AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
15.05.2018
QEYDİYYAT NÖMRƏSİ
85
ADI
“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2018, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 1022)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.03.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.05.2018
“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilm

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 fevral tarixli 3716 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339; 2016, № 1, maddə 134; 2017, № 5, maddə 934) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1.  1.1 -ci bəndin ikinci abzasında “ 220” rəqəmləri “ 266” rəqəmləri ilə və üçüncü abzasında “ 120” rəqəmləri “ 145” rəqəmləri ilə əvəz edilsin;

1.2.  1.2-ci bəndin ikinci abzasında “ 120” rəqəmləri “ 145” rəqəmləri ilə, dördüncü abzasında “ 105” rəqəmləri “ 127” rəqəmləri ilə, beşinci abzasında “ 85” rəqəmləri “ 103” rəqəmləri ilə, altıncı abzasında “ 55” rəqəmləri “ 67” rəqəmləri ilə, səkkizinci abzasında “ 95” rəqəmləri “ 115” rəqəmləri ilə, doqquzuncu abzasında “ 80” rəqəmləri “ 97” rəqəmləri ilə və onuncu abzasında “ 50” rəqəmləri “ 61” rəqəmləri ilə əvəz edilsin;

1.3.  1.3-cü bəndin ikinci abzasında “ 50” rəqəmləri “ 61” rəqəmləri ilə, üçüncü abzasında “ 40” rəqəmləri “ 48” rəqəmləri ilə və dördüncü abzasında “ 35” rəqəmləri “ 42” rəqəmləri ilə əvəz edilsin;

1.4.  1.4-cü bənddə “ 35” rəqəmləri “ 42” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Sərəncam 2018-ci il martın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 may 2018-ci il

№ 85

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status