AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.10.2018
QEYDİYYAT NÖMRƏSİ
1282-VQD
ADI
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 21-10-2018, Nəşr nömrəsi: 237), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2018, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1979)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.10.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
400.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201810121282
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.10.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641; 2014, № 4, maddə 347, № 7, maddə 767; 2016, № 6, maddə 987) aşağıdakı dəyişikliklər edilsin:

1. 48.2.2-ci maddəyə “başa çatdıqda” sözlərindən sonra “və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 48.2.2-1-ci maddə əlavə edilsin:

“48.2.2-1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 oktyabr 2018-ci il

                 № 1282-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status