AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
17.11.1996
QEYDİYYAT NÖMRƏSİ
512
ADI
“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1997, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 121)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan RESPUBLİKASI Prezİdentİnİn Fərmanı

 

“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.            Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

(Qüvvədən düşüb) [1]

qüvvədə olan qanunvericilik aktlarını “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikası Prezidentinə məlumat versin.

Öz səlahiyyətləri daxilində “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2.            Müəyyən edilsin ki, “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsində, 14-cü maddəsinin 2-ci hissəsində, 17-ci maddəsində, 18-ci maddəsinin 2-ci hissəsində, 24-cü maddəsinin 2-ci hissəsində və 26-cı maddəsinin 5-ci hissəsində göstərilən “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

həmin Qanunun 9-cu maddəsində, 28-ci maddəsində və 29-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "enerji resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, alternativ və bərpa olunan enerji resurslarına münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi həyata keçirir. [2]

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 17 noyabr 1996-cı il

    № 512

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 oktyabr 2003-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 582)

2.       16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769)

3.       25 noyabr 2013-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1332)

4.       10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

5.       31 may 2018-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 967)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 23 oktyabr 2003-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 582) ilə 1-ci bəndin ikinci abzası qüvvədən düşmüş hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş enerji resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanının yaradılması barədə Azərbaycan Respublikası Prezidentinə təkliflər versin;

 

[2] 23 oktyabr 2003-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 582) ilə 2-ci bəndə ikinci abzas əlavə edilmişdir.

16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə 2-ci bəndinin ikinci abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilmişdir.

25 noyabr 2013-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 259; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1332) ilə 2-ci hissəsinin ikinci abzasına “Energetika Nazirliyi” sözlərindən sonra “, alternativ və bərpa olunan enerji resurslarına münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 2-ci hissəsinin ikinci abzasında “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

31 may 2018-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 967) ilə 2-ci hissənin ikinci abzasından “, alternativ və bərpa olunan enerji resurslarına münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status