AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
14.02.2019
QEYDİYYAT NÖMRƏSİ
961
ADI
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-02-2019, Nəşr Nömrəsi: 37), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2019, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 291)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.03.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.050.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201902140961
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.02.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 360 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 216 manat [1]

1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 204 manat [2]

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 174 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 144 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 96 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 156 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 132 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 90 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 90 manat [3]

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 72 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 60 manat

1.4. Peşə təhsili müəssisələrində: [4]

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 90 manat [5]

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 72 manat

akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 60 manat.

2. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə, peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə isə aralıq qiymətləndirmə nəticələrinə görə bu Sərəncamın 1.21.4-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin. [6]

3. Bu Sərəncamın 1.1-ci bəndi ilə müəyyən edilmiş təqaüdlər yalnız dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara və peşə təhsili müəssisələrinin tələbələrinə ödənilsin. [7]

4. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

5. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339; 2016, № 1, maddə 134; 2017, № 5, maddə 934; 2018, № 5, maddə 1022) 1-ci, 1-1-ci və 2-ci hissələri ləğv edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 fevral 2019-cu il

                     № 961

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 noyabr 2021-ci il tarixli 2995 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 noyabr 2021-ci il, № 244)

2.       20 dekabr 2021-ci il tarixli 3057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 dekabr 2021-ci il tarixli 3057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277) ilə 1.1-ci bəndin ikinci abzasında “300” rəqəmləri “360” rəqəmləri ilə, üçüncü abzasında “180” rəqəmləri “216” rəqəmləri ilə əvəz edilmişdir.

 

[2] 20 dekabr 2021-ci il tarixli 3057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277) ilə 1.2-ci bəndin ikinci abzasında “170” rəqəmləri “204” rəqəmləri ilə, dördüncü abzasında “145” rəqəmləri “174” rəqəmləri ilə, beşinci abzasında “120” rəqəmləri “144” rəqəmləri ilə, altıncı abzasında “80” rəqəmləri “96” rəqəmləri ilə, səkkizinci abzasında “130” rəqəmləri “156” rəqəmləri ilə, doqquzuncu abzasında “110” rəqəmləri “132” rəqəmləri ilə, onuncu abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilmişdir.

 

[3] 20 dekabr 2021-ci il tarixli 3057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277) ilə 1.3-cü bəndin ikinci abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə, üçüncü abzasında “60” rəqəmləri “72” rəqəmləri ilə, dördüncü abzasında “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir.

 

[4] 11 noyabr 2021-ci il tarixli 2995 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 noyabr 2021-ci il, № 244) ilə 1.4-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.4. Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

 

[5] 20 dekabr 2021-ci il tarixli 3057 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277) ilə 1.4-cü bəndin ikinci abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə, üçüncü abzasında “60” rəqəmləri “72” rəqəmləri ilə, dördüncü abzasında “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir.

 

[6] 11 noyabr 2021-ci il tarixli 2995 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 noyabr 2021-ci il, № 244) ilə 2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.

 

[7] 11 noyabr 2021-ci il tarixli 2995 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 noyabr 2021-ci il, № 244) ilə 3-cü hissədə və 1.4-cü bəndləri sözləri bəndi sözü ilə əvəz edilmişdir və həmin hissədən və peşə təhsili müəssisələrinin tələbələrinə sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status