AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2019
QEYDİYYAT NÖMRƏSİ
521
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 2002-ci il 24 dekabr tarixli 199 nömrəli, “Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 16 avqust tarixli 154 nömrəli, “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli 206 nömrəli, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2009-cu il 7 iyul tarixli 105 nömrəli, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi barədə” 2014-cü il 3 aprel tarixli 94 nömrəli, “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 16 iyul tarixli 302 nömrəli, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 16 iyul tarixli 303 nömrəli və “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası”nın təsdiq edilməsi barədə” 2018-ci il 6 noyabr tarixli 474 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-12-2019, Nəşr Nömrəsi: 293), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2019, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1201)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.12.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.100
150.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201912300521
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 2002-ci il 24 dekabr tarixli 199 nömrəli, “Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 16 avqust tarixli 154 nömrəli, “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli 206 nömrəli, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2009-cu il 7 iyul tarixli 105 nömrəli, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi barədə” 2014-cü il 3 aprel tarixli 94 nömrəli, “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 16 iyul tarixli 302 nömrəli, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 16 iyul tarixli 303 nömrəli və “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası”nın təsdiq edilməsi barədə” 2018-ci il 6 noyabr tarixli 474 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 811 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 dekabr tarixli 199 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 751; 2007, № 12, maddə 1336; 2009, № 1, maddə 32; 2016, № 4, maddə 797; 2018, № 8, maddələr 1794, 1817) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi Qaydaları”nın doqquzuncu abzası ləğv edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə” üzrə:

1.2.1. üçüncü abzasda “qüvvədə olan normativ sənədlərlə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;

1.2.2. dördüncü, beşinci, səkkizinci, on yeddinci, iyirmi yeddinci, iyirmi doqquzuncu və otuz birinci abzaslar ləğv edilsin;

1.2.3. doqquzuncu abzasda “müvafiq qaydada təsdiq edilmiş normativ sənədlərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin və həmin abzasın ikinci cümləsi çıxarılsın;

1.2.4. iyirmi üçüncü abzasda “müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

1.2.5. otuzuncu abzasdan “qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, istehlak bazarına attestasiya edilməli və” sözləri çıxarılsın;

1.3. həmin Qərarla təsdiq edilmiş “Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması Qaydası” və “Şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası Qaydaları” ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 783; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32, № 3, maddə 205; 2014, № 2, maddə 201, № 7, maddə 931; 2016, № 5, maddə 955; 2018, № 2, maddə 338, № 8, maddə 1817, № 11, maddə 2438) ilə təsdiq edilmiş “Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6-cı hissənin üçüncü və dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“- Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) olunmuş və ixrac edilən yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmaması barədə əlamətlər müəyyən edildikdə, məhsullardan seçilmiş nümunələrin sınaqları (müayinəsi) aparılır;

- Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartda müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”;

2.2. 8-ci hissənin ikinci abzasına “istehsalı,” sözündən sonra “qablaşdırılması,” sözü əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 206 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1066; 2006, № 9, maddə 814; 2014, № 11, maddə 1512 ) ilə təsdiq edilmiş “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 2.3-cü bəndi və 4.2-ci bəndinin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“2.3. Nərə cinsli balıq və balıq məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Nərə cinsli balıq və balıq məhsulları (o cümlədən, kürü) minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verdikdə, müvafiq qaydada sertifikatlaşdırıldıqda, mənşəyi barədə müvafiq sənədləri olduqda, habelə balıq məhsulları (o cümlədən, kürü) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun emal olunduqda, qablaşdırıldıqda, etiketləşdirildikdə, dövlət gigiyena qeydiyyatına alındıqda, nərə balıq və balıq məhsullarının qanuni yolla əldə edilməsi barədə sənədi (Bioloji və texnoloji əsaslandırmaya dair qeydiyyat şəhadətnaməsi, balıqovlama bileti) olan müəssisələr tərəfindən dövriyyəyə daxil edilə bilər.”.

4. “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 sentyabr tarixli 136 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 740; 2014, № 2, maddə 201, № 7, maddə 944; 2016, № 5, maddə 955, № 12, maddə 2228; 2018, № 2, maddə 337, № 7, maddə 1647, № 8, maddə 1817) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adına və 1-ci hissəsinə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin;

4.2. həmin Qərarla təsdiq edilmiş “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə” üzrə:

4.2.1. adına, 1.1-ci, 2.1-ci, 3.5-ci bəndlərinə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilsin;

4.2.2. 1.2-ci, 3.1-ci, 3.4-cü, 3.5-ci bəndlərdə, 2.2.12-ci, 2.3.1-ci, 2.3.5-ci, 2.12.4-cü, 2.12.6-cı, 3.2.1-ci, 3.2.2-ci yarımbəndlərdə “standartlara və tələblərə” sözləri və 2.2-ci bənddə “standartlara” sözü “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilsin;

4.2.3. 2.2.10-cu yarımbənd ləğv edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 602; 2010, № 9, maddə 828; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.5.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.5.1. daxili malgöndərənlərdən alınan taxılın qəbulu üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən taxıla verilmiş daxili karantin sertifikatının surəti.”;

5.2. 3.5.2-ci yarımbəndin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“- idxal olunan taxılın qəbulu üçün müvafiq qaydada tanınmış və ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən taxıla verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı. İdxal olunan taxıl məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı tələb olunmur.”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9, maddə 1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123, № 8, maddələr 1616, 1623, № 9, maddə 1758; 2018, № 2, maddə 343, № 3, maddə 622, № 4, maddə 809, № 5, maddə 1126, № 8, maddə 1817, № 10, maddə 2162, № 11, maddə 2439; 2019, № 3, maddə 522) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 6.12-ci və 7.14-cü bəndlərindən “texniki reqlamentlərin və” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1636) ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 1.2.2-ci və 1.2.4-cü yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

“1.2.2. qida təhlükəsizliyi sertifikatı - yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəd;

1.2.4. qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr.”.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1637, № 10, maddə 2167; 2019, № 9, maddə 1563) ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 1.3-cü bəndi ləğv edilsin və 1.2.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“1.2.2. qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr.”.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 noyabr tarixli 474 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2425) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası”nın 2.1-ci bəndindən “texniki reqlamentlərin və” sözləri çıxarılsın.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 30 dekabr 2019-cu il

     № 521

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status