AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.05.2019
QEYDİYYAT NÖMRƏSİ
1592-VQD
ADI
“Toxumçuluq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Torpaq icarəsi haqqında” və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2019, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1178)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
220.000.000
250.000.000
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.07.2019
“Toxumçuluq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Torpaq icarəsi haqqında” və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

“Toxumçuluq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Torpaq icarəsi haqqında” və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1036-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 354; 2001, № 12, maddə 736; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 7; 2005, №11, maddə 997; 2007, № 3, maddə 205, № 5, maddə 398; 2008, № 2, maddə 49; 2013, № 11, maddə 1289; 2016, № 7, maddə 1240; 2017, № 5, maddə 719; 2018, № 1, maddə 11) 7-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Sahibkarlara münasibətdə toxumçuluğa dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.”.

Maddə 2. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 138; 2003, № 4, maddə 178; 2005, № 4, maddə 278; 2006, № 3, maddə 223; 2017, № 1, maddə 26) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7-ci maddə üzrə:

2.1.1. birinci hissədən “öz səlahiyyətləri çərçivəsində” sözləri çıxarılsın;

2.1.2. üçüncü hissədə “qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırıla bilər” sözləri “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılır” sözləri ilə əvəz edilsin;

2.2. 9-cu maddə üzrə:

2.2.1. dördüncü hissənin ikinci cümləsində “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;

2.2.2. beşinci hissədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

2.2.3. altıncı hissədə “azaldıla bilər” sözləri “azaldılır” sözü ilə əvəz edilsin;

2.2.4. səkkizinci hissədə “səlahiyyətli dövlət orqanları tərəfindən” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin;

2.3. 11-ci maddənin üçüncü hissəsində “şəxslərin pozuntular aradan qaldırılanadək ionlaşdırıcı şüa mənbələri ilə aparılan işləri dayandırmaq hüququ vardır” sözləri “şəxslər şüa mənbələri ilə aparılan işləri dayandırmalı və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər” sözləri ilə əvəz edilsin;

2.4. 13-cü maddənin birinci hissəsinə “qiymətləndirilməsi” sözündən sonra “(sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.5. 21-ci maddənin ikinci hissəsində “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin.

Maddə 3. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154; 2001, № 3, maddə 149; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 14; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 503; 2015, № 3, maddə 247; 2018, № 6, maddə 1183; 2019, № 1, maddə 34) 26-cı maddəsinin ikinci hissəsi ləğv edilsin.

Maddə 4. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 559; 2008, № 7, maddə 602; 2014, № 4, maddə 334; 2017, № 5, maddə 688) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 17.2-ci maddədə “qanunvericiliyi” sözü “İnzibati Xətalar və Cinayət məcəllələri” sözləri ilə əvəz edilsin;

4.2. 20.1-ci maddədə “qanunvericiliklə” sözü “bu Qanunla və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2019-cu il

№ 1592-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status