AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.09.2018
QEYDİYYAT NÖMRƏSİ
276
ADI
“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2018, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1839)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.09.2018
“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilm

“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 235; 2014, № 9, maddə 1027; 2017, № 3, maddə 353) aşağıdakı dəyişikliklər edilsin:

1. Fərmanın adında və 1-ci hissəsində “Rabitə” sözü “Nəqliyyat, Rabitə” sözləri ilə, ismin müvafiq hallarında “Mərkəzi” sözü ismin müvafiq hallarında “Xidməti” sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında Əsasnamə” üzrə:

2.1. adında və 1.2-ci bənddə “Rabitə” sözü “Nəqliyyat, Rabitə” sözləri ilə əvəz edilsin;

2.2. adında və mətnində ismin müvafiq hallarında “Mərkəzi” sözü ismin müvafiq hallarında “Xidməti” sözü ilə əvəz edilsin;

2.3. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (bundan sonra - Xidmət) kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların (bundan sonra - istifadəçilər) kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən, habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi və fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi halları ilə bağlı tədbirlər görən, əlaqələndirici qurum olan icra hakimiyyəti orqanıdır.”;

2.4. 2.1.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.7-ci və 2.1.8-ci yarımbəndlər əlavə edilsin:

“2.1.7. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri görmək;

2.1.8. fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək.”;

2.5. aşağıdakı məzmunda 3.1.20-1-ci – 3.1.20-12-ci yarımbəndlər əlavə edilsin:

“3.1.20-1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilmiş informasiyanın yayılmasının və kiberhücumların qarşısının alınması məqsədi ilə internet informasiya ehtiyatlarının (dövlət qurumlarının internet informasiya resursları istisna olmaqla) fəaliyyətinin monitorinqini aparmaq, nəticələrinə dair dövlət qurumlarını məlumatlandırmaq və bu sahədə mütəxəssis hazırlığı və mövcud kadr potensialının artırılması üzrə tədbirlər görmək;

3.1.20-2. kibertəhlükəsizlik və fərdi məlumatlar sahələri üzrə xidmətlər göstərmək;

3.1.20-3. milli internet operatorlarına və digər internet provayderlərinə kibertəhlükəsizlik sahəsi və elektron təhlükələr ilə əlaqədar sorğular vermək və onlardan belə məlumatları almaq;

3.1.20-4. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək;

3.1.20-5. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və hostprovayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək;

3.1.20-6. yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək və belə internet informasiya ehtiyatlarının siyahısını aparmaq;

3.1.20-7. “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”nın internet provayderlər tərəfindən əldə edilməsinə və onun tətbiqinə riayət edilməsinə nəzarəti həyata keçirmək;

3.1.20-8. Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlanılmadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün tədbirlərin görülməsini təmin etmək;

3.1.20-9. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulan məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət qurumlarının tanış olmasına imkan yaratmadıqda, müvafiq satıcının ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılmasını təmin etmək;

3.0.20-10. fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxmaq, onları araşdırmaq və qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;

3.0.20-11. fərdi məlumatların informasiya sistemlərinin dövlət ekspertizasını təşkil etmək;

3.0.20-12. fərdi məlumatların operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən qanunvericiliyin tələblərinə uyğun aparılmasının auditini həyata keçirmək;”;

2.6. 5.1-ci bənddə “Nazirlər Kabineti” sözləri “Prezidenti” sözü ilə əvəz edilsin;

2.7. 5.2-ci bəndin birinci cümləsində “direktor” sözü “rəis” sözü ilə, ikinci cümləsində “direktoru” sözü “rəisi” sözü ilə, “rabitə” sözü “nəqliyyat, rabitə” sözləri ilə əvəz edilsin;

2.8. aşağıdakı məzmunda 5.2-1-ci və 5.2-2-ci bəndlər əlavə edilsin:

“5.2-1. Xidmətin rəisi bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin icrasına görə şəxsən məsuliyyət daşıyır.

5.2-2. Xidmətin struktur bölmələrinin rəhbərlərini və baş mühasibini Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəyə təyin edir və vəzifədən azad edir.”;

2.9. 5.3-cü bənddə “direktoru” sözü “rəisi” sözü ilə əvəz edilsin;

2.10. aşağıdakı məzmunda 5.3.4-1 -ci yarımbənd əlavə edilsin:

“5.3.4-1. Xidmətin Aparatının struktur bölmələrinin əsasnamələrinin layihələrini hazırlayır və təsdiq olunmaq üçün müvafiq qaydada Nazirliyə təqdim edir;”;

2.11. 5.3.5-ci yarımbənddə “işçilərini” sözündən sonra “(bu Əsasnamənin 5.2-2-ci bəndində göstərilənlər istisna olmaqla)” sözləri əlavə edilsin;

2.12. 5.3.8-ci yarımbənddən “etibarnaməsiz” sözü çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 sentyabr 2018-ci il

                 № 276

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status