AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
24.08.2018
QEYDİYYAT NÖMRƏSİ
233
ADI
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-08-2018, Nəşr nömrəsi: 191), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2018, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1683)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.08.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201808240233
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.08.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 31.2-ci maddəsinə uyğun olaraq, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 4.3-cü maddəsinə uyğun olaraq, məşğul şəxslər barəsində məlumatların əldə olunmasını və reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 5.1-ci maddəsinə uyğun olaraq, işaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.7. həmin Qanunun 18.3-cü maddəsinə uyğun olaraq, yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.8. həmin Qanunun 23.3-cü maddəsinə uyğun olaraq, əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.9. həmin Qanunun 24.11-ci maddəsinə uyğun olaraq, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.10. həmin Qanunun 26.2-ci maddəsinə uyğun olaraq, sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.11. həmin Qanunun 30.3-cü maddəsinə uyğun olaraq, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.12. həmin Qanunun 35.2-ci maddəsinə uyğun olaraq, məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. dörd ay müddətində:

1.2.1. həmin Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.2. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, əlaqələndirmə komitələrinin əsasnaməsini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.3. həmin Qanunun 20.4-cü maddəsinə uyğun olaraq, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.4. həmin Qanunun 22.3-cü maddəsinə uyğun olaraq, peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.5. həmin Qanunun 24.6-cı maddəsinə uyğun olaraq, özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.6. həmin Qanunun 29.3-cü maddəsinə uyğun olaraq, peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı, 1.1.7-ci, 1.1.8-ci, 1.1.12-ci, 1.1.16-cı, 1.1.21-ci, 1.1.23-cü, 4.2-ci (hər iki halda), 4.3-cü, 4.4.1.1-ci, 4.4.1.2-ci (hər üç halda), 4.4.2-ci (hər iki halda), 4.4.3-cü (hər üç halda), 4.4.4-cü (hər iki halda), 4.4.8-ci, 4.4.10-cu, 4.7-ci (hər iki halda), 5.1-ci (hər iki halda), 5.3-cü, 5.5-ci, 5.8.3-cü, 5.9.1-ci, 5.13-cü, 6.2-ci, 6.4.3-cü, 7.1-ci, 7.3-cü, 9.1.2-ci, 9.1.3-cü, 9.1.6-cı, 10.2.1-ci, 10.2.2-ci, 10.2.6-cı, 10.2.7-ci, 11.2-ci, 11.4-cü, 12.1–12.3-cü, 14.2-ci, 14.3-cü, 14.4-cü (hər iki halda), 14.5-ci, 15.1-ci, 15.2-ci, 16.2-ci, 17.3-cü, 18.2–18.6-cı, 18.7-ci (hər iki halda), 20.1-ci (hər iki halda), 20.2-ci, 20.4-cü, 21.1-ci, 21.3-cü, 21.5-ci, 22.1-ci, 22.3-cü, 23.1 – 23.3-cü, 24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü, 24.5-ci (hər iki halda), 24.6-cı (hər iki halda), 24.8-ci, 24.11-ci, 24.12-ci (hər iki halda), 24.13-cü, 25.1-ci (hər iki halda), 25.2-ci (hər iki halda), 25.3-cü, 26.1-ci, 26.2-ci, 27.1–27.3-cü, 28.1.8-ci, 29.1-ci (hər iki halda), 29.3-cü, 30.1–30.3-cü, 30.4-cü (hər iki halda), 31.1–31.3-cü maddələrində, 33.2-ci maddəsinin birinci (hər dörd halda) və ikinci cümlələrində, 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.2. həmin Qanunun 4.4.1.2-ci (birinci halda), 21.3-cü, 25.2-ci (ikinci halda), 29.1-ci (ikinci halda) və 31.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; [2]

2.3. həmin Qanunun 33.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [3]

2.4. həmin Qanunun 1.1.8-ci, 4.3-cü, 5.1-ci (ikinci halda), 11.2-ci, 14.3-cü, 15.2-ci, 18.3-cü, 20.4-cü, 21.5-ci, 22.3-cü, 23.3-cü, 24.6-cı (birinci halda), 24.11-ci, 25.1-ci (ikinci halda), 26.2-ci, 29.3-cü, 30.3-cü maddələrində, 33.2-ci maddəsinin ikinci cümləsində və 35.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [4]

2.5. həmin Qanunun 1.1.6-cı, 1.1.7-ci, 1.1.21-ci, 1.1.23-cü, 4.2-ci (hər iki halda), 4.4.1.1-ci, 4.4.1.2-ci (üçüncü halda), 4.4.2-ci (ikinci halda), 4.4.3-cü (ikinci halda), 4.7-ci (ikinci halda), 5.1-ci (birinci halda), 5.3-cü, 5.5-ci, 5.8.3-cü, 5.9.1-ci, 5.13-cü, 6.4.3-cü, 7.1-ci, 7.3-cü, 9.1.2-ci, 9.1.3-cü, 9.1.6-cı, 10.2.1-ci, 10.2.2-ci, 10.2.6-cı, 10.2.7-ci, 11.4-cü, 14.2-ci, 14.4-cü (hər iki halda),14.5-ci, 15.1-ci, 16.2-ci, 18.2-ci, 18.4–18.6-cı, 18.7-ci (hər iki halda), 20.1-ci (hər iki halda), 20.2-ci, 21.1-ci, 22.1-ci, 23.1-ci, 24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü, 24.5-ci (birinci halda), 24.8-ci, 24.12-ci (hər iki halda), 24.13-cü, 25.1-ci (birinci halda), 25.3-cü, 26.1-ci, 27.1–27.3-cü, 28.1.8-ci, 29.1-ci (birinci halda), 30.1-ci, 30.2-ci, 30.4-cü (hər iki halda), 31.1-ci maddələrində, 33.2-ci maddəsinin birinci cümləsində (hər dörd halda) və 35.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; [5]

2.6. həmin Qanunun 1.1.12-ci və 31.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur; [6]

2.7. həmin Qanunun 4.4.1.2-ci (ikinci halda), 4.4.2-ci (birinci halda), 4.4.3-cü (birinci halda), 4.4.4-cü (birinci halda) və 24.6-cı (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 4.4.3-cü (üçüncü halda) və 4.4.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur; [7]

2.9. həmin Qanunun 4.4.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur; [8]

2.10. həmin Qanunun 4.4.10-cu və 4.7-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur; [9]

2.11. həmin Qanunun 4.5-ci və 4.7-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; [10]

2.12. həmin Qanunun 6.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;

2.13. həmin Qanunun 12.1-ci və 17.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.14. həmin Qanunun 12.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur;

2.15. həmin Qanunun 12.3-cü maddəsində “orqan (qurum)” dedikdə respublika məşğulluq proqramlarına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti və ərazi məşğulluq proqramlarına münasibətdə isə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.16. həmin Qanunun 23.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.17. həmin Qanunun 24.5-ci (ikinci halda) və 25.2-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur; [11]

2.18. həmin Qanunun 24.6-cı maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;

2.19. həmin Qanunun 33.2-ci maddəsinin birinci cümləsində (üçüncü halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; [12]

2.20. həmin Qanunun 33.2-ci maddəsinin birinci cümləsində “orqanların (qurumların) işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri nəzərdə tutulurlar;

2.21. həmin Qanunun 8.0.16-cı maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. [13]

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.16-cı maddəsinə uyğun olaraq, konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələbləri üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. həmin Qanunun 5.3-cü maddəsinə uyğun olaraq, elektron ərizənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. həmin Qanunun 14.4-cü maddəsinə uyğun olaraq, işaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydasını və formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. həmin Qanunun 18.5-ci maddəsinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydasını və formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. həmin Qanunun 30.4-cü maddəsinə uyğun olaraq, qeyri-formal məşğulluq halları ilə bağlı aşkar edilmiş məlumatlara dair hesabatın formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. həmin Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş “Qeyri–formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının “Elektron hökumət” portalı üzərindən yaradılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 31.3-cü maddəsinə uyğun olaraq, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq risk qruplarının müəyyən edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağı preventiv tədbirlər görülməsinə və risk qiymətləndirilməsi sisteminə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 avqust 2018-ci il

    233

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 iyul 2019-cu il tarixli 769 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1217)

2.       22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561)

3.       21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142)

4.       12 iyul 2021-ci il tarixli 1388 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 722)

5.       13 iyul 2021-ci il tarixli 1391 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 725)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142) ilə 2.1-ci bənddə “4.4.1-ci, 4.4.2-ci (hər iki halda), 4.4.3-cü, 4.4.4-cü (hər iki halda), 4.4.5–4.4.9-cu, 4.4.10-cu (hər iki halda), 4.5-ci, 4.6-cı” sözləri “4.4.1.1-ci, 4.4.1.2-ci (hər üç halda), 4.4.2-ci (hər iki halda), 4.4.3-cü (hər üç halda), 4.4.4-cü (hər iki halda), 4.4.8-ci, 4.4.10-cu” sözləri ilə, “24.1–24.4-cü” sözləri “24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “25.2-ci” sözlərindən sonra “(hər iki halda)” sözləri çıxarılmışdır.

12 iyul 2021-ci il tarixli 1388 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 722) ilə 2.1-ci bəndə “24.11-ci,” sözlərindən sonra “24.12-ci (hər iki halda), 24.13-cü,” sözləri əlavə edilmişdir.

13 iyul 2021-ci il tarixli 1391 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 725) ilə 2.1-ci və 2.5-ci bəndlərindən “16.2-ci,” sözləri çıxarılmışdır.

 

[2] 21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142) ilə 2.2-ci bənddə “4.4.2-ci” sözləri “4.4.1.2-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən “25.2-ci (ikinci halda),” sözləri çıxarılmışdır.

 

[3] 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.3. həmin Qanunun 33.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;

12 iyul 2021-ci il tarixli 1388 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 722) ilə 2.3-cü bənd ləğv edilmişdir.

 

[4] 12 iyul 2021-ci il tarixli 1388 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 722) ilə 2.4-cü bənddə “və 35.2-ci maddələrində” sözləri “maddələrində, 33.2-ci maddəsinin ikinci cümləsində və 35.2-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

[5] 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.5-ci bənddə “(birinci və ikinci hallarda)” sözləri “(hər dörd halda)” sözləri ilə əvəz edilmişdir.

21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142) ilə 2.5-ci bənddə “4.4.1-ci, 4.4.2-ci (ikinci halda), 4.4.4-cü (ikinci halda), 4.4.5–4.4.7-ci, 4.4.10-cu (ikinci halda), 4.6-cı, 4.7-ci (birinci halda)” sözləri “4.4.1.1-ci, 4.4.1.2-ci (üçüncü halda), 4.4.2-ci (ikinci halda), 4.4.3-cü (ikinci halda), 4.7-ci (ikinci halda)” sözləri ilə, “24.1–24.4-cü” sözləri “24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü” sözləri ilə əvəz edilmişdir.

12 iyul 2021-ci il tarixli 1388 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 722) ilə 2.5-ci bəndə “24.8-ci,” sözlərindən sonra “24.12-ci (hər iki halda), 24.13-cü,” sözləri əlavə edilmişdir.

 

[6] 21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142) ilə 2.6-cı bənddə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilmişdir.

 

[7] 21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142) ilə 2.7-ci və 2.8-ci bəndlər yeni redaksiyada verilmişdir:

Əvvəlki redaksiyada deyilirdi:

2.7. həmin Qanunun 4.4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 4.4.4-cü (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

 

[8] 21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142) ilə 2.9-cu bəndə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” sözləri əlavə edilmişdir.

 

[9] 21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142) ilə 2.10-cu bənddə “4.4.9-cu və 4.4.10 (birinci halda)” sözləri “4.4.10-cu və 4.7-ci (birinci halda)” sözləri ilə əvəz edilmişdir.

 

[10] 21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142) ilə 2.11-ci və 2.18-ci bəndlər ləğv edilmişdir.

 

[11] 21 sentyabr 2020-ci il tarixli 1152 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1142) ilə 2.17-ci bənddən “(birinci halda)” sözləri çıxarılmışdır.

 

[12] 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.19-cu və 2.20-ci bəndlər ləğv edilmişdir.

 

[13] 3 iyul 2019-cu il tarixli 769 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1217) ilə 2.20-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 2.21-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status