AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.11.2019
QEYDİYYAT NÖMRƏSİ
435
ADI
Dosent və professor elmi adları barədə attestatların formasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 07-11-2019, Nəşr Nömrəsi: 248), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1855)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201911040435
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.11.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Dosent və professor elmi adları barədə attestatların formasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dosent və professor elmi adları barədə attestatların forması” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 4 noyabr 2019-cu il

     № 435

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 4 noyabr tarixli 435 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Dosent və professor elmi adları barədə attestatların forması

 

1. Dosent və professor elmi adları barədə attestatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) tərəfindən elmi ad verilmiş şəxslərə həmin elmi adı təsdiq etmək məqsədilə verilir.

2. Dosent Attestatının təsviri:

2.1. attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Dosent Attestatı açıq mavi rənglidir;

2.2. attestatın ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “DOSENT ATTESTATI” sözləri yazılır;

2.3. attestatın digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “DOSENT ATTESTATI ELMİ AD HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə attestatın seriyası və nömrəsi, sağ aşağı hissəsində “DOSENT ELMİ ADI VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;

2.4. mətn dosent attestanın nümunəsində göstərilən formada yerləşdirilir (1 nömrəli əlavə);

2.5. attestat qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “DOSENT ATTESTATI” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Dosent attestatının cildi tünd göy rənglidir;

2.6. nömrələnmə Dosent Attestatı üçün “DS” (dosent) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

3. Professor Attestatının təsviri:

3.1. attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Professor attestatı açıq çəhrayı rənglidir;

3.2. attestatın ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “PROFESSOR ATTESTATI” sözləri yazılır;

3.3. attestatın digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “PROFESSOR ATTESTATI ELMİ AD HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə attestatın seriyası və nömrəsi, sağ aşağı hissəsində “PROFESSOR ELMİ ADI VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;

3.4. mətn Professor Attestatının nümunəsində göstərilən formada yerləşdirilir (2 nömrəli əlavə);

3.5. attestat qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “PROFESSOR ATTESTATI” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Professor attestatının cildi tünd qırmızı rənglidir;

3.6. nömrələnmə Professor Attestatı üçün “PR” (professor)seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

4. Komissiya dosent və professor elmi adı barədə verdiyi attestatların uçotunu aparır.

5. Attestat Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

 

 


 

 

“Dosent və professor elmi adları barədə attestatların forması”na

1 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

DOSENT

 

ATTESTATI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI-_____

 

             il

 

 

 

 


 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

 

PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASININ

 

_______________ TARİXLİ

 

QƏRARI İLƏ

 

 

DOSENT ATTESTATI

___________________________________________________

ELMİ AD HAQQINDA

(adı, atasının adı, soyadı)

DÖVLƏT SƏNƏDİDİR

_______________________________ FƏALİYYƏTƏ GÖRƏ

 

(elmi və ya elmi-pedaqoji)

 

__________________________________ ELM SAHƏSİNİN

 

(elm sahəsinin adı)

DS № _______

___________________________________ İXTİSASI ÜZRƏ

 

(ixtisasın şifri və adı)

 

 

 

DOSENT

 

ELMİ ADI VERİLMİŞDİR

 

 

 

SƏDR:

___________

_____________________

 

 

(imza)

(adı, soyadı)

 

BAŞ ELMİ KATİB:

___________

_____________________

 

 

(imza)

(adı, soyadı)

 

M.Y.

 

 

 

 


 

 

 

“Dosent və professor elmi adları barədə attestatların forması”na

2 nömrəli əlavə

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

PROFESSOR

 

ATTESTATI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI-_____

 

             il

 

 

 

 


 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

 

PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASININ

 

_______________ TARİXLİ

 

QƏRARI İLƏ

 

 

PROFESSOR ATTESTATI

___________________________________________________

ELMİ AD HAQQINDA

(adı, atasının adı, soyadı)

DÖVLƏT SƏNƏDİDİR

_______________________________ FƏALİYYƏTƏ GÖRƏ

 

(elmi və ya elmi-pedaqoji)

 

_________________________________ ELM SAHƏSİNİN

 

(elm sahəsinin adı)

PR № _______

___________________________________ İXTİSASI ÜZRƏ

 

(ixtisasın şifri və adı)

 

 

 

PROFESSOR

 

ELMİ ADI VERİLMİŞDİR

 

 

 

SƏDR:

___________

_____________________

 

 

(imza)

(adı, soyadı)

 

BAŞ ELMİ KATİB:

___________

_____________________

 

 

(imza)

(adı, soyadı)

 

M.Y.

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status