1983

 

- 5-ci (“Hesabın nömrəsi”) sətrin xanasına barəsində hesabat verilən hesabın nömrəsi daxil edilməlidir. Maliyyə hesabının nömrəsi mövcud deyildirsə, bu xanada hesabı identifikasiya edən digər məlumat daxil edilməlidir (məsələn: müqavilə nömrəsi və s.). Əgər hesab nömrəsi və ya hesabı identifikasiya edən digər məlumat mövcud deyildirsə, həmin xanalara hesabın nömrəsinin əvəzinə maliyyə institutu tərəfindən hesabat məqsədləri üçün müəyyən edilmiş digər unikal seriya nömrəsi daxil edilə bilər. 

Misal:

 

- 6-cı (“Hesabın növü”) sətirdə hesabın cari, depozit hesabı və yaxud digər növə aid olması barədə müvafiq xanada qeyd aparılır. 

Misal: Maliyyə institutu tərəfindən təqdim olunan hesabın növü “Cari hesab” olduqda “Hesabın növü” sətrində “Cari hesab” xanasına “X” işarəsi qeyd edilir:

 

- 7-ci (“Hesab sahibinin ünvanı barədə məlumatlar”) sətir üzrə məlumatlar aşağıdakı qaydada daxil edilir:

- 7.1-ci (“Ölkə”) və 7.2-ci (“Ölkə kodu”) sətirlər üzrə xanalara barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış ünvanı və ya qeydiyyatda olduğu ölkə barədə məlumat daxil edilməlidir.

“Daimi yaşayış ünvanı” dedikdə fiziki şəxsin vergi rezidenti olduğu ölkədəki ünvanı nəzərdə tutulur (daimi yaşayış ünvanı barədə məlumatın verilməsi mümkün deyildirsə, ünvan xanalarına maliyyə institutu tərəfindən fiziki şəxs olan hesab sahibi ilə əlaqə üçün istifadə edilən ünvan daxil edilir).   

- 7.3-cü (“Şəhər (Rayon)”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının şəhər (rayon) hissəsi barədə məlumat daxil edilməlidir.

- 7.4-cü (“Poçt indeksi”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının poçt indeksi hissəsi barədə məlumat daxil edilməlidir. 

- 7.5-ci (“Ünvan”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının digər hissələri (məsələn: küçə nömrəsi, ev nömrəsi və s.) barədə məlumatlar qeyd edilməlidir.

Misal:

 

- 8-ci (“Hesab sahibi fiziki şəxsin fərdi identifikasiya nömrəsi”) sətrin xanalarına fiziki şəxsin fərdi identifikasiya nömrəsi (bundan sonra – FİN) daxil edilməlidir.

Azərbaycan vətəndaşının FİN-i həmin şəxsin şəxsiyyət vəsiqəsinin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi nəzərə alınmadan, son 7 rəqəm və hərflərdən ibarət koddur.

Misal:

 

- 9-cu (“Hesab sahibinin VÖEN-i”) sətrin xanalarına həm hüquqi, həm də fiziki şəxsin mövcud olduğu halda dünyanın hər hansı bir ölkəsində, o cümlədən Azərbaycan Respublikasında (ABŞ istisna olmaqla) əldə etdiyi VÖEN-i daxil edilməlidir.

“Hesab sahibinin VÖEN-i” sətrinə VÖEN qeyd edilmişdirsə, 10-cu (“Hesab sahibinin VÖEN-in verildiyi ölkə”) sətrin  xanalarına həmin VÖEN-in hansı ölkədə verildiyi qeyd edilməlidir (bu sətrə “ABŞ” yazıla bilməz).

Misal:

 

- 11-ci (“Hesab sahibinin ABŞ VÖEN-i”) sətrin xanalarına barəsində hesabat verilən şəxsin ABŞ VÖEN-i daxil edilməlidir. ABŞ hüquqi şəxsləri üçün işəgötürənin identifikasiya nömrəsi (EIN), ABŞ fiziki şəxsləri üçün sosial sığorta nömrəsi (SSN) və fiziki şəxs vergi ödəyicisinin identifikasiya nömrəsi (ITIN) VÖEN hesab edilir.

Misal:

 

- 12-ci (“Hesab sahibinin Azərbaycan Respublikasının hesabat verən maliyyə institutundakı hesablarının ümumi sayı”) sətrin xanaları maliyyə institutu tərəfindən mütləq doldurulmalı və həmin xanalara barəsində hesabat verilməli şəxsin hesabat verən maliyyə institutunun Azərbaycan Respublikasındakı bütün filiallarında olan hesablarının cəmi sayı qeyd edilməlidir.  

Misal:

 

- 13-cü (“Hesabın açılma tarixinə görə növü”) sətrin xanalarında hesabın açılma tarixinə görə iki növündən biri – yeni və ya əvvəlcədən mövcud olan hesab (yəni 1 iyul 2014-cü il tarixdə və ya daha sonra açılmışdırsa, “Yeni hesab”, 1 iyul 2014-cü il tarixədək açılmışdırsa, “Əvvəlcədən mövcud olan hesab”) seçilməlidir.

Misal: Hesab 30 iyun 2014-cü il tarixindən əvvəl açılmışdırsa, “Hesabın açılma tarixinə görə növü” sətrində “Əvvəlcədən mövcud hesab” xanasına “X” işarəsi qeyd edilir:

 

- 14-cü (“Hesabın qalığına görə növü”) sətrin xanaları (“Yüksək dəyərli hesab (1 000 000 ABŞ dollarından yuxarı)” və ya “Aşağı dəyərli hesab (50 000 ABŞ dollarından yuxarı, lakin 1 000 000 ABŞ dollarından aşağı)”) yalnız “Hesab sahibinin hüquqi statusu” xanasında “Fiziki şəxs”, “Hesabın açılma tarixinə görə növü” xanasında isə “Əvvəlcədən mövcud olan hesab” seçimi edildikdə aktivləşir. Əgər fiziki şəxsə məxsus əvvəlcədən mövcud olan hesabın 30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 50 000 ABŞ dollarından 1 000 000 ABŞ dollarınadəkdirsə, bu xanada “Aşağı dəyərli hesab”, 1 000 000 ABŞ dollarını keçdikdə “Yüksək dəyərli hesab” seçilir.

Qeyd: Əvvəlcədən mövcud olan aşağı dəyərli hesabların hərtərəfli yoxlanması üzrə son tarix 30.06.2016-cı il müəyyən edilmişdir.

Misal: 30 iyun 2014-cü il tarixindən əvvəl açılmış hesabın həmin tarixə qalığı              1 000 000 ABŞ dollarından çox olarsa, “Hesabın qalığına görə növü” sətrində “Yüksək dəyərli hesab” xanasına “X” işarəsi qeyd edilir:

 

- 15-ci (“Hesab il ərzində bağlandıqda”) sətrin xanalarına məlumat verilməli hesab hesabatın əhatə etdiyi dövr ərzində bağlandıqda “X” işarəsi qeyd edilməli və hesabın bağlanma tarixi yazılmalıdır.

Misal:

 

- 16-cı (“Dövrün sonuna hesabın”) sətir üzrə məlumatlar aşağıdakı qaydada daxil edilir:

- 16.1-ci (“Qalığı və ya dəyəri”) sətrin xanalarına hesabat verilməli hesabların hesabat dövrünün sonuna olan qalığı və ya dəyəri (hesabat dövrünün sonunadək bağlanmışdırsa, hesabın bağlanmazdan əvvələ olan qalığı və ya dəyəri) barədə məlumatlar daxil edilməlidir. Bu halda hesabın qalığı və ya dəyəri hansı valyutadadırsa, konvertasiya aparılmadan həmin məbləğ göstərilə bilər. Birgə hesabların hər bir sahibi üçün bu xanada həmin hesabların tam qalığı və ya dəyəri göstərilir.

 - 16.2-ci (“Valyuta kodu”) sətrin xanalarında hesabın qalığının və ya dəyərinin, habelə hesaba ödənilmiş gəlirlərin ifadə olunduğu valyutanın kodu siyahıdan seçilərək əlavə edilir.

 - 16.3-cü (“Qalığının və ya dəyərinin ABŞ dolları ekvivalenti”) sətrin xanalarında 16.1-ci (“Qalığı və ya dəyəri”) sətrin xanalarındakı məbləğin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi rəsmi məzənnə ilə müəyyən edilmiş ekvivalenti daxil edilməlidir. 

Misal:

 

- 17-ci (“Hesaba (hesabla bağlı) ödənilmiş və ya hesablanmış dividendlərin məbləği (ABŞ dolları ilə)”), 18-ci (“Hesaba (hesabla bağlı) ödənilmiş və ya hesablanmış faizlərin məbləği (ABŞ dolları ilə)”), 19-cu (“Hesaba (hesabla bağlı) ödənilmiş girovdan azad edilmə üzrə gəlirlərin məbləği (ABŞ dolları ilə)”) və 20-ci (“Hesaba (hesabla bağlı) ödənilmiş digər gəlirlərin məbləği (ABŞ dolları ilə)”) sətrin xanaları bu barədə məlumat olduqda doldurulmalı, əks halda mövcud olan “0” rəqəmi saxlanılmalıdır. 

Depozitar hesabları üzrə təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesabda saxlanılan aktivlərlə bağlı hesaba (və ya hesabla bağlı) ödənilmiş və ya hesablanmış faizlərin, dividendlərin və digər gəlirlərin ümumi məbləği və Azərbaycan Respublikasının hesabat verən maliyyə institutunun hesab sahibi üçün depozitar, investisiya şirkəti, nominal saxlayıcı və ya agent kimi çıxış etdiyi aktivin satılmasından və ya girovdan azad edilməsindən əldə olunan və təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş və ya hesablanmış ümumi gəlirlər barəsində məlumat verilməsi tələb edilir.

Bank hesabları üzrə təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş və ya hesablanmış faizlərin ümumi məbləği barəsində məlumat verilməsi tələb edilir. 

Digər hesablar üzrə isə təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində Azərbaycan Respublikasının hesabat verən maliyyə institutunun öhdəlik götürdüyü və ya borclu olduğu hesabla əlaqədar hesab sahibinə ödənilmiş və ya hesablanmış ümumi məbləğ, o cümlədən hesab sahibinə geri qaytarılan ödənişlərin ümumi məbləği barəsində məlumat verilməsi tələb edilir.

Misal:

 

Bölmə 2. Passiv xarici qeyri-maliyyə institutunun nəzarət edən şəxsləri arasında olan ABŞ şəxsi barədə məlumatlar.

Bu bölmə yalnız “Hesab sahibinin hüquqi statusu” “Hüquqi şəxs”, “Hesab sahibinin növü” isə “Nəzarət edən şəxsləri arasında ABŞ şəxsi olan və statusu nəzarət edən şəxsi tərəfindən təsdiq olunan maliyyə institutu” və ya “Nəzarət edən şəxsləri arasında ABŞ şəxsi olan passiv xarici qeyri-maliyyə institutu” olduqda doldurulur. 

- 1-ci (“Hüquqi şəxsin adı”) sətrin xanalarında hesab sahibi olan hüquqi şəxsin adı (təşkilati-hüquqi forması göstərilməklə tam adı), 2-ci (“Fiziki şəxsin”) sətir üzrə nəzarət edən fiziki şəxsin adı, soyadı, ata adı və doğum tarixi barədə məlumatlar müvafiq olaraq 2.1-ci, 2.2-ci, 2.3-cü və 2.4-cü sətirlərin xanalarında qeyd edilir.  

Şəxsiyyətini təsdiq edən sənədlərdə ata adı qeyd edilməyən nəzarət edən fiziki şəxslər üçün “Ata adı” sətri üzrə müvafiq xana boş buraxılmalıdır. “Doğulduğu tarix” xanası hər bir halda doldurulmalıdır. Bu halda “GÜN.AY.İL” formatından istifadə edilməlidir. 

          Misal:

          Hüquqi şəxs: Ayna 15 LLC

          Fiziki şəxs: James Daniel

Doğum tarixi: 12.06.1975

 

- 3-cü (“Ünvan barədə məlumatlar”) sətir üzrə məlumatlar aşağıdakı qaydada daxil edilir:

 - 3.1-ci (“Ölkə”) və 3.2-ci (“Ölkə kodu”) sətirlər üzrə xanalara barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış ünvanı və ya qeydiyyatda olduğu ölkə barədə məlumat daxil edilməlidir. Hesab sahibinin qeydiyyatda olduğu ölkə seçildikdə “Ölkə kodu” xanası avtomatik doldurulur.

“Daimi yaşayış ünvanı” dedikdə şəxsin vergi rezidenti olduğu ölkədəki ünvan nəzərdə tutulur (daimi yaşayış ünvanı barədə məlumatın verilməsi mümkün deyildirsə, ünvan xanalarına maliyyə institutu tərəfindən hesab sahibi ilə əlaqə üçün istifadə edilən ünvan daxil edilir). 

- 3.3-cü (“Şəhər (Rayon)”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının şəhər (rayon) hissəsi barədə məlumat daxil edilməlidir.

- 3.4-cü (“Poçt indeksi”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının poçt indeksi hissəsi barədə məlumat daxil edilməlidir.

- 3.5-ci (“Ünvan”) sətrin xanalarına hesab sahibinin daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının digər hissələri (məsələn: küçə nömrəsi, ev nömrəsi  və s.) barədə məlumatlar qeyd edilməlidir.

 

Misal:

 

- 4-cü (“Fiziki şəxsin VÖEN-i”) sətrin xanalarına fiziki şəxsin mövcud olduğu halda dünyanın hər hansı bir ölkəsində, o cümlədən Azərbaycan Respublikasında (ABŞ istisna olmaqla) əldə etdiyi VÖEN-i daxil edilməlidir. “Fiziki şəxsin VÖEN-i” sətrində VÖEN qeyd edilmişdirsə, 5-ci (“Fiziki şəxsin VÖEN-nin verildiyi ölkə”) sətrin xanalarına həmin VÖEN-in hansı ölkədə verildiyi qeyd edilməlidir (bu sətrə “ABŞ” yazıla bilməz). 

Misal:

 

- 6-cı (“Fiziki şəxsin ABŞ VÖEN-i”) sətrin xanalarına barəsində hesabat verilən fiziki şəxsin ABŞ VÖEN-i “Fiziki şəxsin ABŞ VÖEN-i” sətrinə daxil edilməlidir. ABŞ fiziki şəxsləri üçün sosial sığorta nömrəsi (SSN) və fiziki şəxs vergi ödəyicisinin identifikasiya nömrəsi (ITIN) VÖEN hesab edilir.

Misal:

 

Bölmə 3.  ABŞ əlaməti mövcud hesab sahibləri barədə məlumatlar

- 1-ci (“Hesabat verilməsi tələb olunmayan ABŞ əlaməti mövcud hesab sahiblərinin olmaması təsdiq edilir”) sətrin  xanası işarələnməklə hesabat verilməsi tələb olunmayan ABŞ əlaməti mövcud hesab sahiblərinin olmadığı təsdiq edilir. 

Misal:

 

- 2-ci (“Fiziki şəxsin”) sətri üzrə fiziki şəxs olan hesab sahibinin adı, soyadı, ata adı və doğulduğu tarix barədə məlumatlar müvafiq olaraq 2.1-ci, 2.2-ci, 2.3-cü və 2.4-cü sətirlərin xanalarına daxil edilir.

Şəxsiyyətini təsdiq edən sənədlərdə ata adı qeyd edilməyən fiziki şəxslər üçün “Ata adı” sətri üzrə müvafiq xana boş buraxılmalıdır. “Doğulduğu tarix” xanası hər bir halda doldurulmalıdır. Bu halda “GÜN.AY.İL” formatından istifadə edilməlidir.

Misal: Fiziki şəxs: James Daniel

Doğum tarixi: 12.06.1975

 

- 3-cü (“Hesab sahibindən alınmış forma”) sətrin xanalarında hesab açmaq üçün müraciət etmiş fiziki şəxs tərəfindən təqdim edilmiş formanın W-8 və ya W-9 olmasından asılı olaraq xanalardan biri işarələnməlidir. Hesab sahibi sənəd təqdim etməkdən imtina etdikdə bu xanalardan heç biri seçilmir və həmin şəxs üzrə “Hesab sahibinin növü” xanasında “Əməkdaşlıq etməyən hesab sahibi” kimi qeyd edilməklə barəsində hesabatın 1 nömrəli əlavəsinin 1-ci bölməsində göstərilən məlumatlar təqdim edilməlidir.

Hesab sahibinin vergi məqsədləri üçün ABŞ vətəndaşı və ya rezidenti olduğu təsdiq edildiyi halda W-9 forması, lakin bunun əksini təsdiq etmək üçün W-8 forması doldurulmalıdır.

Misal: Hesab sahibindən W-8 forması alındıqda müvafiq olaraq “Hesab sahibindən alınmış forma” sətrində “W-8” xanasına “X” işarəsi qeyd edilir:

 

- 4-cü (“Hesab sahibinin ABŞ əlamətləri”) sətrin müvafiq xanalarında hesab sahibinin hesabındakı vəsaitin qalığından asılı olmayaraq (“ABŞ vətəndaşlığı və ya rezidentliyi”, “Yaşıl kart (Green card)”, “Maliyyə vəsaitlərinin ABŞ-da mövcud olan hesaba köçürülməsi üçün uzunmüddətli ödəniş tapşırıqları”, “Doğum yerinin ABŞ-da olması”, “ABŞ-da ünvanı olan şəxsə verilən qüvvədə olan etibarnamə və ya imza hüququ”, “ABŞ-da telefon nömrəsi”, “Maliyyə institutunda hesab sahibi ilə bağlı sənədlərdə yeganə ünvanın "nümayəndə ünvanı" və ya "saxlanılmış poçt ünvanı" olması”, “ABŞ-da müəyyən müddət keçirmə testi”, “ABŞ-da poçt ünvanı və ya yaşayış ünvanı”) qeyd aparılmalıdır.

Qeyd: Hesab sahibinin hesabat verilməli hesabı olmadıqda hər hansı ABŞ əlaməti aşkar olunarsa, digər xanalar boş buraxılmaqla əlamət olan xana işarələnməlidir. Hesab sahibinin birdən çox əlamətinin olması mümkündür.

Misal: Hesab sahibinin ABŞ vətəndaşı və ya rezidenti və eyni zamanda ABŞ-da telefon nömrəsi olduqda, həmin xanalarda X işarəsi qeyd edilməlidir:

 

- 5-ci (“Hesab sahibində aşkar edilmiş əlamətə uyğun olaraq ondan alınmış sənədlər”) sətrin xanalarında hesab sahibindən alınmış sənədlərdən biri və ya bir neçəsi işarələnməklə göstərilməlidir. Yalnız hesab sahibi sənəd təqdim etməkdən imtina etdikdə bu xanalardan heç biri seçilməyə bilər.

 

Misal: Hesab sahibi ABŞ vətəndaşlığını itirdiyini təsdiq edən sənədi təqdim edərsə, W-8 formasına uyğun olaraq “Hesab sahibində aşkar edilmiş əlamətə uyğun olaraq ondan alınmış sənədlər” sətrində “Hesab sahibindən onun ABŞ vətəndaşlığını itirdiyini təsdiq edən rəsmi sənədin surəti alınmışdır” xanasına “X” işarəsi qeyd edilir.

 

-  6-cı (“Hesab sahibindən beynəlxalq məlumat mübadiləsi ilə əlaqədar alınmış digər sənədlər”) sətrin xanasında hesab sahibindən beynəlxalq məlumat mübadiləsi ilə əlaqədar alınmış digər sənədlər qeyd edilir.

Misal:

 

 

- Hesab sahibindən özünüqiymətləndirmə forması (W-8 və ya W-9) alınmışdırsa, 7-ci (“Özünüqiymətləndirmə formasının imzalanma tarixi”) sətrin xanalarına həmin formanın üzərində qeyd edilmiş imzalanma tarixi daxil edilməlidir. 

Qeyd: Hesabat verilməli hesab sahibi tərəfindən maliyyə institutuna W-9 forması təqdim edilmişdirsə, həmin hesab sahibi üzrə Bölmə 1-in 11-ci sətri üzrə “Hesab sahibinin ABŞ VÖEN-i” xanalarının doldurulması mütləqdir.

Özünüqiymətləndirmə formasının doldurulma tarixi “GÜN.AY.İL” formatında daxil edilir.

Misal:

 


 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 27.06.2018-ci il tarixli 1817050000004800 nömrəli Kollegiya Qərarı ilə

təsdiq edilmişdir.

 

“Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”a Əlavə № 2-nin tərtib edilməsi

Qaydası

 

“Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”a Əlavə № 2 maliyyə institutu tərəfindən Ümumi Hesabatlılıq Standartının (Common Reporting Standard – CRS) tələblərinə uyğun olaraq doldurulmaqla, Bölmə 1 üzrə hesabat verilməli hesablar barəsində məlumatlar, Bölmə 2 üzrə iştirakçı olmayan yurisdiksiyada yerləşən və digər maliyyə institutu tərəfindən idarə olunan investisiya şirkəti və passiv qeyri-maliyyə institutunun nəzarət edən şəxsləri barədə məlumatlar, Bölmə 3 üzrə isə hesab sahibində aşkar edilmiş əlamətə uyğun olaraq ondan alınmış sənədlər barədə məlumatlar qeyd edilməlidir.

 

Bölmə 1. Hesabat verilməli hesablar barəsində məlumatlar

 

- 1-ci (“Hesab sahibinin hüquqi statusu”) sətrin xanalarında barəsində məlumat təqdim edilən hesab sahibinin statusundan asılı olaraq “Fiziki şəxs” və ya “Hüquqi şəxs” seçimlərindən biri edilməlidir.

Misal: Hesab sahibinin hüquqi statusu hüquqi şəxs olduqda “Hesab sahibinin hüquqi statusu” sətrində “Hüquqi şəxs” xanasına “X” işarəsi qeyd edilir:                            

 

- 2-ci (“Hesab sahibinin növü”) sətrin xanalarında “Hesab sahibinin hüquqi statusu” “Fiziki şəxs” kimi qeyd edildiyi halda “Müəyyən olunmuş şəxs” xanası seçilməlidir.

Hesab sahibinin hüquqi statusu “Hüquqi şəxs” kimi qeyd edildiyi halda “Hesab sahibinin növü” sətrində qeyd olunmuş xanalardan (“Barəsində hesabat verilməsi tələb olunan şəxs”, “Nəzarət edən şəxslərindən biri və ya bir neçəsi hesabat verilməli şəxs olan passiv qeyri-maliyyə institutu olan müəssisə (passiv NFE)” və ya “İştirakçı olmayan yurisdiksiyada yerləşən və digər maliyyə institutu tərəfindən idarə olunan investisiya şirkəti”) müvafiq olanı seçilir. “Nəzarət edən şəxslərindən biri və ya bir neçəsi hesabat verilməli şəxs olan passiv qeyri-maliyyə institutu olan müəssisə (passiv NFE)” və ya “İştirakçı olmayan yurisdiksiyada yerləşən və digər maliyyə institutu tərəfindən idarə olunan investisiya şirkəti” xanaları seçildikdə Bölmə 2-də göstərilən məlumatlar doldurulmalıdır.

Misal: Hesab sahibi xarici dövlətdə təsis olunmuş hüquqi şəxsin nümayəndəliyi olduqda, “Hesab sahibinin növü” sətrində hüquqi şəxslər üçün nəzərdə tutulan “Barəsində hesabat verilməsi tələb olunan şəxs” xanasında “X” işarəsi qeyd edilir:

 

- 3-cü (“Hesab sahibi olan hüquqi şəxsin adı”) sətrin xanalarına hüquqi şəxs olan hesab sahibinin adı (təşkilati-hüquqi forması göstərilməklə tam adı) qeyd edilməlidir.

Misal:

 

- 4-cü (“Hesab sahibi olan fiziki şəxsin”) sətri üzrə fiziki şəxs olan hesab sahibinin adı, soyadı, ata adı,  fərdi identifikasiya nömrəsi (bundan sonra - FİN), doğulduğu tarix doğulduğu yer barədə məlumatlar müvafiq olaraq 4.1-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü, 4.5-ci və 4.6-cı sətirlərin xanalarına daxil edilir.

Şəxsiyyətini təsdiq edən sənədlərdə ata adı qeyd edilməyən fiziki şəxslər üçün “Ata adı” sətri üzrə müvafiq xana boş saxlanılır.

Azərbaycan vətəndaşının FİN-i həmin şəxsin şəxsiyyət vəsiqəsinin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi nəzərə alınmadan, son 7 rəqəm və hərflərdən ibarət koddur.

“Doğulduğu tarix” xanası “GÜN.AY.İL” formatında doldurulmalıdır.

Misal: Ad, soyad və ata adı: Jeffret Jordan Michael

Doğum tarixi: 07.08.1990

 

- 5-ci (“Hesab sahibinin rezidenti olduğu ölkə və VÖEN”) sətrin xanalarına hesab sahibinin vergi rezidenti olduğu ölkə və VÖEN-i daxil edilir.

Misal:

 

- 6-cı (“Hesabın nömrəsi”) sətrin xanalarına barəsində hesabat verilən hesabın Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan, maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsi (bundan sonra - İBAN) daxil edilməlidir. Maliyyə hesabının İBAN nömrəsi mövcud deyildirsə, bu xanada hesabı identifikasiya edən digər məlumat daxil edilməlidir (məsələn: hesab nömrəsinə ekvivalent olan funksional nömrə, müqavilə nömrəsi və s.). Əgər hesab nömrəsi və ya hesabı identifikasiya edən digər məlumat mövcud deyildirsə, həmin xanalara hesabın nömrəsinin əvəzinə maliyyə institutu tərəfindən hesabat məqsədləri üçün müəyyən edilmiş digər unikal seriya nömrəsi daxil edilə bilər.

 Misal:

 

 

- 7-ci (“Hesabın növü”) sətirdə hesabın cari, depozit hesabı və yaxud digər növə aid olması barədə müvafiq xana qeyd edilməlidir.

Misal: Maliyyə institutu tərəfindən təqdim olunan hesabın növü “Cari hesab” olduqda “Hesabın növü” sətrində “Cari hesab” xanasına “X” işarəsi qeyd edilir:

 

- 8-ci (“Hesab sahibinin ünvanı barədə məlumatlar”) sətir üzrə məlumatlar aşağıdakı qaydada daxil edilir:

- 8.1-ci (“Ölkə”) və 8.2-ci (“Ölkə kodu”) sətirlərin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış ünvanı və ya qeydiyyatda olduğu ölkə  barədə məlumat qeyd edilməlidir. Hesab sahibinin qeydiyyatda olduğu ölkə seçildikdə “Ölkə kodu” xanası avtomatik doldurulur.

“Daimi yaşayış ünvanı” dedikdə fiziki şəxsin vergi rezidenti olduğu ölkədəki ünvanı nəzərdə tutulur (daimi yaşayış ünvanı barədə məlumatın verilməsi mümkün deyildirsə, ünvan xanalarına maliyyə institutu tərəfindən fiziki şəxs olan hesab sahibi ilə əlaqə üçün istifadə edilən ünvan daxil edilir).

- 8.3-cü (“Şəhər (Rayon)”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının şəhər (rayon) hissəsi barədə məlumat daxil edilməlidir.

- 8.4-cü (“Poçt indeksi”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının poçt indeksi hissəsi barədə məlumat daxil edilməlidir. 

- 8.5-ci (“Ünvan”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının digər hissələri (məsələn: küçə nömrəsi, ev nömrəsi və s.) barədə məlumatlar daxil edilməlidir.

 

Misal:

 

- 9-cu (“Hesab sahibinin Azərbaycan Respublikasının hesabat verən maliyyə institutundakı hesablarının ümumi sayı”) sətrin xanaları maliyyə institutu tərəfindən mütləq doldurulmalı və həmin xanalara barəsində hesabat verilməli şəxsin hesabat verən maliyyə institutunun Azərbaycan Respublikasındakı bütün filiallarında olan hesablarının cəmi sayı qeyd edilməlidir.

Misal: “Ayna 15 Group LLC”-nin maliyyə institutunda 2 əmanət və 3 cari hesabı varsa hesablarının ümumi sayı xanasına 5 qeyd edilməlidir.

 

- 10-cu (“Hesabın açılma tarixinə görə növü”) sətrin xanasında hesabın açılma tarixinə görə iki növündən biri – yeni və ya əvvəlcədən mövcud olan hesab (yəni, 1 iyul 2017-ci il tarixdə və ya daha sonra açılmışdırsa, “Yeni hesab”, 1 iyul 2017-ci il tarixədək açılmışdırsa, “Əvvəlcədən mövcud olan hesab”) seçilməlidir.

Misal: Hesab 1 mart 2017-ci il tarixində açılmışdırsa, “Hesabın açılma tarixinə görə növü” sətrində “Əvvəlcədən mövcud hesab” xanasına “X” işarəsi qeyd edilir:

 

- 11-ci (“Hesabın qalığına görə növü”) sətrin xanaları (“Yüksək dəyərli hesab (1 000 000 ABŞ dollarından yuxarı)” və ya “Aşağı dəyərli hesab (1 000 000 ABŞ dollarından aşağı)”) yalnız “Hesab sahibinin hüquqi statusu” sətrinin xanalarından “Fiziki şəxs”, “Hesabın açılma tarixinə görə növü” sətrinin xanalarından isə “Əvvəlcədən mövcud olan hesab” seçimi edildikdə aktivləşir. Əgər fiziki şəxsə məxsus əvvəlcədən mövcud olan hesabın 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarınadəkdirsə, bu xanada “Aşağı dəyərli hesab” seçilir.

Qeyd: Əvvəlcədən mövcud olan aşağı dəyərli hesabların hərtərəfli yoxlanması üzrə son tarix 30.06.2018-ci il müəyyən edilmişdir.

Misal: 1 mart 2017-ci ildə açılmış hesabın 30 iyun 2017-ci il tarixinə qalığı 1 000 000 ABŞ dollarından çox olarsa, “Hesabın qalığına görə növü” sətrində “Yüksək dəyərli hesab” xanasına “X” işarəsi qeyd edilir:

 

- 12-ci (“Hesab il ərzində bağlandıqda”) sətrin xanalarına məlumat verilməli hesab hesabatın əhatə etdiyi dövr ərzində bağlandıqda “X” işarəsi qeyd edilməli və hesabın bağlanma tarixi yazılmalıdır.

Misal: 5 oktyabr 2016-cı il tarixində açılmış hesab 2 oktyabr 2017-ci il tarixində bağlandığı halda həmin xanaya məlumat aşağıdakı kimi qeyd edilməlidir.

 

- 13-cü (“Dövrün sonuna hesabın”) sətir üzrə məlumatlar aşağıdakı qaydada daxil edilir:

- 13.1-ci (“Qalığı və ya dəyəri”) sətrin xanalarında hesabat verilməli hesabın hesabat dövrünün sonuna olan qalığı və ya dəyəri (hesabat dövrünün sonunadək bağlanmışdırsa, hesabın bağlanmazdan əvvələ olan qalığı və ya dəyəri) qeyd edilməlidir. Bu halda hesabın qalığı və ya dəyəri hansı valyutadadırsa, konvertasiya aparılmadan həmin məbləğ göstərilə bilər. Birgə hesabların hər bir sahibi üçün bu xanada həmin hesabların tam qalığı və ya dəyəri göstərilir.

- 13.2-ci (“Valyuta kodu”) sətrin xanalarında hesabın qalığının və ya dəyərinin, habelə hesaba ödənilmiş gəlirlərin ifadə olunduğu valyutanın kodu siyahıdan seçilərək əlavə edilir.

- 13.3-cü (“Qalığının və ya dəyərinin ABŞ dolları ekvivalenti”) sətrin xanalarında 13.1-ci (“Qalığı və ya dəyəri”) sətrin xanalarındakı məbləğin həmin günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi rəsmi məzənnə ilə müəyyən edilmiş ekvivalenti daxil edilməlidir.

Misal: Hesab qalığının 204 100,00 manat olduğunu və qalığın 31.12.2017-ci il tarixindəki qalıq olduğunu, həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi rəsmi məzənnənin 1.7001 olduğunu nəzərə alaraq 13.3-cü sətrin xanalarına həmin vəsaitin dollar ekvivalenti qeyd edilir:

 

- 14-cü (“Hesaba (hesabla bağlı) ödənilmiş və ya hesablanmış dividendlərin məbləği (ABŞ dolları ilə)”), 15-ci (“Hesaba (hesabla bağlı) ödənilmiş və ya hesablanmış faizlərin məbləği (ABŞ dolları ilə)”), 16-cı (“Hesaba (hesabla bağlı) ödənilmiş girovdan azad edilmə üzrə gəlirlərin məbləği (ABŞ dolları ilə)”) və 17-ci (“Hesaba (hesabla bağlı) ödənilmiş digər gəlirlərin məbləği (ABŞ dolları ilə)”) sətirlərin xanaları bu barədə məlumat olduqda doldurulmalı, əks halda mövcud olan “0” rəqəmi saxlanılmalıdır.

Depozitar hesabları üzrə təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesabda saxlanılan aktivlərlə bağlı hesaba (və ya hesabla bağlı) ödənilmiş və ya hesablanmış faizlərin, dividendlərin və digər gəlirlərin ümumi məbləği və Azərbaycan Respublikasının hesabat verən maliyyə institutunun hesab sahibi üçün depozitar, investisiya şirkəti, nominal saxlayıcı və ya agent kimi çıxış etdiyi aktivin satılmasından və ya girovdan azad edilməsindən əldə olunan və təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş və ya hesablanmış ümumi gəlirlər barəsində məlumat verilməsi tələb edilir.

Bank hesabları üzrə təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş və ya hesablanmış faizlərin ümumi məbləği barəsində məlumat verilməsi tələb edilir.

Misal: Yuxarıda qeyd edilən hesaba il ərzində hesablanmış faiz məbləği 2 050 USD olduğu halda həmin məbləğ 15-ci sətrin xanalarında qeyd edilməli, digər sətrin xanaları isə boş saxlanılmalıdır.

 

Bölmə 2. İştirakçı olmayan yurisdiksiyada yerləşən və digər maliyyə institutu tərəfindən idarə olunan investisiya şirkəti və passiv qeyri-maliyyə institutunun nəzarət edən şəxsləri barədə məlumatlar

Bu bölmə yalnız 1-ci bölmədə “Hesab sahibinin hüquqi statusu” sətri üzrə “Hüquqi şəxs” xanası, “Hesab sahibinin növü” sətri üzrə “İştirakçı olmayan yurisdiksiyada yerləşən və digər maliyyə institutu tərəfindən idarə olunan investisiya şirkəti” və ya “Nəzarət edən şəxslərindən biri və ya bir neçəsi hesabat verilməli şəxs olan passiv qeyri-maliyyə institutu olan müəssisə” xanaları seçildikdə  doldurulur.

- 1-ci (“Hüquqi şəxsin adı”) sətrin xanalarında hesab sahibi olan hüquqi şəxsin adı (təşkilati-hüquqi forması göstərilməklə tam adı) qeyd edilir.

- 2-ci (“Fiziki şəxsin”) sətir üzrə nəzarət edən fiziki şəxsin adı, soyadı, ata adı və doğulduğu tarix barədə məlumatlar müvafiq olaraq 2.1-ci, 2.2-ci, 2.3-cü və 2.4-cü sətirlərin xanalarına daxil edilir.

Şəxsiyyətini təsdiq edən sənədlərdə ata adı qeyd edilməyən nəzarət edən fiziki şəxslər üçün “Ata adı” sətri üzrə müvafiq xana boş buraxılmalıdır. “Doğulduğu tarix” xanası hər bir halda doldurulmalıdır. Bu halda GÜN.AY.İL formatından istifadə edilməlidir.

Misal: Hüquqi şəxs: Ayna 15 Group LLC

Fiziki şəxs: James Daniel

Doğum tarixi: 12.06.1975

 

- 3-cü (“Ünvan barədə məlumatlar”) sətir üzrə məlumatlar aşağıdakı qaydada daxil edilir:

- 3.1-ci (“Ölkə”) və 3.2-ci (“Ölkə kodu”) sətirlər xanalara barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya qeydiyyatda olduğu ölkə barədə məlumat qeyd edilməlidir. Hesab sahibinin qeydiyyatda olduğu ölkə seçildikdə “Ölkə kodu” xanası avtomatik doldurulur.

“Daimi yaşayış ünvanı” dedikdə şəxsin vergi rezidenti olduğu ölkədəki ünvan nəzərdə tutulur (daimi yaşayış ünvanı barədə məlumatın verilməsi mümkün deyildirsə, ünvan xanalarına maliyyə institutu tərəfindən hesab sahibi ilə əlaqə üçün istifadə edilən ünvan daxil edilir). 

- 3.3-cü (“Şəhər (Rayon)”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının şəhər (rayon) hissəsi barədə məlumat daxil edilməlidir.

- 3.4-cü (“Poçt indeksi”) sətrin xanalarına barəsində hesabat verilən fiziki və ya hüquqi şəxsin müvafiq olaraq daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının poçt indeksi hissəsi barədə məlumat daxil edilməlidir.

- 3.5-ci (“Ünvan”) sətrin xanalarına hesab sahibinin daimi yaşayış və ya hüquqi (və ya faktiki) ünvanının digər hissələri (məsələn: küçə nömrəsi, ev  nömrəsi və s.) barədə məlumatlar daxil edilməlidir.

 

Misal:

 

- 4-cü (“Fiziki şəxsin VÖEN-i və VÖEN-in aid olduğu ölkə kodu”) sətrin xanasına hesab sahibinin xarici dövlətdə əldə etdiyi VÖEN-i və VÖEN-in alındığı ölkə qeyd edilməlidir. 

 Misal:


Bölmə 3.  Hesab sahibində aşkar edilmiş rezidentlik əlamətinə uyğun olaraq ondan alınmış sənədlər

- 1-ci (“Aşkar edilmiş rezidentlik əlamətinə uyğun olaraq müəyyən edilmiş rezidentlikdən imtina edilməsinə dair müvafiq sənədlərin alındığı hesab sahiblərinin olmaması təsdiq edilir”) sətrin xanası işarələnməklə rezidentlikdən imtina edilməsinə dair  müvafiq sənədlərin alındığı hesab sahiblərinin olmadığı təsdiq edilir.

Misal:

 

- 2-ci (“Fiziki şəxsin”) sətir üzrə fiziki şəxs olan hesab sahibinin adı, soyadı, ata adı və doğulduğu yer barədə məlumatlar müvafiq olaraq 2.1-ci, 2.2-ci, 2.3-cü və 2.4-cü sətirlərin xanalarına daxil edilir.

Şəxsiyyətini təsdiq edən sənədlərdə ata adı qeyd edilməyən fiziki şəxslər üçün “Ata adı” sətri üzrə müvafiq xana boş buraxılmalıdır. “Doğulduğu tarix” xanası hər bir halda doldurulmalıdır. Bu halda “GÜN.AY.İL” formatından istifadə edilməlidir.

Misal: Fiziki şəxs: James Daniel

 Doğum tarixi: 12.06.1975

 

- 3-cü (“Hesab sahibində aşkar edilmiş əlamətlər”) sətrin xanalarında hesab sahibinin hesabındakı vəsaitin qalığı və ya dəyərindən asılı olmayaraq (“Xarici dövlətə aid rezidentliyi”; “Maliyyə vəsaitlərinin xarici dövlətdə mövcud olan hesaba köçürülməsinə dair uzunmüddətli ödəniş tapşırıqları”; “Poçtun saxlanması göstərişi” və ya maliyyə institutunun baza məlumatlarında hesab sahibinə məxsus yeganə ünvanın xarici dövlətdəki “vasitəçi ünvanı” olması”; “Xarici dövlətdəki telefon nömrəsi”; “Xarici dövlətdə ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş etibarnamə və ya imza hüququ”; “Xarici dövlətdə poçt və ya daimi yaşayış ünvanı”) qeyd aparılmalıdır.

Misal: Hesab sahiblərinin əlamətinə xarici dövlətə aid rezidentliyi uyğun gəldikdə, həmin xana “X” işarəsi ilə qeyd edilməlidir:

- 4-cü (“Aşkar edilmiş əlamətə uyğun olaraq müəyyən edilmiş rezidentlikdən imtina edilməsinə dair alınmış müvafiq sənədlər”) sətrin xanasına maliyyə institutu tərəfindən hesab sahibindən aşkar edilmiş əlamətə uyğun olaraq müəyyən edilmiş rezidentlikdən imtina edilməsinə dair alınmış müvafiq sənədlər qeyd olunmalıdır.

Misal:

 

-  5-ci (“Hesab sahibindən alınmış digər sənədlər”) sətrin xanasına hesab sahibindən hesab açılarkən alınmış digər sənədlər qeyd olunmalıdır.

Misal:  

 

-  6-cı (“Özünüqiymətləndirmə formasının imzalanma tarixi”) sətrin xanaları hesab açılarkən hesab sahibi tərəfindən doldurulan özünüqiymətləndirmə formasının imzalama tarixi barədə məlumat qeyd edilməlidir. Bu halda  “GÜN.AY.İL” formatından istifadə edilməlidir.

Misal:

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status