AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.07.2001
QEYDİYYAT NÖMRƏSİ
540
ADI
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2001, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 477)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 4.0.8-ci maddəsində nəzərdə tutulmuş xüsusi təhsili həyata keçirən müəssisələrə vergi və rüsumların ödənilməsində güzəştlərin tətbiq edilməsi ilə əlaqədar təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 5.0.5-ci maddəsində nəzərdə tutulmuş pulsuz xüsusi təhsil almaq qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısını və evdə təhsilin təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş stasionar şəraitdə təhsilin təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş inteqrasiya təlimli təhsilin təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 13.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi təhsil müəssisələri haqqında Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş loqopedik xidmət haqqında Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş reabilitasiya mərkəzləri haqqında Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 19.2-ci maddəsində nəzərdə tutulmuş sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş psixoloji-tibbi komissiya və tibbi-sosial ekspert komissiyası barədə Əsasnamələri təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqların xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayrılan vəsaitin həcmini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 27.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi təhsil üçün kadrların hazırlanmasının orta və ali peşə-ixtisas təhsil müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidən hazırlanma müəssisələrində həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Müəyyən edilsin ki:

2.1. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci, 5.0.1-ci, 11.1-ci, 12.3-cü, 16-cı, 21.3.8-ci, 21.7-ci, 22.1-ci və 22.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.1-1. həmin Qanunun 24.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; [2]

2.2. həmin Qanunun 5.0.5-ci, 9.2-ci, 10.2-ci, 12.3-cü, 13.4-cü, 14.3-cü, 15.4-cü, 19.2-ci, 21.8-ci, 26.3-cü və 27.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

2.2-1. həmin Qanunun 1.0.17-ci və 12.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [4]

2.3. həmin Qanunun 10.1-ci, 14.2-ci, 14.2.2-ci, 17.2-ci, 18.1-ci, 19.3-cü, 20.1-ci, 21.1-ci, 23.1-ci (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər xüsusi təhsil müəssisələrinin idarə edilməsi istisna olmaqla), 21.6.2-ci, 23.2-ci, 24.2-ci 25.4-cü, 26.2-ci və 26.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasnın Təhsil Nazirliyi həyata keçirir; [5]

həmin Qanunun 24-cü maddəsində (xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsilalanların yekun attestasiyasının aparılması vəzifəsi barədə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir; [6]

2.4. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirirlər. [7]

2.4-1. həmin Qanunun 23.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər xüsusi təhsil müəssisələrinə münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [8]

2.5. həmin Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qurum Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir; [9]

2.6. həmin Qanunun 5.0.1-ci, 11.1-ci, 16-cı, 21.7-ci, 22.1-ci və 22.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. [10]

2.7. həmin Qanunun 21.3.8-ci maddəsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur; [11]

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 19 iyul 2001-ci il

    № 540

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 dekabr 2012-ci il tarixli 796 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 28 dekabr 2012-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1270)

2.       12 iyul 2017-ci il tarixli 1520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1330)

3.       30 oktyabr 2018-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2019)

4.       10 iyul 2020-ci il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 876)

5.       25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362)

6.       12 iyun 2021-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 568)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 iyul 2020-ci il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 876) ilə yeni məzmunda 2.1-ci bənd əlavə edilmişdir.

 

25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə 2.1-ci bənddə “5.0.1-ci, 11.1-ci” sözləri “1.0.17-ci, 5.0.1-ci, 11.1-ci, 12.3-cü” sözləri ilə əvəz edilmişdir.

 

12 iyun 2021-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 568) ilə 2.1-ci bəndə 16-cı, sözlərindən sonra 21.3.8-ci, sözləri əlavə edilmişdir.

 

[2] 12 iyul 2017-ci il tarixli 1520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1330) ilə 2-ci hissəsinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

10 iyul 2020-ci il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 876) ilə 2.1-ci bənd 2.1-1-ci bənd hesab edilmişdir və həmin bənddə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

 

[3] 12 iyul 2017-ci il tarixli 1520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1330) ilə 2-ci hissəsinin 2.2-ci bənddə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

 

10 iyul 2020-ci il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 876) ilə 2.2-ci bənddən “10.2-ci,” sözləri çıxarılmışdır.

 

25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə 2.2-ci bənddən “12.3-cü,” sözləri çıxarılmışdır.

 

[4] 25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

 

[5] 27 dekabr 2012-ci il tarixli 796 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 28 dekabr 2012-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1270) ilə 2-ci hissəsinin ikinci bəndində “24-cü” sözlərindən sonra “(xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsilalanların yekun attestasiyasının aparılması vəzifəsi istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

12 iyul 2017-ci il tarixli 1520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1330) ilə 2-ci hissəsinin 2.3-cü bənddə “24-cü (xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsilalanların yekun attestasiyasının aparılması vəzifəsi istisna olmaqla)” sözləri “24.2-ci” sözləri ilə əvəz edilmişdir.

 

30 oktyabr 2018-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2019) ilə 2.3-cü bəndə “23.1-ci” sözlərindən sonra “(yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər xüsusi təhsil müəssisələrinin idarə edilməsi istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

10 iyul 2020-ci il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 876) ilə 2.3-cü bənddən “10.1-ci,” sözləri çıxarılmışdır.

 

[6] 27 dekabr 2012-ci il tarixli 796 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 28 dekabr 2012-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1270) ilə 2-ci hissəsinə yeni məzmunda üçüncü bənd əlavə edilmişdir.

 

12 iyul 2017-ci il tarixli 1520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1330) ilə 2-ci hissəsinin beşinci abzas ləğv edilmişdir.

 

[7] 12 iyul 2017-ci il tarixli 1520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1330) ilə 2-ci hissəsinin ikinci-beşinci abzaslar müvafiq olaraq 2.1-2.4-cü bəndlər hesab edilmişdir.

 

12 iyun 2021-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 568) ilə 2.4-cü bənddə və 21.3.8-ci maddələrində sözləri maddəsində sözü ilə əvəz edilmişdir.

 

[8] 30 oktyabr 2018-ci il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2019) ilə yeni məzmunda 2.4-1-ci bənd əlavə edilmişdir.

 

[9] 12 iyul 2017-ci il tarixli 1520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1330) ilə 2-ci hissəsinin 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.5-ci bənd əlavə edilmişdir.

 

[10] 10 iyul 2020-ci il tarixli 1096 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 876) ilə 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.6-cı bənd əlavə edilmişdir.

 

[11] 12 iyun 2021-ci il tarixli 1353 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 568) ilə 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.7-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status