AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.12.2019
QEYDİYYAT NÖMRƏSİ
496
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli, “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” 2008-ci il 19 iyun tarixli 139 nömrəli, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2015-ci il 5 oktyabr tarixli 317 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 27-12-2019, Nəşr Nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2077)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201912250496
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.12.2019
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli, “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” 2008-ci il 19 iyun tarixli 139 nömrəli, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2015-ci il 5 oktyabr tarixli 317 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədən “beş ştat vahidindən ibarət” və “, rayon və şəhərlərdə isə regional bölmələr” sözləri çıxarılsın;

1.2. 2-ci hissənin üçüncü abzası ləğv edilsin.

2. “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 139 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 591; 2014, № 2, maddə 201; 2015, № 2, maddə 227; 2016, № 5, maddə 955) 5-ci hissəsində “Nazirliyin tabeliyində olan Aqrar Elm Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli təşkilatlarında, habelə dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində” sözləri “Nazirliyin yanında olan Aqrar Xidmətlər Agentliyində, tabeliyində olan Aqrar Elm və İnnovasiya Mərkəzində, habelə dövlət müəssisələrində” sözləri ilə əvəz edilsin.

3. “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 872; 2013, № 7, maddə 881; 2015, № 2, maddə 227; 2016, № 1, maddə 168; 2017, № 7, maddə 1476; 2019, № 3, maddə 547, № 5, maddə 972) 4-cü hissəsindən “və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 317 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1231; 2018, № 7 (II kitab), maddə 1656, № 8, maddə 1804; 2019, № 3, maddə 563, № 5, maddə 971) 1-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində “rəisi” sözü “sədri” sözü ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 25 dekabr 2019-cu il

                       № 496

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status