AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
22.02.2019
QEYDİYYAT NÖMRƏSİ
540
ADI
Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2019, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 239)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.02.2019
Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında

Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi və xarici texniki kəşfiyyata qarşı fəaliyyətin effektivliyinin artırılması məqsədilə qərara alıram:

1. Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi yaradılsın.

2. “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur) [*] .

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində:

3.1. xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili qaydalarını və həmin sistem daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2019-cu il

№ 540



[*] Əsasnamə Fərmanın əslinə əlavə olunur.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status