AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.08.1999
QEYDİYYAT NÖMRƏSİ
133
ADI
Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1999, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 528)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.08.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında

Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, digər dövlətlərin ərazisində gedən hərbi əməliyyatlarda iştirak edənlər, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəşt və təminatların qarşılıqlı tanınması haqqında Sazişin təsdiq edilməsi barədə" və "Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin güzəştli gediş hüquqlarının qarşılıqlı tanınması haqqında Sazişə qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanunları ilə rəsmiləşdirilən nəqliyyatda gediş güzəştlərini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki:

qeyd olunan Qanunların şamil edildiyi kateqoriyadan olan vətəndaşların nəqliyyat vasitələri ilə daşınması "Azərbaycan Hava Yolları" Dövlət Konserni, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir və həmin daşınmalar üçün xərclər dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir; [2]

nəqliyyat vasitələri ilə gediş-gəliş biletlərinin əldə olunması üçün xüsusi talonlar bu güzəştə malik olan vətəndaşlara yaşadıqları ərazi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən onların müraciəti əsasında verilir; [3]

talonlar təqdim olunan nəqliyyat təşkilatları tərəfindən şərtsiz qaydada qəbul olunur və talonu təqdim edən vətəndaşa bu və ya digər nəqliyyat növü ilə gediş-gəlişi üçün bilet verilir;

vətəndaşlardan alınan talon və onlara verilən biletlər barədə hesabat rübdə bir dəfə müvafiq nəqliyyat təşkilatları tərəfindən Maliyyə Nazirliyinə nazirlik tərəfindən müəyyən edilmiş formada təqdim edilir.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 25 avqust 1999-cu il

                    № 133

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyun 2006-cı il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 569)

2.       27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199)

3.       4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736)

4.       15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57)

  1. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)
  2. 3 noyabr 2020-ci il tarixli 439 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 noyabr 2020-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1383)
  3. 5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 275)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 noyabr 2020-ci il tarixli 439 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 noyabr 2020-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1383) ilə qərarın adında “əlillərinin və” sözləri “ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736) ilə birinci bəndinin ikinci abzasında "Azərbaycan Dövlət Dəmir Yolu" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57) ilə 1-ci hissəsinin ikinci abzasında “Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyi” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

[3] 12 iyun 2006-cı il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 569) ilə qərarının 1-ci bəndinin üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

nəqliyyat vasitələri ilə gediş-gəliş biletlərinin əldə olunması üçün xüsusi talonlar bu güzəştə malik olan vətəndaşlara onların müraciəti əsasında pensiya təyin edən aidiyyəti orqanlar tərəfindən verilir;

27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə 1-ci bəndinin üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

nəqliyyat vasitələri ilə gediş-gəliş biletlərinin əldə olunması üçün xüsusi talonlar bu güzəştə malik olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya alan şəxslərə bu pensiyanı təyin edən aidiyyəti orqanlar, digər vətəndaşlara isə yaşadıqları ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən onların müraciəti əsasında verilir;

28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 1-ci hissəsinin üçüncü abzasında “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 275) ilə 1-ci hissənin üçüncü abzasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status