AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
14.12.2019
QEYDİYYAT NÖMRƏSİ
09
ADI
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201912140009
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.12.2019
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

14.12.2019

Qeydiyyat nömrəsi

09

Adı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.12.2019

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.050

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201912140009

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.12.2019

 

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin 16.7-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Katibliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bənddə, 4.1.1 və 5.8.4-cü yarımbəndlərdə “Xidmətin” sözündən sonra “aparatının” sözü əlavə edilsin.

1.2. 5-ci hissə üzrə:

1.2.1. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. Katibliyin strukturuna 2 şöbə (Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi və Sənədlərin qeydiyyatı və icrasına nəzarət şöbəsi) və 2 bölmə (Məxfi hissə (bölmə səlahiyyətli) və Arxiv (bölmə səlahiyyətli)) daxildir.”;

1.2.2. 5.8.3-cü yarımbənddə “vəzifələrin” sözündən sonra “, habelə etik davranış qaydalarının tələblərinin” sözləri əlavə edilsin;

1.2.3. 5.9.2-ci yarımbənddə “təmin” sözü “təşkil” sözü ilə əvəz edilsin;

1.2.4. 5.9.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.9.3. Katibliyin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Katibliyin rəisinə təqdim edir;”;

1.2.5. 5.9.4-cü yarımbənddə “rəhbərliyinin” sözündən sonra “və Katibliyin rəisinin” sözləri əlavə edilsin;

1.2.6. Aşağıdakı məzmunda 5.9.4-1-ci yarımbənd əlavə edilsin:

“5.9.4-1. xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;”;

1.2.7. 5.9.5-ci yarımbənddən “işçilərini cəlb etməklə ümumiləşdirmələr aparır və” sözləri çıxarılsın;

1.2.8. 5.9.10-cu yarımbənddə “hüquqi” sözündən əvvəl “mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə,” sözləri əlavə edilsin.

1.3. 6-cı hissə üzrə:

1.3.1. adında “şöbənin” sözü “şöbələrin” sözü ilə əvəz edilsin;

1.3.2. 6.2-ci bənddə “bölməsinin” sözü “şöbəsinin” sözü ilə əvəz edilsin;

1.3.3. 6.2.6-cı yarımbənddə “bölməyə” sözü “şöbəyə” sözü ilə əvəz edilsin.

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

III dərəcəli dövlət

miqrasiya xidməti müşaviri

Vüsal Hüseynov

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status