AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.11.2019
QEYDİYYAT NÖMRƏSİ
436
ADI
Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 07-11-2019, Nəşr Nömrəsi: 248), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1856)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201911040436
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.11.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının 3.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 4 noyabr 2019-cu il

     № 436

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 4 noyabr tarixli 436 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması

 

1. Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 7.2-ci və 7.3-cü bəndlərinə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 6.1-ci və 6.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) tərəfindən verilir.

2. Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin təsviri:

2.1. şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir;

2.2. şəhadətnamənin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunur. Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” və “Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə ŞƏHADƏTNAMƏ” sözləri yazılır, şəhadətnamənin seriyası və nömrəsi, səhifənin aşağı kənarında isə möhür yeri və şəhadətnamənin verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;

2.3. şəhadətnamədə xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamənin nümunəsində göstərilən formada mətn yerləşdirilir (1 nömrəli əlavə);

2.4. nömrələnmə xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr üçün müvafiq olaraq “FDN” (fəlsəfə doktoru elmi dərəcəsi üzrə sənədlərin nostrifikasiyası) və ya “EDN” (elmlər doktoru elmi dərəcəsi üzrə sənədlərin nostrifikasiyası), “FDTA” (fəlsəfə doktoru elmi dərəcəsi üzrə sənədlərin təkrar attestasiyası) və ya “EDTA” (elmlər doktoru elmi dərəcəsi üzrə sənədlərin təkrar attestasiyası) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

3. Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin təsviri:

3.1. şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir;

3.2. şəhadətnamənin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunur. Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” və “Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə ŞƏHADƏTNAMƏ” sözləri yazılır, şəhadətnamənin seriyası və nömrəsi, səhifənin aşağı kənarında isə möhür yeri və şəhadətnamənin verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;

3.3. şəhadətnamədə xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamənin nümunəsində göstərilən formada mətn yerləşdirilir (2 nömrəli əlavə);

3.4. nömrələnmə xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr üçün müvafiq olaraq “DSN” (dosent elmi adı üzrə sənədlərin nostrifikasiyası) və ya “PRN” (professor elmi adı üzrə sənədlərin nostrifikasiyası), “DSTA” (dosent elmi adı üzrə sənədlərin təkrar attestasiyası) və ya “PRTA” (professor elmi adı üzrə sənədlərin təkrar attestasiyası) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

4. Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.

5. Komissiya xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə verdiyi şəhadətnamələrin uçotunu aparır.

6. Şəhadətnamə Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

 


 

 

 

“Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması”na

1 nömrəli əlavə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə

Ş Ə H A D Ə T N A M Ə

_________ ____________

(seriya)                  (nömrə)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının

________________________________ tarixli qərarı ilə

 

_________________________________________________________________________________________________________________

(adı, atasının adı, soyadı)

_________________________________________________________________________________________________________________

(ölkə, sənədi vermiş müəssisənin adı)

tərəfindən verilmiş _____________________________________________________________________________________ ixtisasında

(elm sahəsinin adı)

_______________________________________________________________________ elm sahəsi üzrə _____________________ tarixli

                                                         (ixtisasının şifri və adı)                                                                                                                         (sənədin tarixi)

________________________________ nömrəli _____________________________________ Azərbaycan Respublikasında tanınır və

                   (sənədin nömrəsi)                                                                               (sənədin adı)

_______________________________________________________________________________________________________ ixtisasında

(ixtisasının şifri və adı)

____________________________________________________________________________________________ elm sahəsi üzrə verilən

(elm sahəsinin adı)

__________________________________________________________________________________ elmi dərəcəsinə ekvivalent sayılır.

(elmi dərəcə)

 

Sədr:

__________________

________________________________

 

(imza)

(adı, soyadı)

 

 

 

Baş elmi katib:

__________________

________________________________

                  M.Y.

(imza)

(adı, soyadı)

 

BAKI - _______

              il

 

(Bu şəhadətnamə elmi dərəcə haqqında sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.)

 

 


 

 

 

“Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması”na

2 nömrəli əlavə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə

Ş Ə H A D Ə T N A M Ə

_________ ____________

(seriya)                  (nömrə)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının

________________________________ tarixli qərarı ilə

 

_________________________________________________________________________________________________________________

(adı, atasının adı, soyadı)

_________________________________________________________________________________________________________________

(ölkə, sənədi vermiş müəssisənin adı)

tərəfindən verilmiş ___________________________________________________________________________________ elm sahəsinin

(elm sahəsinin adı)

__________________________________________________________________________ ixtisası üzrə _____________________ tarixli

                                                         (ixtisasının şifri və adı)                                                                                                                         (sənədin tarixi)

________________________________ nömrəli _____________________________________ Azərbaycan Respublikasında tanınır və

                   (sənədin nömrəsi)                                                                               (sənədin adı)

________________________________________________________________ fəaliyyətə görə

(elmi və ya elmi-pedaqoji)

____________________________________________________________________________________________________ elm sahəsinin

(elm sahəsinin adı)

_______________________________________________________________________________________________ ixtisası üzrə verilən

(ixtisasının şifri və adı)

 

______________________________________________________________________________________elmi adına ekvivalent sayılır.

(elmi ad)

 

Sədr:

__________________

________________________________

 

(imza)

(adı, soyadı)

 

 

 

Baş elmi katib:

__________________

________________________________

                  M.Y.

(imza)

(adı, soyadı)

 

BAKI - _______

              il

 

(Bu şəhadətnamə elmi ad haqqında sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status