AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
16.07.2019
QEYDİYYAT NÖMRƏSİ
4
ADI
“Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”nin və “Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.07.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201907160004
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.07.2019
“Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”nin və “Dövlət-Sahibkar Tərəfdaşlıǧının Inkişafı Mərkəzi haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

16.07.2019

Qeydiyyat nömrəsi

4

Adı

“Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”nin və “Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

30.07.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

020.020.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201907160004

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.07.2019

 

 

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasının protokolu.

 

 

Sədr,

İqtisadiyyat naziri

 

Şahin Mustafayev

 

 


 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında

NÜMUNƏƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə” (bundan sonra - Əsasnamə) “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (bundan sonra - Agentlik) strukturuna daxil olan Kiçik və orta biznesin inkişafı mərkəzlərinin (bundan sonra – KOB inkişafı mərkəzi) fəaliyyətini tənzimləyir.

1.2. KOB inkişafı mərkəzi “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən yaradılmışdır.

1.3. KOB inkişafı mərkəzi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Agentliyin idarəetmə orqanlarının qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. KOB inkişafı mərkəzi fəaliyyətini Agentliyin strukturuna daxil olan bölmələr və digər qurumlar ilə əlaqəli həyata keçirir.

1.5. KOB inkişafı mərkəzində xidmət göstərən işçilər xidmətlərin sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini təmin edirlər.

1.6. KOB inkişafı mərkəzinin ştat cədvəli və xərclər smetası Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.

 

2. KOB inkişafı mərkəzinin fəaliyyət istiqamətləri

 

2.0. KOB inkişafı mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Agentliyin Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müəyyən olunmuş hüquq və vəzifələrin elm, təhsil, innovasiya, təlim və digər sahələr ilə əlaqələndirilmiş formada həyata keçirilməsinin təşkil edilməsi;

2.0.2. sahibkarlığın inkişafına, əsasən də innovasiyaya əsaslanan sahibkarlığın inkişaf etdirilməsinə dəstək göstərilməsi;

2.0.3. startapların, ailə biznesinin, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın inkişafının təşviqi;[1]

2.0.4. yeni növ məhsulların (iş və xidmətlərin) yaradılmasının və istehsalının stimullaşdırılması, sahibkarlar tərəfindən yeni texnologiyaların və ixtiraların mənimsənilməsinə yardım göstərilməsi;

2.0.5. sahibkarlığın qarşısında duran problemlərin müəyyən olunması məqsədilə sorğuların keçirilməsi, monitorinq və qiymətləndirilmələrin aparılması;

2.0.6. sahibkarlığın inkişafında mövcud olan maneələrin aradan qaldırılması və sahibkarların hüquqlarının müdafiəsinə dəstək məqsədi ilə onların maarifləndirilməsi;

2.0.7. sosial sahibkarlığın (özünüməşğulluğun) inkişafına yardım göstərilməsi, normativ-hüquqi bazasının formalaşdırılmasında iştirak;

2.0.8. yeni ixtisaslaşdırılmış biznes assosiasiyalarının və ictimai birliklərin yaradılması üçün sahibkarların maarifləndirilməsi;

2.0.9. sahibkarlığın inkişafı istiqamətində müxtəlif təlimlərin, seminarların, praktiki təcrübə proqramlarının təşkil edilməsi, təşviqatın aparılması;

2.0.10. sahibkarlar üçün effektiv konsaltinq və informasiya dəstəyi sisteminin formalaşdırılması;

2.0.11. biznes təşəbbüsləri olan, yeni fəaliyyətə başlamaq istəyən, yeni fəaliyyətə başlayan sahibkarların dəstəklənməsi;

2.0.12. sahibkarların elektron xidmətlərdən geniş istifadəsinin təşkil edilməsi;

2.0.13. regionların investisiya cəlbediciliyinin artırılması üçün təkliflərin verilməsi;

2.0.14. sahibkarlıq fəaliyyəti üçün sosial mühitin yaxşılaşdırılması istiqamətində işlərin aparılması;

2.0.15. sahibkarların potensialından düzgün istifadəsinə dəstək göstərilməsi.

 

3. KOB inkişafı mərkəzinin vəzifələri

 

3.0. KOB inkişafı mərkəzi bu Əsasnamə iləəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. KOB inkişafı mərkəzi tərəfindən göstərilən xidmətləri sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təşkil etmək;

3.0.2. KOB inkişafı mərkəzində xidmətləri qanuna uyğun, keyfiyyətli və şəffaf həyata keçirmək;

3.0.3. sahibkarların təcrübəkeçmə və ixtisasartırma tələblərinin ödənilməsi, yenidən hazırlanması məqsədi ilə təlim-tədris proqramları hazırlamaq və onları yüksək səviyyədə tədris etmək;

3.0.4. iri şirkətlərin KOB-lara göstərdikləri xidmətləri əlaqələndirmək;

3.0.5. sahibkarlığın inkişafına kömək məqsədilə sahibkarların maarifləndirilməsi, onların informasiya texnologiyalarından və resurslarından (elektron mühasibatlıq, elektron bankçılıq və s.) istifadə sahəsində hüquqi, iqtisadi və digər istiqamətlərdə biliklərinin artırılması ilə bağlı təlim proqramlarının hazırlanması və s. tədbirlərin həyata keçirilməsini təmin etmək;

3.0.6. innovasiyaların tətbiqi ilə bağlı sahibkarlarla innovasiya fəaliyyətinin subyektləri arasında əlaqələndirməni təşkil etmək;

3.0.7. klaster zəncirinə daxil olan sahələr arasında KOB-ların inkişaf konsepsiyasına uyğun olaraq, əlaqələndirmənin düzgün həyata keçirilməsi məqsədi ilə elmi-metodiki və məsləhət xidmətlərini göstərmək;

3.0.8. KOB-lar üçün kadrların ixtisasartırma tələblərinin ödənilməsini və yenidən hazırlanmasını təşkil etmək;

3.0.9. sahibkarlara dəstək məqsədilə ixtisaslaşdırılmış könüllülər şəbəkəsinin formalaşdırılmasına kömək göstərmək və könüllülərin Agentlikdə, dövlət və özəl qurumlarda fəaliyyətini əlaqələndirmək;

3.0.10. sahibkarlıq sahəsində təlimlər, treninqlər, kurslar, seminarlar və s. təşkil etmək, təlim-tədris proqramlarının dinləyicilər tərəfindən dərindən və hərtərəfli mənimsənilməsi üçün zəruri tədbirlər görmək, bacarıqlı və praktiki hazırlıqlı kadrlar formalaşdırmaq və ixtisaslaşdırılmış biznes assosiasiyaları, ictimai birliklərin yaradılması istiqamətində nizamnamə və digər sənədlərin hazırlanması, təşkilati-hüquqi və s. məsələlər üzrə məsləhət xidmətləri göstərmək;

3.0.11. startapların qeydiyyatı sistemini yaratmaq və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək;

3.0.12. ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, qadın sahibkarlığının dayanıqlı inkişafını təşviq etmək və bu sahədə zəruri dəstək tədbirləri görmək;

3.0.13. qaçqın və məcburi köçkün sahibkarların fəaliyyətinə, eləcə də qaçqın şəhərciklərində sahibkarlığın, sosial sahibkarlığın (özünüməşğulluğun), əlilliyi olan şəxslər arasında sahibkarlığın dayanıqlı inkişafına köməklik göstərmək, onlar üçün sahibkarlığın əsaslarına dair treninq, təlim, məsləhət və informasiya xidmətlərini təşkil etmək;

3.0.14. Agentliyin işçilərinin peşə biliklərinin təkmilləşdirilməsi, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması işini təşkil etmək;

3.0.15. fəaliyyət istiqamətləri üzrə əlavə tədrisə olan tələbatı öyrənmək, buna uyğun olaraq təkliflər hazırlamaq və müvafiq tədbirlər həyata keçirmək, tədris-tematik planlar hazırlamaq; 

3.0.16. əhalinin sahibkarlıq fəaliyyəti üçün lazımi biliklər əldə etməsinə köməklik göstərmək, bu məqsədlə müxtəlif tədbirlər təşkil etmək;

3.0.17. gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına köməklik göstərmək, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün sahibkarlığın əsaslarına dair treninq, təlim, məsləhət və informasiya xidmətlərini təşkil etmək;

3.0.18. sahibkarlığın inkişafı və sahibkarların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə fəaliyyət istiqamətləri üzrə iştirak etmək və aidiyyəti işlər görmək;

3.0.19. sahibkarlığın inkişafı, innovasiya yönümlü sahibkarlıq fəaliyyəti, müasir informasiya texnologiyalarının tətbiqi əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və s. sahələrdə araşdırmalar aparmaq, ən yaxşı təcrübənin tətbiq edilməsi haqqında təkliflər vermək;

3.0.20. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində yeni informasiya texnologiyalarının tətbiqində, o cümlədən elektron ticarət, distant təlim mərkəzləri şəbəkələrinin yaradılmasında iştirak etmək;

3.0.21. sahibkarların inkişafı üçün onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə tələb olunan araşdırma, statistika və təhlillərin elm və təhsil təsisatları ilə əməkdaşlıq əsasında həyata keçirilməsini təşkil etmək;

3.0.22. sahibkarlığın inkişafı sahəsində digər dövlət orqanları və qurumları ilə qarşılıqlı fəaliyyət göstərmək, o cümlədən vətəndaşlara xidmət, sosial innovasiyalar və sahibkarlara dəstək istiqamətində mövcud infrastruktur və şəbəkədən əlaqəli şəkildə istifadə etmək;

3.0.23. sosial sahibkarlığın (özünüməşğulluğun) təşviqi və dəstəklənməsi üçün daha çox maraqlı tərəfləri mərkəzlə əməkdaşlığa cəlb etmək;

3.0.24. təhsil-praktika-biznes zəncirinə daxil olan prosesi qurmaq;

3.0.25. sahibkarların və təhsil müəssisələrinin iqtisadiyyatın tələbatlarına uyğun olaraq müvafiq ixtisaslar üzrə tədris prosesində birgə iştirakını təmin etmək;

3.0.26. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;

3.0.27. zəruri hesabatları, o cümlədən sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı dəstək tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi və onun nəticələri barədə hesabatları və illik iş planlarını Agentliyə təqdim etmək, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, Agentliklə razılaşdırmaqla işçi qrupları, komissiyalar yaratmaq;

3.0.28. Agentliyin strateji inkişaf konsepsiyasına uyğun olaraq Agentliyin rəhbərliyinə təkliflər vermək, o cümlədən hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.0.29. biznes inkubatorların, sənaye və texnologiyalar parklarının və sahibkarlıq sahəsində tədris mərkəzlərinin fəaliyyətini təşkil etmək;

3.0.30. startaplar üçün biznes inkubatorlarının, biznes akseleratorlarının tapılması və KOB inkişafı mərkəzində bu tipli mexanizmlərin yaradılması və ya onların nümayəndəliyinin açılması işini təşkil etmək;

3.0.31. biznes inkubatorların və biznes akseleratorların elektron reyestrinin aparılmasında iştirak etmək;

3.0.32. startaplara keçiriləcək təlimlərin layihələrinin, mövzuların eləcə də təlimçilərin seçilməsini təmin etmək;

3.0.33. sahibkarlara öz fəaliyyətini qurmağa və genişləndirməyə imkan verən, müxtəlif xidmətləri və imkanları, innovativ sahibkarların aşkarlanmasını və inkişaf etdirilməsini, onların texnoloji yeniliklərdən faydalanma bacarıqlarının artırılmasını və sahibkarların elmi tədqiqatlar aparmasını bir arada təklif edən müxtəlif proqramlar, dəstək tədbirləri və layihələr həyata keçirmək üçün tədbirlər planını və digər təklifləri hazırlayaraq Agentliyin aparatına təqdim etmək;

3.0.34. təhsil, elm, istehsalat sahələrinin qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılması, təhsil müəssisələrinin, eləcə də dövlət və özəl araşdırma təşkilatlarının innovasiya infrastrukturundan sahibkarların faydalanması, sənaye və təhsil müəssisələri arasında əməkdaşlığının gücləndirilməsi üçün tədbirlər görmək;

3.0.35. sahibkarlara ixtisaslaşdırılmış biznes assosiasiyaları, ictimai birliklərin yaradılması istiqamətində nizamnamə və digər sənədlərin hazırlanması, təşkilati-hüquqi və s. məsələlər üzrə məsləhət xidmətləri göstərmək;

3.0.36. sahibkarların və təhsil müəssisələrinin iqtisadiyyatın tələbatlarına uyğun olaraq müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, dərsliklərin, metodiki vəsaitlərin, sillabus və mövzuların hazırlanmasında birgə iştirakını təmin etmək;

3.0.37. sahibkarlıq düşüncəsinin formalaşdırmaq və daha da dərinləşdirmək üçün sahibkarların təhsil müəssisələrində müvafiq dərslərə qonaq-məruzəçi qismində cəlb olunmasına dəstək göstərmək;

3.0.38. sahibkarların inkişafı üçün onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə tələb olunan araşdırma, statistika və təhlillərin elm və təhsil təsisatları ilə əməkdaşlıq əsasında həyata keçirilməsini təşkil etmək;

3.0.39. sahibkarlar arasında sorğular keçirmək, onların problemlərini və sahibkarlığın inkişaf meyillərini öyrənmək, bu barədə Agentliyin aparatına hesabatlar və təkliflər təqdim etmək;

3.0.40. klaster fəaliyyətinin inkişafı üçün klasterlərə nümunəvi sənədlərin, büdcə layihələrinin, biznes layihələrinin tərtibində köməklik göstərmək;

3.0.41. klasterlərin beynəlxalq proqramlara qoşulması üçün tədbirlər görmək;

3.0.42. “Cluster Excellency Programme” çərçivəsində klasterlərin fəaliyyətinin qiymətləndirilməsini təşkil etmək, klasterlərin inkişafı konsepsiyasının hazırlanması ilə bağlı təkliflər vermək;

3.0.43. innovativ sahibkarlığı təşviq etmək üçün startapların və sahibkarların ali təhsil və elmi-tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlar və texnoloji transfer mərkəzləri ilə qarşılıqlı fəaliyyətini əlaqələndirmək;

3.0.44. sahibkarlara innovativ məhsul və xidmət yaradılmasında kömək etməklə yanaşı, paralel qaydada satışın hazırlanması və təşkilini dəstəkləmək;

3.0.45. xərclərin azaldılması, səmərəliliyin artırılması və yeni bazarlara çıxış sahəsində KOB-lara dəstək məqsədilə standartların araşdırılması və tətbiqi istiqamətində təkliflər vermək;

3.0.46. “KOB Klaster Şirkəti”nə daxil olan klasterlər və onların üzvləri arasında məlumat mübadiləsi aparılmasına yardım etmək;

3.0.47. sənayedə araşdırma və inkişaf yönümlü fəaliyyətin dəstəklənməsi və bu fəaliyyətin həyata keçirilməsi üçün texnoparkların, innovasiya mərkəzlərinin yaradılması ilə bağlı aidiyyəti qaydada təkliflər vermək;

3.0.48. startapların elmi-tədqiqat, innovativ ideyalarının maliyyələşdirilməsi üçün investorların cəlb edilməsini təşkil etmək;

3.0.49. maliyyə donorları qismində çıxış edə bilən təşkilatların məlumat bazasını yaratmaq;

3.0.50. sahibkarlıq sahəsində investisiya mühitinin yaxşılaşdırılması üçün tədbirlər görmək, eləcə də beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlamaq;

3.0.51. startaplar, elmi-texnoloji mərkəzlərlə yerli və xarici investorların və donor təşkilatların fəaliyyətini əlaqələndirmək;

3.0.52. potensial investorların, sahibkarların KOB-ların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət və özəl qurumlar ilə birlikdə müxtəlif tədbirlər görmək;

3.0.53. startapların və sahibkarların maliyyə resurslarına (kreditlərə, investisiyalara, qrantlara, biznesə dəstək (venture) kapitalına və s.) çıxış imkanlarının genişləndirilməsinə dəstək vermək;

3.0.54. yeni biznes ideyası olan şəxslərə və startaplara ilkin biznes fəaliyyətinin təşkili məqsədilə maliyyə dəstəyi vermək, o cümlədən xarici qrantlar hesabına layihələrin maliyyələşdirilməsini təşkil etmək, bu istiqamətdə müxtəlif proqramlar hazırlamaq və müsabiqələr keçirmək üçün təkliflər hazırlayaraq Agentliyə təqdim etmək;

3.0.55. donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və KOB-ları dəstəkləyən layihələrini əlaqələndirmək və birgə təşəbbüslər həyata keçirmək üçün təkliflər hazırlamaq;

3.0.56. sosial sahibkarlığın (özünüməşğulluğun) təşviqi və dəstəklənməsi üçün maraqlı tərəfləri, xüsusilə yerli icmaları və digər vətəndaş cəmiyyəti institutlarını KOB inkişafı mərkəzi ilə əməkdaşlığa cəlb etmək;

3.0.57. investisiyaların cəlbi üçün aidiyyəti dövlət qurumları ilə birlikdə investorlar arasında sorğular aparmaq, onların təklifləri əsasında investisiya mühitinin təkmilləşdirilməsi və investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq;

3.0.58. KOB-ların fəaliyyətində innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparmaq, bu sahədə siyasətin prioritet istiqamətlərini müəyyən etmək və müvafiq təkliflər hazırlamaq;

3.0.59. KOB-ların “yaşıl iqtisadiyyat”da rolunun yüksəldilməsini, onların ekoloji təhlükəsizliyi təmin edən əmtəə və xidmət istehsalını genişləndirmələrini təşviq etmək;

3.0.60. KOB-ların daha çox uğurlu innovasiya üçün tərəfdaşlar arasında bir-birinə yüksək inam və dəyişikliyin yaradılmasına dəstək göstərmək;

3.0.61. KOB-ların fəaliyyətində yeni texnologiyaları və məhsulun yeni istehsal üsullarını müəyyən etmək, müvafiq konsepsiyalar, tədbirlər planları və təkliflər hazırlamaq;

3.0.62. məhsul və xidmət yaratma prosesində KOB-lara kreativlik və innovasiya bacarıqlarının artırılması istiqamətində dəstək göstərməklə nəticələrin faydalı məhsullara və iş metodlarına çevrilməsini təmin etmək;

3.0.63. KOB-lara yeni və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi və digər həllərin tətbiqi sahəsində dəstək göstərmək;

3.0.64. ideyanın məhsul, texnologiya və ya xidmətə çevrilməsi prosesinin tətbiqi ilə bağlı konsepsiyalar, tədbirlər planları və təkliflər hazırlamaq;

3.0.65. yeni növ məhsulun mənimsənilməsi və buraxılan məhsulun modernləşdirilməsi ilə KOB-lara dəstək göstərmək;

3.0.66. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. KOB inkişafı mərkəzinin hüquqları

 

4.0. KOB inkişafı mərkəzi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. bu Əsasnamə iləəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Agentliyin struktur bölmələrinə, dövlət orqanlarına və qurumlarına, hüquqi və fiziki şəxslərə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.0.2. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.0.3. fəaliyyət istiqamətləri üzrə iclaslar, tədris və metodiki konfranslar, seminarlar təşkil etmək, tədris-metodiki və məsləhət yönümlü dərs vəsaitləri hazırlamaq və nəşr etdirmək, qanunvericilikləəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.4. tədrisin yekunlarına görə dinləyicilərin əldə etdikləri bilikləri və işgüzar keyfiyyətləri qiymətləndirmək;

4.0.5. qanunvericilikləəyyən olunmuş qaydada və fəaliyyət istiqamətləri üzrə respublikada və xarici dövlətlərdə olan elmi-tədqiqat və tədris müəssisələri, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, təcrübə və kadr hazırlığı mübadiləsi aparmaq, müvafiq layihələrin həyata keçirilməsində iştirak etmək;

4.0.6. tədris prosesinə alimlər, xarici və yerli elm və təhsil müəssisələrindən mütəxəssislər cəlb etmək, onların iştirakı ilə seminarlar, konfranslar və başqa işgüzar görüşlər təşkil etmək və ya təşkilində iştirak etmək;

4.0.7. qanunvericiliyə uyğun olaraq, ödənişli əsaslarla hüquqi və fiziki şəxslər üçün təcrübəkeçmə, ixtisasartırma və yenidən hazırlıq xidmətləri göstərmək;

4.0.8. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə iştirak etmək; 

4.0.9. Agentlik tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində müqavilələr bağlamaq;

4.0.10. fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək, onun tətbiqi sahəsində fəaliyyəti həyata keçirmək və KOB inkişafı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyin rəhbərliyinə təkliflər vermək;

4.0.11. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Agentliyi dövlət orqanları və qurumları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;

4.0.12. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. KOB inkişafı mərkəzinin fəaliyyətinin təşkili

 

5.1. KOB inkişafı mərkəzinin fəaliyyətinə Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.2. KOB inkişafı mərkəzinin direktoru KOB inkişafı mərkəzinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. KOB inkişafı mərkəzinin direktoru:

5.3.1. KOB inkişafı mərkəzinin fəaliyyətini təşkil və ona rəhbərlik edir;

5.3.2. səlahiyyətləri daxilində rəhbərlik etdiyi KOB inkişafı mərkəzi üzrə icrası məcburi olan əmrlər verir;

5.3.3. tabeliyində olan işçilər arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

5.3.4. işçilərin etik və xidməti davranış qaydalarına, növbəlilik qrafikinə əməl etməsinə nəzarət edir;

5.3.5. KOB inkişafı mərkəzi üzrə Agentliyin İdarə Heyətində müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir;

53.6. KOB inkişafı mərkəzinin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

5.3.7. KOB inkişafı mərkəzinin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin struktur bölmələrindən və digər KOB inkişafı mərkəzlərindən zəruri məlumat və sənədləri alır;

5.3.8. sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin qəbulunu və onlardan daxil olan müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.3.9. KOB inkişafı mərkəzində kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.3.10. Agentliyin İdarə Heyəti sədrinin tapşırığı ilə digər dövlət və özəl qurumlarda keçirilən tədbirlərdə KOB inkişafı mərkəzini təmsil edir;

5.3.11. KOB inkişafı mərkəzinin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyat vasitələri ilə təminatı, habelə işçilərinin sosial-məət təminatı ilə bağlı Agentliyə təqdimat verir;

5.3.12. KOB inkişafı mərkəzində nəzarəti, monitorinqi və qiymətləndirməni həyata keçirmək üçün Agentliyin səlahiyyətli nümayəndələrinə şərait yaradır;

5.3.13. KOB inkişafı mərkəzində göstərilən xidmətlərə görə ödənilən haqların Agentliyin hesabına köçürülməsini təmin edir.

5.4. KOB inkişafı mərkəzinin direktorunun Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

5.5. KOB inkişafı mərkəzinin direktorunun müavini KOB inkişafı mərkəzinin direktoru tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.6. KOB inkişafı mərkəzinin direktoru olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada KOB inkişafı mərkəzinin direktorunun müavini həyata keçirir.

5.7. KOB inkişafı mərkəzinin qalan işçiləri Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

5.8. KOB inkişafı mərkəzinin hər bir işçisi ona məlum olan qanunla qorunan, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.

5.9. KOB inkişafı mərkəzinin işçiləri üçün vəzifə təlimatı və daxili-intizam qaydaları Agentliyin İdarə Heyətinin sədrinin əmri ilə təsdiq edilir.

 

6. Yekun müddəalar

 

Bu Əsasnaməyə dəyişikliklər Agentliyin idarəetmə orqanlarının təklifləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilir.

 

 


 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında

NÜMUNƏVİ ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. “Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında Nümunəvi Əsasnamə” (bundan sonra - Əsasnamə) “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (bundan sonra - Agentlik) strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin (bundan sonra - Mərkəz) fəaliyyətini tənzimləyir.

1.2. Mərkəz “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən yaradılmışdır.

1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Agentliyin idarəetmə orqanlarının qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. Mərkəz fəaliyyətini Agentliyin strukturuna daxil olan bölmələr və digər qurumlar ilə əlaqəli həyata keçirir.

1.5. Mərkəz dövlət-sahibkar tərəfdaşlığı proqramlarının və layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir.

1.6. Mərkəzin işçilərinin ştat cədvəli və xərclər smetası Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.

 

2. Mərkəzin fəaliyyət istiqamətləri

 

2.0. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi;

2.0.2. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi;

2.0.3. dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrində KOB-ların iştirakının genişləndirilməsinin təmin edilməsi;

2.0.4. dövlət-sahibkar tərəfdaşlığı üzrə bütün maraqlı tərəflərin maarifləndirilməsi və potensialının gücləndirilməsi;

2.0.5. dövlət-sahibkar tərəfdaşlığı meyarlarına uyğun layihələrin təhlil edilməsi, araşdırılması və həmin layihələrin reallaşdırılması üçün işlərin görülməsi.

 

3. Mərkəzin vəzifələri

 

3.0. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. dövlət-sahibkar tərəfdaşlığı üzrə mövcud qanunvericilik bazasının və bu sahədə biznes mühitinin müntəzəm təhlil edilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi və biznes mühitinin yaxşılaşdırılmasına dair tövsiyələrin hazırlanması və təkliflərin verilməsi;

3.0.2. ölkə iqtisadiyyatının prioritet istiqamətləri nəzərə alınmaqla, dövlət-sahibkar tərəfdaşlığı üzrə özəl sektorun cəlb olunması məqsədəuyğun hesab edilən potensial sahələrlə bağlı təkliflərin verilməsi;

3.0.3. dövlət-sahibkar tərəfdaşlığı sahəsində inkişaf konsepsiyalarının və perspektiv inkişaf proqramların hazırlanması ilə bağlı təkliflərin verilməsi, bu sahədə proqram və layihələrin həyata keçirilməsi üzrə işlək mexanizmlərin hazırlanması və tətbiq edilməsi;

3.0.4. KOB-ların cəlb edilməsinə şərait yaradan dövlət-sahibkar tərəfdaşlığı layihələrinin hazırlanması, icrası və qiymətləndirilməsinə dair zəruri qaydaların və metodiki göstərişlərin işlənilib hazırlanması və tətbiq edilməsi;

3.0.5. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması və icrasının müvafiq dövlət orqanları və digər maraqlı tərəflər ilə səmərəli əlaqələndirilməsi;

3.0.6. dövlət-sahibkar tərəfdaşlığı layihələri hazırlanarkən KOB-ların minimum iştirak payının müəyyən edilməsi və zəruri hallarda artırılmasına dair təkliflərin verilməsi;

3.0.7. dövlət-sahibkar tərəfdaşlığı layihələri üzrə işlərin yerinə yetirilməsinə KOB-ları daha geniş cəlb edən özəl tərəfdaşlar üçün üstünlüyün müəyyən edilməsi mexanizmlərinin tətbiq edilməsi;

3.0.8. dövlət-sahibkar tərəfdaşlığı üzrə konsepsiya sənədlərinin, biznes planların, ilkin və əsaslı texniki-iqtisadi əsaslandırmaların, müsabiqə və digər əlaqədar sənədlərin hazırlanmasının maliyyələşdirilməsi məqsədilə texniki yardım mexanizminin formalaşdırılması və idarə edilməsi;

3.0.9. dövlət-sahibkar tərəfdaşlığı layihələrinin hazırlanması, həyata keçirilməsi, monitorinqi və qiymətləndirilməsi istiqamətində potensialın gücləndirilməsi və məsləhət xidmətlərinin təmin edilməsi;

3.0.10. dövlət-sahibkar tərəfdaşlığı üzrə araşdırmaların və tədqiqatların aparılması və zəruri hallarda bu istiqamətdə beynəlxalq və yerli məsləhətçilərin cəlb edilməsi;

3.0.11. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin icrasının monitorinqi və onların icrasında yaranan çatışmazlıqların və çətinliklərin aradan qaldırılmasına dair texniki yardımın təmin edilməsi;

3.0.12. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələr başa çatdıqdan sonra müvafiq qaydada qiymətləndirmənin təmin edilməsi, layihələrin effektivliyinin müəyyən edilməsi və müvafiq hesabatların və təkliflərin təqdim edilməsi;

3.0.13. dövlət-sahibkar tərəfdaşlığı üzrə təcrübə mübadiləsi və təlim səfərlərinin təşkil edilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiq edilməsinin təmin edilməsi;

3.0.14. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram, layihə və ümumilikdə bütün fəaliyyətə dair ölkə üzrə mərkəzləşdirilmiş informasiya bazasının yaradılması və idarə edilməsi;

3.0.15. dövlət-sahibkar tərəfdaşlığı üzrə bilik mərkəzi olaraq, müxtəlif kütləvi informasiya vasitələri ilə dövlət-sahibkar tərəfdaşlığı siyasətinə dair vaxtlı vaxtında, etibarlı və düzgün informasiyanın yayılması və onun mütəmadi təbliğ edilməsi;

3.0.16. dövlət-sahibkar tərəfdaşlığı layihələrinə cəlb edilmiş müxtəlif tərəflərlə şəbəkələşmənin təmin edilməsi və institusional əlaqələrin qurulması;

3.0.17. dövlət-sahibkar tərəfdaşlığı sahəsində peşəkar mütəxəssislərin hazırlanması, tədris proqramlarının tərtibi ilə bağlı təkliflərin verilməsi və onların həyata keçirilməsində səmərəli iştirakın təmin edilməsi;

3.0.18. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasının təmin edilməsi;

3.0.19. zəruri hesabatların, o cümlədən KOB-ların dövlət-sahibkar tərəfdaşlığı layihələrində iştirakı, həmin layihələrin icrası səviyyəsinin və səmərəliliyinin qiymətləndirilməsi barədə hesabatların və fəaliyyət planlarının Agentliyə təqdim edilməsi;

3.0.20. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmaların aparılması, Agentliklə razılaşdırmaqla işçi qrupları və komissiyaların yaradılması;

3.0.21. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, dövlət-sahibkar tərəfdaşlığı sahəsində elmi nailiyyətlərin tətbiqinin təmin edilməsi;

3.0.22. Agentliyin strateji inkişaf konsepsiyasına uyğun olaraq Mərkəzin fəaliyyəti ilə bağlı Agentliyin rəhbərliyi üçün müvafiq təkliflərin, hesabatların, arayış və məlumatların hazırlanması.

 

4. Mərkəzin hüquqları

 

4.0. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. dövlət-sahibkar tərəfdaşlığı sahəsində normativ hüquqi aktların qəbul olunması, dəyişikliklərin edilməsi, şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflərin verilməsi;

4.0.2. dövlət-sahibkar tərəfdaşlığı sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflərin verilməsi;

4.0.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlığa dair təkliflərin verilməsi, xarici dövlətlərin müvafiq təcrübəsinin öyrənilməsi;

4.0.4. dövlət-sahibkar tərəfdaşlığı üzrə infrastruktur layihələrinin həyata keçirilməsində KOB-ların təchizatçı kimi iştirakını stimullaşdıran tədbirlərin görülməsi;

4.0.5. dövlət-sahibkar tərəfdaşlığı layihələrinin müəyyən edilməsi və hazırlanması, o cümlədən ilkin və əsaslı texniki-iqtisadi əsaslandırmaların hazırlanması, eləcə də müsabiqə sənədlərinin və digər müvafiq sənədlərin hazırlanması istiqamətində maraqlı tərəflərə ödənişli əsaslarla məsləhət xidmətlərinin təmin edilməsi;

4.0.6. dövlət-sahibkar tərəfdaşlığı layihələrinin hazırlanması, idarə edilməsi, monitorinqi və qiymətləndirilməsi üzrə ödənişli sertifikatlaşdırılmış təlim proqramlarının həyata keçirilməsi;

4.0.7. dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrinin hazırlanmasında və həyata keçirilməsində beynəlxalq və yerli ekspertlərin cəlb edilməsi;

4.0.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmaların aparılması, işçi qruplarda və komissiyalarda təmsil olunması;

4.0.9. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflərin verilməsi, təhlillərin və ümumiləşdirmələrin aparılması, analitik materialların hazırlanması;

4.0.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfransların, müşavirələrin, seminarların və digər tədbirlərin təşkili ilə bağlı təkliflərin verilməsi;

4.0.11. fəaliyyət istiqamətlərinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Agentliyin dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquq və mənafelərinin müdafiə edilməsi.

 

5. Mərkəzin fəaliyyətinin təşkili

 

5.1. Mərkəzin fəaliyyətinə Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.2. Mərkəzin direktoru Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Mərkəzin direktoru:

5.3.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.3.2. Agentliyin İdarə Heyəti sədrinin verdiyi səlahiyyətlər daxilində müqavilələr bağlayır;

5.3.3. səlahiyyətləri daxilində rəhbərlik etdiyi Mərkəz üzrə icrası məcburi olan əmrlər verir;

5.3.4. tabeliyində olan işçilər arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

5.3.5. işçilərin etik və xidməti davranış qaydalarına, növbəlilik qrafikinə əməl etməsinə nəzarət edir;

5.3.6. Mərkəz üzrə Agentliyin İdarə Heyətində müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir;

5.3.7. dövlət-sahibkar tərəfdaşlığı üzrə əlaqələndirməni həyata keçirmək və Mərkəzin fəaliyyət istiqamətləri üzrə digər dövlət və özəl qurumlar qarşısında məsələ qaldırmaq və qarşılıqlı fəaliyyəti təmin etmək üçün Agentliyin İdarə Heyəti sədrinin qarşısında məsələ qaldırır və ya Agentliyin İdarə Heyəti sədrinin razılığı ilə aidiyyəti üzrə məsələ qaldırır;

5.3.8. Mərkəzin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

5.3.9. Mərkəzin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən zəruri məlumat və sənədləri alır;

5.3.10. sahibkarların qəbulunu və daxil olan müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.3.11. Mərkəzdə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.3.12. Agentliyin İdarə Heyəti sədrinin tapşırığı ilə digər dövlət və özəl qurumlarda keçirilən tədbirlərdə Mərkəzi təmsil edir;

5.3.13. Mərkəzin maddi texniki ləvazimatla, rabitə və nəqliyyat vasitələri ilə təminatı, habelə işçilərinin sosial-məişət təminatı ilə bağlı Agentliyə təqdimat verir;

5.3.14. Mərkəzdə nəzarəti, monitorinqi və qiymətləndirməni həyata keçirmək üçün Agentliyin səlahiyyətli nümayəndələrinə şərait yaradır.

5.4. Mərkəzin direktorunun Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

5.5. Mərkəzin direktorunun müavini Mərkəzin direktoru tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.6. Mərkəzin direktoru işdə olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Mərkəzin direktorunun müavini həyata keçirir.

5.7. Mərkəzin digər işçiləri Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

5.8. Mərkəzin hər bir işçisi ona məlum olan qanunla qorunan, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.

5.9. Mərkəzin işçilərinin vəzifə təlimatları Agentliyin İdarə Heyətinin sədrinin əmri ilə təsdiq edilir.

 

6. Yekun müddəalar

 

Bu Əsasnaməyə dəyişikliklər Agentliyin İdarə Heyətinin sədrinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 dekabr 2020-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012220008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 yanvar 2021-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 dekabr 2020-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012220008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 yanvar 2021-ci il) ilə “Kiçik və orta biznesin inkişafı mərkəzləri haqqında Nümunəvi Əsasnamə”nin 2.0.3-cü və 3.0.13-cü yarımbəndlərində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status