AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.12.2019
QEYDİYYAT NÖMRƏSİ
474
ADI
“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17-12-2019, Nəşr Nömrəsi: 280), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2058)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201912120474
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.12.2019

“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.13-cü bəndinə və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 12 dekabr 2019-cu il

                       № 474

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 12 dekabr tarixli 474 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar peşə və kvalifikasiya standartının (bundan sonra – standart) hazırlanmasının, yenidən hazırlanmasının, təsdiq edilməsinin, qeydiyyatının aparılmasının və müddətinin uzadılmasının əsaslarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyası (bundan sonra – sahə komissiyası) – iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi qrupdur;

1.2.2. layihə qrupu – standartın layihəsinin hazırlanmasına cəlb olunan müvafiq sahə üzrə müəssisə, idarə və təşkilatların nümayəndələrindən, müstəqil mütəxəssislərdən ibarət işçi qrupdur;

1.2.3. ekspert qrupu – standartın layihəsinin struktur və məzmununu yoxlamaq üçün müstəqil ekspertlərdən ibarət işçi qrupdur.

2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının “Məşğulluq haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunları, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.

3. Standartın hazırlanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən əlaqələndirilir.

 

2. Standartın hazırlanması, təsdiqi və qeydiyyatının aparılması

 

2.1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, habelə fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri (bundan sonra – işəgötürənlər) standartın hazırlanması və ya yenidən hazırlanması üçün tələb olunan məlumatları Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi üzərindən yaradılmış Peşə və Kvalifikasiya Standartlarının Reyestrində (bundan sonra – reyestr) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun “Müraciətərizə”ni dolduraraq daxil edirlər.

2.2. Standartın hazırlanması ilə bağlı “Müraciətərizə” bilavasitə hüquqi şəxsin rəhbəri, fiziki şəxs və ya onların səlahiyyət verdiyi şəxslər tərəfindən reyestrə daxil edilir.

2.3. Standartın hazırlanmasına dair məlumatlar reyestrə Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ aktlarına uyğun olaraq daxil edilir.

2.4. Nazirlik reyestrə daxil olan müraciətə 1 (bir) ay müddətində baxır, məqsədəmüvafiq hesab etdiyi təqdirdə standartın hazırlanması ilə bağlı bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun sahə komissiyasına müraciət edir.

2.5. Hazırlanması üçün müraciət olunan standart barəsində sahə komissiyası səsvermə yolu ilə müvafiq qərar qəbul edir. Sahə komissiyasının qərarı Nazirliyə təqdim olunur. Standartın hazırlanması ilə bağlı sahə komissiyasının müsbət qərarı olmazsa, həmin standart hazırlanmır.

2.6. Nazirlik sahə komissiyası tərəfindən hazırlanmasına qərar verilən standartın statusu haqqında məlumatı reyestrə daxil edir və mütəmadi olaraq yeniləyir.

2.7. Standartın layihəsi müvafiq sahə üzrə mütəxəssislərdən ibarət layihə qrupu və ekspert qrupu tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanır.

2.8. Layihə qrupunun tərkibində müvafiq sahə üzrə ən azı 5 (beş) il iş təcrübəsinə malik üç nəfərədək mütəxəssis iştirak edir.

2.9. Ekspert qrupunun tərkibində müvafiq sahə üzrə 5 (beş) ildən çox iş təcrübəsinə malik iki nəfər mütəxəssis iştirak edir.

2.10. Standartın hazırlanması ilə bağlı müraciət edənlər Nazirliyin bununla bağlı müsbət qərarı olduqda, onun hazırlanmasında layihə qrupunun tərkibində ictimai əsaslarla iştirak edə bilərlər.

2.11. Layihə qrupu tərəfindən hazırlanmış standartın layihəsi ekspert qrupu tərəfindən yoxlandıqdan sonra müvafiq rəylə birgə Nazirliyə təqdim olunur.

2.12. Nazirlik standartın layihəsinin bu Qaydaların tələblərinə uyğunluğunu yoxlanıldıqdan sonra baxılması və qərar qəbul edilməsi məqsədilə müvafiq sahə komissiyasına, əlavə rəy və təklif bildirilməsi məqsədilə isə aidiyyəti qurumlara təqdim edir.

2.13. Standartın layihəsi sahə komissiyasına təqdim olunduqdan sonra 30 (otuz) iş günü müddətində ona baxılır. Bu müddət ərzində standartın layihəsi ilə bağlı qurumlardan daxil olmuş rəy və təklifləri Nazirlik sahə komissiyasına təqdim edir.

2.14. Sahə komissiyası müəyyən edilmiş müddətdə standartın layihəsinə baxdıqdan sonra səsvermə yolu ilə müvafiq qərar qəbul edir.

2.15. Sahə komissiyasının qərarı 3 (üç) iş günü müddətində Nazirliyə təqdim edilir.

2.16. Sahə komissiyası tərəfindən qəbul edilməyən standart Nazirliyə təqdim olunur. Nazirlik həmin standartı təkmilləşdirilməsi üçün layihə qrupuna göndərir.

2.17. Müvafiq sahə komissiyasının qərarı Nazirliyin Kollegiyasında təsdiq olunduqdan sonra standart qüvvəyə minir və reyestrə yerləşdirilir.

2.18. Nazirliyin Kollegiyası tərəfindən təsdiq olunmuş standartın qüvvədəolma müddəti 5 (beş) ildir.

 

3. Standartın yenidən hazırlanması və müddətinin uzadılması

 

3.1. Standartın qüvvədəolma müddəti başa çatdığı zaman onun yenidən hazırlanması və ya müddətinin növbəti 5 (beş) il müddətinə uzadılması məqsədilə Nazirlik ən azı 3 (üç) ay əvvəl bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq müvafiq sahə komissiyasına müraciət edir.

3.2. Sahə komissiyası standartın yenidən hazırlanmasını və ya müddətinin uzadılmasını məqsədəmüvafiq hesab etmədiyi təqdirdə, standart qüvvədən düşür.

3.3. Standartın yenidən hazırlanması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

3.4. Standartın müddətinin uzadılması haqqında qərar müvafiq sahə komissiyasında səsvermə yolu ilə qəbul edilir.

 

4. Standartın hazırlanmasının və ya yenidən hazırlanmasının maliyyələşdirilməsi

 

4.1. Standartın hazırlanmasının və ya yenidən hazırlanmasının maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və 20-ci maddələrinə uyğun olaraq İşsizlikdən Sığorta Fondunun vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

 

 


“Peşə və kvalifikasiya standartlarının hazırlanması,

yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının

aparılması və müddətinin uzadılması Qaydaları”na

 

1 nömrəli əlavə

 

Standartın hazırlanması və ya yenidən hazırlanması ilə bağlı

 

Müraciət-ərizə

 

Müraciət edən işəgötürənin (müəssisə, idarə və təşkilat) adı _____________________________________________________________

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi _____________________________________________________________________________________________________

Hüquqi şəxsin rəhbəri, fiziki şəxs və ya onların səlahiyyət verdiyi şəxsin adı, soyadı _____________________________________ ______________________________________________________________________________________________________________________

Standartın hazırlanması və ya yenidən hazırlanması təklif olunan peşə (peşələr), fəaliyyət sahəsi (sahələri) göstərilməklə

 

Sıra

№-si

İqtisadi fəaliyyət sahəsi

Peşənin adı

Məşğulluq təsnifatında peşənin kodu/adı (bilmədiyiniz təqdirdə qeyd etməyin)

Aşağıdakı sütunlardan yalnız

birində işarə edilməlidir

yeni standartın hazırlanması

mövcud standartın yenidən hazırlanması

1

2

3

4

5

6

1.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

 

 

 

 

2.

Mədənçıxarma sənayesi

 

 

 

 

3.

Emal sənayesi

 

 

 

 

4.

Elektrik enerjisi, qaz, hava və buxar təchizatı

 

 

 

 

5.

Su təchizatı və tullantıların təmizlənməsi

 

 

 

 

6.

Tikinti

 

 

 

 

7.

Ticarət və avtonəqliyyat vasitələrinin təmiri

 

 

 

 

8.

Nəqliyyat və anbar təsərrüfatı

 

 

 

 

9.

Yaşayışın təşkili və ictimai iaşə

 

 

 

 

10.

İnformasiya və rabitə

 

 

 

 

11.

Maliyyə və sığorta fəaliyyəti

 

 

 

 

12.

Daşınmaz əmlak

 

 

 

 

13.

Peşə, elmi və texniki fəaliyyət

 

 

 

 

14.

İnzibati və yardımçı xidmətlər

 

 

 

 

15.

Dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat

 

 

 

 

16.

Təhsil

 

 

 

 

17.

Səhiyyə və sosial xidmətlər

 

 

 

 

18.

İstirahət, əyləncə və incəsənət

 

 

 

 

19.

İctimai birliklərin fəaliy­yəti, məişət mallarının təmiri və fərdi xidmətlər

 

 

 

 

20.

Ev təsərrüfatlarının fəaliyyəti

 

 

 

 

 

Standartın hazırlanması və ya yenidən hazırlanması üçün əsaslar və ya zəruri sənədlər əlavə oluna bilər.

 


 

“Peşə və kvalifikasiya standartlarının hazırlanması,

yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının

aparılması və müddətinin uzadılması Qaydaları”na

 

2 nömrəli əlavə

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin standartın hazırlanması (yenidən hazırlanması) ilə bağlı Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasına müraciət forması

 

Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının adı ___________________________________________________________

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin adı, soyadı______________________ _____________________________________________________________________________________________________________________

Müraciətin məzmunu: aşağıda göstərilən standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması təklif olunur.

Sıra №-si

Peşənin adı

Məşğulluq Təsnifatında peşənin kodu/ adı

Azərbaycan Respublikasının Ömürboyu Təhsil

üzrə Kvalifikasiyalar Çərçivəsində səviyyəsi

Aşağıdakı sütunlardan yalnız birində

işarə edilməlidir

yeni standartın hazırlanması

mövcud standartın yenidən hazırlanması

standartın müddətinin uzadılması

1

2

3

4

5

6

7

1.

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

            Standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması üçün əsas.

 

 


 

“Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”na

 

3 nömrəli əlavə

 

_________________________________ PEŞƏ STANDARTI

                                                       (peşənin adı)

 

Peşə

 

Peşə standartının Azərbaycan Respublikasının Ömürboyu Təhsil üzrə Kvalifikasiyalar Çərçivəsində (AzKÇ) səviyyəsi

 

İstinad Kodu: (reyestrdə sıra nömrəsi, peşə standartı sözünün qısaltması - PS, Məşğulluq Təsnifatında kodu, AzKÇ-də səviyyəsi)

 

Peşə standartını təsdiqləyən sektor komissiyasının adı

 

Peşə standartının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında təsdiq olunması barədə qərarın tarixi və nömrəsi

 

Yenilənmə sayı

 

Təklif olunan yenilənmə tarixi

 

 

GİRİŞ

 

      _______________peşə standartı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial

             (peşənin adı)

Müdafiəsi Nazirliyinin əlaqələndirməsi və sosial tərəfdaşlıq vasitəsilə hazırlanmış, əlaqəli təşkilat və müəssisələrin rəyləri nəzərə alınaraq dəyərləndirilmiş, Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyası ________________________________tərəfindən

                                                                                                       (sahə komissiyasının adı)

təsdiq edilərək, reyestrdə yerləşdirilmişdir.

1. Terminlər, simvollar və ixtisarlar (istifadə olunmuş terminlər, simvollar, ixtisarlar və onların izahı)

2. Peşəyə dair xüsusi məlumat

2.1. Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri ________

______________________________________________________________________________ ______________________________________________________________________________

 

2.2. Məşğulluq Təsnifatında və ISCO 08-də peşənin kodu (dördrəqəmli kod və uyğun peşənin təsnifatdakı adı)

3. İşə qəbula dair ümumi tələblər

3.1. Əmək münasibətləri və işə qəbulla bağlı qanunvericiliyin tələbləri

3.2. Peşəyə dair xüsusi tələblər (peşə üzrə işləmək üçün peşənin xüsusiyyətlərindən irəli gələn tələblər qeyd olunur)

4. Əmək şəraiti

4.1. Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf-mühit (SƏTƏM) qaydalarına əməl olunması tələbləri (işin xüsusiyyətindən asılı olan əmək şəraiti, iş rejimi, sağlamlığa zərərli hallar, işçinin peşə xəstəliyinə, yoluxucu xəstəliklərə tutulmağı ehtimalı olan iş yerləri, tələb olunan fiziki xüsusiyyətlər, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları qeyd olunur)

5. Məsuliyyət və müstəqillik səviyyələri (aşağıdakı sütunda uyğun səviyyə işarə olunur (R))

 

 

AzKÇ-də səviyyə

Məsuliyyət, fəaliyyətlərin mürəkkəbliyi

və müstəqillik

Uyğun gələn səviyyə

1

2

3

1-ci səviyyə

İlkin biliklərə malikdir. Sadə əmək bacarıqlarını nümayiş etdirir. Nəzarət altında fəaliyyət göstərir

 

2-ci səviyyə

Sadə biliklərə malikdir. Metod və təlimatlara riayət etməklə müasir texnologiyaların tətbiq edildiyi şəraitdə nəzarət altında fəaliyyət göstərir

 

3-cü səviyyə

Peşəsi ilə bağlı qaydalarla, metodlarla tanışdır və problemləri həll edə bilir. Müxtəlif xidməti tapşırıqları müstəqil şəkildə icra edə bilir və fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürür

 

4-cü səviyyə

Peşəsi ilə bağlı nəzəri bilik və məlumatlara malikdir, mənimsənilmiş bilikləri əmək fəaliyyətində tətbiq edə bilir. Ən azı bir xarici dildə danışa bilir. Mürəkkəb və müxtəlif praktiki tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir. Bəzi səlahiyyətlərə malikdir, digərlərinin işinə nəzarət edə bilir və məsuliyyəti öz üzərinə götürür

 

5-ci səviyyə

Peşəsi ilə bağlı əsas nəzəri biliklərə malikdir, fəaliyyəti ilə bağlı informasiyaları təhlil edir, çətin problemlərin yaradıcı şəkildə həlli üçün mənimsənilmiş biliklərdən istifadə edir. Gözlənilməz şəraitlərdə müstəqil fəaliyyət göstərir, kiçik kollektivin fəaliyyətini istiqamətləndirir və məsuliyyəti öz üzərinə götürür. Kollektivin işinə nəzarət edə bilir. Ən azı bir xarici dildə fikirlərini izah edir

 

6-cı səviyyə

Peşəsi ilə bağlı əsas nəzəri biliklərə malikdir, yeni yanaşma tətbiq etməklə mürəkkəb tapşırıqları yerinə yetirir. Problemləri aşkar edir, onların müxtəlif həll yollarını təhlil edir və qiymətləndirə bilir. Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində işçilərə rəhbərlik edir. İşçilərin əmək fəaliyyətini qiymətləndirir, işin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. Ən azı bir xarici dildə fəaliyyət sahəsi ilə bağlı fikirlərini izah edir, müzakirələrdə iştirak edə bilir

 

 

7-ci səviyyə

Peşəsi və fəaliyyət sahəsi ilə bağlı dərin biliyə, tədqiqat metodları haqqında ümumi təsəvvürə malikdir. Fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll edir. Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul olur. Əmək fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir. Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşıyır. Biliklərini başqalarına ötürə bilir. Xarici dildə fikirlərini əsaslandıra bilir, müzakirələrdə iştirak edir

 

8-ci səviyyə

Peşəsi və fəaliyyət sahəsi ilə bağlı dərin və müasir biliklərə malikdir. Elmi metodologiyanı mənimsəyir və tədqiqatlarda istifadə yollarını dərk edir. Elm və bilik sahəsini genişləndirən strateji tədqiqatları və inkişafla bağlı tədbirləri təklif edir və həyata keçirir. Müvafiq elm sahəsinin inkişafı üçün nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işləyib hazırlayır. Təşkilatın və ya böyük kollektivin strateji fəaliyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə qadirdir

 

 

6. Peşə profili

6.1. Vəzifə və fəaliyyətlər

 

Vəzifələr

(vəzifələr ən azı işin planlaşdırılması, yerinə yetirilməsi, müşahidənin aparılması və lazım gəldikdə düzəlişlərin edilməsi, işin yekunlaşdırılması və hesabat verilməsi mərhələlərini əhatə etməlidir)

Fəaliyyətlər

(əsas fəaliyyətlər işin görülmə alqoritminə uyğun ardıcıllıqla sıralanmalıdır)

Kod

Adı

Kod

Adı

A

 

A.1

 

A.2

 

A.3

 

B

 

B.1

 

B.2

 

B.3

 

B.4

 

C

 

C.1

 

C.2

 

C.3

 

C.4

 

D

 

D.1

 

D.2

 

D.3

 

D.4

 

 

6.2. Kompetensiyalar (səriştələr):

6.2.1. biliklər (iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək üçün tələb olunan minumum biliklərin siyahısı);

6.2.2. bacarıqlar (iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək üçün tələb olunan minimum bacarıqların siyahısı);

6.2.3. işə yanaşma və davranış (işlə bağlı çətinlik, həvəsləndirmə və mükafatlara fərdin adekvat cavab reaksiyalarının, həmçinin işi icra edərkən nümayiş etdirməli olduğu rəftar və hərəkətlərin minimum siyahısı).

6.3. Tövsiyə olunan avadanlıq və alətlər:

6.3.1. peşə üzrə fəaliyyətlərin icra edilməsi üçün tövsiyə edilən avadanlıq və alətlərin siyahısı;

6.3.2. əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün avadanlıq və alətlərin siyahısı. [1]

7. Qiymətləndirmə metodları

7.1. Peşə standartları üzrə qiymətləndirmənin məqsədi fərdin müvafiq peşə standartını fəaliyyətlər, vəzifələr və ya tapşırıqlar üzrə həyata keçirə bilməsini müəyyən etməkdir. Sözügedən tapşırıqlar peşə standartında müəyyən edilən texniki bacarıqları, planlaşdırma və problemləri həlletmə biliklərini, gözlənilməz vəziyyətlərdə hərəkət etmək bacarığını, digər şəxslərlə işləmək bacarığını və ünsiyyət bacarıqlarını əhatə etməlidir.

7.2. Peşə standartı üzrə qiymətləndirmənin məqsədlərinə aşağıdakılar daxildir:

7.2.1. işəgötürmə;

7.2.2. karyera yüksəlişi;

7.2.3. bilik və bacarıqlarda olan boşluqların və təlim ehtiyaclarının müəyyən edilməsi;

7.2.4. işçi heyətin qiymətləndirilməsi.

7.3. Qiymətləndirmə aşağıdakı metodlarından 2-ni və ya 3-nü əhatə etməlidir:

7.3.1. əmək fəaliyyətinin müşahidə edilməsi;

7.3.2. işin nəticəsinin qiymətləndirilməsi;

7.3.3. simulyasiya;

7.3.4. suallar (şifahi və ya yazılı);

7.3.5. layihə işi;

7.3.6. portfel əsasında qiymətləndirilmə;

7.3.7. dinləmə qiymətləndirilməsi;

7.3.8. fərdi araşdırmalar;

7.3.9. müştəri qiymətləndirilməsi (məsələn, sorğu formaları);

7.3.10. ekspert və şəxsi qiymətləndirmə və s.

7.4. Qiymətləndirilməni planlaşdıran zaman onun xarakterik cəhətlərinə xüsusi diqqət yetirmək lazımdır: qiymətləndirilmə hansı interval çərçivəsində həyata keçirilməlidir, hansı hədəflər müəyyən edilməlidir, hansı qiymətləndirmə metodları daha məqsədəuyğundur.

8. Peşə standartının hazırlanmasında (yenidən hazırlanmasında) iştirak edənlər:

8.1. hazırlayan şəxslər (adı, soyadı, iş yeri, vəzifəsi)_________

8.2. ekspertlər (adı, soyadı, iş yeri, vəzifəsi) _______________

8.3. təşkilat və müəssisələr (müəssisənin adı) _____________

9. Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının sədri, üzvləri və mütəxəssislər (adı, soyadı, iş yeri, vəzifəsi) ___________________________

 


 

 

“Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”na

 

4 nömrəli əlavə

 

___________________________ KVALİFİKASİYA STANDARTI

                                      (peşənin adı)

 

Peşə

 

Kvalifikasiya standartının Azərbaycan Respublikasının Ömürboyu Təhsil üzrə Kvalifikasiyalar Çərçivəsində (AzKÇ) səviyyəsi

 

İstinad kodu: (reyestrdə sıra nömrəsi, kvalifikasiya standartı sözünün qısaltması - KS, Məşğulluq Təsnifatında kodu, AzKÇ-də səviyyəsi)

 

Kvalifikasiya standartını təsdiqləyən sektor komissiyasının adı

 

Kvalifikasiya standartının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasında təsdiq olunması barədə qərarın tarixi və nömrəsi

 

Yenilənmə sayı

 

Təklif olunan yenilənmə tarixi

 

 

GİRİŞ

 

_____________________________________________ kvalifikasiya standartı Azərbaycan

                                 (peşənin adı)

Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlaqələndirməsi və sosial tərəfdaşlıq vasitəsilə hazırlanmış, əlaqəli təşkilat və müəssisələrin rəyləri nəzərə alınaraq dəyərləndirilmiş, Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyası_____________________________________ tərəfindən təsdiq edilərək,

                                  (sahə komissiyasının adı)

reyestrdə yerləşdirilmişdir.

 

1. Terminlər, simvollar və ixtisarlar (istifadə olunmuş terminlər, simvollar, ixtisarlar və onların izahı)

2. Peşəyə dair xüsusi məlumat

2.1. Peşə sahibinin gördüyü əsas işlərin qısa təsviri____________________________ ______________________________________________________________________________ ____________________________________________________________________________

3. Peşə sahibi üçün tələb olunan səriştələr

3.1. Əsas səriştələr (əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs üçün əsas, həmçinin əmək bazarında əlavə və ümumi dəyəri formalaşdıran bilik, bacarıq, işə yanaşma və davranış formasıdır)

 

                                                                                                                                 Cədvəl 1.

Azərbaycan dilində ünsiyyət

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

Riyazi hesablama

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

 

Öyrənmək üsullarına yiyələnmə

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

Xarici dildə ünsiyyət

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

İnformasiya və kommunikasiya texnologiyaları (İKT)

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

Peşə etikası və sosial həyat bacarıqları

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

Sahibkarlıq

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

Azərbaycan Respublikası qanunvericiliyinin əsasları

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

3.2. Ümumi səriştələr (əmək bazarında rəqabətədavamlı olmağa imkan yaradan səriştələr, peşəyə görə səriştələr arta və ya azala bilər)

 

                                                                                                                                 Cədvəl 2.

Planlaşdırma və hesabatvermə

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

Müştəriyönümlülük

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

Sağlamlıq və əməyin mühafizəsi

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

Əl alətləri və mexaniki alətlərdən istifadə etmək

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

3.3. Spesifik səriştələr (peşə üzrə tələb olunan səriştələr, peşəyə görə arta və ya azala bilər)

                                                                                                                                 Cədvəl 3.

Səriştənin adı

Təlim (öyrənmə) nəticələri

Qiymətləndirmə meyarları

 

 

 

4. Kvalifikasiya standartının hazırlanmasında (yenidən hazırlanmasında) iştirak edənlər:

4.1. Hazırlayan şəxslər (adı, soyadı, iş yeri, vəzifəsi) ___________

4.2. Ekspertlər (adı, soyadı, iş yeri, vəzifəsi)___________________

4.3. Təşkilat və müəssisələr _________________________________

5. Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının sədri, üzvləri və mütəxəssislər (adı, soyadı, iş yeri, vəzifəsi) ___________________________

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403) ilə “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın 3 nömrəli əlavəsinin 6.3.2-ci yarımbəndində “sağlamlıq imkanları məhdud olan şəxslər və əlillər” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status