AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
21.01.2019
QEYDİYYAT NÖMRƏSİ
482
ADI
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-01-2019, Nəşr nömrəsi: 20), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2019, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 72)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.01.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.050.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201901210482
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.01.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 1.0.4-cü maddəsinə uyğun olaraq psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.4. həmin Qanunun 6.5-ci maddəsinə uyğun olaraq ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.5. həmin Qanunun 11.3-cü maddəsinə uyğun olaraq psixoloji yardım göstərən şəxslərə dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 18.3-cü maddəsinə uyğun olaraq klinik (tibbi) psixoloqlara verilən ixtisas attestatının formasını və onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin, habelə 7.1-ci və 19.4-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü, 6.5-ci, 7.1-ci, 10.3.7-ci, 11.3-cü, 18.2-ci, 18.3-cü, 19.4-cü və 19.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 1.0.4-cü, 6.5-ci, 11.3-cü və 18.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.2-1. həmin Qanunun 5.2.2-ci (psixoloji yardım sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi üzrə) və 5.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [1]

3.3. həmin Qanunun 18.2-ci və 19.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

3.4. həmin Qanunun 10.3.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;

3.5. həmin Qanunun 7.1-ci maddəsində “orqanlar (qurumlar)” dedikdə fövqəladə hadisələr zamanı zərər çəkmiş şəxslərə psixoloji yardım göstərilməsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, fövqəladə hadisələrin psixoloji fəsadlarını aradan qaldırmaq məqsədilə zəruri tədbirlər həyata keçirilməsi üzrə tabeliyində tibb müəssisələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur; [2]

3.6. həmin Qanunun 19.4-cü maddəsində “orqan (qurum)” dedikdə tabeliyində tibb müəssisələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;

3.7. həmin Qanunun 5.2.1-ci (həmin Qanunun 7.2-ci və 7.3-cü maddələrində qeyd olunan əhali qruplarına münasibətdə) maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

3.8. həmin Qanunun 5.2.1-ci (həmin Qanunun 7.1-ci maddəsində qeyd olunan əhali qrupuna münasibətdə) və 5.2.7-ci (psixoloji konsultasiya və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, qaynar xəttin təşkili üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində tibb müəssisələri olan dövlət orqanları (qurumları) həyata keçirirlər;

3.9. həmin Qanunun 5.2.2-ci (psixoloji yardım sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə) və 5.2.4-cü maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində tibb, təhsil və sosial xidmət müəssisələri olan dövlət orqanları (qurumları) həyata keçirirlər;

3.10. həmin Qanunun 5.2.5-ci (klinik (tibbi) psixoloji yardım göstərən mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi üzrə), 5.2.6-cı, 5.2.7-ci (sosial reklam çarxlarının hazırlanması üzrə), 5.2.8-ci və 5.2.9-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

3.11. həmin Qanunun 5.2.5-ci (klinik (tibbi) psixoloqlar istisna olmaqla psixoloji yardım göstərən digər mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi üzrə) maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;

3.12. həmin Qanunun 5.2.7-ci maddəsində nəzərdə tutulmuş sosial reklam çarxlarının yayımlanması vəzifəsini “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, televiziya və radio yayımına münasibətdə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası, açıq məkanda yayımına münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi həyata keçirirlər. [3]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 yanvar 2019-cu il

                      № 482

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 mart 2020-ci il tarixli 966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 242)

2.       12 iyun 2021-ci il tarixli 1358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 573)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 mart 2020-ci il tarixli 966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 242) ilə yeni məzmunda 3.2-1-ci bənd əlavə edilmişdir.

 

[2] 12 iyun 2021-ci il tarixli 1358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 573) ilə 3.5-ci, 3.6-cı, 3.8-ci və 3.9-cu bəndlərində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.

 

[3] 19 mart 2020-ci il tarixli 966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 242) ilə 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 3.5–3.12-ci bəndlər əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status