AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.04.2019
QEYDİYYAT NÖMRƏSİ
614
ADI
“Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2019, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 614)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2019
“Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1510) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”nin 7.3-cü bəndinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Fondun güzəştli kreditlər üzrə daxilolmalarının (faiz, cərimə və sair) 10 faizi (Fondun saxlanması xərcləri güzəştli kreditlər üzrə daxilolmaların 90 faizindən daha çox hissəsini təşkil etdikdə isə, Fondun saxlanma xərclərinə ayrılan hissəsi istisna olmaqla, qalan vəsait) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada bölüşdürülür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada istifadə olunur.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” üzrə:

2.1. 1.7-ci bənddə “hissəsi” sözü “, həmçinin bu Qaydanın 1.8-ci bəndində nəzərdə tutulan hissələri” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

“1.8. Fondun güzəştli kreditlər üzrə daxilolmalarının (faiz, cərimə və sair) 10 faizi (Fondun saxlanması xərcləri güzəştli kreditlər üzrə daxilolmaların 90 faizindən daha çox hissəsini təşkil etdikdə isə, Fondun saxlanma xərclərinə ayrılan hissəsi istisna olmaqla, qalan vəsait) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada bölüşdürülür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada istifadə olunur.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2019-cu il

№ 614

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status