AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
30.04.2019
QEYDİYYAT NÖMRƏSİ
662
ADI
“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01-05-2019, Nəşr Nömrəsi: 94), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2019, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 660)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.05.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.150.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201904300662
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.05.2019
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125; 2017, № 2, maddə 175, № 7, maddə 1349, № 11, maddə 2016; 2018, № 8, maddə 1689) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarları, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolları, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərini real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürmək məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etsinlər.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” üzrə:

2.1. 1.2.1-ci yarımbənddə “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin, həmin yarımbəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;

2.2. 1.2.2-ci yarımbənddən “və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokoldan verilmiş vəsatətin” sözləri çıxarılsın;

2.3. 1.2.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.5-ci yarımbənd əlavə edilsin:

“1.2.5. nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi barədə elektron talonların sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməsini və bu barədə sistem istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) məlumat verilməsini.” ;

2.4. 4.0-cı bənd üzrə:

2.4.1. 4.0.10-cu yarımbənddə “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin, həmin yarımbəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;

2.4.2. 4.0.11-ci yarımbənddə “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin, həmin yarımbəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;

2.4.3. aşağıdakı məzmunda 4.0.10-1 və 4.0.11-1-ci yarımbəndlər əlavə edilsin:

“4.0.10-1. sistem iştirakçısının sistemə göndərdiyi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonu sistem istifadəçisinin elektron kabinetinə yerləşdirmək (yerləşdirilmə vaxtını göstərməklə) və bu barədə sistem istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) məlumat göndərmək;

4.0.11-1. nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonun sistem istifadəçisinin elektron ünvanına çatdırıldığı barədə səlahiyyətli sistem iştirakçısını real vaxt rejimində məlumatlandırmaq;”;

2.5. 7.1-ci bəndə “real vaxt rejimində” sözlərindən sonra “(bu Əsasnamənin 7.1.5-1-ci yarımbəndində nəzərdə tutulan məlumatları 1 gün müddətində)” sözləri əlavə edilsin;

2.6. 7.1.1-ci yarımbənddə “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin;

2.7. 7.1.5-ci yarımbəndə “hüquqi şəxsdirsə” sözlərindən sonra “(dövlət qurumudursa)” sözləri əlavə edilsin;

2.8. 7.1.5-1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.1.5-1. foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində qeyd olunan qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatları;”;

2.9. 7.1.7-ci yarımbənddən “vəsatətə və ya” sözləri çıxarılsın;

2.10. aşağıdakı məzmunda 7.1.7-1-ci yarımbənd əlavə edilsin:

“7.1.7-1. nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonu;” ;

2.11. 7.4-cü bənddə “və 7.1.2-ci” sözləri “, 7.1.2-ci, 7.1.3-cü, 7.1.5-1-ci, 7.1.7-ci və 7.1.7-1-ci” sözləri ilə əvəz edilsin;

2.12. 7.5-ci bənd üzrə:

2.12.1. birinci cümləyə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin və həmin cümlədən “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri çıxarılsın;

2.12.2. ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“SMS məlumatın sistem istifadəçisinə çatdırıldığı vaxt barədə məlumat da real vaxt rejimində sistem istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir.”;

2.13. 7.9-cu bənddən “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin və həmin bəndə “ballar barədə məlumatla,” sözlərindən sonra “bu Əsasnamənin 7.1.5-1-ci, 7.1.7-ci və 7.1.7-1-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlarla, habelə” sözləri əlavə edilsin;

2.14. 7.10-cu bənddə “əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin;

2.15. 7.10-1-ci bənddə “xəta haqqında elektron protokol” sözləri “tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar)” sözləri ilə, “bir ay” sözləri “bir gün” sözləri ilə əvəz edilsin;

2.16. 7.11-ci bənddən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında elektron” sözləri çıxarılsın;

2.17. 7.15-ci bənd üzrə:

2.17.1. birinci cümlədə “və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokoldan ” sözləri çıxarılsın və həmin cümlədə “müvafiq olaraq şikayət və ya vəsatət” sözləri “şikayət” sözü ilə əvəz edilsin;

2.17.2. ikinci cümlədən “və vəsatətlər” sözləri çıxarılsın və həmin cümlədə “onlara” sözü “ona” sözü ilə əvəz edilsin;

2.17.3. üçüncü cümlədən “və ya vəsatətə” sözləri çıxarılsın;

2.18. 7.16-cı bəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;

2.19. 7.18-ci bənddə “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında elektron protokolun,” sözləri çıxarılsın;

2.20. 7.19-cu bəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetdə olan” sözləri əlavə edilsin;

2.21. 7.21-ci bəndə hər iki halda “dövlət rüsumunun” sözlərindən sonra “və digər ödənişlərin” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 aprel 2019-cu il

                      № 662

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status