AKTIN NÖVÜ
Vergilər Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
17.05.2019
QEYDİYYAT NÖMRƏSİ
1917050000009300
ADI
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə bağlı bir sıra sənədlərin təsdiq edilməsi barədə” 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarında və “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında” 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.06.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201905179300
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.06.2019
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Əcnəbilər və vətəndaşlıǧı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə baǧlı bir sıra sənədlərin təsdiq edilməsi barədə” 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarında və “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında” 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

17.05.2019

Qeydiyyat nömrəsi

1917050000009300

Adı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə bağlı bir sıra sənədlərin təsdiq edilməsi barədə” 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarında və “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında” 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli  Qərarında dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.06.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.030.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201905179300

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.06.2019

 

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə bağlı bir sıra sənədlərin təsdiq edilməsi barədə” 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarında və “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında” 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli  Qərarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla dəyişikliklər edilmiş normativ hüquqi aktların Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 


 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 17 may tarixli 1917050000009300 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 26 iyul tarixli 1617050000008600 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”nin formasına edilmiş dəyişikliklər:

1.1. 2.1.2-ci yarımbənddə “təsərrüfat subyektində (obyektində) proqram təminatının və zəruri avadanlıqların quraşdırılmasını,” sözləri “proqram təminatı ilə, habelə” sözləri ilə əvəz edilsin;

1.2. 2.2.1-ci yarımbənddə “təsərrüfat subyektində (obyektində) proqram təminatının və zəruri avadanlıqların quraşdırılması” sözləri “proqram təminatı ilə təchiz olunması” sözləri ilə əvəz edilsin;

1.3. 2.2.2-ci yarımbənddə “təsərrüfat subyektində (obyektində) operator tərəfindən quraşdırılmış proqram təminatı və zəruri avadanlıqların” sözləri “operator tərəfindən təchiz olunmuş proqram təminatının” sözləri ilə əvəz edilsin;

1.4. 2.2.4-cü yarımbənddə “operator tərəfindən proqram təminatı və zəruri avadanlıqlar quraşdırılan” sözləri “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən” sözləri ilə əvəz edilsin;

1.5. 2.2.12.3-cü yarımbənddə nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 2.2.13-cü yarımbənd ləğv edilsin;

1.6. 3.1.1-ci yarımbənd ləğv edilsin;

1.7. 3.1.2-ci yarımbənddə “proqram təminatı və zəruri avadanlıqlar quraşdırılan” sözləri “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən” sözləri ilə əvəz edilsin;

1.8. 3.1.4-cü yarımbənddə “proqram təminatı və digər zəruri avadanlıqlar quraşdırılan” sözləri “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən” sözləri ilə,  nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 3.1.5-ci yarımbənd ləğv edilsin;

1.9. 3.2.4-cü yarımbənddə “satıcıya məxsus təsərrüfat subyektində (obyektində) müvafiq proqram təminatının və zəruri avadanlıqların quraşdırılmasını və satıcının” sözləri “satıcının proqram təminatı və” sözləri ilə əvəz edilsin;

1.10. 3.2.5-ci yarımbənddə “təsərrüfat subyektində (obyektində) quraşdırılmış proqram təminatının və zəruri avadanlıqların təmir edilməsi və” sözləri “proqram təminatının” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş bir sıra sənəd formalarının və qaydaların təsdiq edilməsi haqqında” 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarında edilmiş dəyişikliklər:

2.1. Həmin Qərarla təsdiq edilmiş “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları” üzrə:

2.1.1. 1.2-ci bənddə “qiymətləri yalnız Vergi Məcəlləsinin 16.1.4-cü maddəsi ilə müəyyən edilən həddən yuxarı olan əməliyyatlara tətbiq edilir və” sözləri “qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq” sözləri ilə əvəz edilsin;

2.1.2. 2.0.1.2-ci yarımbəndə “bölməsi” sözündən sonra “, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs” sözləri əlavə edilsin.

2.2. Həmin Qərarla təsdiq edilmiş “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydası” üzrə:

2.2.1. 2.6-cı bənddə “e-qutusuna” sözü “elektron kabinetinə” sözləri ilə əvəz edilsin;

2.2.2. 2.9-cu bənddə “, zəruri avadanlıqla” sözləri “ilə” sözü ilə əvəz edilsin;

2.2.3. 3.2.7-ci yarımbənddən “bu Qaydanın 2.9-cu bəndində göstərilən avadanlıqlarda” sözləri çıxarılsın;

2.2.4. 3.2.9-cu yarımbənddə “məhkəməyə” sözündən sonra “və ya Vergilər Nazirliyinə” sözləri əlavə edilsin;

2.2.5. 3.3-cü bənddə “qutusuna” sözü “kabinetinə” sözü ilə əvəz edilsin.

2.3. Həmin Qərarla təsdiq edilmiş “Nəzarət olunan əməliyyatlar barədə arayış” forması üzrə:

2.3.1. “Hesabat ili üçün növbəti ilin mart ayının 31-dən gec olmayaraq” sözləri “Mənfəət (gəlir) vergisi bəyannaməsi üçün müəyyən edilmiş müddətlərdə” sözləri ilə əvəz edilsin;

2.3.2. “Nəzarət olunan əməliyyatlar barədə arayışa Əlavə”də “bölməsi” sözündən sonra “, habelə qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs” sözləri əlavə edilsin.

2.4. Həmin Qərarla təsdiq edilmiş “Nəzarət olunan əməliyyatlar barədə arayış”ın tərtib edilmə Qaydası” üzrə:

2.4.1. 20-ci abzasa aşağıdakı məzmunda 2 - 5-ci cümlələr əlavə edilsin:

“Cari arayış təqvim ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, Vergi Məcəlləsinin 74-cü maddəsinə əsasən arayışın verilməsi müddəti 3 ayadək uzadıldıqda isə həmin müddətdən gec olmayaraq vergi orqanına verilir. Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına arayış verməlidir. Bu zaman hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Hüquqi şəxs ləğv edildikdə hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi ləğv olunduqda və ləğv olunması haqqında qərarda ləğv olunma tarixi göstərilmədikdə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəliklərində (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixdən sonra 30 gün ərzində ləğvetmə komissiyası vergi orqanına arayışı verməyə borcludur.”;

2.4.2. 21-ci abzasda “bəyannamə” sözü “arayış” sözü ilə əvəz edilsin;

2.4.3. 22-ci abzasda “Hesabat ili üçün növbəti ilin mart ayının 31-dən gec olmayaraq” sözləri “Mənfəət (gəlir) vergisi bəyannaməsi üçün müəyyən edilmiş müddətlərdə” sözləri ilə əvəz edilsin”;

2.4.4. “Nəzarət olunan əməliyyatlar barədə arayışa Əlavənin tərtib edilmə qaydası” üzrə:

2.4.4.1. 19-cu abzasda “bölməsi” və “bölməsinin” sözlərindən sonra müvafiq olaraq “, habelə qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs” və “, habelə qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxsin” sözləri əlavə edilsin;

2.4.4.2. 21-ci abzasda “bölməsi” sözündən sonra “, habelə qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs” sözləri əlavə edilsin.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status