AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.08.2000
QEYDİYYAT NÖMRƏSİ
151
ADI
Azərbaycan Respublikasında gömrük fəaliyyətinin növləri üzrə alınan yığımların miqdarları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2000, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 655)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.08.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında gömrük fəaliyyətinin növləri üzrə alınan yığımların miqdarları haqqında

Azərbaycan Respublikasında gömrük fəaliyyətinin növləri üzrə alınan yığımların miqdarları haqqında [1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müvafiq olaraq 120-ci, 159-cu və 160-ci maddələri ilə müəyyən olunmuş qaydada aşağıdakı gömrük fəaliyyəti növləri üzrə alınan yığımların miqdarları təsdiq edilsin:

bankların və digər kredit təşkilatlarının Dövlət Gömrük Komitəsinin apardığı reyestrə salınmasına görə - 10.000.000 (on milyon) manat;

gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi üçün - 500.000 (beş yüz min)  manat;

gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə verilmiş ixtisas attestatlarının fəaliyyətinin bərpa edilməsinə görə - 750.000 (yeddi yüz əlli min) manat.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 29 avqust 2000-ci il
№ 151

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 aprel 2016-cı il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 aprel 2016-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 823)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 aprel 2016-cı il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 aprel 2016-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 823) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status