AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.08.2018
QEYDİYYAT NÖMRƏSİ
367
ADI
“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02-09-2018, Nəşr Nömrəsi: 195), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2018, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1817)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.09.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201808300367
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.09.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 8.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 saylı qərarı ilə təsdiq edilmiş “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”nin 2.2.5-ci yarımbəndinin üçüncü abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının Tərkibi”nin “Komissiyanın üzvləri” hissəsində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin metrologiya şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə”nin 1.3-cü bəndinin üçüncü abzasında, 2.2.4-cü yarımbəndində, 3-cü hissəsinin adında, 3.1-ci və 3.2-ci bəndlərində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 28 mart tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları”nda mətn üzrə ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 337; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması Qaydaları”nda mətn üzrə və əlavədə ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasında bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 aprel tarixli 71 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 279; 1999, № 6, maddə 374; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 6, maddə 499) 3-cü hissəsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 20 aprel tarixli 90 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 298; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 736) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə Qaydaları”nın 2.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 558; 2004, № 3, maddə 193, № 9, maddə 750; 2005, № 7, maddə 665, № 10, maddə 978, № 12, maddə 1226; 2006, № 9, maddə 822, № 12, maddə 1163; 2007, № 1, maddə 49, № 10, maddə 1013; 2009, № 1, maddə 32; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 5.1-ci bəndinin ikinci abzasında, 5.2-ci bəndinin birinci və səkkizinci abzaslarında, 5.3-cü bəndinin səkkizinci abzasında, 5.4-cü bəndinin beşinci, on səkkizinci və iyirmi yeddinci abzaslarında, 6.1-ci bəndinin ikinci, altıncı, yeddinci, doqquzuncu abzaslarında, 8.1.7-ci yarımbəndinin ikinci abzasında ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 205 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 626; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49; 2009, № 1, maddə 32) ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələrində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 637; 2001, № 10, maddə 663; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 5, maddə 463, № 9, maddə 822; 2009, № 1, maddə 32; 2012, № 5, maddə 482; 2014, № 11, maddə 1507) ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”nin 2.4.1-ci, 2.6.8-ci, 4.9.2-ci və 4.9.7-ci yarımbəndlərində ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 336; 2006, № 9, maddə 822; 2008, № 5, maddə 432; 2010, № 1, maddə 49; 2016, № 4, maddələr 771, 832) ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 4.1.3-cü yarımbəndində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381; 2002, № 11, maddə 675; 2004, № 9, maddə 750, № 12, maddə 1077; 2006, № 9, maddə 822; 2007, № 2, maddə 185; 2008, № 5, maddələr 430, 432; 2009, № 9, maddələr 738, 757, № 10, maddə 857; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2015, № 5, maddə 662; 2016, № 4, maddə 833; 2018, № 4, maddə 798) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 4.11-ci bəndində “Dövlət Standartlaşdırma Mərkəzinin” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

13. “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 597; 2001, № 1, maddə 74; 2006, № 7, maddə 653; 2008, № 6, maddə 597; 2014, № 2, maddə 201; 2016, № 4, maddə 816, № 5, maddə 955) aşağıdakı dəyişikliklər edilsin:

13.1. həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə”nin 2.3-2-ci bəndində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

13.2. həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında Nümunəvi Əsasnamə”nin 2.4-2-ci bəndində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 649; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32; 2010, № 8, maddə 765; 2015, № 11, maddə 1418) ilə təsdiq edilmiş “Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası”nın 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 4-cü və 6-cı hissələrində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 442; 2006, № 9, maddə 822; 2008, № 5, maddə 430; 2009, № 1, maddə 32; 2014, № 7, maddə 927, № 12, maddə 1677) ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nın 2.7-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 159 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 642; 2009, № 1, maddə 32; 2015, № 5, maddə 663) ilə təsdiq edilmiş “Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları”nın 1.6-cı, 1.7-ci bəndlərində, 2.1-ci bəndinin ikinci, 2.2-ci bəndinin birinci, 2.5-ci bəndinin beşinci, 3.1-ci bəndinin ikinci və onuncu abzaslarında ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 676; 2004, № 2, maddə 115; 2005, № 9, maddə 860, № 12, maddə 1234; 2006, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008, № 1, maddə 37, № 10, maddə 928, № 12, maddələr 1110, 1114; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 156, № 4, maddə 279, № 8, maddə 670, № 9, maddələr 739, 754, № 12, maddə 1078; 2010, № 3, maddə 264; 2011, № 1, maddə 63; 2012, № 9, maddə 931; 2013, № 2, maddə 203, № 6, maddə 735; 2014, № 10, maddə 1290; 2015, № 5, maddə 608, № 12, maddə 1567; 2016, № 1, maddə 179, № 4, maddə 807, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də mətn üzrə ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 687; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2009, № 1, maddə 32; 2012, № 1, maddə 31; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2017, № 9, maddə 1744) ilə təsdiq edilmiş “Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın I bölməsinin 2-ci hissəsində və II bölməsinin 2-ci hissəsində (hər iki halda) “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

19. “Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 dekabr tarixli 198 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 750; 2009, № 1, maddə 32) 3-cü hissəsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 dekabr tarixli 199 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 751; 2007, № 12, maddə 1336; 2009, № 1, maddə 32; 2016, № 4, maddə 797) ilə təsdiq edilmiş “Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması Qaydası”nın on yeddinci abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 16 iyul tarixli 97 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 588; 2006, № 5, maddə 463; 2007, № 10, maddə 1013; 2009, № 1, maddə 32) ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”nın 1.2-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

22. “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 101 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 592; 2005, № 6, maddə 558; 2006, № 1, maddə 59, № 4, maddə 370, № 9, maddə 822, № 11, maddə 1000; 2008, № 5, maddə 432; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 4, maddə 359) 7-ci hissəsinin birinci abzasında və 8-ci hissəsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.15-ci bəndinin birinci abzasında, 7.16-cı bəndində, 8.7-ci bəndinin üçüncü abzasının beşinci cümləsində, 8.15-ci bəndinin beşinci cümləsində və 12.6-cı bəndinin dördüncü abzasının beşinci cümləsində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 783; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32, № 3, maddə 205; 2014, № 2, maddə 201, № 7, maddə 931; 2016, № 5, maddə 955; 2018, № 2, maddə 338) ilə təsdiq edilmiş “Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.8-ci bəndinin üçüncü abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

25. “Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1234; 2007, № 6, maddə 698; 2008, № 4, maddə 309; 2009, № 1, maddə 32; 2014, № 2, maddə 201, № 7, maddə 932; 2016, № 5, maddə 955, № 9, maddə 1585, № 10, maddə 1741) aşağıdakı dəyişikliklər edilsin:

25.1. 3-cü hissədə “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə və 4-cü hissədə (hər iki halda) “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

25.2. həmin qərarla təsdiq edilmiş “Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı, insanların həyatının və sağlamlığının qorunması üçün yalnız mənşəyi bəlli olan xammaldan istifadənin təmin edilməsi, daxili bazarın haqsız rəqabətdən müdafiəsi və sağlam rəqabət prinsiplərinə riayət edilməsi, qeyri-qanuni istehsalın, habelə keyfiyyətsiz məhsulların istehsalının və idxalının, qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədi ilə görüləcək Tədbirlər”in 3-cü, 5-ci, 6-cı və 7-ci hissələrinin “İcraçı təşkilatlar” sütununda “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 54; 2009, № 1, maddə 32; 2016, № 11, maddə 1948; 2018, № 4, maddə 805) ilə təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”nın 18-ci hissəsinin birinci abzasının ikinci cümləsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

27. “Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 864; 2009, № 1, maddə 32) 1.2-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 26; 2014, № 2, maddə 201, № 3, maddə 311; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın “3. Hesabat və nəzarət” hissəsinin 3.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 602; 2010, № 9, maddə 828; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 3.5.1-ci yarımbəndinin ikinci abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 740; 2014, № 2, maddə 201, № 7, maddə 944; 2016, № 5, maddə 955, № 12, maddə 2228; 2018, № 2, maddə 337) ilə təsdiq edilmiş “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 2.2.10-cu yarımbəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

31. “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli 45 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 256; 2014, № 1, maddə 69; 2016, № 10, maddə 1704) 3-cü hissəsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 159 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 768; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.4-cü bəndinin birinci abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

33. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1125; 2014, № 7, maddə 947; 2016, № 3, maddə 593, № 4, maddə 786; 2017, № 1, maddə 130, № 9, maddə 1753) aşağıdakı dəyişikliklər edilsin:

33.1. həmin qərarla təsdiq edilmiş “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair Qaydalar”ın 3.2-ci bəndinin birinci cümləsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

33.2. həmin qərarla təsdiq edilmiş “Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti Qaydaları”nın 2.2-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə)” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə, 2.17-ci, 3.1-ci, 3.5-ci, 3.6-cı, 3.7-ci, 3.11-ci, 3.12-ci, 3.15-ci, 4.1-ci bəndlərində, 4.2-ci və 4.6-cı bəndlərinin birinci cümlələrində ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə və həmin Qaydalara 1 nömrəli əlavədə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452; 2012, № 2, maddə 184; 2013, № 6, maddə 744; 2014, № 1, maddə 69; 2016, № 4, maddə 834; 2017, № 6, maddə 1228, № 10, maddə 1876; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 29 iyun tarixli 282 nömrəli qərarı) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

34.1. 3.2.13-cü yarımbənddə “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini (bundan sonra - SMPDK)” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA)” sözləri ilə əvəz edilsin;

34.2. 4.1-ci, 4.3-cü, 4.6-cı bəndlərdə və 6.1.3-cü yarımbənddə “SMPDK” akronimi “AİBNDA” akronimi ilə əvəz edilsin;

34.3. həmin Qaydalara 2 nömrəli əlavə - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin 2.2.6.3-cü yarımbəndində və həmin Qaydalara 3 nömrəli əlavə - “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi”nin 2.2.7.3-cü yarımbəndində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

35. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1198) aşağıdakı dəyişikliklər edilsin:

35.1. 13-cü hissədə “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

35.2. həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası”nın 2.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə, 2.3-cü, 2.5-ci bəndlərində, 2.6-cı bəndinin birinci cümləsində və 2.8.1-ci yarımbəndində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

35.3. həmin qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi”nin 1.2-ci bəndində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə, 3.4-cü bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 dekabr tarixli 291 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1355) ilə təsdiq edilmiş “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası”nın 2.2-ci, 2.6-cı bəndlərində və 2.7-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9, maddə 1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123, № 8, maddələr 1616, 1623, № 9, maddə 1758; 2018, № 2, maddə 343, № 3, maddə 622, № 4, maddə 809; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 218 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 22.5.3-cü yarımbəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

38. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 590; 2016, № 5, maddə 955; 2018, № 2, maddə 331) 1-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində “İsayev Zahid İsa oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi” sözləri “Məmmədov Orxan Vidadi oğlu – Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin icraçı direktoru” sözləri ilə əvəz edilsin.

39. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 742; 2016, № 12, maddə 2224; 2017, № 9, maddə 1762) aşağıdakı dəyişikliklər edilsin:

39.1. adında və ikinci abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin və preambulasından “Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.13-1-ci bəndinə əsasən və” sözləri çıxarılsın;

39.2. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi qaydası”nın adında, 1.1-ci bəndində (ikinci halda) və həmin Qaydanın 1-5 nömrəli əlavələrinin yuxarı sağ küncündə və mətnində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin və 1.1-ci bəndindən “və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə” sözləri çıxarılsın.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1009; 2016, № 2 (II kitab), maddə 362) ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.29-cu bəndinin birinci cümləsində və həmin Qaydalara 1 nömrəli əlavədə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 may tarixli 185 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 945) ilə təsdiq edilmiş “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nın 7.4-cü bəndinin birinci və ikinci cümlələrində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1231) ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın 10.6-cı bəndinin birinci cümləsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

 

Bakı şəhəri, 30 avqust 2018-ci il

                          № 367

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status