AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.11.2019
QEYDİYYAT NÖMRƏSİ
445
ADI
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-11-2019, Nəşr Nömrəsi: 253), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2019, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1865)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.11.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201911130445
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.11.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 13 noyabr 2019-cu il

     № 445

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir.

1.2. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - proqram iştirakçıları) seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir.

1.3. Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili (bundan sonra - təhsil) Azərbaycan Respublikası Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və yerli hüquqi və fiziki şəxslərin (bundan sonra - maliyyələşdirən qurum) vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

1.4. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik), proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir.

1.5. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu (bundan sonra - İdarəetmə Qrupu) tərəfindən idarə olunur.

1.6. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Nazirliyin təqdim etdiyi sifarişlər əsasında maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə İdarəetmə Qrupunun xəzinə hesabına köçürülür.

 

2. Proqram iştirakçılarının xərcləri

 

2.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının aşağıdakı xərclərini əhatə edir:

2.1.1. təhsil xərcləri;

2.1.2. viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;

2.1.3. aylıq yaşayış xərcləri;

2.1.4. tibbi sığorta xərcləri;

2.1.5. beynəlxalq nəqliyyat xərcləri.

2.2. Proqram iştirakçılarının ailə üzvlərinin və digər qohumlarının xərclərinin maliyyələşdirilməsi həyata keçirilmir.

2.3. Təhsil xərclərinə təhsil haqqı, xarici ali təhsil müəssisəsində qeydiyyat haqqı və proqram iştirakçısının təhsili ilə bağlı ödənilməsi xarici ali təhsil müəssisəsi tərəfindən tələb olunan xərclər aiddir.

2.4. Viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması üçün tutulan haqq aiddir.

2.5. Aylıq yaşayış xərclərinə bu Qaydaların 2.1.1-ci, 2.1.2-ci, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində göstərilən xərclər istisna olmaqla, proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, qidalanma və digər xərcləri aiddir. Proqram iştirakçısının aylıq yaşayış və tədris materialları ilə təminat xərclərinin məbləği və valyutası bu Qaydaların əlavəsinə uyğun olaraq müəyyən edilir.

2.6. Tibbi sığorta xərclərinə proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddətindən artıq olmayan müddətə tibbi sığortası üçün ödənilən sığorta haqqı aiddir.

2.7. Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün bir dəfə təhsil aldığı ölkəyə gedişi və Azərbaycan Respublikasına gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir.

 

3. Proqram iştirakçılarının xərclərinin ödənilməsi

 

3.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində həyata keçirilir. Proqram iştirakçısının minimum normativ təhsil müddətindən artıq müddətdə təhsilinin maliyyələşdirilməsi barədə qərar proqram iştirakçısının minimum normativ təhsil müddətinin bitməsinə azı 6 (altı) ay qalmış etdiyi və təhsil müddətinin uzadılmasının səbəbləri göstərilən müraciəti üzrə İdarəetmə Qrupunun təklifləri əsasında Nazirlik tərəfindən qəbul edilir. Təhsil müddəti uzadıldıqda, təhsilin maliyyələşdirilməsi 1 (bir) ildən artıq olmayan müddətdə həyata keçirilir.

3.2. Akademik məzuniyyətdə olan dövrdə proqram iştirakçısının xərcləri maliyyələşdirilmir.

3.3. Proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürülür.

3.4. Aylıq yaşayış xərcləri proqram iştirakçısının təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlama və bitmə tarixlərinin göstərildiyi sənədlər əsasında proqram iştirakçılarının bank hesablarına ödənilir.

3.5. Proqram iştirakçılarının viza rüsumu və təhsil aldıqları ölkədə qeydiyyat xərcləri proqram iştirakçıları tərəfindən ödənilir.

3.6. Tibbi sığorta xərcləri xarici ali təhsil müəssisəsi və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkəti tərəfindən təqdim edilmiş hesab-faktura əsasında ödənilir.

3.7. Proqram iştirakçısı üçün təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletləri proqram iştirakçısının özü tərəfindən əldə edilir, yaxud onun müraciəti əsasında İdarəetmə Qrupu tərəfindən biletlərin satışını həyata keçirən şirkətə sifariş olunur. Təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu tərəfindən sifariş edilməsi üçün proqram iştirakçısı azı 1 (bir) ay əvvəlcədən İdarəetmə Qrupuna müraciət etməlidir. İdarəetmə Qrupu tərəfindən sifariş edilmiş təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin dəyəri onların satışını həyata keçirən şirkətin təqdim etdiyi hesab-faktura əsasında ödənilir.

3.8. Proqram iştirakçısının özü tərəfindən ödənilən xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura, bank sənədi, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir.

3.9. Proqram iştirakçılarının təhsil aldıqları xarici ali təhsil müəssisələrinin dəyişdirilməsinə müqavilə ilə müəyyən edilmiş təhsil müddəti saxlanılmaqla və xarici ali təhsil müəssisələrinin seçim meyarlarına uyğunluğu gözlənilməklə, İdarəetmə Qrupunun razılığı ilə yol verilir.

3.10. Proqram iştirakçılarının ixtisas istiqamətlərinin dəyişdirilməsinə yol verilmir.

3.11. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçirilir.

3.12. Proqram iştirakçılarının xərcləri ödənilərkən, valyuta mübadiləsi məzənnələri arasında yaranan fərq bank xərci kimi tanınır. Bank xərcləri, eləcə də bu Qaydaların 1.6-cı bəndində göstərilən sifarişlərin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürmə tarixinə olan rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır.

3.13. Proqram iştirakçısı hər hansı səbəbə görə xarici ali təhsil müəssisəsinin olduğu ölkəyə xarici ali təhsil müəssisəsində tədrisin başlama tarixindən daha gec daxil olduqda və ya həmin xarici ali təhsil müəssisəsində daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərcləri gecikmə müddətinə uyğun olaraq azaldılır.

 

4. Proqram iştirakçılarının hesabatlılığı

 

4.1. Proqram iştirakçısı hər tədris ili başa çatdıqdan sonra 1 (bir) aydan gec olmayaraq tədris ili ərzində iş planının yerinə yetirilməsi barədə elmi rəhbərinin rəyini İdarəetmə Qrupuna təqdim edir.

4.2. Proqram iştirakçısının elmi rəhbərinin rəyi mənfi olduqda, proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi həmin hal aradan qaldırılanadək İdarəetmə Qrupu tərəfindən dayandırılır.

 

5. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqi

 

5.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqinin aparılması üçün İdarəetmə Qrupu başa çatmış hər təqvim ili üzrə 1 (bir) aydan gec olmayaraq maliyyələşdirən quruma həmin qurumun ayırdığı vəsaitdən istifadə haqqında hesabat təqdim edir.

5.2. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadə haqqında hesabatın forması maliyyələşdirən qurumla razılaşdırılmaqla Nazirlik tərəfindən müəyyən edilir.

 

 

 


 

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”na

əlavə

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının aylıq xərc normaları

 

Sıra

№-si

Ölkə (şəhər)

Valyutanın adı

Aylıq xərc norması

Yaşayış xərcləri

Tədris materialları ilə təminat xərcləri

yataqxana (mənzil kirayəsi)

qidalanma

digər

1

2

3

4

5

6

7

8

1.

ABŞ

ABŞ dolları

1600

700

600

100

200

2.

ABŞ (Vaşinqton, Nyu-York, Boston, Çikaqo, Mayami, San-Fransisko, Los-Anceles)

ABŞ dolları

2000

1000

700

100

200

3.

Almaniya

avro

1500

700

600

100

100

4.

Argentina

ABŞ dolları

1200

500

500

100

100

5.

Avstraliya

ABŞ dolları

1600

800

600

100

100

6.

Avstriya

avro

1400

600

600

100

100

7.

Belçika

avro

1300

500

600

100

100

8.

Birləşmiş Ərəb Əmirlikləri

ABŞ dolları

1700

800

600

100

200

9.

Böyük Britaniya (digər şəhərlər)

İngiltərə funt sterlinqi

1100

550

450

50

50

10.

Böyük Britaniya (London)

İngiltərə funt sterlinqi

1300

650

550

50

50

11.

Braziliya

ABŞ dolları

1200

500

500

100

100

12.

Cənubi Afrika Respublikası

ABŞ dolları

1300

600

500

100

100

13.

Çili

ABŞ dolları

1200

500

500

100

100

14.

Çin (digər şəhərlər)

ABŞ dolları

1100

500

400

100

100

15.

Çin (Honkonq, Şanxay)

ABŞ dolları

1400

600

600

100

100

16.

Çexiya

avro

1200

600

400

100

100

17.

Danimarka

avro

1300

600

500

100

100

18.

Estoniya

avro

1000

500

300

100

100

19.

Finlandiya

avro

1200

400

600

100

100

20.

Fransa

avro

1500

700

600

100

100

21.

Hindistan

ABŞ dolları

1300

600

500

100

100

22.

İordaniya

ABŞ dolları

1200

500

500

100

100

23.

İran

ABŞ dolları

1100

500

400

150

50

24.

İrlandiya

avro

1500

700

600

100

100

25.

İslandiya

avro

1500

1000

300

100

100

26.

İspaniya

avro

1200

600

450

100

50

27.

İsrail

ABŞ dolları

1500

700

600

100

100

28.

İsveç

avro

1200

500

550

100

50

29.

İsveçrə

avro

1900

700

800

200

200

30.

İtaliya

avro

1200

600

450

100

50

31.

Kanada

ABŞ dolları

1600

700

700

100

100

32.

Koreya Respublikası

ABŞ dolları

1500

700

600

100

100

33.

Livan

ABŞ dolları

1200

500

500

100

100

34.

Lüksemburq

avro

1200

500

500

100

100

35.

Macarıstan

avro

1000

500

300

100

100

36.

Malayziya

ABŞ dolları

1200

500

500

100

100

37.

Meksika

ABŞ dolları

1200

500

500

100

100

38.

Misir

ABŞ dolları

1100

500

400

150

50

39.

Niderland Krallığı

avro

1500

700

600

100

100

40.

Norveç

avro

1400

650

600

100

50

41.

Portuqaliya

avro

1200

600

450

100

50

42.

Polşa

avro

1000

500

300

100

100

43.

Qətər

ABŞ dolları

1600

600

800

100

100

44.

Rusiya Federasiyası

ABŞ dolları

1400

600

600

100

100

45.

Serbiya

avro

1000

500

300

100

100

46.

Səudiyyə Ərəbistanı

ABŞ dolları

1300

500

600

100

100

47.

Sinqapur

ABŞ dolları

1500

700

600

100

100

48.

Sloveniya

avro

1000

500

300

100

100

49.

Türkiyə

ABŞ dolları

1300

500

600

100

100

50.

Yaponiya

ABŞ dolları

1900

800

800

100

200

51.

Yeni Zelandiya

ABŞ dolları

1600

800

600

100

100

52.

Yunanıstan

avro

1000

500

300

100

100

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status