AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.02.2019
QEYDİYYAT NÖMRƏSİ
524
ADI
“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 10-02-2019, Nəşr Nömrəsi: 33), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2019, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 223)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.02.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201902070524
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.02.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 223; 2014, № 9, maddə 1061) dəyişikliklər təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 fevral 2019-cu il

    № 524

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 7 fevral tarixli 524 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında dəyişikliklər

 

“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 223; 2014, № 9, maddə 1061) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi” üzrə:

1.1. üz tərəfində “IN THE TERRITORY” sözləri “WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilsin;

1.2. arxa tərəfində “Authority” sözü “Issuing authority” sözləri ilə, “officer” sözü “authorized person” sözləri ilə, “produced” sözü “presented” sözü ilə əvəz edilsin və “its holder” sözləri çıxarılsın.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi” üzrə:

2.1. üz tərəfində “IN THE TERRITORY” sözləri “WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilsin;

2.2. arxa tərəfində “Authority” sözü “Issuing authority” sözləri ilə, “officer” sözü “authorized person” sözləri ilə, “produced” sözü “presented” sözü ilə əvəz edilsin və “him/her” sözləri çıxarılsın.

3. Həmin Fərmanla təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın nümunəsi”ndə “DECISION of the State Migration Service of the Republic of Azerbaijan on extension of temporary stay period in the Republic of Azerbaijan for foreigners and stateless persons” sözləri “State Migration Service of the Republic of Azerbaijan DECISION on extension of temporary staying period of foreigners and stateless persons in the Republic of Azerbaijan” sözləri ilə, “The State” sözləri “State” sözü ilə, “born in” sözləri “born” sözü ilə, “the temporary stay” sözləri “temporary staying” sözləri ilə, “till” sözü “untill” sözü ilə, “produced” sözü “presented” sözü ilə, “Head of the State Migration Service” sözləri “Chief of State Migration Service” sözləri ilə əvəz edilsin, “authority” sözündən əvvəl “issuing” sözü əlavə edilsin və “its holder” sözləri çıxarılsın.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status