AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.09.2018
QEYDİYYAT NÖMRƏSİ
408
ADI
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 25-09-2018, Nəşr Nömrəsi: 214), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2018, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1936)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.09.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201809210408
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.09.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılsın.

2. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunda təmsil olunmuş dövlət qurumunun nümayəndəsi ilə əmək münasibətlərinə xitam verildikdə, yaxud həmin nümayəndənin başqa səbəblərdən Koordinasiya Qrupunun işində iştirakı mümkün olmadıqda, həmin dövlət qurumu bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş tərkibdə göstərilən nümayəndəsini əvəz etsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu barədə məlumatlandırsın.

4. Kiçik və orta biznes evlərinin əhatə etdiyi ərazilər üzrə rayon (şəhər) icra hakimiyyətləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Koordinasiya Qrupuna nümayəndələrinin ayrılmasını təmin etsinlər.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 21 sentyabr 2018-ci il

   № 408

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 21 sentyabr tarixli 408 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi

 

Koordinasiya Qrupunun rəhbəri

 

Niyazi Səfərov

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Koordinasiya Qrupunun rəhbərinin müavini

 

Orxan Məmmədov

 

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri

 

Koordinasiya Qrupunun üzvləri:

 

Rəşad Qarayev

 

Azərbaycan Respublikası Vergilər Nazirliyi Aparatının Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin uçot-qeydiyyat məlumat bazalarının təhlili və informasiya təminatı şöbəsinin müdiri

Elnur Süleymanov

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri

Tariyel Alverdiyev [1]

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi

İlqar Poladov

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri

Anar Məmmədov

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Aparatının Baş Təşkilat-İnspeksiya İdarəsi rəisinin müavini

Bilal Dadaşov

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının kommunikasiya və təsərrüfat şöbəsinin müdiri

Hikmət Həsənov

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri

Namik İsmayılov

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin dövlət reyestrinin aparılması və məlumat şöbəsinin məlumat sisteminin yaradılması sektorunun müdiri

Ramin Paşayev

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin xüsusi icazə və dövlət reyestri şöbəsinin müdiri

Aqil Quliyev

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri

Müşfiq Səttarzadə

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin şöbə müdiri

Vasif Eyvazzadə

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbərinin müavini - beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri

Məhəmməd Muradov

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri

Rəşad Əzizov

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri

Nabil Seyidov

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdirinin müavini

İqbal Əsgərov

 

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Aparatının hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri

Səbuhi Gülməmmədov

 

Azərbaycan Respublikası Auditorlar Palatası Aparatının Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi

Ceyhun İsayev

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Aparatının hüquq şöbəsinin müdiri

Orxan Kazımov

 

Bakı Nəqliyyat Agentliyi Aparatının strateji inkişaf və maarifləndirmə şöbəsinin müdiri

Xudayət Həsənli

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri

İbrahim Quliyev

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Vüqar Qəhrəmanov

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri [2]

Nuru Süleymanov

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri

Oqtay Həsənov

 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquq şöbəsinin müdiri

Xəyyam İsmayılov

 

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank fəaliyyətinə nəzarət departamentinin bank olmayan kredit təşkilatlarına nəzarət idarəsinin rəisi

Ruslan Əliyev

 

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktorunun satış və istismar üzrə müavini

Elsevər Rüstəmli

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Perspektiv İnkişaf və “ASAN Xidmət”lə İş İdarəsinin rəisi

Faiq Kazımov

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müşaviri - hüquq departamentinin rəisi

Xaliq Məmmədov [3]

 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini

Kamil Alıyev

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Hava Yolları Sərnişin Aviaşirkətinin Marketinq, Kommersiya və İstehsalat İdarəsinin Tarif siyasəti şöbəsinin rəisi

Heydər Cəfərli

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Tarif Siyasəti və Marketinq İdarəsinin rəisinin müavini

Zaur Nağıyev

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Hüquq departamentinin rəisi

Orxan Ərəbov

 

Azərbaycan Respublikası Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri

İsaxan Vəliyev

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktorunun müşaviri

Samir Hümbətov

 

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Aparatının Kredit zəmanət departamentinin təhlil və konsaltinq şöbəsinin müdiri

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 yanvar 2019-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 yanvar 2019-cu il, № 5, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 145)

2.       14 mart 2019-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2019-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 524)

3.       14 mart 2019-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 529)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 yanvar 2019-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 yanvar 2019-cu il, № 5, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 145) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”ndə “Şahin Ələsgərov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri “Tariyel Alverdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 mart 2019-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 529) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”nin “Koordinasiya Qrupunun üzvləri” bölməsində “Tamilla Mehdiyeva - Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər İqtisadiyyat Komitəsinin tikinti və təmir sektorunun müdiri” sözləri “Vüqar Qəhrəmanov - Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 mart 2019-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2019-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 524) ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”ndən “Xaliq Məmmədov - “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status