AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.01.2019
QEYDİYYAT NÖMRƏSİ
20
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 dekabr tarixli 320 nömrəli, “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli, “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2013-cü il 19 iyul tarixli 189 nömrəli və “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 25-01-2019, Nəşr Nömrəsi: 19), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2019, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 164)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.01.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201901210020
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.01.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 dekabr tarixli 320 nömrəli, “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli, “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2013-cü il 19 iyul tarixli 189 nömrəli və “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 dekabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1384) ilə təsdiq edilmiş “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nın 2.1-ci bəndində “Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra – DMAA)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – NRYTN yanında DMAA)” sözləri ilə, 2.4-cü, 6.1-ci (birinci cümləsində), 7.1-ci (birinci və ikinci cümlələrində), 7.3-cü, 10.2-ci, 13.2-ci, 13.4-cü, 13.5-ci və 13.6-cı (birinci cümləsində) bəndlərində və 12.1.1-ci yarımbəndində ismin müvafiq hallarında “DMAA” abreviaturası ismin müvafiq hallarında “NRYTN yanında DMAA” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.2-ci bəndindən “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən,” sözləri çıxarılsın, 2.1.2-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - NRYTN)” sözləri ilə, 3.17-ci (ikinci cümləsində), 4.10-cu (ikinci və üçüncü cümlələrində), 4.11-ci, 4.12-ci (birinci cümləsində), 4.17-ci (ikinci cümləsində), 5.20-ci, 5.28-ci, 5.36-cı, 5.37-ci, 5.38-ci, 5.40-cı (birinci cümləsində), 6.5-ci, 8.4-cü, 9.12-ci bəndlərində ismin müvafiq hallarında “DMAA-nın direktoru” sözləri ismin müvafiq hallarında “nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin və 3.14-cü, 3.15-ci, 3.16-cı, 4.2-ci, 4.9-cu, 4.13-cü, 4.16-cı, 4.22-ci, 4.23-cü, 4.26-cı, 4.44-cü, 4.54-cü, 4.58-ci, 4.69-cu, 4.78-ci, 4.79-cu (birinci və ikinci cümlələrində), 4.80-ci, 4.81-ci, 4.84-4.86-cı, 5.13-cü, 5.21-ci, 5.23-cü, 5.27-ci, 5.35-ci, 5.43-5.45-ci, 6.2-ci, 8.2-ci, 8.4-cü, 8.9-cu, 9.8-ci, 10.2-ci, 10.37-ci, 11.3-cü bəndlərində, 4.73.3-cü, 5.47.6-cı, 8.3.1-ci, 8.3.2-ci, 8.6.3-cü, 8.6.4.3-cü, 8.6.4.4-cü, 8.8.1-ci, 8.8.2-ci, 9.3.1.2-ci, 9.5.1-ci, 9.5.2-ci və 10.30.2-ci yarımbəndlərində ismin müvafiq hallarında “DMAA” abreviaturası ismin müvafiq hallarında “NRYTN” abreviaturası ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 884; 2014, № 6, maddə 745; 2015, № 3, maddə 331, № 6, maddə 785; 2016, № 3, maddə 621, № 5, maddə 952) ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 26-1-ci hissəsində “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 381 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1659; 2016, № 4, maddə 805; 2018, № 5, maddə 1134, № 7 (II kitab), maddə 1625) ilə təsdiq edilmiş “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nın 1.2-ci və 2.4-cü bəndlərində “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 21 yanvar 2019-cu il

                       № 20

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status