AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.12.2019
QEYDİYYAT NÖMRƏSİ
511
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli, “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 1 nömrəli, “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 2 nömrəli, “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 27 mart tarixli 52 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 30-12-2019, Nəşr Nömrəsi: 292), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2092)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201912280511
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.01.2020
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli, “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 1 nömrəli, “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 9 yanvar tarixli 2 nömrəli, “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 27 mart tarixli 52 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə və 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 sentyabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 605; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş “Geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

1.2. 1.4-cü bənddə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Agentlik” sözü ilə, “müəyyənləşdirə bilər” sözləri “müəyyənləşdirir” sözü ilə əvəz edilsin;

1.3. 2.2-ci, 2.3-cü bəndlərdə ismin müvafiq hallarında “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

1.4. həmin Qərara Əlavə üzrə:

1.4.1. adında “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” sözləri ilə əvəz edilsin;

1.4.2. mətndə “Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 42; 2000, № 10, maddə 765; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənd üzrə:

2.2.1. birinci cümlədə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;

2.2.2. ikinci cümlədə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;

2.3. 1.7-ci bənd ləğv edilsin;

2.4. 3.1-ci bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ünvanına” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin;

2.5. 3.1.2-ci yarımbənd ləğv edilsin;

2.6. 3.2.9-cu bəndin birinci abzasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;

2.7. 3.2.10-cu yarımbənd üzrə:

2.7.1. ikinci abzasda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin;

2.7.2. üçüncü abzasa “Nazirliyində” sözündən sonra “və Agentlikdə” sözü əlavə edilsin;

2.8. həmin Qaydalara 1 nömrəli əlavə üzrə:

2.8.1. adında “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” sözləri ilə əvəz edilsin;

2.8.2. mətndə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə, hər iki halda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə” sözləri ilə əvəz edilsin;

2.9. həmin Qaydalara 2 nömrəli əlavə üzrə:

2.9.1. adında “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.9.2. mətndə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin;

2.10. həmin Qaydalara 3 nömrəli əlavə üzrə:

2.10.1. adında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.10.2. mətndə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin;

2.11. həmin Qaydalara 4 nömrəli əlavənin “Qeyd”ində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” sözləri ilə əvəz edilsin;

2.12. həmin Qaydalara 7 və 8 nömrəli əlavələrdə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 43; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2006, № 9, maddə 822; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.4-cü bəndə “icazə vermiş” sözlərindən sonra “Dövlət Mineral Xammal Agentliyi, habelə” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bəndin birinci abzasının birinci cümləsində “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin” sözləri “Dövlət Mineral Xammal Agentliyinin, habelə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin nümayəndələrinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 207; 2000, № 10, maddə 765; 2001, № 2, maddə 116; 2005, № 1, maddə 49; 2007, № 12, maddə 1336) ilə təsdiq edilmiş “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2-ci bəndin birinci abzasında “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

4.2. 1.5-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin;

4.3. 3.1-ci bəndin birinci abzasında “Ekologiya və Təbii Sərvətlər nazirinin adına” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin;

4.4. 3.1.2-ci yarımbənd ləğv edilsin;

4.5. 3.3-cü bənddə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;

4.6. 3.4-cü bəndin ikinci abzasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində” sözləri “Agentlikdə” sözü ilə əvəz edilsin;

4.7. həmin Qaydalara 2 nömrəli əlavə üzrə:

4.7.1. adında “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə əvəz edilsin;

4.7.2. mətndə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə və hər iki halda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə” sözləri ilə əvəz edilsin;

4.8. həmin Qaydalara 3 nömrəli əlavə üzrə:

4.8.1. adında “AZƏRBAYCAN RESPUBLİKASININ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə əvəz edilsin;

4.8.2. mətndə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin” sözləri ilə, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanının rəhbəri” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin;

4.9. həmin Qaydalara 4 nömrəli əlavənin “Qeyd”ində “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 28 dekabr 2019-cu il

                      № 511

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status