AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2019
QEYDİYYAT NÖMRƏSİ
519
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasının təsdiq edilməsi haqqında” 2007-ci il 25 iyun tarixli 102 nömrəli, “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2011-ci il 13 yanvar tarixli 5 nömrəli, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli 285 nömrəli, “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 15 mart tarixli 102 nömrəli və “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 aprel tarixli 173 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-12-2019, Nəşr Nömrəsi: 293), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2099)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201912300519
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasının təsdiq edilməsi haqqında” 2007-ci il 25 iyun tarixli 102 nömrəli, “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2011-ci il 13 yanvar tarixli 5 nömrəli, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli 285 nömrəli, “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 15 mart tarixli 102 nömrəli və “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 aprel tarixli 173 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1620-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1342 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 706; 2017, № 2, maddə 300; 2018, № 11, maddə 2428) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası”nın “Qeyd” hissəsinin ikinci abzasında “tədris plan və” sözləri “təhsil” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 829; 2018, № 11, maddə 2429, № 12 (II kitab), maddə 2739) ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 1.4-cü bəndində, 3.2.1-ci yarımbəndində və 7.3-cü bəndinin ikinci cümləsində “xüsusi razılıq” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58; 2012, № 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329; 2015, № 12, maddə 1562; 2016, № 7, maddə 1351, № 10, maddə 1717; 2017, № 4, maddə 612, № 12 (II kitab), maddələr 2519, 2535; 2018, № 5, maddə 1144, № 11, maddə 2429) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 1.19-cu bənd əlavə edilsin:

“1.19. Ümumtəhsil məktəbi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1482, № 10, maddə 1906, № 11, maddə 2177; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.6-cı bəndində “Milli Təhsil Məlumat Bazası” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 536; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 404 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bənddə “Milli Təhsil Məlumat Bazasının” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sözləri ilə, “sistemində” sözü isə “altsistemində (bundan sonra – elektron sistem)” sözləri ilə əvəz edilsin;

5.2. 2.2-ci və 2.3-cü bəndlərdə “elektron sənəd qəbulu sistemində” sözləri “elektron sistemində” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 766) ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın 3.1-ci bəndində “Milli Təhsil Məlumat Bazasının” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sözləri ilə, “sistemində” sözü isə “altsistemində” sözü ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 30 dekabr 2019-cu il

     № 519

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status