AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.05.2019
QEYDİYYAT NÖMRƏSİ
246
ADI
“Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01-06-2019, Nəşr Nömrəsi: 119), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2019, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 979)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.06.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201905270246
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.06.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 dekabr tarixli 434 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 27 may 2019-cu il

     № 246

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 27 may tarixli 246 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları” (bundan sonra – Qaydalar) hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların (bundan sonra – məlumatlar) mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin (bundan sonra – təchizat müəssisələri) internet saytlarına yerləşdirilməsi formasını və müddətini müəyyən edir.

1.2. Bu Qaydaların məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (bundan sonra – sahibkarlar) kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumat alma imkanının təmin edilməsindən ibarətdir.

1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Məlumatların təchizat müəssisələri tərəfindən internet saytlarına yerləşdirilməsi və onların ödənişsiz olaraq əldə edilməsi bu Qaydaların və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

 

2. Məlumatların internet saytlarına yerləşdirilməsi prinsipləri

 

2.1. Təchizat müəssisələri tərəfindən məlumatların internet saytlarına yerləşdirilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.1.1. istifadə rahatlığı – məlumatların internet saytlarında aydın şəkildə və oxunaqlı vəziyyətdə yerləşdirilməsi, sahibkarlar tərəfindən əlavə əməliyyat və ödəniş aparılmadan əldə edilməsi;

2.1.2. operativlik – məlumatların internet saytlarına yerləşdirilməsinin və yenilənməsinin qısa müddətdə həyata keçirilməsi;

2.1.3. səmərəlilik – sahibkarların vaxt itkisinin azaldılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.1.4. şəffaflıq – kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumatların sahibkarlara təqdim edilməsi.

 

3. Məlumatların internet saytlarına yerləşdirilməsi forması və müddəti

 

3.1. Təchizat müəssisələrinin internet saytlarına hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə aşağıdakı məlumatlar yerləşdirilir (aidiyyəti üzrə):

3.1.1. elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri;

3.1.2. elektrik enerjisi, qaz və su təchizatı sistemlərində mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən aşağıdakı məlumatlar:

1. transformatorların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti və göstəriciləri (gərginliyi, gücü və yüklənməsi, o cümlədən pik saatlarda yüklənməsi);

2. nasos stansiyalarının və anbarların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, həmçinin nasos stansiyalarının qidalandığı mənbə və məhsuldarlığı, anbarların həcmi;

3. qazpaylayıcı stansiyaların sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, yüklənməsi, qəbul edilən qazın həcmi;

4. abonent sayı (əhali və qeyri-əhali);

5. təchizat müəssisələrinin zəruri hesab etdiyi digər məlumatlar.

3.2. Məlumatlar təchizat müəssisələrinin internet saytlarına aşağıdakı formada yerləşdirilir:

3.2.1. bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd edilən məlumatlar Azərbaycan Respublikasının elektron xəritəsinin üzərində;

3.2.2. bu Qaydaların 3.1.2-ci yarımbəndində qeyd edilən məlumatlar cədvəl formasında.

3.3. İnternet saytlarına yerləşdirilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, həmin məlumatların təchizat müəssisələri tərəfindən yenilənməsi 3 (üç) iş günü müddətində həyata keçirilir.

3.4. Məlumatların təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi və yenilənməsi ilə bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən monitorinqlər aparılır.

 

4. Təchizat müəssisələrinin funksiyaları

 

4.1. Təchizat müəssisələrinin funksiyaları aşağıdakılardır:

4.1.1. məlumatları internet saytlarına yerləşdirmək və yeniləmək;

4.1.2. köhnəlmiş, natamam, qeyri-dəqiq və ya çaşqınlıq yaradan məlumatları internet saytlarına yerləşdirməmək;

4.1.3. internet saytlarına məlumatların yerləşdirildiyi vaxtı qeyd etmək;

4.1.4. internet saytlarına məlumatların daxil edilməsi və yenilənməsi üçün məsul şəxsləri təyin etmək;

4.1.5. sahibkarların internet saytlarına yerləşdirilən məlumatlardan operativ, sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadəsini təmin etmək;

4.1.6. sahibkarların internet saytlarına yerləşdirilən məlumatlarla bağlı sorğularını dəqiq və tam cavablandırmaq;

4.1.7. internet saytlarının etibarlı, dayanıqlı və fasiləsiz fəaliyyətini, təhlükəsizliyini təmin etmək;

4.1.8. bu Qaydalardan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından irəli gələn digər funksiyaları yerinə yetirmək.

 

5. Məsuliyyət

 

5.1. Təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyırlar.

5.2. Aparılan monitorinqlər nəticəsində məlumatların internet saytlarına yerləşdirilməməsi və ya yenilənməməsi aşkar edildikdə, Nazirlik tərəfindən aidiyyəti təchizat müəssisəsinə ünvanlanan məktub əsasında həmin müəssisə tərəfindən təyin edilən məsul şəxslər intizam məsuliyyətinə cəlb edilirlər.

5.3. Təchizat müəssisələri 30 iş günü müddətində məlumatların internet saytlarına yerləşdirilməsi və ya yenilənməsi, habelə təyin edilən məsul şəxslərin intizam məsuliyyətinə cəlb olunması barədə Nazirliyə məlumat verirlər.

 

6. Keçid müddəa

 

6.1. Məlumatlar bu Qaydalar təsdiq edildikdən sonra 3 (üç) ay müddətində təchizat müəssisələrinin internet saytlarına yerləşdirilir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status