AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.02.2019
QEYDİYYAT NÖMRƏSİ
527
ADI
“Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2019, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 226)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.02.2019
“Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

“Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Dövlət orqanlarının (qurumlarının) rəhbərləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri həyata keçirsinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 88, № 12, maddə 1241; 2009, № 6, maddə 419; 2011, № 2, maddə 85; 2017, № 5, maddə 804) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2019-cu il

№527


 

 

Azərbaycan Respublikası Prezidentinin

 

2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı ilə

 

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət qulluqçusunun şəxsi işinin aparılması

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydalarını müəyyən edir.

1.2. Dövlət qulluqçusunun şəxsi işi onun xidməti fəaliyyətinin obyektiv qiymətləndirilməsi, potensial imkanlarının səmərəli istifadəsi və vəzifə borcunu yerinə yetirməsi zamanı qazandığı nəticələrin uçotunun aparılması məqsədilə tərtib olunur və aparılır.

1.3. Dövlət qulluqçusunun şəxsi işinə onun fərdi məlumatları və dövlət qulluğuna qəbul edilməsi, qulluq keçməsi, dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar olan məlumatlar daxil edilir.

1.4. Dövlət qulluqçusu üçün dövlət qulluğu keçdiyi dövrdə yalnız bir şəxsi iş tərtib edilir və aparılır.

1.5. Dövlət qulluqçusunun şəxsi işi dövlət orqanının kadr qurumu tərəfindən aparılır. Kadr qurumu dövlət qulluqçusunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin edir.

1.6. Dövlət qulluqçusunun şəxsi işi ilə tanış olmaq səlahiyyətinə onun özü, tabe olduğu rəhbər vəzifəli şəxslər və kadr qurumunda çalışan şəxslər malikdirlər.

1.7. Dövlət qulluqçusunun fərdi məlumatları şəxsin özündən alınır. Dövlət qulluqçusuna aid fərdi məlumatların digər mənbədən alınmasına “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq onun razılığı əsasında yol verilir. Bu bənddə nəzərdə tutulan tələblər dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilən fərdi məlumatlara aid edilmir.

1.8. Dövlət qulluqçusuna aid fərdi məlumatlar açıq mənbələrdən daxil olduqda və ya dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edildikdə dövlət qulluqçusuna həmin məlumatların tərkibi və mənbəyi bildirilir.

1.9. Dövlət qulluqçusunun siyasi, dini və digər baxışları, şəxsi həyatı, o cümlədən həmkarlar ittifaqlarına və ictimai birliklərə üzvlüyü barədə məlumatların və qanunla əldə edilməsinə yol verilməyən digər məlumatların toplanılmasına, həmin məlumatların işlənilməsinə və şəxsi işə tikilməsinə yalnız “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə müəyyən edilən hallarda yol verilir.

 

2. ŞƏXSİ İŞİN TƏRTİB EDİLMƏSİ VƏ APARILMASI

 

2.1. Dövlət qulluqçusunun şəxsi işi üç hissədən ibarət olmaqla tərtib edilir. Dövlət qulluqçusunun şəxsi işinə sənədlər aidiyyəti hissələrə ardıcıl tikilir, şəxsi işin səhifələri nömrələnir və hər bir hissədə saxlanılan sənədlərin qeydiyyatı bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun aparılır.

2.2. Dövlət qulluqçusunun şəxsi işinin birinci hissəsinə aşağıdakı sənədlər tikilir:

2.2.1. kadrlar uçotunun şəxsi vərəqəsi (2 nömrəli əlavə);

2.2.2. tərcümeyi-hal;

2.2.3. dövlət orqanı zəruri hesab etdikdə, kadr qurumunun tərtib etdiyi bioqrafik arayış (3 nömrəli əlavə);

2.3. Dövlət qulluqçusunun şəxsi işinin ikinci hissəsinə aşağıdakı sənədlər tikilir:

2.3.1. dövlət orqanı zəruri hesab etdikdə, kadr qurumunun tərtib etdiyi dövlət qulluqçusunun şəxsi vərəqəsi (4 nömrəli əlavə);

2.3.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, dövlət qulluğuna qəbul haqqında ərizə, müsabiqə vasitəsilə dövlət qulluğuna qəbul edilmiş şəxslər üçün müsabiqənin, müsahibə vasitəsilə inzibati vəzifələri tutmuş şəxslər üçün müsahibənin nəticəsinə dair sənədlər;

2.3.3 dövlət qulluğu vəzifəsinə təyin edilməsi, dövlət qulluqçusunun başqa dövlət qulluğu vəzifəsinə keçirilməsi, müvəqqəti olaraq başqa dövlət qulluğu vəzifəsi üzrə qulluq funksiyalarının yerinə yetirilməsinin ona həvalə edilməsi haqqında sənədlərin surəti;

2.3.4. dövlət qulluğuna xitam verilməsi haqqında sənədlərin surəti;

2.3.5. əmək müqavilələrinin əsli, əmək müqavilələrinə dəyişikliklər edilməsi haqqında sənədlərin əsli, habelə əmək müqavilələrinin bağlanılması, onlara dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair müvafiq məlumatlar;

2.3.6. dövlət qulluqçusunun imzaladığı dövlət qulluqçusunun andı;

2.3.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.10-cu maddəsinə əsasən, daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikasının adından verilən sənəd;

2.3.8. ixtisas dərəcələrinin, habelə hərbi rütbələrin, diplomatik və ya digər xüsusi rütbələrin verilməsi, aşağı salınması və onlardan məhrum edilməsi haqqında sənədlərin surəti; [1]

2.3.9. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə sənədlər;

2.3.10. dövlət qulluqçusunun sertifikatları barədə məlumat;

2.3.11. 2016-cı il 9 avqust tarixinədək attestasiyadan keçmiş dövlət qulluqçusunun attestasiya vərəqəsi və xidməti xasiyyətnaməsi;

2.3.12. dövlət təltiflərinin (orden və medalların), fəxri adların, dövlət mükafatlarının, fərdi mükafatların verilməsini təsdiq edən rəsmi sənədlərin surəti;

2.3.13. intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı sənədlərin surəti;

2.3.14. xidməti araşdırmanın başlanılması və onun nəticəsi barədə sənədlər;

2.3.15. ehtiyat kadrların siyahısına daxil edilməsi, habelə onun ehtiyat kadrların siyahısından çıxarılması haqqında sənədlərin surəti;

2.3.16. dövlət sirri təşkil edən məlumatlan yaymamaq barədə öhdəlik (əgər tutduğu vəzifənin yerinə yetirilməsi belə məlumatlardan istifadə ilə bağlıdırsa).

2.4. Dövlət qulluqçusunun şəxsi işinin üçüncü hissəsinə aşağıdakı sənədlər tikilir:

2.4.1. şəxsiyyət vəsiqəsinin, diplomatik və ya xidməti pasportun (vardırsa) surəti;

2.4.2. təhsili haqqında, habelə əlavə təhsil, elmi dərəcə və elmi adların verilməsi haqqında rəsmi sənədlərin surəti;

2.4.3. əmək kitabçasının və hərbi xidmət keçməsini təsdiq edən sənədlərin surəti;

2.4.4. hərbi qeydiyyat haqqında sənədlərin (hərbi vəzifəlilər və çağırışçılar üçün) surəti;

2.4.5. dövlət qulluqçusunun xidməti vəsiqəsinin surəti;

2.4.6. dövlət sosial sığorta şəhadətnaməsinin surəti; [2]

2.4.7. sağlamlıq haqqında arayış (olduğu halda);

2.4.8. dövlət qulluqçusunun soyadı, adı və ata adı dəyişmişdirsə, işlədiyi dövlət orqanında buna dair qəbul edilmiş sənəd;

2.4.9. dövlət qulluqçusunun şəxsi işi ilə tanış olduqdan sonra yazılı izahatları olduqda, həmin sənədlər;

2.4.10. dövlət orqanı rəhbərinin göstərişinə əsasən kadr uçotu sahəsinə aid vacib sənədlərin surəti.

2.5. Dövlət qulluqçusu onun barəsində məlumatlarda və sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, 10 iş günü müddətində həmin məlumatları və sənədləri kadr qurumuna təqdim etməyə borcludur. İşçinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi və digər üzrlü hesab edilən vaxt həmin müddətə daxil edilmir.

2.6. Bu Qaydaların 2.2.3-cü və 2.4.5-ci yarımbəndlərində göstərilən sənədlərin yenisi şəxsi işə daxil edilərkən şəxsi işdə mövcud olan əvvəlki analoji sənədlər onlarla əvəz edilir.

2.7. Şəxsi işin istifadəsini tənzimləmək məqsədilə onun tərkibinə nəzarət vərəqəsi əlavə edilir (5 nömrəli əlavə).

2.8. Dövlət orqanı dövlət qulluqçusunun şəxsi işini kağız daşıyıcılarla yanaşı, elektron qaydada da apara bilər.

 

3. ŞƏXSİ İŞİNDƏ SAXLANILAN FƏRDİ MƏLUMATLARLA ƏLAQƏDAR DÖVLƏT QULLUQÇUSUNUN HÜQUQLARI

 

3.0. Şəxsi işində saxlanılan fərdi məlumatlarla əlaqədar dövlət qulluqçusunun aşağıdakı hüquqları vardır:

3.0.1. öz fərdi məlumatları və bu məlumatların işlənilməsi barədə informasiya almaq;

3.0.2. öz fərdi məlumatları ilə tanış olmaq;

3.0.3. dürüst və tam olmayan fərdi məlumatların, habelə qanunvericiliyin pozulması yolu ilə işlənilmiş məlumatların şəxsi işindən çıxarılmasını və ya onlara müvafiq düzəliş edilməsini və qiymətləndirmə xarakterli fərdi məlumatlara dair mövqeyini əks etdirən qeydinin şəxsi işinə əlavə edilməsini tələb etmək;

3.0.4. əvvəllər dövlət qulluqçusu barəsində dürüst və tam olmayan fərdi məlumatlar vermiş bütün şəxslərə onun şəxsi işində dəyişdirilmiş və ya düzəliş edilmiş məlumatlar barədə bildiriş göndərilməsini tələb etmək;

3.0.5. fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqları pozulduğu hallarda, həmin Qanunun 7.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək.

 

4. ŞƏXSİ İŞİN APARILMASI İLƏ ƏLAQƏDAR DÖVLƏT ORQANININ KADR QURUMUNUN ƏSAS VƏZİFƏLƏRİ

 

4.1. Dövlət orqanının kadr qurumunun dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə əlaqədar əsas vəzifələri aşağıdakılardır:

4.1.1. bu Qaydaların 2.2-2.4-cü bəndlərində göstərilən sənədləri qəbul edərək bu Qaydaların tələblərinə cavab verməsini yoxlayıb şəxsi işə tikmək;

4.1.2. dövlət qulluqçusunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin etmək;

4.1.3. dövlət qulluqçusunu onun müraciəti ilə şəxsi işindəki sənədlərlə tanış etmək.

4.2. Fərdi məlumatlar üçüncü şəxslərə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci və 13-cü maddələrinin tələbləri gözlənilməklə, yalnız dövlət qulluqçusunun razılığı əsasında verilə bilər.

4.3. Şəxsi işlər dövlət orqanının kadr qurumunda girişi möhürlənmiş xüsusi otaqda, bu məqsədlə xüsusi otaq ayrılmadıqda isə qapısı möhürlənmiş metal şkaflarda saxlanılır.

4.4. Dövlət qulluqçusu digər dövlət orqanında vəzifəyə təyin edildiyi halda, onun şəxsi işi yeni vəzifəyə təyin edildiyi dövlət orqanına təhvil verilir. Bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilmiş dövlət qulluqçusunun şəxsi vərəqəsinin surəti dövlət orqanının kadr qurumunda saxlanılır.

4.5. Dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının şəxsi işləri xitamverilmə günündən etibarən “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə dövlət orqanında saxlanılır. Şəxsi işi dövlət orqanında saxlanılan şəxs sonradan yenidən dövlət qulluğuna qəbul edildikdə, onun şəxsi işi yeni vəzifəyə təyin edildiyi dövlət orqanının müraciəti əsasında həmin orqana təhvil verilir. Bu halda da dövlət qulluqçusunun şəxsi vərəqəsinin surəti dövlət orqanının kadr qurumunda saxlanılır.

 

5. YEKUN MÜDDƏALAR

 

5.1. Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin etdiyi rəhbər işçilərin şəxsi işi bu Qaydalara uyğun olaraq aparılır.

5.2. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən, publik hüquqi şəxsin dövlət qulluqçusuna bərabər tutulan əməkdaşının şəxsi işi bu Qaydalara uyğun olaraq aparılır.

5.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində müəyyən edilmiş dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin şəxsi işlərinin aparılması zamanı bu Qaydaların müddəaları həmin dövlət orqanlarında qulluq (xidmət) keçmənin xüsusiyyətlərinə uyğun şəkildə nəzərə alınır.

5.4. Dövlət orqanlarında (qurumlarında) şəxsi işlərin bu Qaydaların tələblərinə uyğun olaraq aparılmasını öyrənmək və təhlil etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq struktur bölməsi yoxlamalar aparır.

5.5. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 


 

 

 

 

 

“Dövlət qulluqçusunun şəxsi işinin

aparılması Qaydaları”na 1 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Üz tərəf

 

 

 

Şəxsi işdə olan sənədlərin

SİYAHISI

 

 

 

 

 

 

 

(soyadı, adı, atasının adı)

Sıra

№-si

Sənədin adı

Sənədin

şəxsi işə daxil edildiyi tarix

Vərəqlərin

sayı

Sənədi kim

və hansı

səbəbə görə götürmüşdür

Sənədin

götürüldüyü

tarix

Sənədin

qaytarıldığı

tarix

1

2

3

4

5

6

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Arxa tərəf

Sıra

№-si

Sənədin adı

Sənədin

şəxsi işə

daxil edildiyi tarix

Vərəqlərin

sayı

Sənədi kim və hansı

 səbəbə görə götürmüşdür

Sənədin

götürüldüyü

tarix

Sənədin

qaytarıldığı

tarix

1

2

3

4

5

6

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəxsi iş tərtib edilmişdir

 

Siyahı tərtib edilmişdir

"____"____________20 __ il

 

"____"____________ 20 __ il

İmza __________________

 

İmza __________________

 


 

 

 

“Dövlət qulluqçusunun şəxsi işinin
aparılması Qaydaları”na 2 nömrəli əlavə

KADRLAR UÇOTUNUN ŞƏXSİ VƏRƏQƏSİ

 

 

 

 

 

Ağ fonda fotoşəkil

( 40 mm x 60 mm )

 

 

 

 

Soyadınız _______________________________________

Adınız __________________________________________

Atanızın adı

Soyadınızı, adınızı və ya atanızın adını dəyişmisinizsə, nə vaxt və hansı səbəbə görə

 

 

Doğulduğunuz tarix (gün, ay, il) və yer (ölkə, şəhər, rayon, qəsəbə, kənd)

 

 

Cinsiniz

 

 

Vətəndaşlığınız (dəyişmisinizsə, nə vaxt və hansı səbəbə görə)

 

 

 

Təhsiliniz (tam orta, ilk peşə, orta ixtisas, ali) [3]

Təhsil müəssisəsinin adı,

fakültə

Təhsil dövrü

Təhsil haqqında sənəd üzrə ixtisasınız və peşəniz

Təhsil haqqında sənədin nömrəsi, verildiyi tarix

(gün, ay, il)

daxil olduğunuz tarix

bitirdiyiniz tarix

 

 

 

 

 

 

 

 

 

 

Əlavə təhsiliniz (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirak)

Təhsil müəssisəsinin adı

Təhsil dövrü

Təhsil proqramın adı (istiqaməti)

Müvafiq təhsil sənədlərinin (diplom, sertifikat, arayış və s.) nömrəsi, verildiyi tarix (gün, ay, il)

daxil olduğunuz

tarix

bitirdiyiniz

tarix

Elmi dərəcəniz və elmi adınız

Elmi dərəcə, elmi ad (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor)

Verildiyi tarix

Hansı qurum tərəfindən verilmişdir

Diplomun, attestatın nömrəsi, verildiyi tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hansı xarici dilləri bilirsiniz və nə dərəcədə

 

Dillər

Bilmə dərəcəsi

(zəif, yaxşı, sərbəst)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Dövlət qulluğunda ixtisas dərəcəniz, diplomatik və ya digər xüsusi rütbələriniz, verildiyi tarix (gün, ay, il)

Əmək fəaliyyətinə başladığınız vaxtdan (hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla) iş yeriniz

Tarix (gün, ay, il)

İş yeriniz (nazirliyin, idarənin, müəssisənin, təşkilatın adını vaxtilə olduğu kimi göstərməklə)

Vəzifəniz

daxil olduğunuz

çıxdığınız

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kompüter texnikasından istifadə və digər peşə (ixtisas) bacarıqlarınız

 

 

Əmək (peşə) fəaliyyəti ilə bağlı konfrans, seminar və s. tədbirlərdə iştirakınız

 

 

 

 

 

 

Dövlət təltifləriniz və mükafatlarınız, fəxri adlarınız (nə vaxt və nə ilə təltif edilmisiniz)

 

 

 

Hərbi xidmətə münasibətiniz, hərbi rütbəniz və verildiyi tarix (gün, ay, il).

 

 

Cinayət məsuliyyətinə cəlb edilmisinizsə, nə vaxt və hansı əmələ görə

 

 

Əlavə etmək istədiyiniz məlumat

 

 

 

 

 

 

Şəxsiyyət vəsiqənizin seriyası, nömrəsi__________________________________________________

 

 

Fərdi identifikasiya nömrəniz (FİN)_____________________________________________________

 

Dövlət sosial sığorta sistemində sosial sığorta nömrəniz (SSN)__________________________ [4]

 

Qeydiyyatda olduğunuz ünvan və ev telefonu ___________________________________________

 

 

Faktiki yaşadığınız ünvan və ev telefonu _______________________________________________

 

 

İş tel.:  _______________________________  Mob.tel.:  _____________________________

Elektron poçt ünvanınız _______________________________________________________________

Ailə vəziyyətiniz _____________________________________________________________________

Yaxın qohumlarınız (atanız, ananız, qardaşlarınız, bacılarınız, arvadınız* (əriniz), uşaqlarınız, qayınatanız, qayınananız, qayınlarınız, baldızlarınız) haqqında məlumat

 

 

 

 

 

 

 

Qohumluq

dərəcəsi

 

Soyadı, adı, atasının adı

Doğulduğu tarix (gün, ay, il) və yer

İş yeri və vəzifəsi

Qeydiyyatda

olduğu

ünvan

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* Arvad ərinin soyadını daşıyırsa, onun əvvəlki soyadı da göstərilməlidir.

Qeyd. Yaxın qohumlar haqqında qeyd yazılarkən işləməyən və vəfat etmiş şəxslərin sonuncu iş yerləri və vəzifələri göstərilməlidir. Yaxın qohumların vəfat etməsi barədə müvafiq qeyd ün­van bölməsində aparılmalıdır. Yaxın qohumların tələbə, məktəbli, azyaşlı olduğu və ya heç vaxt işləmədiyi hallarda, bu barədə müvafiq qeyd iş yeri və vəzifə bölməsində aparılmalıdır.

 

"_____" _________________________ 20 ___ il                                                                    ______________________________

        vərəqənin doldurulduğu tarix                                                                                                                       vərəqəni dolduran şəxsin imzası

 

Vərəqəni dolduran şəxs məlumatları düzgün qeyd etməli və bundan sonrakı bütün dəyişikliklər haqqında 10 iş günü müddətində kadr qurumuna məlumat verməlidir.

 


 

 

“Dövlət qulluqçusunun şəxsi işinin
aparılması Qaydaları”na 3 nömrəli
əlavə

 

 

 

 

 

 

Fotoşəkil

 

 

 

 

ARAYIŞ

 

(soyadı, adı, atasının adı)

İş yeri, nə vaxtdan işləyir

 

Dövlət qulluğunun ixtisas dərəcəsi, hərbi rütbəsi, diplomatik və ya digər xüsusi rütbələri

 

Doğulduğu tarix və yer

 

Təhsili

 

Bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi il

 

Peşəsi, ixtisası

 

Elmi dərəcəsi, elmi adı (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor)

 

Hansı xarici dilləri bilir

 

Dövlət təltifləri və mükafatları, fəxri adları

 

 

 

ƏMƏK FƏALİYYƏTİ

Sıra

№-si

İşlədiyi dövr

İşlədiyi müəssisənin/təşkilatın adı

Vəzifəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

“Dövlət qulluqçusunun şəxsi işinin

aparılması Qaydaları”na 4 nömrəli əlavə

 

Üz tərəf

DÖVLƏT QULLUQÇUSUNUN ŞƏXSİ VƏRƏQƏSİ
ÜMUMİ MƏLUMAT

 

Əmək müqaviləsi (№ tarix) ______________________________

1. Soyadı _________________________ Adı ___________________________ Atasının adı ___________________________

2. Doğulduğu tarix _____________________________ 3. Doğulduğu yer ________________________________________

(gün, ay, il)

4. Xarici dil bilməsi ________________________________________________________________________________________________

5. Təhsil _______________________________________________________________________________________________

(ali, orta ixtisas, ilk peşə, tam orta) [5]

 

Təhsil müəssisəsinin adı

Təhsil haqqında sənəd üzrə peşəsi, ixtisası

Təhsil haqqında sənəd, seriyası, nömrəsi

Bitirmə tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

6. Elmi dərəcəsi, elmi adı _________________________________________________________________________________

(fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor)

7. Ümumi iş stajı ___________________ il ___________________________ay __________________________________gün

Dövlət qulluğunda iş stajı _______________ il ________________________ay _________________________________gün

Hazırda işlədiyi orqanda iş stajı ______________ il _______________________ay ______________________________gün

8. Ailə vəziyyəti _________________________________________________________________________________________

9. Ailə tərkibi (ata, ana, qardaşlar, bacılar, arvad (ər), uşaqlar, qayınata, qayına- na, qayınlar, baldızlar)

 

Qohumluq dərəcəsi

Soyadı, adı, atasının adı

Doğulduğu il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

HƏRBİ QEYDİYYAT BARƏDƏ MƏLUMAT

Qeydiyyat qrupu _________________________________

Hərbi qeydiyyat üzrə Səfərbərlik və Hərbi

Qeydiyyat kateqoriyası ___________________________

Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Hərbi rütbə _____________________________________

yerli idarə, şöbə və ya bölməsinin adı_________________

Heyət __________________________________________

Hərbi qeydiyyata alındığı tarix ______________________

Hərbi uçot ixtisası _______________________________

Ümumi (komanda nömrəsi) _________________________

Hərbi xidmətə yararlıq ___________________________

Xüsusi ____________________________________________

 

Hərbi vəzifəli olmaması barədə qeyd _________________

 

__________________________________________________

 

TƏYİNEDİLMƏ VƏ YERDƏYİŞMƏ

 

Tarix (gün, ay, il)

Sənədin

nömrəsi

Struktur bölmə

Vəzifə

Əsas

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

Arxa tərəf

 

İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ

Tarix (gün, ay, il)

Sənədin

nömrəsi

İxtisas dərəcəsi

İxtisas dərəcəsini verən dövlət orqanının adı

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏLAVƏ TƏHSİL

 

Tarix

Təhsil proqramının adı (istiqaməti)

Təhsil müəssisəsinin adı, yerləşdiyi yer

Müvafiq təhsil sənədləri (diplom, sertifikat, arayış və s.)

Əsas

təhsil almağa başladığı tarix

təhsili

bitirmə

tarixi

adı

seriya,

nömrə

tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ATTESTASİYA

 

Attestasiyanın tarixi

Komissiyanın qərarı

Sənəd

Qeyd

nömrə

tarix

 

 

 

 

 

 

 

 

 

 

 

SERTİFİKAT

 

Sertifikatın alınma tarixi

Sənəd

Sertifikat barədə məlumat

Qeyd

nömrəsi

qüvvədəolma tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

MƏZUNİYYƏT

 

Məzuniyyətin

növü

İş ili

Məzuniyyət günlərinin sayı

Tarix

Qeyd

başlanma

bitmə

əsas

əlavə

başlanma

bitmə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10. Şəxsiyyət vəsiqəsi (seriya, nömrə) _________________

Fərdi identifikasiya nömrəsi_________________________

11. Qeydiyyat ünvanı: ______________________________

Faktiki ünvan: _____________________________________

Telefonlar: ________________________________________

Elektron poçt ünvanı: _______________________________

 

 

 

ƏLAVƏ MƏLUMATLAR

 

Dövlət qulluğuna xitam verilməsinin əsası ________________________________________________________________

Xitamverilmə tarixi "_____" __________________20__ il  Sənəd № ____________   "_____" __________________ 20 __ il

 

Kadr qurumunun işçisi _________________________________________________________________________________

 

(vəzifəsi)

(soyadı, adı, atasının adı)

(imza)

 


 

 

"Dövlət qulluqçusunun şəxsi işinin

aparılması Qaydaları"na 5 nömrəli əlavə

 

 

Üz tərəf

 

 

NƏZARƏT VƏRƏQƏSİ

 

Şəxsi işin nömrəsi

Soyadı, adı, atasının adı

 

 

 

 

Verildiyi

tarix

Kimə

İmza

Telefon

nömrəsi

Qaytarıldığı

tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Arxa tərəf

 

Verildiyi

tarix

Kimə

İmza

Telefon

nömrəsi

Qaytarıldığı

tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.              29 noyabr 2019-cu il tarixli 871 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 noyabr 2019-cu il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1719)

2.              26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1480)

3.              16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1480) ilə “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 2.3.8-ci yarımbəndinə “verilməsi” sözündən sonra “, aşağı salınması və onlardan məhrum edilməsi” sözləri əlavə edilmişdir.

 

[2] 16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579) ilə “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 2.4.6-cı yarımbənd ləğv edilmişdir.

 

[3] 29 noyabr 2019-cu il tarixli 871 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 noyabr 2019-cu il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1719) ilə “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na 2 nömrəli əlavə – “Kadrlar uçotunun şəxsi vərəqəsi”nin “Təhsiliniz” hissəsindən “ilk” sözü çıxarılmışdır.

 

[4] 16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579) ilə “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 2 nömrəli əlavəyə Fərdi identifikasiya nömrəniz (FİN) sözlərindən sonra yeni məzmunda sətir əlavə edilmişdir.

 

[5] 29 noyabr 2019-cu il tarixli 871 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 noyabr 2019-cu il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1719) ilə “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na 4 nömrəli əlavə – “Dövlət qulluqçusunun şəxsi vərəqəsi”nin “Ümumi məlumat” hissəsinin 5-ci bəndindən “ilk” sözü çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status