AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
03.05.2019
QEYDİYYAT NÖMRƏSİ
1576-VQD
ADI
“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-06-2019, Nəşr nömrəsi: 128), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2019, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 986)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.06.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201905031576
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.06.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425; № 11, maddələr 2204, 2205) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 21.1.4-cü maddəyə “doktoranturada” sözündən sonra “(adyunkturada)” sözü əlavə edilsin və “ali baza” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin;

1.2. 21.1.5-ci maddəyə “doktorantura” sözündən sonra “(adyunktura)” sözü əlavə edilsin və “ali baza” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin.

2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187) 1 nömrəli əlavə - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.1-ci maddəyə “məktəbəqədər” sözündən əvvəl “dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

2.2. 5.2-ci maddəyə “ümumi” sözündən əvvəl “dövlət ümumi təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.

3. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 6.2-ci maddəyə “şərti ilə” sözlərindən sonra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 11.12-ci və 12.1-1-ci maddələr əlavə edilsin:

“11.12. Məktəbəqədər təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, psixoloji xidmət təşkil olunur.”;

“12.1-1. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.”;

3.3. 13.1-ci maddəyə “Respublikasında” sözündən sonra “dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

3.4. 13.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“13.4. Məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir.”.

4. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5.3-cü maddəyə “təhsilalanların” sözündən əvvəl “peşə təhsilinin hər bir səviyyəsində” sözləri əlavə edilsin;

4.2. 16.5-ci maddədə “yaradılır” sözü “yaradıla bilər” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 may 2019-cu il

№ 1576-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status