AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.02.2019
QEYDİYYAT NÖMRƏSİ
1501-VQD
ADI
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-03-2019, Nəşr nömrəsi: 51)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.03.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.120.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201902121501
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.03.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 737; 2003, № 1, maddə 1; 2006, № 3, maddə 225; 2007, № 6, maddə 562, № 12, maddə 1216; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1168; 2016, № 3, maddə 423; 2017, № 5, maddə 741, № 7, maddə 1291; 2018, № 5, maddə 847) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddə üzrə:

1.1. adında “Ali Sovetinin” sözləri “Milli Məclisinin” sözləri ilə əvəz edilsin;

1.2. mətnində “Ali Soveti” sözləri “Milli Məclisi” sözləri ilə əvəz edilsin.

2. 13-2.5-ci maddədən “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 fevral 2019-cu il

               № 1501-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status