AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.02.2020
QEYDİYYAT NÖMRƏSİ
41
ADI
“Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-02-2020, Nəşr Nömrəsi: 32), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2020, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 192)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.08.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202002110041
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.02.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 11 fevral 2020-ci il

    № 41

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası

 

QAYDASI

 

Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası üzrə münasibətləri tənzimləyir.

 

1. Ümumi tələblər

 

1.1. Tətbiq sahələri

 

1.1.1. Bu Qayda elektrik və istilik sahəsində fəaliyyətdə olan və yenidən qurulan elektrik stansiyalarının və istilik məntəqələrinin, həmçinin elektrik və istilik şəbəkələrinin, qızdırıcı qazanxanaların mexaniki və suhazırlayan avadanlıqların, avtomatika və nəzarət ölçü cihazlarının (NÖC) istismarı, təmiri, əməliyyat çevirmələri, saxlanması, sazlanması və sınağı ilə məşğul olan heyətə aiddir.

1.1.2. Bu Qaydanın tələblərinə riayət etmək məcburidir. Hər bir işçi, bu Qaydanın tələblərinin pozulma hallarının qarşısını ala bilmədikdə, birbaşa öz rəhbərinə, o olmadıqda isə yuxarı vəzifəli rəhbərliyə, insan həyatına təhlükə yaradan bütün pozuntular, avadanlığın, maşın və mexanizmlərin, alət və mühafizə vasitələrinin, aparatların sıradan çıxması haqqında məlumatlandırmalıdırlar.

İnzibati-texniki heyət yerli şəraitlərə uyğun olaraq, işlərin təhlükəsizliyini artırmaq üçün müxtəlif hallarda əlavə tədbirlər görməlidir.

Elektrik və istilik qurğularına xidmət edən elektrotexniki heyətə olan tələblər “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na uyğun həyata keçirilməlidir.

1.1.3. Elektrik və istilik qurğularının əsas və yardımçı avadanlıqlarının mexaniki və avtomatlaşdırılmış vasitələrinin layihələndirilməsi, tikilməsi, quraşdırılması və istismarının təşkili qüvvədə olan qaydalara və tikinti normalarına uyğun olmalıdır.

1.1.4. Bu Qayda elektrik və istilik qurğularının istismarı zamanı təhlükəsizlik texnikasına riayət edilməsi tələblərini özündə əks etdirir, işə buraxılan və işləyən heyətə istismar, təmir, sazlanma və sınaq zamanı bu Qaydanın tələblərindən kənara çıxmaq yol verilməzdir.

1.1.5. İstismar zamanı istifadə edilən mühafizə vasitələri və alətlər “Elektrik qurğularında istifadə olunan mühafizə vasitələrinin istismar və sınaq Qaydaları”na və qüvvədə olan normalara uyğun istifadə olunmalıdır və sınaq müddətlərinə uyğun yoxlamadan keçməlidir.

1.1.6. İnsanlarla əlaqəli bədbəxt hadisələr baş verdikdə, zərərçəkəni xilas etmək üçün, icazə almadan onu dərhal elektrik cərəyanının təsirindən azad etmək lazımdır. Elektrik cərəyanı təsirindən azad olma AZS 587-2011. “Elektrik stansiyaları və istilik şəbəkələri istilik-mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası Qaydaları”na əsasən aparılmalıdır.

 

1.2. Qurğulara dair tələblər

 

1.2.1. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdırlar.

1.2.2. Elektrik və (və ya) istilik qurğuları, quruluşları və şəbəkələrinin sahibi sayılan müəssisə normal iş rejiminin pozulmasının potensial risklərini nəzərə almaqla, onların texniki vəziyyətinin mütəmadi olaraq qiymətləndirilməsini, mümkün hadisələrin, qəzaların və digər fövqəladə hadisələrin qarşısının alınmasına yönələn profilaktik tədbirlər işləyib, hazırlamalı və həyata keçirməlidir.

1.2.3. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələrinin istismarı müvafiq qurumların təsdiq etdiyi normativ sənədlərinin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

1.2.4. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri qüvvədə olan qanunvericilik qaydaları və normalarına müvafiq olaraq sınaqdan keçirilmiş, saz və istifadəyə hazır vəziyyətdə olan ölçü və mühafizə vasitələri, yanğın əleyhinə texniki mühafizə vasitələri ilə, həmçinin, fövqəladə hallarda və (və ya) hadisələr zamanı xəbər vermə və siqnallama vasitələri ilə dəst şəklində təchiz olunmalıdırlar.

 

1.3. Elektrik qurğularına operativ xidmət və baxış

 

1.3.1. Elektrik qurğularına operativ xidməti aşağıdakılar yerinə yetirə bilər:

a) növbədə olan və elektrik qurğularının və avadanlıqlarının operativ idarə edilməsinə və əməliyyat çevirmələrinin həyata keçirilməsinə icazəsi olan növbətçi (operativ) heyət;

b) qurğuya və ya qurğular qrupuna cavabdeh olan operativ-təmir heyəti;

c) qurğulara və avadanlıqlara müqavilə üzrə xidmət edən ixtisaslaşmış kənar müəssisənin heyəti.

1.3.2. Təkbaşına elektrik qurğularına baxış apara bilər (bu Qaydanın 3 nömrəli əlavəsi):

a) gərginliyi 1000 V qədər olan elektrik qurğularında elektrik təhlükəsizliyi qrupu III-dən aşağı olmayan və gərginliyi 1000 V yuxarı olan elektrik qurğularında elektrik təhlükəsizliyi qrupu IV-dən aşağı olmayan, bu elektrik qurğusuna xidməti həyata keçirən növbətçi operativ-təmir heyəti;

b) gərginliyi 1000 V-dan yüksək olan elektrik qurğularında V elektrik təhlükəsizliyi qrupuna malik olan və gərginliyi 1000 V qədər olan elektrik qurğularında IV elektrik təhlükəsizliyi qrupuna malik olan inzibati-texniki heyət.

1.3.3. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğusuna baxış zamanı icazə veriləndən daha az məsafədə yerləşən (bu Qaydanın 2 nömrəli əlavəsi) gərginlik altında olan cərəyan ötürücü hissələrə yaxınlaşmağa mane olan çəpərlə və ya hasarlarla təchiz olunmayan otaqlara və yuvalar yerləşən kameralara daxil olmaq qadağan olunur.

1.3.4. РQ (paylayıcı qurğu) yuvalar yerləşən kameralara baxış ya kəndardan baxış pəncərəsindən və yaxud da maneənin qarşısında duraraq aparılmalıdır.

1.3.5. Gərginliyi 1000 V-dək olan elektrik qurğularına baxış zamanı lövhələrin, yığmaların, idarə pultlarının və başqa avadanlıqların qapılarının açılmasına icazə verilir.

1.3.6. Baxış zamanı hər hansı bir işi yerinə yetirmək, hasarlanan və çəpərlənən əraziyə daxil olmaq qadağan edilir.

1.3.7. Elektrik qurğularının qeyri-elektrotexniki heyət tərəfindən baxışı, müəssisə rəhbərliyinin icazəsi olduqda, təkbaşına baxış səlahiyyətinə və müvafiq elektrik təhlükəsizliyi qrupuna malik olan inzibati-texniki heyətin nəzarəti altında həyata keçirilməlidir.

1.3.8. Müəssisənin elektrik və ya istilik qurğularına xidmət göstərməyən işçilər, təkbaşına baxış səlahiyyətinə malik işçinin müşayiəti altında onlara yaxın buraxılmasına icazə verilir.

Elektrik qurğularına buraxılmış işçilərin təhlükəsizliyinə müşayiətçilər nəzarət etməlidir.

1.3.9. İntiqalı mexaniki (əl ilə) idarə olunan 1000 V-dan yuxarı gərginlikli ayırıcılar, aralayıcılar, açarlar ilə aparılan əməliyyatları elektriki izoləedici əlcəklərlə yerinə yetirmək lazımdır, bu zaman elektrik izoləedici botlardan istifadə edilməlidir və ya elektrik izoləedici xalça (elektrik izoləedici döşəmə) üzərində dayanmaq lazımdır.

1.3.10. Qoruyucuların çıxarılmasını və quraşdırılmasını gərginlik açıldıqdan sonra etmək lazımdır.

Yüksüz gərginlik altında olan, dor dayaqlı və dirəkli yarımstansiyalarda, həmçinin, sxemində gərginliyinin çıxarılmasına imkan verən kommutasiya aparatları olmayan birləşmələrdə qoruyucuların çıxarılmasına və quraşdırılmasına icazə verilir.

1.3.11. İkinci dövrələrdə qoruyucuların, gərginlik transformatorlarının qoruyucularının və gərginliyi 1000 V-dək olan elektrik qurğularında tıxac növlü qoruyucuların gərginlik və yük altında dəyişdirilməsinə yol verilir.

1.3.12. Qoruyucuların çıxarılması və quraşdırılması zamanı istifadəsi mütləq olan vasitələr:

a) gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik izoləedici kəlbətinlər (ştanqlar), elektrik izoləedici əlcəklər, gözlərin və üzün mühafizəsi üçün fərdi vasitələr, həmçinin, yerdən qoruyucuların dəyişdirilməsi zamanı elektrik izoləedici ştanqlar üçün xüsusi uyğunlaşdırılmış vasitələr;

b) gərginliyi 1000 V-dək olan elektrik qurğularında elektrikdən izoləedici kəlbətinlər və ya elektrik izoləedici əlcək, üz və gözlərin mühafizəsi üçün fərdi mühafizə vasitələri.

1.3.13. Elektrik qurğuları otaqlarının, kameraların, lövhələrin və yığmaların qapıları, iş görülən məkanlar istisna olmaqla, qıfıl ilə bağlanmalıdır.

1.3.14. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularının (qapalı paylayıcı qurğu (QPQ), kompleks paylayıcı qurğu (KPQ), açıq paylayıcı qurğu (APQ) otaqlarının və kameralarının), həmçinin 1000 V-dan yuxarı elektrik qurğularından kənarda yerləşən, gərginliyi 1000 V-dək olan paylayıcı lövhələrin və yığmaların açarlarının saxlanılması və verilməsi işəgötürənin əmri və ya sərəncamı ilə hər il təyin olunur.

1.3.15. Hər elektrik qurğusu otağı üçün ən azı iki açar dəsti olmalıdır, bunlardan biri ehtiyat üçün nəzərdə tutulur.

Açarlar daimi operativ heyətin qeydiyyatında olmalıdırlar.

Daimi operativ heyəti olmayan elektrik qurğularında açarlar inzibati-texniki heyətin qeydiyyatında ola bilər.

1.3.16. Açarlar nömrələnməli, bağlı qutularda saxlanılmalı və aşağıdakılara imza ilə verilməlidir:

a) bütün otaqların, təkbaşına baxış səlahiyyətinə malik işçilərə;

b) növbə tapşırığı və ya sərəncam üzrə işlərin yerinə yetirilməsi zamanı daxilində iş gedən otaqların - işi icra edən şəxsə (müşahidəçiyə).

1.3.17. Hər gün iş icraçısı (müşahidəçi) tərəfindən işlər tamamlandıqdan sonra və elektrik qurğularına baxış zamanı baxış bitdikdən sonra açarlar təhvil verilməlidir.

1.3.18. Daimi operativ heyəti olmayan elektrik qurğularında açarlar baxış bitdikdən və ya işlərin tamamlanmasından sonra növbəti iş günündən gec olmayaraq təhvil verilməlidir.

1.3.19. Açarların verilməsi və təhvil alınmasının aparılma forması və qaydası müəssisənin məsul rəhbərinin sərəncamına əsasən təsdiqlənən sərbəst formalı jurnalda və ya əməliyyat jurnalında qeyd olunmalıdır.

 

1.4. İstilik qurğularına operativ xidmət və baxış

 

1.4.1. İstilik qurğularına operativ xidmətlər həyata keçirilə bilər:

a) növbədə olan, operativ idarəetmələrə və avadanlıqlarda çevirmələrə icazəsi olan növbətçi (operativ) heyət tərəfindən;

b) həmin qurğuya təhkim olunan operativ-təmir heyəti tərəfindən;

c) qurğulara xidmət üzrə ixtisaslaşmış kənar müəssisənin heyəti tərəfindən - müqavilə əsasında.

1.4.2. Hər bir iş yerində, mexaniki istilik avadanlıqlarının istismarı və təmiri üzrə texnoloji təlimat, o cümlədən, xidmət heyəti üçün işlərin növlərinə görə müvafiq texnoloji prosesin yerinə yetirilməsi üzrə işçi təlimatı olmalıdır. Bu təlimatlarda müvafiq texnoloji prosesin aparılması üçün nəzərdə tutulmuş bütün iş növləri və bu işləri həyata keçirən peşə sahibləri üçün mütləq olan məlumatlar tam olaraq göstərilməlidir.

1.4.3. İşin icrasına başlamazdan öncə, bu Qaydanın görüləcək işə aid olan bütün tələblərinin yerinə yetirilməsi yoxlanılmalıdır.

1.4.4. İşçilərin həyat və sağlamlığı üçün təhlükə yarada biləcək, həmçinin avadanlıqların normal iş rejiminin əhəmiyyətli dərəcədə pozulmasına və ya qəzaya uğramasına səbəb ola biləcək pozuntuların aşkarlanması zamanı xidməti heyətin, ona kim tərəfindən işin yerinə yetirilməsi barədə göstəriş verilməsindən asılı olmayaraq, işə başlaması qadağandır və hadisə barəsində maksimal dərəcədə tez bir zamanda birbaşa rəhbərliyə, dispetçerə və ya müəssisənin qəza xidmətinə məlumat verilməlidir.

1.4.5. Avadanlıqların işə buraxılması yalnız onun tam saz olması və hazırlıq vəziyyətinin diqqətli yoxlanılmasından sonra həyata keçirilməlidir. İşə buraxılmadan öncə, təhlükəli ərazilərdə insanların, kənar əşyaların olmamasına və avadanlığın istismar təlimatına uyğun işdən dayandırılma sisteminin saz vəziyyətdə olmasına əmin olmaq lazımdır.

1.4.6. Qurğunun işdən dayandırılmasından sonra işə buraxılmasına yalnız onu işdən dayandıran və ya növbəyə görə işi təhvil alan və müvafiq vəziyyətdən xəbərdar olan işçinin icazəsi var.

1.4.7. Mexaniki istilik qurğusunun işdən dayandırılma vaxtı və səbəbi, həmçinin qoşulma vaxtı əməliyyat jurnalında qeyd olunur.

1.4.8. Avadanlıqlara xidmət və baxış yalnız avadanlığın iş rejiminə nəzarət edən növbə heyətinin razılığı ilə həyata keçirilir.

1.4.9. İstehsalat zərurəti olmadan aqreqat meydançalarında, lüklərin, bacaların, sugöstərici şüşələrin yaxınlığında, həmçinin, təzyiq altında bağlayıcı, tənzimləyici və qoruyucu armatur və boruların flans birləşmələri ətrafında durmaq qadağandır.

1.4.10. Avadanlıqların və təzyiq altında olan boru kəmərlərinin işə buraxılması, işdən dayandırılması, təzyiq altında yoxlanması və sınağı zamanı, yalnız bu işləri bilavasitə icra edən heyətin yaxın ərazidə olmasına icazə verilir.

1.4.11. Avadanlıqların hidravlik sınağında təzyiqin sınaq qiymətinədək qalxması zamanı üzərində insanların olması qadağandır. Sınaqdan keçirilən boru kəmərlərinin və avadanlıqların qaynaq tikişlərinə baxış yalnız təzyiqin işçi qiymətinə qədər enməsindən sonra aparıla bilər.

1.4.12. Mexanizm və avadanlıqların qoşulması və qısamüddətli işi, çəpərləyici qurğular nasaz vəziyyətdə olduqda və ya belə qurğular olmadıqda, qadağan olunur.

 

1.5. İş icrasının ardıcıllığı və şərtləri

 

1.5.1. Fəaliyyətdə olan elektrik qurğularında işlər naryada əsasən, sərəncama və cari istismara müvafiq qaydada icra edilən işlərin siyahısına uyğun olaraq aparılır.

1.5.2. Naryada əsasən, sərəncama və cari istismar qaydasına uyğun olaraq icra olunan işlərin siyahısı işəgötürən tərəfindən təsdiq olunur.

1.5.3. Təhlükəsizlik tələbləri baxımından elektrik qurğularında görülən işlər aşağıdakılara bölünür:

a) gərginliyin çıxarılması ilə;

b) gərginlik altında;

c) gərginlik altında olan cərəyan daşıyan hissələrdən uzaqda, gərginlik çıxarılmadan.

1.5.3.1. Elektrik qurğularında işlər, bu növ işlərin icrası üçün nəzərdə tutulmuş elektrik mühafizə vasitələrinin tətbiqi ilə yerinə yetirilməlidir.

1.5.4. Elektrik qurğularının gərginlik sinfinə uyğun olmayan əsas elektrik mühafizə vasitələrinin tətbiqi qadağandır.

1.5.5. Elektrik mühafizə vasitələrindən istifadə etmədən, gərginlik altında olan elektrik qurğularının izolyatorlarına toxunmaq qadağandır.

1.5.6. Elektrik qurğusunda gərginlik itdikdən sonra həmin qurğuya xəbərdarlıq edilmədən gərginliyin bərpa olunması təhlükəsini işçilər daim nəzərdə saxlamalıdırlar.

1.5.7. Əgər ayaq üstə dayanan vəziyyətdə işlər aparılan sahədən gərginlik altında olan cərəyan daşıyan hissələrə qədər məsafə icazə verilən məsafədən az olarsa (bu Qaydanın 2 nömrəli əlavəsi), elektrik qurğularında əyilmiş vəziyyətdə işlərin aparılması qadağandır. Elektrik qurğularının çəpərlənməmiş cərəyan daşıyıcı hissələri yaxınlığında işlər aparılan zaman, bu hissələr işçinin arxasında və ya hər iki yan tərəfində yerləşirsə, işlərin yerinə yetirilməsi qadağandır.

1.5.8. İş ərazilərinin, iş yerlərinin, onların giriş və keçidlərinin işıqlandırılması müvafiq növ işlər üçün texniki normativ sənədlərin tələblərinə uyğun olmalıdır.

Kifayət qədər işıqlandırılmayan yerlərdə işlərin yerinə yetirilməsinə yol verilmir.

1.5.9. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında, həmçinin gərginlik sinfindən asılı olmayaraq HX-nin, əsaslı və cari təmirləri texnoloji xəritələr (TX) və işlərin icra layihələri (İİL) üzrə yerinə yetirilməlidir.

İki və daha artıq briqadanın birgə işlərinin icrası zamanı işlərin koordinasiyası üzrə məsul şəxsin təyin olunması ilə işlərin təşkili layihəsi hazırlanmalıdır.

1.5.10. Tufan yaxınlaşan zaman, HX-də, hava rabitə xətlərində (HRX), APQ-lərdə, QPQ-nin və TYS girişlərində və kommutasiya aparatlarında, HX birbaşa qoşulmuş digər elektrik qurğularında, HX-nin sahələrinə qoşulmuş KX-ində, həmçinin HRX-nin rabitə qovşağı otaqlarının girişlərində və antena qüllə tikililərində bütün işlər dayandırılmalıdır.

1.5.11. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında, aşağıdakıları mütləq nəzərə almaqla, gərginlik altında işlərin aparılmasına yol verilir:

a) iş yerinin yaxınlığında yerləşən və gərginlik altında olan, təsadüfən toxunma ehtimalı yaradan digər cərəyan daşıyıcı hissələr çəpərlənməlidir, çəpərlənmə mümkün deyilsə, gərginlik altında işlərin aparılması zamanı yaxınlıqda yerləşən cərəyan daşıyan hissələrin izolə olunması üçün texnoloji əməliyyatlar yerinə yetirilməlidir;

b) elektrikdən izoləedici rezin qaloşda (botlarda) işləmək və ya elektrikdən izoləedici ayaqaltı ya da elektrikdən izoləedici xalça üzərində durmaq;

c) müvafiq texniki normativ sənədlərin tələblərinə cavab verən elektrikdən izoləedici əl alətləri və fərdi üz mühafizə vasitələri tətbiq etmək.

1.5.12. Mexaniki istilik qurğusunun işlədilməsi aşağıdakı hallarda qadağan olunur:

a) texnoloji mühafizələr işdən çıxarıldıqda;

b) avadanlığın pasportu yoxdursa;

c) avadanlığın yoxlanma müddəti bitibsə;

ç) avadanlıq müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməyibsə;

d) təzyiqin qalxmasına qarşı qoruyucu qurğular nasazdırsa;

e) təzyiq icazə veriləndən artıq qalxıbsa və heyət tərəfindən görülən tədbirlərə baxmayaraq azalmırsa;

ə) mayenin səviyyə göstəriciləri cihazları nasazdırsa;

f) manometr nasazdırsa və ya dövlət yoxlamasından keçməyibsə və bu halda təzyiqi başqa cihazlarla təyin etmək qeyri-mümkündürsə;

g) qapaq və lüklərin bərkitmə detalları dəsti tam deyilsə və ya nasazdırsa;

h) təhlükəsizlik və texnoloji bloklama cihazları, nəzarət-ölçü cihazları və avtomatlaşdırma vasitələri nasazdırsa;

x) avadanlığın qoşulma sxemi yoxdursa;

i) qurğunun təsdiqlənmiş iş rejimi (xəritəsi) yoxdursa;

j) istismar təlimatında və ya “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nda göstərilmiş digər nasazlıqlar olması zamanı.

 

1.6. Heyətə dair tələblər

 

1.6.1. Elektrik və istilik qurğularında çalışan işçilərin yerinə yetirilən işlərin xüsusiyyətinə uyğun peşə hazırlığı keçməsi tələb olunur.

1.6.2. Elektrik və istilik stansiyalarının, qurğu və şəbəkələrinin avadanlıqlarına xidmət edən şəxslər, tutduğu vəzifə və ya ixtisas üzrə bu Qaydanı bilməli və onlara riayət etməlidir.

1.6.3. Texniki və texnoloji heyətə aid olan işçilərin müvafiq vəzifə və ya ixtisasa tətbiq olunan tələblər çərçivəsində, bu Qayda və digər normativ-texniki sənədlər (qurğu üzrə, elektrik və istilik qurğularının texniki istismarı üzrə, avadanlıq və şəbəkələr, həmçinin işlərin təhlükəsiz yerinə yetirilmə üsulları, fərdi və ya kollektiv mühafizə vasitələrinin tətbiqi üzrə qayda və təlimatlar) üzrə bilik səviyyələri yoxlanılmalıdır.

1.6.4. Elektrik və ya istilik qurğularının istismarı zamanı təhlükəsizlik və əməyin mühafizəsi üzrə bilik yoxlamasından keçmiş işçiyə, təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliyin yoxlanılması barədə vəsiqə verilir.

1.6.5. Elektrik və istilik qurğularına xidmətin əməliyyat növü, həmçinin növbədə operativ heyət işçilərinin sayı müəssisənin rəhbərliyi tərəfindən təyin olunur və müəssisə üzrə müvafiq sərəncam və ya əmrlə təsdiqlənir.

1.6.6. Elektrik və ya istilik qurğularında və avadanlıqlarında əməliyyat çevirmələri, operativ və operativ-təmir heyəti tərəfindən yerinə yetirilir.

Çevirmələrə ikinci şəxs qismində, yalnız istehlakçı müəssisənin müvafiq profil üzrə xidmətinin təmir və texniki heyətinin cəlb olunmasına icazə verilir.

1.6.7. Yüksək təhlükə səviyyəli işlərin icrasına buraxılmış növbətçi (operativ), təmir və operativ-təmir heyətinin təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliyinin yoxlanılmasını təsdiq edən vəsiqəsində müvafiq qeydlər aparılmalıdır.

1.6.8. Potensial təhlükəli obyektlərdə işləri yerinə yetirən heyətin buraxılışı, potensial təhlükəli istehsalat obyektlərinə xidmət göstərmək hüququnu təsdiqləyən vəsiqədə qeyd olunur.

1.6.9. İstehsalat fəaliyyəti elektrik qurğuları ilə bağlı olan heyət, öz fəaliyyətini elektrotexniki heyətin elektrik təhlükəsizliyi üzrə buraxılış qrupuna və onun verilməsi şərtlərinə uyğun yerinə yetirir.

1.6.10. Xüsusi işlərin icrasına buraxılmış şəxslərin müvafiq ixtisaslaşma vəsiqəsində bu barədə qeydlər olmalıdır.

1.6.11. Gərginliyi 1000 V-dan yüksək olan elektrik qurğularında işlərin yerinə yetirilməsi üçün elektrik qurğusuna təkbaşına xidmət edən və operativ heyətin üzvlərindən olan və ya IV elektrik təhlükəsizliyi qrupuna malik və növbə üzrə vəzifəcə daha yüksək olan şəxs işə buraxılır, digər işlər üçün isə elektrik təhlükəsizliyi üzrə III qrupa malik işçilər cəlb olunur.

1.6.12. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlərin aparılması üçün, elektrik qurğusuna xidmət edən, elektrik təhlükəsizliyi üzrə III qrupa malik, operativ heyətin üzvü olan işçilər buraxılır.

1.6.13. Təbii qazla işləyən istilik və elektrik qurğularına və avadanlıqlarına, həmçinin, müəssisədə qaz təsərrüfatına xidmət edən heyət, bu Qaydada göstərilən tələblərdən əlavə, “Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydaları”nın tələblərini bilməli və onlara riayət etməlidir. Bu heyətin qaz təhlükəsizliyi üzrə biliyinin yoxlanılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmalıdır.

1.6.14. Yeni işçinin təcrübə keçməsi, müəssisənin təşkilati-sərəncamverici sənədi ilə təyin edilmiş təcrübəli işçinin nəzarəti altında aparılır.

Müstəqil işə buraxılış icazəsi, müəssisənin və ya onun xüsusi bölməsinin təşkilati-sərəncamverici sənədi ilə rəsmiləşdirilir.

 

2. İşlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlər

 

2.1. İşlərin təhlükəsiz aparılması ilə bağlı məsuliyyət

 

2.1.1. Elektrik və istilik qurğularında, şəbəkələrdə və avadanlıqlarda işlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlər olaraq aşağıdakılar qəbul olunur:

a) naryad, əmr və ya cari istismar qaydası ilə icra olunan işlərin siyahısının tərtib edilməsi;

b) iş yerinin hazırlanmasına və bu Qaydanın 2.1.18-ci yarımbəndi ilə təyin olunmuş hallarda işə buraxılışa icazənin verilməsi;

c) işə buraxılış;

ç) iş zamanı nəzarət;

d) iş fasiləsinin, başqa yerə köçürülmənin, işin bitirilməsinin rəsmiləşdirilməsi.

2.1.2. Fəaliyyətdə olan qurğularda, şəbəkə və avadanlıqlarda işlər yalnız yazılı naryad-buraxılışlar və sərəncamlar ilə icra olunur.

İş yerlərinin hazırlanması üçün texniki tədbirlərin keçirilməsi tələb olunmayan və bu Qaydanın 2.1.3-cü yarımbəndində qeyd olunmayan işlər sərəncam üzrə icra oluna bilərlər.

Sərəncama əsasən, bir şəxslə yerinə yetirilən işlərin siyahısı yerli şəraitləri nəzərə alaraq müəyyən olunmalı və müəssisənin rəhbəri (texniki rəhbəri) tərəfindən təsdiqlənməlidir.

2.1.3. Cari istismar qaydasında icra olunan işlərin, həmçinin onların icrasına buraxılan şəxslərin siyahısı məsul texniki rəhbər tərəfindən təsdiqlənməlidir. Siyahıda təkbaşına icra oluna bilən işlər qeyd olunmalıdır.

Verilən işlərin aparılmasının təşkili zamanı iş yerlərinin hazırlığı bu işi gələcəkdə icra edəcək işçilər tərəfindən həyata keçirilir.

Digər halda, naryad-buraxılış və ya sərəncama əsasən işlərin həyata keçirilməsi üçün icazələrin verilməsi mütləqdir.

2.1.4. İşlərin təhlükəsiz aparılmasına cavabdeh işçilər:

a) naryad verən, sərəncamı verən, cari istismar qaydasında yerinə yetirilən iş siyahısını təsdiqləyən şəxs;

b) bu Qaydanın 2.1.18-ci yarımbəndində qeyd olunmuş hallarda, iş yerinin hazırlanması üçün icazə və buraxılış verən şəxs;

c) işlərə məsul rəhbər;

ç) icazə verən şəxs;

d) işlərin icraçısı;

e) müşahidəçi;

ə) briqada üzvləri.

2.1.5. Naryad və sərəncam verən şəxs işin vacibliyini və təhlükəsiz yerinə yetirilməsinin mümkün olub-olmamasını təyin edir.

O, naryadda (sərəncamda) göstərilən təhlükəsizlik tədbirlərinin tam və dürüst olmasına, işlərin icraçısı daxil olmaqla, iki və daha artıq işçidən ibarət briqadanın tərkibinə dair mütəxəssis təyinatına və sayına, işlərin təhlükəsiz yerinə yetirilməsi üçün məsul şəxslərin təyin olunmasına, işçi naryadda sadalanan qrupların görülən işə uyğun olmasına, həmçinin işin məsul rəhbərinə (işin icraçısı, müşahidə edən) məqsədli təlimatın keçirilməsinə cavabdehdir.

2.1.6. Naryadların və sərəncamların verilmə hüququ, buraxılış qrupuna müvafiq olaraq, müəssisənin inzibati-texniki heyəti sırasından olan işçilərə həvalə olunur.

Operativ heyətə naryadların və sərəncamların verilmə hüququ, müəssisə rəhbərinin rəsmi göstərişi əsasında olmalıdır.

2.1.7. Qəzanın və ya onun fəsadlarının aradan qaldırılması üzrə işlərin yerinə yetirilməsi üçün, naryad və sərəncamları vermə hüququna malik işçilərin olmadığı halda, müvafiq buraxılış qrupuna malik operativ heyət sırasından olan işçilərin naryad və sərəncam vermələrinə yol verilir.

2.1.8. İş yerlərinin hazırlığına, elektrik və ya istilik qurğularında işlərə buraxılış verən işçi aşağıdakılara cavabdehdir:

a) avadanlıq və qurğuların açılmasına dair əmrlərin verilməsi və onların yerinə yetirilməsinin təsdiqlənməsinə, həmçinin, elektrik və ya istilik qurğuları və şəbəkələrinin faktiki sxemini nəzərə almaqla, naryad ilə təyin olunmuş iş yerlərinin hazırlığı üzrə tədbirlərə müvafiq olaraq qurğuların və avadanlıqların müstəqil şəkildə açılmasına;

b) idarəçiliyində olan avadanlığın açılmasının və qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasına;

c) elektrik və ya istilik qurğularında işlərə buraxılan briqadaların, vaxt və yerlərinin koordinasiyası, həmçinin briqadaların qeydiyyatı, elektrik və ya istilik qurğularında işə buraxılmış bütün briqadalardan işlərin tam bitirilməsi, elektrik və ya istilik qurğularının işə qoşulma mümkünlüyü barədə məlumatların alınmasına;

d) buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin və ya istilik daşıyıcılarının verilməsini istisna etmək məqsədilə, verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünə.

2.1.9. İş yerlərinin hazırlanması üçün icazələrin verilmə hüququ və vəzifə təlimatlarına uyğun elektrik və ya istilik şəbəkəsi təsərrüfatı obyektlərində işlərin yerinə yetirilməsinə buraxılış operativ idarəolunma üsullarına görə avadanlıqların paylanmasına və icazə vermə hüququ operativ heyətə verilir.

Elektrik və ya istilik şəbəkə təsərrüfatı obyektlərində iş yerlərinin hazırlanması üçün icazələrin və işlərə buraxılışların verilməsi hüququ digər elektrik və ya istilik energetika subyektlərinin operativ idarəçilik tabeliyində olan elektrik və istilik qurğularının istismarı zamanı inzibati-texniki heyət üzvü olan və istismarçı müəssisənin (xüsusi müstəqil bölmələrin) rəhbərinin (rəhbər işçisinin) rəsmi göstərişi ilə səlahiyyətli şəxsə verilir.

2.1.10. İşlərə məsul rəhbər naryadda göstərilən iş yerlərinin hazırlanması üzrə bütün tədbirlərin yerinə yetirilməsinə və tam həcmdə olmasına, onun tərəfindən təyin edilmiş işlərin icra şəraitinə görə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə, briqadanın mütəxəssis baxımından tam olmasına, işlərə buraxılış verən və iş icraçısı tərəflərin keçirdiyi xüsusi təlimlərin keyfiyyətinə, o cümlədən işlərin təhlükəsiz aparılmasının təşkil edilməsinə görə cavabdehdir.

2.1.11. Məsul rəhbərin təyin olunma zərurətini naryad verən şəxs müəyyən edir. Bu şəxsə yuxarıda qeyd olunanlardan əlavə, elektrik və ya istilik qurğularında digər işlərin aparılması zamanı da işlərə məsul rəhbəri təyin etmək səlahiyyəti verilir.

2.1.12. İş yerlərinin hazırlığını aparan və (və ya) onların hazırlığına görə görülən tədbirlərin tam həcmdə olmasını qiymətləndirən, briqada üzvlərinə təlim keçirən və işə buraxılışı həyata keçirən (bundan sonra – işəburaxan) texniki heyətin üzvü olan işçi, iş yerlərinin hazırlanması üzrə onun tərəfindən görülən tədbirlərin düzgünlüyünə və tam olmasına görə və onların, naryadda və ya sərəncamda göstərilən tədbirlərlə, işin xüsusiyyəti və yeri ilə uyğunluğu, işə buraxılışın düzgünlüyü, həmçinin onun tərəfindən keçirilən xüsusi təlimlərin tamlığı və keyfiyyətinə görə cavabdehdir.

İşəburaxanlar operativ heyət sırasından təyin olunmalıdır.

2.1.13. İş icraçısı cavabdehdir:

a) hazırlanmış iş yerinin tam hazırlıq tədbirlərində nəzərdə tutulan tələblərə və naryadda xüsusi göstəriş verilən tədbirlərlə uyğunluğuna;

b) briqada üzvlərinin xüsusi təlimatlandırılmasının dəqiqliyinə və tam olmasına;

c) zəruri mühafizə vasitələri, alət, inventar və cihazların mövcudluğuna, sazlığına və düzgün istifadə edilməsinə;

d) iş yerində, şəxsləri mümkün təhlükələrdən xəbərdar etmək üçün, müəyyən davranışların qadağan edilməsinə və ya bu barədə xəbərdarlıq edilməsinə, həmçinin istifadəsinə məhdudiyyətlər qoyulan və ya istifadəsi təhlükəli və (və ya) ziyanlı istehsalat amillərinə, torpaqlanma qurğusunun, bağlayıcı qurğuların təsirinin istisnası və azaldılması ilə bağlı olan təhlükəli obyektlərin yerləşməsi barədə informasiya daşıyan çəpərlənmə, təhlükəsizlik plakatlarının (nişanlarının) qorunmasına;

e) onun özünün və briqada üzvlərinin, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət etməsinə;

f) briqada üzvlərinə daimi nəzarətin həyata keçirilməsinə.

2.1.14. Elektrik və ya istilik qurğularında sərbəst iş icrası icazəsi olmayan, briqadalara nəzarəti həyata keçirən texniki heyət üzvü olan işçi (bundan sonra – müşahidəçi) cavabdehdir:

a) hazırlanmış iş yerinin tam hazırlıq tədbirlərində nəzərdə tutulan tələblərə və naryadda xüsusi göstəriş verilən tədbirlərə uyğunluğuna;

b) briqada üzvlərinin xüsusi təlimatlandırılmasının dəqiqliyinə və tam olmasına;

c) iş yerində quraşdırılmış torpaqlanmaların, çəpərlərin, plakat və təhlükəsizlik nişanlarının, intiqalların bağlayıcı qurğularının mövcudluğuna və qorunmasına;

d) elektrik qurğusunun cərəyanından zədələnməyə qarşı briqada üzvlərinin təhlükəsizliyinə.

2.1.15. İşin texnologiyası ilə əlaqədar təhlükəsizliyə cavabdeh şəxs, briqadanın üzvü olmaqla ona rəhbərlik edən şəxsdir və o daima iş yerində olmalıdır.

Briqada üzvü bu Qaydanın tələblərinə, istismarçı müəssisələrin əməyin mühafizəsi təlimatlarına, işə buraxılış və iş zamanı alınan təlimat xarakterli göstərişlərə riayət edilməsinə görə cavabdehdir.

2.1.16. Naryad, sərəncam verən, bu Qaydanın 2.1.18-ci yarımbəndində qeyd olunan hallarda iş yerinin hazırlanması və buraxılış icazəsi verən, işlərin aparılmasına məsul olan rəhbər, iş icraçısı olan işçilərə hüquqların verilməsi, həmçinin təkbaşına baxış hüququ təşkilati-idarəetmə sənədi vasitəsi ilə rəsmiləşdirilir.

2.1.17. İşlərin təhlükəsiz görülməsi üçün açılması vacib olan avadanlıqların operativ idarəetmə hüququ olan işçinin, işçini işə buraxanın, iş yerinin hazırlanmasına icazə verən şəxsin, həmçinin işəburaxanın operativ idarəçiliyində olmayan obyektlərdə lazimi açılmalar aparan şəxslərlə operativ danışıqlar aparmaq hüququ vardır.

Operativ heyətdən olan işəburaxan, briqada üzvünün səlahiyyətlərini yerinə yetirmək hüququna malikdir.

2.1.18. İstehlakçılara elektrik və ya istilik enerjisinin verilişi xidməti göstərildikdə və onlara nəzərən operativ idarəçilik həyata keçirildikdə, elektrik və ya istilik energetikası və ya digər sahibkarların istismarında olan elektrik və ya istilik şəbəkə təsərrüfatlarına aid olan müəssisələrdə elektrik və istilik qurğularının açılmasını həyata keçirmək zərurəti yarandıqda, iş yerinin hazırlanmasına icazənin və buraxılışın verilməsi həyata keçirilir.

2.1.19. Briqada üzvlərinin sayı və tərkibi, briqada üzvlərinin təhlükəsizlik üzrə ixtisaslaşmasını, işin yerinə yetirilmə şəraiti və həmçinin müşahidəçi tərəfindən briqada üzvlərinə nəzarətin təmin edilməsi imkanını nəzərə almaqla təyin olunmalıdır.

2.1.20. Növbədə olan operativ heyəti, daha yüksək səlahiyyətli operativ heyətin üzvü olan işçinin icazəsi ilə əməliyyat jurnalında qeydiyyat aparmaqla və naryadı rəsmiləşdirməklə briqada apardığı işlərə cəlb etməyə icazə verilir.

2.1.21. İşçi, bu Qaydanın tələblərinə əsasən, insanlar üçün təhlükəli halların aradan qaldırılması üçün tədbir görmək hüququna malik olmadığı hallarda, elektrik qurğularının, maşın, mexanizmlər, qurğular, alətlər, mühafizə vasitələrinin nasazlığını aşkarladıqda, bu barədə birbaşa rəhbərinə məlumat verməlidir.

 

2.2. Elektrotexniki heyətə dair tələblər

 

2.2.1. Elektrik şəbəkəsi təsərrüfatları obyektlərində, iş yerlərinin hazırlanması və işə buraxılışı üçün, operativ idarəetmə üsuluna görə avadanlıqların paylanması icazələrinin verilmə səlahiyyəti, vəzifə təlimatına görə IV-V qrupa malik operativ heyətə həvalə olunur.

Elektrik şəbəkəsi təsərrüfatı obyektlərində, iş yerlərinin hazırlanması və işə buraxılış üçün icazələrin verilmə hüququnun, digər elektrik enerjisi subyektlərinin operativ idarəçiliyində olan elektrik qurğularının istismarı zamanı istismarçı müəssisənin (xüsusi bölmənin) rəhbərinin (rəhbər işçisinin) yazılı göstərişi ilə inzibati-texniki heyət sırasından olan işçilərə həvalə olunmasına icazə verilir.

2.2.2. Gərginliyi 1000 V-dan yuxarı elektrik qurğularında işlərə məsul rəhbər V qrupa malik, 1000 V-dək olan elektrik qurğularında isə IV qrupa malik inzibati-texniki heyətdən işçilər təyin olunur.

2.2.3. Gərginliyi 1000 V-dan yuxarı olan, seksiyalanmış şin sistemli və ya seksiyalanmamış şin sistemli, dolayı şin sistemi olmayan PQ, həmçinin, HX, kabel hava xətti (KHX) və KX-lərdə gərginliyi 1000 V-dək olan bütün elektrik qurğularında (bundan sonra-sadə və əyani sxemli elektrik qurğuları) işlərin icrası zamanı naryad verən işlərə məsul rəhbər təyin etməmək hüququna malikdir.

2.2.4. Bir elektrik qurğusunda (APQ, QPQ) aşağıdakı işlər icra olunduqda, işlərə məsul rəhbər təyin olunmalıdır:

a) mexanizmlərdən və yükqaldıran maşınlardan istifadə;

b) elektrik qurğularında bütün cərəyan daşıyan hissələrdən gərginlik çıxarılmış işlər istisna olmaqla, elektrik avadanlıqlarının açılması;

c) kommunikasiyaların yerləşdiyi və nəqliyyatın intensiv hərəkəti zonalarında, KX-lərdə və kabel rabitə xətlərində (bundan sonra-KRX);

d) bütün növ dayaqların quraşdırılması və sökülməsi, HX dayaqları elementlərinin dəyişdirilməsi;

e) HX-nin, digər HX-lərlə və nəqliyyat magistralları ilə kəsişmə yerlərində, APQ aşırımlarında naqillərin kəsişmə yerlərində;

f) yenidən qurulmuş HX-nin qoşulması;

g) HX naqillərinin və troslarının birləşmə sxemlərinin dəyişdirilməsi;

h) bir və ya bütün digər dövrələr gərginlik altında olarkən, çoxdövrəli HX-nin açılmış dövrəsində;

i) elektrik qurğusunda eyni zamanda iki və daha çox briqada işləyərkən;

j) HX-nin fazalar üzrə təmiri;

k) yönəldilmiş gərginlik altında;

l) cərəyan keçən hissələrdə, gərginliyi çıxarmadan, insanı yerdən izolə etməklə;

m) ikinci kommutasiya dövrələrində işlər istisna olmaqla, gərginliyi çıxarmadan insanları yerdən izolə etmədən işlər aparılan zaman cərəyandaşıyıcı hissələri müvəqqəti izolə etməklə və gərginlik altında işlər üçün xüsusi alət və ləvazimatlardan istifadə etməklə;

n) rabitə vasitələrinin avadanlıqlarında və qurğularında, DTİS, dirək keçidləri quruluşları üzrə, KRX sınaqları üzrə, xidmət olunmayan gücləndirici məntəqələrin (XOGM) və ya xidmət olunmayan regenerasiya məntəqələrinin aparatları ilə, birləşmələrin süzgəclərində rabitə kondensatorunun torpaqlayıcı bıçağını qoşmadan işləyərkən.

İşlərə məsul rəhbərin təyin olmasının zəruriliyini, yuxarıda sadalananlardan savayı elektrik qurğularında digər işlər zamanı da işlərə məsul rəhbər təyin etmək üçün icazə verilmiş naryad verən işçi müəyyənləşdirir.

2.2.5. Bu Qaydanın 2.2.6-cı yarımbəndində göstərilən şərtlərə riayət edilməklə və HX-lərinə buraxılış istisna olmaqla, işəburaxan operativ heyət üzvlərindən təyin olunmalıdır.

1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında işəburaxan IV qrupa, 1000 V-dək gərginlikli elektrik qurğularında isə III qrupa malik olmalıdır.

2.2.6. 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında naryad üzrə aparılan işlərdə iş icraçısı IV qrupa, 1000 V-dək gərginlikli elektrik qurğularında isə III qrupa malik olmalıdır. Bütün elektrik qurğularında sərəncam üzrə görülən işlərdə iş icraçısı III qrupa malik olmalıdır.

Zərərli qazların yarana biləcəyi yeraltı tikililərdə, gərginlik altında aparılan işlərdə, 1000 V-dan yuxarı gərginlikli HX-lərinin dayaqlarında asılmış və gərginliyi 1000 V-dək HX naqillərinin çəkilməsi və dəyişdirilməsi işləri yerinə yetirilərkən iş icraçısı IV qrupa malik olmalıdır.

Bütün elektrik qurğularında sərəncam üzrə yerinə yetirilən işlər zamanı iş icraçısı III qrupa malik olmalıdır.

2.2.7. Müşahidəçi olaraq III qrupa malik işçi təyin olunur.

2.2.8. İş icraçısının rəhbərlik etdiyi briqada üzvünün, IV qrupa malik briqada üzvünün yerinə yetirməli olan işləri yerinə yetirərkən III qrupa malik olması tələb olunur.

Briqada tərkibində III qrupu olan hər bir işçiyə, II qrupu olan bir işçi qoşmağa yol verilir, ancaq II qrupa malik briqada üzvlərinin ümumi sayı üçdən artıq olmamalıdır.

 

Enerji xidməti heyətinin hazırlığına dair tələblər

2.2.9. Elektrik qurğularının istismarını hazırlıqlı elektrotexniki heyət həyata keçirməlidir.

Müəssisənin elektrotexniki heyəti aşağıdakı kimi bölünür:

- inzibati-texniki;

- operativ;

- təmir;

- operativ-təmir (bundan sonra təmir və operativ-təmir heyəti, bölünmə tələb olunmursa, operativ heyət adlandırılır).

2.2.10. Müəssisənin enerji xidmətinin ştat və idarəçilik strukturuna uyğun olaraq, elektrotexniki heyət bilavasitə enerji xidmətinin tərkibinə daxil ola bilər və ya müəssisənin istehsalat bölmələrinin (struktur vahidlərinin) ştatında ola bilər. Sonuncu halda enerji xidməti istehsalat və struktur bölmələrinin elektrotexniki heyətinə texniki rəhbərliyi və onların işinə nəzarəti həyata keçirir.

2.2.11. İşləyərkən daim elektrik aparatlarına, elektrik intiqallarına, elektrik əl maşınlarına, əldə daşınan və səyyar elektrik qəbuledicilərinə, əldə daşınan elektrik alətlərinə, daim texniki xidmət və tənzimləmə tələb olunan elektrotexnoloji qurğulara, həmçinin mürəkkəb enerjidoyumlu istehsalat-texnoloji avadanlıqlara xidməti elektrotexnoloji heyət yerinə yetirməlidir.Onun işləri təhlükəsiz yerinə yetirmək və ona təhkim olunmuş qurğulara texniki xidmət üçün yetərincə təcrübəsi və biliyi olmalıdır.

2.2.12. Müəssisənin enerji xidmətinin tərkibinə daxil olmayan, elektrotexnoloji qurğuların istismarını yerinə yetirən və elektrik təhlükəsizliyinə görə ΙΙ və daha yuxarı qrupu olan istehsalat sexlərinin və sahələrinin elektrotexnoloji heyəti, öz hüquq və vəzifələri ilə elektrotexniki heyətə bərabər tutulur; texniki münasibətdə o, müəssisənin enerji xidmətinin tabeçiliyindədir.

Bilavasitə tabeçiliyində elektrotexnoloji heyət olan rəhbərlərin elektrik təhlükəsizliyi üzrə qrupu, tabeçiliyində olan heyətdən aşağı olmamalıdır. Onlar bu heyətə texniki rəhbərliyi və onun işinə nəzarəti yerinə yetirməlidirlər.

Elektrik təhlükəsizliyi üzrə müvafiq qrupun olması zəruri olan elektrotexniki (bundan sonra bölünmə tələb olunmursa elektrotexniki heyət dedikdə, həmçinin elektrotexnoloji heyət başa düşülür) və elektrotexnoloji vəzifələrin və peşələrin siyahısını müəssisənin rəhbəri təsdiq edir.

Müəssisənin rəhbərinə, baş mühəndisə, texniki direktora elektrik təhlükəsizliyi üzrə qrup verilməsi tələb olunmur. Lakin, əgər göstərilən işçilərin əvvəllər elektrik təhlükəsizliyi üzrə qrupları olubsa və onun təsdiqlənməsini (yüksəldilməsini) və ya qrup dərəcəsini ilk dəfə almaq istəyirlərsə, onda biliklərin yoxlanması elektrotexniki heyət üçün olduğu kimi adi qaydada aparılır.

2.2.13. Elektrik cərəyanı vurma təhlükəsi yaranan işləri yerinə yetirən qeyri-elektrotexniki heyətə elektrik təhlükəsizliyi üzrə Ι qrup verilir. Elektrik təhlükəsizliyi üzrə Ι qrup verilməsi tələb olunan vəzifələrin və peşələrin siyahısını Müəssisənin rəhbəri təyin edir. İstehsalat fəaliyyətinə aid elektrik təhlükəsizliyi tələblərini mənimsəyən heyətə, təyin olunmuş formalı jurnalda rəsmiləşdirməklə, Ι qrup verilir; vəsiqə verilmir.

Ι qrup verilməsi şifahi sual-cavab formasında (lazım olarsa) biliyinin yoxlanılması və işlərin təhlükəsiz üsulları və ya elektrik cərəyanı vurduqda ilkin yardım göstərmə vərdişlərinin mənimsənilməsinin yoxlanılması ilə bitən, təlimatlandırma aparmaq yolu ilə icra olunur. Elektrik təhlükəsizliyi üzrə Ι qrup verilməsini həmin müəssisənin elektrotexniki heyətindən elektrik təhlükəsizliyi üzrə ΙΙΙ-dən aşağı olmayan qrupa malik işçi icra edir.

Elektrik təhlükəsizliyi üzrə Ι qrup verilməsi dövrülüklə, ildə ən azı 1 dəfə aparılır.

2.2.14. Elektrik qurğularında işləri yerinə yetirmək üçün qəbul olunan işçilərin, işin xarakterinə uyğun peşə hazırlığı olmalıdır. Peşə hazırlığı olmadıqda həmin işçilər ixtisaslaşdırılmış heyət hazırlığı mərkəzlərində (təhsil kombinatlarında, təhsil-məşq mərkəzlərində və s.) öyrədilməlidirlər (müstəqil işə buraxılanadək).

2.2.15. Elektrotexniki heyət elektrik qurğularının istismarı ilə əlaqəli müstəqil işə təyin olunanadək və ya digər işə (vəzifəyə) keçənədək, həmçinin elektrotexniki heyət qismində olan işlərdə 1 ildən artıq müddətə fasilə olduqda, iş yerində təcrübə dövrü (istehsalat təlimi) keçirilməlidir.

2.2.16. Təlim üçün işçiyə avadınlıqlarla, aparatlarla, əməliyyat sxemləri ilə tanışlıq üçün və eyni zamanda, həmin vəzifə (peşə) üçün zəruri olan həcmdə aşağıdakılardan istifadə etməklə öyrənmək üçün yetərincə müddət verilməlidir:

a) “Elektrik qurğularının quraşdırılması Qayda”sını, “Elektrik stansiyaları və istilik şəbəkələri istilik-mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası Qaydaları”nı AZS 587-2011, “Elektrik qurğularında istifadə olunan mühafizə vasitələrinin istismar və sınaq Qaydaları”nı və bu Qaydanı;

b) vəzifə və istehsalat təlimatlarını;

c) əməyin mühafizəsi və təhlükəsizliyi üzrə təlimatları;

d) həmin müəssisədə qüvvədə olan digər qaydaları, normativ və istismar sənədlərini.

2.2.17. Elektrotexniki heyətin, qaydaların və təlimatların zəruri fəsilləri göstərilməklə, hazırlıq proqramı struktur bölmələrin rəhbərləri (elektrik təsərrüfatına cavabdeh) tərəfindən tərtib olunur və müəssisənin elektrik təsərrüfatına cavabdeh şəxsi tərəfindən təsdiqlənə bilər.

Operativ, operativ-təmir və təmir heyəti sıralarından operativ heyətin rəhbərinin hazırlanması proqramında təcrübə dövrü keçmə və biliyin yoxlanması, operativ, operativ- təmir heyəti sıralarından operativ heyətin rəhbərləri üçün isə həm də eyni işi görmə nəzərdə tutulmalıdır.

2.2.18. Təcrübə (eyni işi görmə) dövrü keçmiş işçi, müvafiq sənədlə müəssisə üzrə (rəhbərlər və mütəxəssislər üçün) və ya struktur bölmə üzrə (fəhlələr üçün) təcrübəli işçiyə təhkim olunmalıdır.

2.2.19. Təcrübə təlim keçən cavabdeh işçinin rəhbərliyi altında keçirilir, hər bir vəzifə (iş yeri) üçün işlənilmiş və təyin olunmuş qaydada təsdiq olunmuş proqram üzrə yerinə yetirilir.

Təcrübə dövrünün müddəti 2-dən 14 növbəyə qədər olmalıdır.

2.2.20. Müəssisənin və ya struktur bölmənin rəhbəri, ixtisas üzrə an azı 3 il stajı olan, bir sexdən digərinə keçən işçini, əgər onun daha öncə işlədiyi işin və avadanlıq növünün xarakteri dəyişməyibsə, təcrübə dövründən azad edə bilər.

Təcrübə dövrünə buraxılış müəssisə və ya struktur bölməsinin rəhbərinin müvafiq sənədi ilə rəsmiləşdirilir. Sənəddə təcrübə dövrünün təqvim müddətləri və onun keçirilməsinə məsul olan işçilərin soyadları göstərilir.

Təcrübə dövrünün müddəti təlim keçənin peşə təhsili səviyyəsindən, iş təcrübəsindən, peşəsindən (vəzifəsindən) asılı olaraq fərdi qaydada təyin olunur.

2.2.21. Təcrübə dövründə işçi:

a) istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarının tələblərini və onların iş yerində tətbiqini mənimsəməlidir;

b) həmin vəzifədə (peşədə) işləmək üçün, lazım olan sxemləri, istehsalat və əməyin mühafizəsi üzrə təlimatları öyrənməlidir;

c) öz iş yerində dəqiq hərəkət etməyi bacarmalıdır;

d) istehsalat əməliyyatlarının yerinə yetirilməsi üçün zəruri olan praktiki vərdişləri mənimsəməlidir;

e) xidmət olunan avadanlığın qəzasız, təhlükəsiz və səmərəli istismarı üsullarını və şərtlərini öyrənməlidir.

2.2.22. İnzibati-texniki və təmir heyətinin operativ heyəti əvəz etməsi və sərbəst işə buraxılışı müəssisə üzrə müvafiq sənədlə rəsmiləşdirilir.

Operativ və ya operativ-təmir heyəti sırasından olan işçi əvəzetmədən sonra sərbəst işə buraxıla bilər. Eyni işi əvəzetmə müddəti 2-dən başlayaraq 12-dək iş növbəsi diapazonunda ola bilər. Konkret işçi üçün, bu müddət biliyin yoxlanılması üzrə komissiyanın qərarı ilə, onun peşə hazırlığından, iş stajından və təcrübəsindən asılı olaraq müəyyən edilir.

Operativ heyət üçün sərbəst işə buraxılış müəssisə rəhbərinin müvafiq sənədi ilə rəsmiləşdirilir.

2.2.23. Eyni işi təkrarlama dövründə işçi, nəticələri qiymətləndirilən və müvafiq jurnallarda sənədləşdirilən, qəza əleyhinə və yanğın əleyhinə yoxlama məşqlərində iştirak etməlidir.

Məşqlərin sayı və onların mövzusu eyni işi təkrarlayanın hazırlıq proqramı ilə təyin olunur.

2.2.24. Əgər işçi eyni işi təkrarlama müddətində yetərincə istehsalat vərdişlərini mənimsəməyibsə və ya qəza əleyhinə məşqlər üzrə qeyri-kafi qiymət alıbsa, onun eyni işi əvəzetmə müddətinin 2-dən 12-dək iş növbəsinədək və əlavə qəza əleyhinə yoxlama məşqlərinin keçirilməsinə qədər uzadıla bilər və buna yol verilir. Eyni işi təkrarlama müddətinin uzadılması müəssisənin müvafiq sənədi ilə rəsmiləşdirilir.

2.2.25. Əgər eyni işi təkrarlama dövründə işçinin həmin fəaliyyətə peşəkar yararsızlığı müəyyən olunarsa, o hazırlıqdan çıxarılır.

2.2.26. Eyni işi təkrarlamanın keçirilmə müddətində təlimləndirilən əməliyyat çevirmələrini, müayinələri və elektrik qurğularında digər işləri, icazə almaqla və təlimatçının nəzarəti altında icra edə bilər. Təlimləndirilənin hərəkətlərinin düzgünlüyünə və onların qaydalara riayət etmələri ilə bağlı həm təlimləndirilən və həm də ona təlim keçən işçi məsuliyyət daşıyır.

2.2.27. İşçilərin biliklərinin yoxlanılması ilkin olaraq və vaxtaşırı (növbəti və növbədənkənar) rejimdə həyata keçirilir.

Biliklərin ilkin yoxlanılması elektrik qurğularına xidmətlə bağlı işə birinci dəfə qəbul olunan və ya bilik yoxlamasından sonra 3 ildən artıq fasilələr verilmiş işçilər üçün keçirilir;

Növbəti yoxlanılma - 2.2.28-ci yarımbənddə təyin olunmuş qaydada; növbədənkənar isə 2.2.31-ci yarımbənddə təyin olunmuş qaydada aparılır.

2.2.28. Növbəti yoxlanılma aşağıdakı müddətlərdə aparılmalıdır:

a) bilavasitə fəaliyyətdə olan elektrik qurğularına xidmət üzrə işləri təşkil edən və aparan və ya onlarda sazlama, elektrik-quraşdırma, təmir işləri və ya profilaktika sınaqları aparan elektrotexniki heyət üçün, həmçinin naryadlar, sərəncamlar vermə, operativ danışıqları aparmaq səlahiyyətinə malik heyət üçün – ildə 1 dəfə;

b) bundan qabaqkı qrupa aidiyyəti olmayan inzibati-texniki heyət üçün, həmçinin elektrik qurğularının təftişinə buraxılan əməyin mühafizəsi üzrə mütəxəssislər üçün - 3 ildə 1 dəfə.

2.2.29. Növbəti yoxlamanın müddəti sonuncu bilik yoxlaması tarixinə müvafiq təyin olunur.

2.2.30. Növbəti bilik yoxlaması zamanı qeyri-kafi qiymət almış işçilər üçün komissiya sonuncu yoxlama günündən 1 ay müddətindən gec olmayaraq təkrar yoxlama təyin edir. Qeyri-kafi qiymət almış işçi üçün vəsiqəsinin qüvvədə olma müddəti, əgər biliyin yoxlama jurnalında işçinin elektrik qurğularında işlərdən müvəqqəti kənarlaşdırılması haqqında komissiyanın xüsusi qərarı yoxdursa, komissiya tərəfindən ikinci yoxlama üçün təyin olunmuş müddətə kimi avtomatik olaraq uzadılır.

2.2.31. Müəssisənin elektrik qurğularında işlərin normaları və qaydaları biliklərinin yoxlanılması müəssisənin rəhbəri tərəfindən təsdiqlənmiş təqvim qrafiki üzrə yerinə yetirilir.

Biliyinin yoxlanılması aparılacaq işçilər qrafiklə tanış olmalıdırlar.

2.2.32. Müəssisənin elektrik təsərrüfatına cavabdeh olanların, onların müavinlərinin, həmçinin vəzifəsinə elektrik qurğularına nəzarət daxil olan əməyin mühafizəsi üzrə mütəxəssislərin biliklərinin yoxlanılması səlahiyyətli orqanların komissiyalarında aparılır.

2.2.33. Müəssisənin elektrotexniki və elektrotexnoloji heyətinin bilik yoxlamalarının keçirilməsi üçün Müəssisənin rəhbəri əmrlə tərkibi beş nəfərdən az olmayan komissiya təyin etməlidir.

Elektrik qurğularının gərginliyi 1000 V qədər və daha yüksək olan müəssisələrdə komissiyanın sədrinin elektrik təhlükəsizliyi üzrə qrupu V və elektrik qurğularının gərginliyi yalnız 1000 V qədər olan müəssisələrdə isə qrupu ΙV olmalıdır.

Komissiyanın sədri kimi, bir qayda olaraq, müəssisənin elektrik təsərrüfatına cavabdeh şəxs təyin olunur.

2.2.34. Komissiyanın bütün üzvlərinin elektrik təhlükəsizliyi üzrə qrupu olmalıdır və səlahiyyətli nəzarət qurumunun komissiyalarında biliyin yoxlanılmasından keçməlidirlər.

Komissiyanın ayrıca üzvlərinin yerində biliyinin yoxlanılmasına icazə verilir, bir şərtlə ki, sədr və komissiyanın ən azı iki üzvü səlahiyyətli nəzarət qurumunun komissiyalarında biliyin yoxlanılmasından keçmiş olsun.

2.2.35. Struktur bölmələrində müəssisənin rəhbərləri struktur bölmələri işçilərinin biliyinin yoxlanılması üzrə komissiya yarada bilərlər.

Struktur bölmələrinin komissiya üzvləri norma və qaydalar üzrə biliyin yoxlanılmasını müəssisənin mərkəzi komissiyasında keçməlidirlər.

2.2.36. Biliyin yoxlanılması proseduru keçirilərkən, ən azı üç komissiya üzvü, o cümlədən mütləq komissiyanın sədri (sədr müavini) iştirak etməlidir.

2.2.37. Sayı biliyin yoxlanılması üzrə komissiya yaratmağa imkan verməyən müəssisənin işçilərinin biliyinin yoxlanılması səlahiyyətli nəzarət qurumunun komissiyalarında keçirilməlidir.

2.2.38. Biliyin yoxlanılması üçün səlahiyyətli nəzarət qurumunun komissiyaları, ixtisaslaşdırılmış tədris müəssisələrinin (ixtisasartırma institutlarında, təhsil mərkəzlərində və s.) nəzdində yaradıla bilərlər. Onlar səlahiyyətli nəzarət qurumunun rəhbərinin əmri (sərəncamı) ilə təyin olunurlar. Komissiya üzvləri biliyin yoxlanılmasını bu komissiyanın yaradılmasına icazə verən səlahiyyətli nəzarət qurumunda keçməlidirlər. Komissiyanın sədri səlahiyyətli nəzarət qurumunun rəhbəri tərəfindən təyin olunur.

2.2.39. Səlahiyyətli nəzarət qurumunun nümayəndələri bütün səviyyələrdə biliklərin yoxlanılması üzrə komissiyaların işlərində iştirak edə bilərlər.

2.2.40. Hər bir işçinin biliyinin yoxlanılması fərdi olaraq aparılır.

Hər bir vəzifə (peşə) üçün müəssisənin və ya struktur bölmənin rəhbəri tərəfindən, işçinin müvafiq vəzifə (peşə) öhdəlikləri üzrə və istehsalat fəaliyyətinin xarakteri nəzərə alınmaqla, həmçinin onun xidməti vəzifələrinə daxil olan normativ sənədlərin tələblərini təmin edən və riayət olunan, norma və qaydalar üzrə biliyin yoxlanılması həcmi təyin olunmalıdır.

2.2.41. Elektrik qurğularının quraşdırılması qaydaları, texniki istismar qaydaları, bu Qayda və digər normativ-texniki sənədlər üzrə biliyin yoxlanılmasının nəticələri üzrə elektrotexniki (elektrotexnoloji) heyətə elektrik təhlükəsizliyi üzrə qrup təyin olunur.

2.2.42. Biliyin yoxlanılmasının nəticələri təyin olunmuş formalı jurnala köçürülür və komissiya üzvləri tərəfindən imzalanır. Əgər bir neçə işçinin biliyinin yoxlanılması bir gündə keçirilibsə və komissiyanın tərkibi dəyişməyibsə, onda komissiyanın üzvləri iş başa çatdıqdan sonra 1 dəfə imzalaya bilərlər; bu halda bilik yoxlamasından keçən işçilərin ümumi sayı yazılı göstərilməlidir.

Bilik yoxlamasından müvəffəqiyyətlə keçmiş heyətə təyin olunmuş formalı vəsiqə verilir.

2.2.43. İlkin yoxlamadan savayı, bütün növ yoxlamalar üçün elektron təlim proqramlarından, məsafədən onlayn kurslarından istifadə etməyə icazə verilir; bu zaman biliyin yoxlanılması jurnalında qeyd aparılması ləğv olunmur.

Bu zaman, işlənilmiş proqram onun təlim rejimində istifadə imkanlarını təmin etməlidir.

2.2.44. Təlim və biliyin yoxlanılması üzrə elektron proqramın istifadə edilməsi və avtoimtahanedicinin protokolunda qeyri-kafi qiymət alındığı təqdirdə, yoxlama komissiyasının narazılığı hallarında əlavə suallar verilir. Yekun qiymətləndirmə komissiyanın sorğu-sualı nəticələri üzrə təyin olunur.

2.2.45. Vəzifəsinə elektrik qurğularının təftişi daxil olan, elektrik təhlükəsizliyi üzrə ΙV qrup həcmində bilik yoxlanılmasından keçmiş əməyin mühafizəsi üzrə mütəxəssisə öz müəssisəsinin elektrik qurğularını təftiş etmə hüququ verən vəsiqə verilir.

 

2.3. İşlərin naryad üzrə təşkili

 

2.3.1. Ümumi tələblər

 

2.3.1.1. Naryad iki nüsxədə tərtib olunur. Onlardan biri işlərə məsul rəhbər (iş icraçısı) üçün, ikincisi yerli növbətçi heyətə, bu sahədə növbətçi heyət olmadığı hallarda isə işəburaxan və ya naryad verən üçün nəzərdə tutulur.

2.3.1.2. İşlərin icrası üçün naryadın telefon, rabitə əlaqəsi, internet şəbəkəsi və ya digər rabitə vasitələrilə ötürülməsinə icazə verilir.

Bu halda naryad üç nüsxədə yazılır: naryad verən üçün, işlərə məsul rəhbər (iş icraçısı) üçün, işəburaxan üçün.

Bu halda, tərtib edən şəxs naryadı bir nüsxədə yazır, məlumatı qəbul edən şəxs iki nüsxə naryadı doldurur və əks yoxlanışdan sonra imza yerində naryadı verənin adını, atasının adını, soyadını, vəzifəsini göstərərək, qeydin düzgünlüyünü öz imzası ilə təsdiqləyir.

İşlərin rəhbəri (iş icraçısı) və işəburaxanın vəzifələrini eyni zamanda icra etdikdə, naryad iki nüsxədə yazılır.

2.3.1.3. Briqada üzvlərinin sayı çox olduqda, naryad-buraxılışa işləri icra edənlərin adı, atasının adı, soyadı və dərəcələri göstərilməklə siyahısı əlavə olunur. İşlər üzrə rəhbərin imzaladığı briqada üzvlərinin bu siyahısı naryad-buraxılışın ayrılmaz tərkib hissəsi sayılır. Bu halda naryad-buraxılışda briqadanın ümumi sayı göstərilir və əlavə olunan siyahının mövcudluğu haqqında qeyd olunur.

2.3.1.4. Fəaliyyətdə olan elektrik qurğularında, naryad üzrə aşağıdakı kateqoriyalı işlər yerinə yetirilir:

a) gərginliyi çıxarmaqla (induksiyalanmış və induksiyalanmamış gərginliklə) 1000 V-dan yuxarı elektrik qurğularında; 1000 V-dək olan PQ yığma şinlərində və paylayıcı lövhələrdə, həmçinin yığma şinlərə gərginlik verən onların birləşmələrində aparılan işlər;

b) elektrik mühafizə vasitələrindən istifadə etməklə, gərginliyi çıxarmadan görülən işlər. Bu halda elektrik ölçü kəlbətinləri və ştanqları ilə görülən işlər, həmçinin, növbətçi və operativ-təmir heyətinin cari istismar qaydasında görülən işlər istisna olunur. Elektrik mühafizə vasitələrindən istifadə etməklə, gərginliyi çıxarmadan, növbətçi və operativ-təmir heyətinin cari istismar qaydasında yerinə yetirdiyi işlərin siyahısı yerli şəraitdən asılı olaraq işlənib-hazırlanır və müəssisənin texniki rəhbəri tərəfindən təsdiqlənir;

c) cərəyan daşıyan hissələrdə gərginliyi çıxarmadan icra olunan işlər;

d) həmçinin naryad üzrə, bu Qaydanın müvafiq fəsillərində göstərilmiş gərginliyin çıxarılması tələb olunmayan xüsusi işlər yerinə yetirilir.

2.3.1.5. Elektrik və istilik qurğularında işlərin aparılması sifarişlərində işlərin kateqoriyaları göstərilir. İş yerinin hazırlanması üzrə konkret tədbir siyahısı sifarişdə qeyd edilmir.

2.3.1.6. Naryadı bir birləşmənin bir və ya bir neçə iş yerinə verilməsinə icazə verilir.

Naryadı verən bir nəfər işə məsul rəhbərə, işəburaxana, iş icraçısına (nəzarətçiyə) görüləcək işləri və növbə ilə işə buraxılışı, verilən naryadların sayını, naryadın qüvvədə olma müddətini təyin edir. Naryadın müddətini uzatmağa icazə verilmir.

2.3.1.7. Naryadda göstərilən işlər tam başa çatdıqdan sonra, naryad xidmət heyəti olan elektrik və ya istilik stansiyalarında işlər zamanı növbətçidə, naryadı verəndə və ya xidmət heyəti olmayan yarımstansiyalarda işlər zamanı operativ səyyar briqadanın dispetçerində 30 gün müddətində saxlanılır.

Əgər naryad üzrə işlər yerinə yetirilərkən qəzalar və ya bədbəxt hadisələr baş vermişsə, naryad təhqiqat materialları ilə birlikdə müəssisənin arxivində saxlanılır.

2.3.1.8. Görüləcək işlərin həcmindən və onların icrasının təşkilindən asılı olaraq naryad-buraxılışın blankı aşağıdakı kimi rəsmiləşdirilir:

a) elektrik stansiyasının və ya istilik şəbəkəsinin istilik texniki avadanlığının bir birləşmə sxemi ilə bir neçə iş yerlərində eyni növlü işlərin ardıcıl yerinə yetirilməsinə və ya bir iş yerində hər hansı konkret işin yerinə yetirilməsinə naryad-buraxılış verilir;

b) aqreqatda bütövlüklə, bir neçə iş yerlərində və ya istilik şəbəkəsinin sahələrində işləri yerinə yetirmək üçün ümumi naryad-buraxılış verilir;

c) aqreqatın ayrıca düyünlərində və onun köməkçi avadanlıqlarında, istilik şəbəkəsinin ayrıca iş yerlərində və ya sahələrində işləri yerinə yetirmək üçün aralıq naryad-buraxılış tərtib olunur. Aralıq naryad-buraxılış yalnız ümumi naryad-buraxılış olduğu halda verilir.

 

2.3.2. Elektrik qurğularında naryad üzrə işlərin təşkili

 

2.3.2.1. Bütün cərəyan daşıyan hissələrdən, o cümlədən HX və KX-nin çıxışlarından gərginlik çıxarılmış və qonşu elektrik qurğularına giriş bağlı olduğu halda (1000 V-dək yığmalar və lövhələr gərginlik altında qala bilər) 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında bütün birləşmələrdə işlərin yerinə yetirilməsi üçün bir naryad verilə bilər.

2.3.2.2. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında bütün cərəyan daşıyan hissələrdən gərginlik tam çıxarılmış olduqda, PQ-nin yığım şinlərində, paylayıcı lövhələrində, yığmalarda, həmçinin bu qurğuların bütün birləşmələrində eyni vaxtda işlərin yerinə yetirilməsinə bir naryad verilməsinə yol verilir.

2.3.2.3. Aqreqatları (qazanları, turbinləri, generatorları və digər avadanlıqları) və ayrıca texnoloji qurğuları (kül tutan sistemləri, şəbəkə qızdırıcılarını, xırdalama sistemlərini və s.) təmirə çıxararkən, bu aqreqatların (qurğuların) elektrik mühərriklərində işlərə PQ-də bu aqreqatların elektrik mühərriklərini qidalandıran bütün (və ya hissəsində) birləşmələrində işlərin yerinə yetirilməsi ilə bağlı bir naryad verməyə icazə verilir.

Yalnız eyni gərginlikli elektrik mühərriklərində və bir PQ-nin birləşmələrində işlər üçün bir naryad verilməsinə icazə verilir.

2.3.2.4. Bir şin sistemli və müxtəlif sayda seksiyası olan 6 - 110 kV gərginlikli PQ-lərdə, bütün seksiyanı tam olaraq təmirə çıxararkən, şinlərdə və seksiyanın bütün (və ya bir hissəsində) birləşmələrində işləmək üçün, bu Qaydanın 2.3.2.1-ci yarımbəndinin tələblərinə riayət etməklə bir naryad verilməsinə icazə verilir.

Seksiyanın bütün iş yerlərinə buraxılış eyni zamanda verilə bilər.

Briqada üzvlərini bu seksiya hüdudları daxilində müxtəlf iş yerlərinə yönəltməyə icazə verilir.

Naryad üzrə işlər başa çatmayınca ixtiyari birləşmələrə qoşulmuş, o cümlədən yoxlama üçün qoşulmuş elektrik mühərriklərinin hazırlığı qadağan olunur.

2.3.2.5. Bir elektrik qurğusunun bir və ya bir neçə birləşmələrində müxtəlif iş yerlərində eyni zamanda və ya növbəli işlərin yerinə yetirilməsinə aşağıdakı hallarda bir naryad verilə bilər:

a) güc və nəzarət kabellərinin çəkilməsi və yerinin dəyişdirilməsinə, elektrik avadanlıqlarının sınaqlarına, KX-nin sınağı və zədələrinin yerlərinin aşkar olunması, rele mühafizəsi, ölçmələrə, bloklamalara, avtomatikaya, telemexanikaya, rabitə və digər qurğuların yoxlanmasına;

b) bir birləşmənin kommutasiya aparatları, o cümlədən intiqalları digər otaqda olduqda, onların təmirinə;

c) tuneldə, kollektorda, quyuda, xəndəkdə, özül çalasında ayrıca kabelin təmirinə;

ç) iş yerlərinin yerləşməsi iş icraçısına briqadaya nəzarəti yerinə yetirməyə imkan verdiyi hallarda, iki özül çalasında və ya PQ-də və onun yaxınlığında yerləşən özül çalasında olan kabellərin (ikidən artıq olmamaqla) təmirinə;

Bu halda briqada üzvlərini müxtəlif iş yerlərinə yönəltməyə icazə verilir.

İşçinin bir iş yerindən digərinə köçürülməsinin naryadda qeyd olunması tələb olunmur.

2.3.2.6. Bu Qaydanın 2.3.2.1 – 2.3.2.5-ci yarımbəndlərinin tələblərinə müvafiq olaraq işlər aparılarkən bütün iş yerləri briqada naryad üzrə işə başlayanadək hazırlanmalıdır.

Briqada üzvləri müxtəlif iş yerlərinə paylandıqda, elektrik təhlükəsizliyi üzrə qrupu III-dən aşağı olmayan bir və ya bir neçə briqada üzvünün iş icraçısından ayrıca işləməsinə icazə verilir.

İş icraçısından ayrı yerləşən briqada üzvlərini iş icraçısı iş yerinə gətirməlidir və onlar üçün işləri yerinə yetirərkən riayət olunması vacib sayılan həcmdə əməyin mühafizəsi üzrə tələblərlə məqsədli təlimatlandırma aparmalıdır.

2.3.2.7. Bir neçə yarımstansiyada və ya bir yarımstansiyanın bir neçə birləşmələrində eyni növlü işlərin növbəli yerinə yetirilməsi ilə bağlı bir naryad verilməsinə icazə verilir.

Bunlara aiddir:

a) izolyatorların təmizlənməsi (silinməsi);

b) sıxacların (kontakt birləşmələrin) çəkilməsi;

c) avadanlıqdan və kommutasiya aparatlarından yağ nümunəsinin götürülməsi və doldurulması;

ç) transformatorların və qövssöndürücü reaktorların dolaqlarının budaqlarının çevirmələri;

d) rele mühafizəsi qurğularının, avtomatika, ölçü cihazlarının yoxlanılması;

e) avadanlıqların kənar mənbədən yüksək gərginliklə sınağı;

ə) ölçü ştanqının izolyatorunun yoxlanılması.

Hər bir yarımstansiyaya və hər bir birləşməyə naryad-buraxılış rəsmiləşdirilir.

Bu naryadların qüvvədə olma müddəti bir gündür.

Hər bir yarımstansiyanı işlək vəziyyətə gətirməyə, yalnız həmin yarımstansiyada, həmin naryad üzrə işlər tam başa çatdıqdan sonra icazə verilir.

 

2.3.3. Hava elektrik verilişi xətlərində naryad üzrə işlərin təşkili

 

2.3.3.1. Hər bir HX-yə, çoxdövrəli olduqda isə hər bir dövrəyə bir naryad verilir.

Bir neçə HX-yə (dövrəyə) aşağıdakı hallarda bir naryad verməyə icazə verilir:

a) gərginlik bütün dövrələrdən çıxarıldıqda icra olunan işlərlə bağlı və ya çoxdövrəli HX-lərdə heç bir dövrədən gərginlik çıxarılmadıqda gərginlik altında görülən işlərlə bağlı;

b) HX-nin kəsişmə yerlərindəki işlərlə bağlı;

c) əgər transformator yarımstansiyası növbəli işlərin icrası üçün açılıbsa, bir transformator yarımstansiyasından qidalanan gərginliyi 1000 V-dək olan HX-də görülən işlərlə bağlı;

ç) bir neçə HX-nin cərəyan daşımayan, açılması tələb olunmayan hissələrində eyni növlü işlərlə bağlı.

2.3.3.2. Naryadda təmir olunan HX-nin yönəldilmiş cərəyan altında yerləşib-yerləşməməyi, açılması və torpaqlanması tələb olunan, təmir olunan xətti kəsən HX-lərin siyahısı göstərilməlidir.

Bu cür göstəriş, əgər onların açılması iş şəraitinə görə tələb olunursa, təmir olunan HX-nin yaxınlığından keçən HX-yə nəzərən naryadda olmalıdır.

Bu zaman təmir olunan və ya yaxınlıqdan keçən HX-ni kəsən HX-nin torpaqlanması işə buraxılış icra edilənədək yerinə yetirilməlidir.

2.3.3.3. HX müxtəlif müəssisələrə məxsus olduğu hallarda, xəttin açılması və torpaqlanması barədə həmin müəssisələrin əməliyyat jurnallarında qeyd aparılmalı və məsul nümayəndələri tərəfindən təsdiqlənməlidir.

2.3.3.4. Böyük uzunluqlu anker aşırımıları daxilində naqillərin (trosların) quraşdırılması və sökülməsi işləri istisna olmaqla, açılmış HX-də briqada üzvlərinin uzunluğu 2 km-dən çox olmayan sahələrdə paylanmasına icazə verilir. Bu halda bir briqadanın iş sahəsinin uzunluğunu naryadı verən şəxs təyin edir.

 

2.3.4. Paylayıcı qurğularda naryad üzrə işlərin təşkili

 

2.3.4.1. PQ ərazisində HX hissələrində işlər HX-yə xidmət edən müəssisənin işçilərinə verilən naryad üzrə görülməlidir.

Daimi operativ heyəti olan elektrik qurğularının heyəti tərəfindən HX-nin son dayağında işlər görülərkən, həmin heyət briqada üzvləri üçün əməyin mühafizəsi və təhlükəsizliyi barədə təlimatlandırma aparmalıdır və briqadanı bu dayağa gətirməlidir.

Daimi operativ heyəti olmayan elektrik qurğularında xətti briqadanın iş icraçısına PQ-dən açarları almağa və müstəqil HX-nin dayağına yaxınlaşmağa icazə verilir.

APQ-nin portallarında, QPQ-nin binalarında, xaricdə qurulmuş KPQ-nin damında işlər aparıldıqda xətti briqadanın naryadda lazımi sənədləşdirmə aparmaqla işə buraxılışı PQ-yə xidmət edən operativ heyətdən işəburaxan tərəfindən yerinə yetirilir.

İş icraçısı xətti briqada ilə birlikdə PQ-dən müstəqil çıxa bilər.

2.3.4.2. Birləşmələrin yüksək tezlikli kabellərində və süzgəclərində, rabitə kondensatorlarında və yüksək tezlikli çəpərləmələrdə işlər qeyd olunan avadanlıqlara xidmət edən işçilərə verilən naryad üzrə aparılır.

İş yerinin hazırlanmasını və işə buraxılışı PQ-yə xidmət edən işçilər yerinə yetirir.

2.3.4.3. PQ-nin ərazisində və kabel tikililərində, PQ-də yerləşən KX-nin uc muftalarında və bağlamalarında işlər HX-yə xidmət edən işçilərə verilən naryad üzrə aparılır.

İşə buraxılışı PQ-yə xidmət edən işçilər yerinə yetirir.

 

2.3.5. İstilik qurğularında işlərin naryad-buraxılış üzrə təşkili

 

2.3.5.1. Naryad-buraxılış üzrə istilik qurğularında, avadanlıqlarında və şəbəkələrində aşağıdakı işlər yerinə yetirilir:

a) iş yerinin hazırlanmasını tələb edən istilik qurğularının təmiri;

b) boru kəmərlərində bağlayıcıların quraşdırılması və çıxarılması (suyunun temperaturu 45ºC-dən aşağı olan boru kəmərlərindən başqa);

c) avadanlıqların quraşdırılması və sökülməsi;

ç) cihazlar üçün gilizlərin və ştuserlərin keçirilməsi, ölçü diafraqmalarının və sərfiyyat ölçən cihazların quraşdırılması və çıxarılması;

d) boru kəmərlərinin və boru kəmərlərindən çıxarılmadan armaturların təmiri, impuls xətlərinin təmiri və dəyişdirilməsi;

e) istilik kəmərlərinin təmirə çıxarılması;

ə) boru kəmərlərinin hidropnevmatik yuyulması;

f) istilik şəbəkəsinin hesabat təzyiqinə və istilik daşıyıcısının hesabat temperaturuna görə sınağı;

g) qazla çirklənməyə və elektrik cərəyanı vurmağa görə təhlükəli sayılan yerlərdə işlər;

h) kameralarda, quyularda, aparatlarda, rezervuarlarda, çənlərdə, kollektorlarda, tunellərdə, boru kəmərlərində, kanallarda işlər;

x) avadanlıqların kimyəvi təmizlənməsi;

i) istilik izolyasiya işləri;

j) korroziyaya qarşı örtüyün çəkilməsi.

Yerli şəraiti nəzərə almaqla naryad-buraxılış üzrə digər işlər də görülə bilər. Bu halda belə işlərin siyahısını müəssisənin rəhbəri (texniki rəhbəri) təsdiq etməlidir.

2.3.5.2. Texnoloji prosesin kəsilməsinə gətirib çıxarmayan istilik texniki avadanlıqların istehsalat istismarı prosesində yerinə yetirilən işlər növbətçi (operativ) heyət, operativ-təmir heyəti tərəfindən onların funksional vəzifələri çərçivəsində yerinə yetirilir.

Bu işlərə daim icazə verilən və əlavə göstərişlər, sərəncamlar, məqsədli təlimatlandırma tələb etməyən və cari istismar qaydasında yerinə yetirilən aşağıdakı işlər aid edilir:

a) operativ-təmir heyəti tərəfindən onlara təhkim olunmuş avadanlıqlarda yerinə yetirilən, həcmcə böyük olmayan (müddəti bir növbədən çox olmayan) təmir və sazlama və istilik texniki avadanlıqlara texniki xidmət üzrə digər işlər;

b) avadanlıqların iş rejimini dəyişməyi, xüsusi iş yerinin hazırlanmasını tələb etməyən diaqnostik işlər, o cümlədən, istehsalat struktur bölmələrinin qeyri-istismar mütəxəssisləri tərəfindən yerinə yetirilən işlər.

 

2.4. İşlərin sərəncam üzrə təşkili

 

2.4.1. Ümumi tələblər

 

2.4.1.1. Sərəncam bir dəfəlik xarakter daşıyır və onun qüvvədə olma müddəti icraçıların iş gününün müddəti ilə təyin olunur.

İşi davam etdirmək zərurəti yarandıqda, o cümlədən işin şərtləri və briqada tərkibi dəyişdikdə sərəncam yenidən verilməlidir.

İşdə fasilələr olduqda sərəncam üzrə gün ərzində təkrar buraxılışı iş icraçısı yerinə yetirir.

2.4.1.2. Sərəncam iş icraçısına, işəburaxana və ya iş yerinin hazırlanmasına və buraxılışa icazə verən şəxsə verilir.

Elektrik və istilik qurğularında daimi operativ xidmət olmadıqda, iş yerinə buraxılış tələb olunmayan hallarda sərəncam bilavasitə işi yerinə yetirən işçiyə və ya briqadaya verilə bilər.

Sərəncam verilərkən əlçatan rabitə vasitələrindən, telefondan, radiorabitədən, internet şəbəkəsindən istifadə oluna bilər.

2.4.1.3. Sərəncam əsasında yerinə yetirilməsi nəzərdə tutulan işlər naryad verən şəxsin qərarına görə naryad üzrə yerinə yetirilə bilər.

2.4.1.4. Bir neçə elektrik və ya istilik qurğularında, avadanlıqlarında və şəbəkələrində növbəli şəkildə yerinə yetirilən eyni növ işlərlə bağlı bir sərəncam verilə bilər.

2.4.1.5. Sərəncam naryad və sərəncamlar üzrə işlərin uçotu jurnalında rəsmiləşdirilməlidir.

 

2.4.2. Elektrik qurğularında sərəncam üzrə işlərin təşkili

 

2.4.2.1. Sərəncam üzrə işlər cərəyan daşımayan hissələrdə, gərginliyin çıxarılması tələb olunmayan və müvəqqəti çəpərlərin qurulması zamanı görülən işlərlə bağlı verilə bilər.

2.4.2.2. Sərəncam üzrə gərginliyi 1000 V-dək olan elektrik qurğularında yığma şinlərə gərginlik verilə bilən PQ-nin yığma şinlərində və birləşmələrində görülə bilən işlər istisna olmaqla, digər işlərin yerinə yetirilməsinə icazə verilir.

Bu zaman işi təmir heyətindən ən azı iki nəfər yerinə yetirməlidir, onlardan birinin elektrik təhlükəsizliyinə görə III-dən aşağı olmayan, digərinin isə II və daha yuxarı olan qrupu olmalıdır.

2.4.2.3. İkinci dövrələrin, ölçü cihazlarının, rele mühafizəsi qurğularının, elektrik avtomatikası, telemexanika və rabitə, kommutasiya aparatlarının intiqallarında və aqreqat şkaflarında işlər də daxil olmaqla, işlərin sərəncam əsasında yerinə yetirilməsinə icazə verilir.

2.4.2.4. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında III-dən aşağı olmayan qrupla işləyən iş icraçısı səlahiyyətlərinə malik işçi sərəncam üzrə təkbaşına işləyə bilər.

2.4.2.5. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında sərəncam üzrə işlərin yerinə yetirilməsinə icazə verilir:

a) kabelin açıldığı və onun uclarının qısa qapandığı və torpaqlandığı elektrik mühərriklərində;

b) girişindən şinlər və kabellər ayrılmış generatorlarda;

c) PQ-lərdə, çəpərləri qıfılla bağlanmış, irəli sürülmüş KPQ-lərdə.

2.4.2.6. Elektrik qurğularında elektrik təhlükəsizliyinə görə III-dən aşağı olmayan qrupla təkbaşına işləyən işçilərə sərəncamla aşağıdakı işləri aparmağa icazə verilir:

a) yağın təmizlənməsi və qurudulması zamanı yağtəmizləyən və digər köməkçi aparatlara xidmət;

b) elektrik mühərriklərində və transformatorların və kompressorların ventilyatorlarının və yağ nasoslarının mexaniki hissələrində icra edilən işlər;

c) havatəmizləyici süzgəclərin yoxlanılması və onlardakı sorbentlərin dəyişdirilməsi işləri;

ç) pirometrlər və teplovizorlar vasitəsilə kontakt birləşmələrinin yoxlanılması işləri;

d) elektrik maşınlarının titrəyişlərinin ölçülməsi işləri;

e) işdən çıxarılmış avadanlıqların qurudulması və təmizlənməsinə nəzarət;

ə) avadanlıqların və PQ-nin kameralarından kənarda olan çəpərlərin üz yazılarının yenilənməsi işləri;

f) APQ ərazilərinin abadlaşdırılması, otların biçilməsi və təmizlənməsi, yolların və keçidlərin qardan təmizlənməsi işləri.

2.4.2.7. Elektrik qurğularında elektrik təhlükəsizliyinə görə II və daha yuxarı qrupla təkbaşına işləyən işçilərə sərəncamla aşağıdakı işləri aparmağa icazə verilir:

a) asan keçilən yerlərdə, günün işıqlı vaxtında, hava əlverişli olduqda HX-yə baxış;

b) dayağın vəziyyətinin qiymətləndirilməsi;

c) ağac dayaqların yerə yaxın diblərinin çürüməyə görə yoxlanılması;

ç) dayaqlar üzərində daimi yazıların və təhlükəsizlik nişanlarının bərpası;

d) cihazlarla naqildən yerə kimi və mühəndis tikililərinin qabaritlərinin ölçülməsi;

e) dayaq ətrafının quru bitkilərdən və digər yanar materiallardan təmizlənməsi;

ə) dirəklərin bərkidici bandajlarının rənglənməsi.

 

2.5. Qısamüddətli və təxirəsalınmaz işlər

 

2.5.1. Elektrik və ya istilik qurğularında iş yerinin hazırlanması nəzərə alınmadan, müddəti 1 saatdan çox olmayan qısamüddətli və təxirəsalınmaz işləri sərəncam üzrə həmin qurğuya xidmət edən operativ-təmir heyəti və ya onun nəzarəti altında təmir heyəti yerinə yetirə bilər.

2.5.2. İcrası üçün 1 saatdan çox vaxt tələb edilən və ya nəzarətçi də qoşulmaqla üç nəfərdən çox işçinin iştirakı ilə qısamüddətli və təxirəsalınmaz işlər naryad üzrə aparılmalıdır.

Göstərilən işlər işə buraxılışdan öncə iş yerinin hazırlanması üzrə zəruri təşkilati və texniki tədbirlər yerinə yetirilməklə aparılmalıdır.

2.5.3. Elektrik qurğularında qısamüddətli və təxirəsalınmaz işlərə aid edilir:

a) kabellərin, naqillərin, şinlərin avadanlıqlardan və ya qurğulardan ayrılması və ya birləşdirilməsi;

b) Gərginliyi 0,4 kV olan HX-nin, həmçinin bütün siniflərdən olan KX-nin, fazalanması, KX-nin dövrələrinin tamlığının yoxlanılması, transformatorun budaqlanmasının çevrilmələri, yağın nümunəsinin götürülməsi və doldurulması, yağın təmizlənməsi və qurudulması üçün aparatın birləşdirilməsi və ayrılması, cərəyan daşıyan hissələrin qızmasının və titrəyişlərinin yoxlanılması, elektrik ölçü kəlbətini ilə ölçmələr.

2.5.4. Elektrik qurğularında qısamüddətli işlərə aid edilir:

a) normal işin pozulması istehlakçıların elektrik qurğularına və elektrik təchizatına təhlükə yaradan və ya bu cür pozulmaya gətirib çıxaran nasazlıqların aradan qaldırılması üzrə işlər;

b) naqillərdən və şinlərdən kənar əşyaların, HX-nin naqillərindən yıxılmış ağacların, budaqların və s. çıxarılması.

2.5.5. Bu Qaydanın 2.5.3 və 2.5.4-cü yarımbəndlərində göstərilən fəaliyyətlər üzrə işləri yerinə yetirən operativ-təmir heyətindən vəzifəcə böyük və ya təmir heyətinə nəzarətçi 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında işləyərkən elektrik təhlükəsizliyinə görə qrupu IV-dən aşağı olmamalıdır və gərginliyi 1000 V-dək olan elektrik qurğularında işləyərkən elektrik təhlükəsizliyinə görə qrupu III-dən aşağı olmamalıdır.

 

2.6. Elektrik qurğularında işlər görülərkən briqadanın tərkibi

 

2.6.1. Briqada üzvlərinin sayı və onun tərkibi işçilərin ixtisas dərəcəsi, elektrik təhlükəsizliyinə görə qrupu, işlərin yerinə yetirilmə şərtləri və briqada üzvlərinə nəzarətin təmin edilməsi imkanı nəzərə alınmaqla, iş icraçısı və ya nəzarət edən şəxs tərəfindən təyin olunur.

Briqadada hər bir elektrik təhlükəsizliyi üzrə III və daha yuxarı qrupu olan işçiyə elektrik təhlükəsizliyi üzrə I qrupu olan bir işçi təhkim etməyə icazə verilir. Lakin bu halda elektrik təhlükəsizliyi üzrə I qrupu olan briqada üzvlərinin sayı üçdən artıq olmamalıdır.

2.6.2. Operativ heyəti növbətçilikdə olduqda, daha yuxarı vəzifəli operativ heyətin icazəsilə əməliyyat jurnalında qeyd olunmaqla və naryadda sənədləşdirməklə təmir briqadasında işlərə cəlb oluna bilər.

2.6.3. Naryadla işlər yerinə yetirilərkən briqadanın tərkibini dəyişməyə naryad verənə və ya həmin elektrik qurğusunda işlərə naryad vermə hüququna malik digər işçiyə icazə verilir.

Briqadanın tərkibini dəyişmə haqqında göstəriş səs rabitəsi vasitələrindən istifadə etməklə şifahi və ya kuryer vasitəsilə işəburaxana, iş üzrə məsul rəhbərə və ya iş icraçısına verilir. Onlar da öz imzalarının altında dəyişmə haqqında göstəriş verən şəxsin soyadını və adını qeyd edirlər.

2.6.4. İş üzrə məsul rəhbər, iş icraçısı (nəzarətçi) briqada tərkibinə daxil olunan işçilərlə məqsədli təlimatlandırma aparırlar.

2.6.5. Təlimatlandırmanın aparılması iş üzrə məsul rəhbərin, iş icraçısının (nəzarətçinin) və işçilərin imzaları və naryad-buraxılışın formasında edilən qeyd ilə sənədləşdirilir.

2.6.6. İş üzrə məsul rəhbər və ya iş icraçısı dəyişdikdə, o cümlədən briqadanın ilkin tərkibinin yarısından çoxu dəyişdikdə, naryad yenidən verilməlidir.

 

2.7. İş yerinin hazırlanması və işə buraxılış üçün icazənin verilməsi

 

2.7.1. İş yerinin hazırlanması və briqadanın işə buraxılışı yalnız iş yerinin hazırlanması və briqadanın işə buraxılışı üçün icazə vermə hüququ olan işçinin icazəsini aldıqdan sonra yerinə yetirilə bilər.

2.7.2. İş yerinin hazırlanması və briqadanın işə buraxılışı üçün icazə iş yerinin hazırlanması və briqadanın işə buraxılışını yerinə yetirən işçiyə şəxsən, telefonla, radiorabitə ilə və ya internetlə, kuryer vasitəsilə və ya operativ heyət vasitəsilə verilir.

İş yerinin hazırlanması və briqadanın işə buraxılışı üçün bu cür icazənin briqadanın iş yerinə gələnə qədər verilməsinə icazə verilmir.

2.7.3. Briqadanın işə buraxılışına yalnız bir naryad üzrə icazə verilir.

 

2.8. İş yerinin hazırlanması və işə buraxılış

 

2.8.1. İş yerinin hazırlığı üzrə naryadda nəzərdə tutulmuş tədbirləri dəyişməyə icazə verilmir, xüsusilə, iş başlayanadək yerinə yetirilmiş və iş yerində işçiyə təhlükəli istehsalat amillərinin təsirlərinin qarşısını almaq üçün texniki tədbirləri dəyişməyə icazə verilmir.

İş yerinin hazırlığı və işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə tədbirlərin kifayət qədər olmasına və düzgünlüyünə şübhələr yarandıqda iş yerinin hazırlığı dayandırılmalı, nəzərdə tutulmuş işlər təhlükəsizliyə şübhə yaradan texniki tədbirlərin aradan qaldırılması nəzərdə tutulmuş yeni naryad verilənə kimi təxirə salınmalıdır.

2.8.2. İş icraçısı, işəburaxanın da vəzifəsini yerinə yetirirsə, bu hallarda iş yerinin hazırlığını o, briqada üzvlərindən III qrupa malik işçi ilə birlikdə yerinə yetirir.

2.8.3. İşəburaxan işə buraxılışdan öncə iş yerinin hazırlığı üzrə texniki tədbirlərin yerinə yetirilmə vəziyyətinə şəxsən baxış keçirməli və texniki tədbirlərin yerinə yetirilmiş olduğuna əməliyyat jurnalda edilmiş qeydlər və əməliyyat sxemi üzrə müəssisənin işlərində iştirak edən operativ və operativ-təmir heyətinin məlumatları əsasında əmin olmalıdır.

2.8.4. Məsul rəhbər və iş icraçısı (nəzarətçi) işə buraxılışdan öncə işə buraxandan işlərin yerinə yetirilməsi üçün iş yerini hazırlayarkən hansı tədbirlərin görüldüyünü aydınlaşdırmalı və işəburaxanla birlikdə şəxsən iş yeri hüdudları çərçivəsində baxış keçirməklə bu hazırlığın vəziyyətini yoxlamalıdır.

Operativ heyət olmadıqda, onun icazəsilə işlərin yerinə yetirilməsi üçün iş yerinin hazırlığını məsul rəhbər və iş icraçısı müstəqil yerinə yetirə bilər.

2.8.5. Naryad və sərəncam üzrə işə buraxılış bilavasitə iş yerində aparılmalıdır.

İş yerinin hazırlanması lazım olmayan, sərəncam üzrə işəburaxılışı iş yerində aparmaq vacib deyil.

2.8.6. Naryad və sərəncam üzrə işə buraxılış iş yerinin hazırlığı yoxlandıqdan sonra aparılır. Bu halda işəburaxan aşağıdakıları etməyə borcludur:

a) briqada tərkibinin naryadda və ya sərəncamda göstərilmiş vəsiqələrə uyğunluğunu yoxlamalıdır;

b) iş yerinin hazırlanması üzrə məqsədli təlimatlandırma aparmalıdır.

2.8.7. Naryad və sərəncam üzrə işə başlamazdan öncə elektrik qurğularında konkret işlərin yerinə yetirilməsi üçün təhlükəsizlik üzrə göstərişləri nəzərdə tutan naryadı verən və sərəncam verəndən briqada üzvünə və ya icraçıya kimi ardıcıl dövrəni əhatə edən işçilər kateqoriyası üçün məqsədli təlimatlandırma aparılmalıdır.

Məqsədli təlimatlandırma aparılmadan işə buraxılışa icazə verilmir.

2.8.8. Naryad üzrə məqsədli təlimatlandırmanı aparmalıdırlar:

a) naryadı verən şəxs - işlərin rəhbəri və ya əgər rəhbər təyin olunmayıbsa, iş icraçısı (nəzarətçi) ilə;

b) işəburaxan - işlərin rəhbəri, iş icraçısı (nəzarətçi) və briqada üzvləri ilə;

c) işlərin rəhbəri - iş icraçısı (nəzarətçi) və briqada üzvləri ilə;

ç) nəzarətçi - qeyri-elektrotexniki heyətdən olan briqada üzvləri ilə, onlar tərəfindən elektrik qurğularında işlər aparıldıqda.

d) iş icraçısı - briqada üzvləri ilə.

Naryad verən tərəfindən aparılan məqsədli təlimatlandırmanın qeydiyyatı naryad-buraxılışın blankında sənədləşdirilir, məqsədli təlimatlandırma və işə buraxılış işəburaxanın, iş icraçısının (nəzarətçinin), işlər rəhbərinin və briqada üzvlərinin imzaları ilə sənədləşdirilir.

2.8.9. Sərəncam üzrə işlər zamanı məqsədli təlimatlandırmanı aparmalıdırlar:

a) sərəncamı verən şəxs - iş icraçısı (nəzarətçi) ilə, iş yerinə buraxılış tələb olunmayan hallarda isə - iş icraçısı (nəzarətçi) və briqada üzvləri ilə;

b) işəburaxan - iş icraçısı (nəzarətçi) və briqada üzvləri ilə;

c) iş icraçısı - briqada üzvləri ilə.

Sərəncam üzrə işləyərkən məqsədli təlimatlandırmanın sənədləşdirilməsi qaydası müəssisənin lokal normativ hüquqi aktları ilə təyin olunur.

2.8.10. Naryadı verən, sərəncam verən işçi məqsədli təlimatlandırmanı telefonla da icra edə bilər.

Briqada tərkibinə yeni üzv daxil edildikdə, bir qayda olaraq, iş icraçısı (nəzarətçi) təlimatlandırma aparmalıdır.

2.8.11. Naryadı verən, sərəncam verən işçi, işlərə məsul rəhbər, iş icraçısı onlar tərəfindən keçirilən məqsədli təlimatlandırmada elektrik və ya istilik qurğularında işlər zamanı təhlükəsizlik məsələləri ilə yanaşı, yükqaldıran maşın və mexanizmlərdən, alətlərdən və ləvazimatlardan istifadə etməklə işlərin təhlükəsiz aparılması texnologiyaları üzrə dəqiq göstərişlər də verməlidirlər (AZS 587-2011, 2.4. “a”-“Yüklərin mexanizmlərlə yüklənməsi, boşaldılması və daşınması).

2.8.12. Nəzarətçi briqada üzvlərini elektrik cərəyanı vurması mümkünlüyünü istisna edən, işlərin təhlükəsiz aparılması tədbirləri barədə və briqada üzvlərinin elektrik qurğularının ərazisində hərəkət qaydaları barəsində təlimatlandırmalıdır. İş icraçısı briqadanı işlərin təhlükəsiz icrası texnologiyası, alətlərin və ləvazimatların istifadəsi məsələləri ilə təlimatlandırmalıdır.

İş icraçısı məqsədli təlimatlandırmada briqada üzvlərinə elektrik cərəyanı vurmasının qarşısını almaq məqsədilə ətraflı göstərişlər verməlidir.

2.8.13. İşəburaxan məqsədli təlimatlandırmada briqada üzvlərini naryadın və sərəncamın məzmunu ilə tanış etməli və aşağıdakıları göstərməlidir:

a) iş yerinin sərhədlərini;

b) yönəldilmiş gərginliyin olmasını (elektrik qurğularında işləyərkən);

c) avadanlığın iş yerinə yaxın olan avadanlığı və təmir olunan avadanlığın cərəyan daşıyan hissələrini və gərginlik altında olub-olmamasından asılı olmayaraq yaxınlaşmağa icazə verilməyən qonşu birləşmələri.

2.8.14. Naryad üzrə işləyərkən məqsədli təlimatlandırmaları, təlimatlandırmanı aparan şəxslər və təlimatlandırılan şəxslər bu Qaydada nəzərdə tutulmuş formada naryadın cədvəllərində imza etməlidir.

Sərəncam üzrə işləyərkən məqsədli təlimatlandırmaları, təlimatlandırmanı aparan şəxslər və təlimatlandırılan şəxslər naryad və sərəncamlar üzrə işlərin uçotu jurnalında sənədləşdirməlidir.

2.8.15. Məqsədli təlimatlandırmaları aparmadan və sənədləşdirmədən briqadanın iş yerinə buraxılışı qadağandır.

2.8.16. Naryad üzrə işə buraxılış, naryadın iş icraçısında (nəzarətçidə) qalan nüsxəsində sənədləşdirilir.

2.8.17. Daimi operativ heyəti olan elektrik və ya istilik qurğularında işə buraxılışın işəburaxan tərəfindən, digər hallarda isə iş icraçısı tərəfindən icra edilməsinə icazə verilir.

2.8.18. Sərəncam üzrə işə buraxılış naryad və sərəncamlar üzrə işlər jurnalında və əməliyyat jurnalında qeyd edilməklə sənədləşdirilir.

 

2.9. İşlərin yerinə yetirilməsinə nəzarət

 

2.9.1. İşə buraxılışdan sonra briqada tərəfindən təhlükəsizlik tələblərinə riayət edilməsinə nəzarət iş icraçısına (məsul rəhbərə, nəzarətçiyə) həvalə olunur. İş icraçısı (məsul rəhbər, nəzarətçi) öz işini elə təşkil etməlidir ki, iş sahəsinin daha təhlükəli işlərin yerinə yetirildiyi hissəsində olmaqla mümkün qədər bütün briqada üzvlərinə nəzarəti apara bilsin.

Hər hansı işi yerinə yetirərkən nəzarətçi və müşahidəçi vəzifələrini birləşdirməyə icazə verilmir.

2.9.2. İş icraçısının (müşahidəçinin) iş yerindən müvəqqəti getmə zərurəti yarandıqda, əgər onu işlər rəhbəri, işəburaxan və ya həmin elektrik qurğusuna naryad vermək səlahiyyəti olan işçi əvəz edə bilmirsə, iş icraçısı briqadanı iş yerindən çıxarmalıdır.

İş icraçısının (müşahidəçinin) iş yerində müvəqqəti olmaması hallarında (30 dəqiqədən çox olmamaqla) o özünün olmadığı müddətdə naryadı onu əvəz edən şəxsə verməlidir.

2.9.3. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında sərəncam üzrə işlərin yerinə yetirilməsi zamanı iş icraçısına müvəqqəti kənarlaşmağa (lakin 30 dəqiqədən çox olmamaqla) icazə verilir.

Bu halda elektrik təhlükəsizliyi üzrə III-dən aşağı olmayan qrupa malik bir neçə briqada üzvünün iş yerində qalaraq işlərini davam etdirməsinə icazə verilir.

2.9.4. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında iş icraçısının (müşahidəçinin) tək qalması və ya briqada üzvlərinin iş icraçısı (müşahidəçi) olmadan qalması qadağan olunur.

Aşağıdakı işlər istisna olunmuş sayılır:

a) intiqalları digər otaqlara keçirilmiş açarların, ayırıcıların tənzimlənməsi;

b) rele mühafizəsi, elektrik avtomatikası, siqnallama, ölçü, rabitə və digər qurğuların, ikinci dövrələrin quraşdırılması və yoxlanılması;

c) güc və nəzarət kabellərinin çəkilməsi;

ç) sınağı aparılan avadanlığı müşahidə etmək və kənar şəxslərə ona yaxınlaşmağın təhlükəli olduğu barədə xəbərdarlığı yerinə yetirmək tələb olunan hallarda yüksək gərginlik verməklə elektrik avadanlığının sınaqları.

2.9.5. İş icraçısının icazəsi ilə bir və ya bir neçə briqada üzvünün iş yerindən müvəqqəti getməsinə icazə verilir. Bu zaman onları briqada tərkibindən çıxarmaq tələb olunmur.

Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında iş yerində qalan briqada üzvlərinin sayı iş icraçısı da daxil olmaqla, iki nəfərdən az olmamalıdır.

2.9.6. İş yerinə qayıdan briqada üzvləri işə yalnız iş icraçısının icazəsi ilə başlaya bilərlər.

Əgər elektrik avadanlığı olan otaq qıfılla bağlana bilmirsə, briqada üzvləri qayıdanadək iş icraçısının iş yerini tərk etmə hüququ yoxdur.

2.9.7. Bu Qaydanın tələblərinin pozulması aşkarlandıqda və ya işçilərin təhlükəsizliyi üçün təhlükə yaradan digər hallar aşkarlandıqda briqada üzvləri iş yerindən çıxarılmalı, iş icraçısı naryadı işəburaxana verməlidir.

Yalnız aşkarlanan pozuntular aradan qaldırıldıqdan sonra ilkin buraxılışın tələblərinə riayət etməklə briqada iş yerinə buraxıla bilər.

2.9.8. Briqadanın tərkibini dəyişmək üçün naryad verənə və ya həmin elektrik qurğusuna naryad verməyə hüququ olan işçiyə icazə verilir.

Briqada tərkibində dəyişiklik edilməsi barədə göstərişin işəburaxana, məsul rəhbərə və ya iş icraçısına (müşahidəçiyə) məlumatı rabitə vasitələri ilə (telefon, radio və ya İnternet şəbəkəsi) və ya kuryer vasitəsilə verilir. Bu şəxslər naryadda müvafiq dəyişiklik edir və öz imzaları ilə göstəriş verənin adı və soyadını qeyd etməklə təsdiqləyirlər.

Briqada tərkibində dəyişiklik edildikdə iş icraçısı (müşahidəçi) briqada tərkibinə daxil edilmiş işçiləri təlimatlandırmalıdır.

2.9.9. Məsul rəhbərin və ya işin icraçısının (nəzarətçinin) əvəz edilməsi, briqadanın tərkibinin yarıdan çoxunun dəyişdirilməsi və ya iş şərtlərinin dəyişməsi hallarında naryad yenidən verilməlidir.

 

2.10. Digər iş yerinə köçürülmə

 

2.10.1. Briqada üzvlərinin yeni iş yerinə köçürülməsi iş icraçısında (nəzarətçidə) olan naryadın nüsxəsində sənədləşdirilir.

2.10.2. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında, yarımstansiyalarda briqadanın digər iş yerinə köçürülməsini işəburaxan həyata keçirir.

Köçürülməni işlər rəhbəri və ya iş icraçısı (nəzarətçi) da yerinə yetirə bilər, bir şərtlə ki, naryad verən belə köçürülməni naryad-buraxılışda qeyd etməklə onlara həvalə etmiş olsun.

2.10.3. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında və bir HX-nin, HRX, KX, HİX-nin müxtəlif iş yerlərindən digər iş yerlərinə köçürməni naryadda sənədləşdirmədən iş icraçısı yerinə yetirə bilər.

2.10.4. Avadanlığı açmadan işlər görülərkən naryadda sənədləşdirmə yalnız briqadanın bir PQ-dən digərinə köçürülməsi zamanı tələb olunur.

2.10.5. Bütün elektrik və ya istilik qurğularında sərəncam üzrə işləyərkən digər iş yerinə köçürülmənin sənədləşdirilməsi tələb olunmur.

 

2.11. İşdə fasilələrin rəsmiləşdirilməsi, təkrar işə buraxılış

 

2.11.1. İşin başa çatması ilə əlaqədar işdə fasilə zamanı briqada iş yerindən çıxarılmalıdır.

İş günü ərzində işdə fasilələr zamanı (nahar, işlərin icrası şərtləri üzrə) briqada iş yerini tərk edir, otaqların qapıları qıfıllanaraq bağlanır.

Təhlükəsizlik plakatları, çəpərlər, bayraqcıqlar, quraşdırılmış torpaqlanmalar çıxarılmır (qoşulmuş torpaqlanma bıçaqları açılmır).

2.11.2. İş icraçısı (nəzarətçi) naryadı işəburaxana verməyə borcludur, o olmadıqda isə, naryadı onun üçün ayrılmış yerdə qoymalıdır (məsələn, qüvvədə olan naryadlar üçün papkada). Daimi operativ heyəti olmayan elektrik qurğularında iş icraçısına (nəzarətçiyə) iş günü başa çatdıqda naryadı özündə saxlamağa icazə verilir.

İş icraçısı (nəzarətçi) işin başa çatdığını özündə olan naryad nüsxəsində imzası ilə sənədləşdirir.

2.11.3. Naryad iş icraçısında (nəzarətçidə) qalır.

Briqada üzvlərinin fasilədən sonra iş icraçısı (nəzarətçisi) olmadan iş yerinə qayıtmağa ixtiyarı yoxdur.

Bu fasilədən sonra işçilərin işə buraxılışını naryadda sənədləşdirmə aparmadan iş icraçısı (nəzarətçi) yerinə yetirir.

2.11.4. Sonrakı günlərdə hazırlanmış iş yerinə təkrar işə buraxılışı işəburaxan və ya onun icazəsilə işlər rəhbəri həyata keçirir. Bu halda vəzifəcə yuxarı olan operativ heyətin icazəsi tələb olunmur.

İş icraçısı (nəzarətçi) işəburaxanın icazəsilə briqadanı hazırlanmış iş yerinə buraxa bilər, bir şərtlə ki, bu naryad-buraxılışın müvafiq sətrində qeydlə ona həvalə edilmiş olsun.

Növbəti gün işlərə yenidən başladıqda, iş icraçısı (nəzarətçi) onlar tərəfindən iş yerində saxlanılan təhlükəsizlik plakatlarının, çəpərlərin, bayraqcıqların, həmçinin quraşdırılmış torpaqlanmaların (qoşulmuş torpaqlanma bıçaqlarının) tamlığına və sazlığına əmin olmalıdır və briqadanı işə buraxmalıdır.

2.11.5. Əgər işdən kənar vaxtlarda işlərin təhlükəsiz icrası üzrə şərait dəyişilərsə, işəburaxan və ya naryad verən şəxs tərəfindən briqadanın işəburaxan və ya iş icraçısı tərəfindən iş yerinə buraxılışının qarşısını almaq üçün tədbirlər görülməlidir.

 

2.12. İş yerinin təhvil-təslimi, naryad-buraxılışın bağlanması, işin tamamlanmasından sonra göstərişlər

 

2.12.1. İş tam başa çatdıqdan sonra briqada iş yerini səliqəyə salmalıdır.

İşin rəhbəri iş yerini iş icraçısından qəbul edərək onun tam və etibarlı yerinə yetirilməsini, iş yerində kənar əşyaların mövcud olmadığını və iş yerlərinin lazımi təmizliyini yoxlayır və sonra vaxtı və tarixi qeyd etməklə naryadın müvafiq sətrini imzalayır.

Zərurət yaranarsa, iş yerinin qəbulu və naryadın işin tam qurtarması sətrində işin rəhbərinin əvəzinə naryadı verən və ya vaxtını uzadan şəxs imzalaya bilər.

2.12.2. İş tam qurtardıqdan sonra iş icraçısı (nəzarətçi) briqadanı iş yerindən çıxarmalı, texnoloji təchizatı yığışdırmalı (briqada tərəfindən quraşdırılmış çəpərlər, əldə daşınan təhlükəsizlik plakatları, bayraqcıqlar və səyyar torpaqlanmaları (torpaqlanma bıçaqlarını açmalı), elektrik qurğusunun qapılarını qıfılla bağlamalı və naryadda öz imzası ilə işin tam qurtarmasını sənədləşdirməlidir.

İşin rəhbəri iş yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirir.

2.12.3. İş icraçısı (nəzarətçi) işəburaxana, o olmadıqda isə iş yerinin hazırlanmasına və işəburaxılışa icazə verənə işin tam qurtarması haqqında və onlar tərəfindən bu Qaydanın təhlükəsizlik tələblərini yerinə yetirdikləri barədə məlumat verməlidir.

2.12.4. İşin tam qurtarmasının sənədləşdirilməsindən sonra iş icraçısı (nəzarətçi) iş yerini və naryadı işəburaxana təhvil verməlidir, o olmadıqda isə naryadı bunun üçün ayrılan yerdə saxlamalıdır.

2.12.5. Əgər işin tam qurtarmasından sonra naryadın verilməsi çətinləşərsə, işəburaxanın və ya iş yerinin hazırlanmasına icazə verən şəxsin icazəsi ilə iş icraçısı (nəzarətçi) naryadı özündə saxlaya bilər.

2.12.6. Bu halda, şəxs həmçinin iş icraçısı və işəburaxanın vəzifəsini eyni zamanda daşıyırsa, o naryadı növbəti gündən gec olmayaraq daimi operativ heyətin naryadın bir nüsxəsinin qaldığı naryadların uçotunu aparan və uzaqda yerləşən sahə inzibati-texniki heyətinin naryad verən üzvünə təqdim etməlidir.

2.12.7. İşin tam qurtarması ilə bağlı sənədləşdirilmiş naryadı aldıqdan sonra işəburaxan iş yerinə baxış keçirməli, iş yerinin hazırlanmasına və işə buraxılışa icazə verən şəxsə işin tam qurtarması və elektrik qurğularının qoşula biləcəyi mümkünlüyü barədə məlumat verməlidir.

2.12.8. Bağlanmış naryad-buraxılış struktur bölməsinin rəhbərində saxlanılır.

Naryad-buraxılışın saxlanma müddəti yüksək təhlükəli işlərin növlərinin aparılması üçün konkret reqlamentləşdirilmiş normativ hüquqi aktlara müvafiq olaraq təyin olunur.

 

2.13. İşlərin tam bitirilməsindən sonra elektrik qurğusunun qoşulması

 

2.13.1. Elektrik qurğusunu qoşmağa yalnız iş yerinin hazırlanması və buraxılış üçün icazə verən şəxsə və ya onu əvəz edən işçiyə, bu icazəni (sərəncamı) aldıqdan sonra icazə verilir.

2.13.2. Elektrik qurğusunun qoşulmasına icazə (sərəncam) yalnız işlərin tam bitməsi və elektrik qurğusunda işə buraxılış üçün icazələri olan bütün buraxılış verənlərdən elektrik qurğusunu qoşa bilmək imkanı barədə məlumatın alınmasından sonra verilə bilər.

2.13.3. İşlərin tamamlanmasından sonra elektrik qurğusunun qoşulmasına icazə (sərəncam) almış operativ-təmir heyəti işçisi qoşmadan öncə elektrik qurğusunun qoşulmaya hazır olmasına əmin olmalıdır və:

a) iş yerində alətlər, vasitələr, yad əşyalar və s. olmamasını yoxlamalıdır;

b) operativ-təmir heyəti tərəfindən iş yerlərinin hazırlığı zamanı quraşdırılan müvəqqəti çəpərləri, daşınan təhlükəsizlik plakatlarını və torpaqlanmaları (torpaqlanma bıçaqlarını) çıxarmalıdır;

c) daimi çəpərləri bərpa etməlidir.

2.13.4. Buraxılış verənə, elektrik qurğularında işlər bitirildikdən sonra onu icazə və ya sərəncam almadan qoşmaq üçün hüquq verilə bilər.

Belə qoşulmaya yalnız o halda hüquq verilə bilər ki, həmin elektrik qurğusunda və ya onun sahələrində işlərə başqa briqadalar buraxılmış olsun.

Belə qoşulma üçün hüququn verilməsi naryad-buraxılışın müvafiq sətrində yazılı qeyd olunmalıdır.

2.13.5. Qəza hallarında operativ-təmir heyəti və ya işə buraxan işə təmirdən çıxarılmış elektrik qurğusunu və ya elektrik avadanlığını briqadanın yoxluğu zamanı işlərin tam bitirilməsinə qədər qoşa bilər, bir şərtlə ki, işin icraçısı gələnə kimi və ya onun naryadı geri qaytarmasına qədər iş yerlərində işin icraçısını və ya briqada üzvlərini elektrik qurğusunun qoşulması və işə davamının qadağan olunması barədə məlumat verməli olan işçilər yerləşdirilsin.

 

2.14. Cari istismar qaydasında icra olunan işlərin təşkil olunması

 

2.14.1. Cari istismar qaydasında əlavə göstərişlər, sərəncam və məqsədli təlimatlandırma tələb olunmadan yerinə yetirilən işlər daim icazə verilən işlər siyahısına daxil edilmiş işlər sayılır.

2.14.2. Cari istismar qaydasında yerinə yetirilən işləri sənədləşdirərkən nəzərə almaq lazımdır:

a) işləyənlərin ixtisası, onların say tərkibi;

b) təhlükəsizliyin təmin edilməsi şərtləri və konkret işlərin təkbaşına yerinə yetirilmə imkanları;

c) elektrik qurğusunun tam və ya onun ayrıca elementlərinin texnoloji prosesdə və ya müəssisənin elektrik təchizatı sistemində vaciblik dərəcəsi.

2.14.3. Cari istismar qaydasında yerinə yetirilən işlərin siyahısında olmalıdır:

a) konkret operativ-təmir heyəti tərəfindən yerinə yetirilməsinə icazə verilmiş işlərin növünü təyin edən göstəriş;

b) cari istismar qaydasında yerinə yetirilən işlərin qeydiyyatı qaydası (işin əməliyyat jurnalında qeyd edilməsi yolu ilə sənədləşdirilməsi, özündən yuxarı operativ-təmir heyətinə işin yeri və xüsusiyyəti, başlanması və bitməsi və s. ilə bağlı məlumat verilməsi).

2.14.4. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında cari istismar qaydasında yerinə yetirilən işlərə aid edilməlidir:

a) elektrik mühərriklərinin naqillərini, elektrik şəbəkələrinin hissələrini və digər avadanlıqları qidalandıran kabellərin ayrılması və birləşdirilməsi;

b) maqnit işəsalanların, avtomat açarların, kəsicilərin, kontaktorların, idarəetmə düymələrinin, digər analoji işəsalma və kommutasiya aparatlarının, onların idarəetmə lövhələrinə və yığmalarına quraşdırılmaması şərtilə təmiri;

c) bəzi elektrik qəbuledicilərinin (elektrik mühərrikləri, elektrik çıraqları, elektrik qızdırıcıları və sair) təmiri;

ç) ayrıca yerləşdirilmiş maqnit stansiyalarının və idarəetmə bloklarının təmiri, elektrik maşınlarının aparatlarının fırçalarına xidmət;

d) 2,5 m-dən çox olmayan hündürlükdə yerləşən qoruyucuların dəyişdirilməsi, işıqlandırma elektrik naqillərinin və armaturlarının təmiri, çıraqların lampalarının dəyişdirilməsi və təmizlənməsi;

e) elektrik sayğaclarının, digər elektrik ölçü cihazlarının və ölçü vasitələrinin çıxarılması və quraşdırılması;

ə) təhkim olunmuş elektrik qurğularında yerinə yetirilən digər işlər.

2.14.5. Cari istismar qaydasında yerinə yetirilən işlərin siyahısında təkbaşına yerinə yetirilə bilən işlər də göstərilməlidir.

2.14.6. Cari istismar qaydasında yerinə yetirilən işlərin aparılmasını təşkil edərkən iş yerinin hazırlanması sonradan lazımı işləri yerinə yetirəcək işçilər tərəfindən icra olunur.

 

2.15. Kənar müəssisələrin işlərin yerinə yetirilməsinə buraxılışı

 

2.15.1. İşlər başlayana qədər istismarçı və kənar müəssisə (KM) tərəfindən birlikdə fəaliyyətdə olan elektrik və ya istilik qurğularında və elektrik və ya istilik veriliş şəbəkəsinin mühafizə zonasında işlərin təhlükəsiz aparılması şəraitlərini təmin edən tədbirlər işlənib hazırlanmalıdır.

2.15.2. KM-nin işçiləri işi yerinə yetirməyə başlamazdan öncə, onların görəcəyi işlərə müvafiq olaraq elektrik və ya istilik qurğularının xüsusiyyətləri nəzərə alınmaqla, qüvvədə olan qanunvericiliyin tələbi ilə əməyin mühafizəsi üzrə təlimatlandırmadan keçməlidir.

2.15.3. Fəaliyyətdə olan elektrik qurğularında elektrik verilişi xəttinin mühafizə zonasında işlər başlayana qədər istismarçı müəssisə kənar müəssisəyə aşağıdakıları təqdim etməlidir:

a) işlərin məzmununu, həcmini və icra müddətini, istifadə olunan mexanizmləri, alətləri və texnikanı;

b) naryad-buraxılış verməyə, işlərin rəhbəri və icraçısı olmağa hüququ olan, istismarçı müəssisənin işəburaxan nümayəndəsi olmağa yol verilən işçilərin siyahısını.

2.15.4. İstismarçı müəssisə, elektrik və ya istilik qurğularında kənar müəssisənin heyəti işlədiyi halda, iş yerində zərərli və təhlükəli amillərdən əməyin mühafizəsini təmin etməyə, həmçinin müvafiq qurğularda işləyərkən təhlükəsizlik üzrə tələblərin yerinə yetirilməsinə görə cavabdehdir.

2.15.5. Kənar müəssisə öz işçilərinin elektrik təhlükəsizliyi üzrə ixtisas dərəcələrinin və qruplarının görülən işə uyğunluğuna, həmçinin onların bu Qaydanın və NHA əməyin mühafizəsi və təhlükəsizliyi üzrə tələblərə riayət etmələrinə görə məsuliyyət daşıyır.

 

3. İstehlakçıların və elektrik şəbəkələrinin elektrik qurğularını istismar edərkən təhlükəsizlik texnikası qaydası

 

3.1. Gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin təhlükəsizliyini təmin edən texniki tədbirlər

 

3.1.1. Açılmalar

 

3.1.1.1. Elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün aşağıda göstərilmiş qaydada texniki tədbirlər yerinə yetirilməlidir:

a) zəruri açılmalar aparılmalıdır;

b) kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulması nəticəsində iş yerinə gərginlik verilməsinin qarşısını alan tədbirlər görülməlidir;

c) kommutasiya aparatlarının əl intiqallarına və məsafədən idarəetmə açarlarına qadağanedici plakatlar asılmalıdır;

ç) torpaqlanmalı olan cərəyan daşıyan hissələrdə gərginliyin olmaması yoxlanılmalıdır;

d) torpaqlanma qoyulmalıdır (torpaqlanma bıçaqları qoşulmalıdır, onların olmadığı yerlərdə səyyar torpaqlanma qurğusu quraşdırılmalıdır);

e) “torpaqlanma” göstərici plakatları asılmalıdır;

ə) lazım olarsa, iş yerləri və gərginlik altında qalan cərəyan daşıyan hissələr çəpərlənməli və təhlükəsizlik plakatları asılmalıdır.

3.1.1.2. Elektrik qurğularında işlərin icrasının konkret şərtlərindən asılı olaraq, torpaqlanma qoyulmadan öncə və ya sonra cərəyan daşıyan hissələr çəpərlənməlidir.

3.1.1.3. İş yerlərini hazırlayarkən gərginliyi çıxarılmış cərəyan daşıyan hissələrdə aşağıdakılar açılmalıdır:

a) işlər aparılacaq cərəyan daşıyan hissələr;

b) şəxslərin, yükqaldıran maşın və mexanizmlərin “Gərginlik altında olan cərəyandaşıyıcı hissələr arasında icazə verilə bilən məsafələr”-ə müvafiq yol veriləndən yaxın məsafədə səhvən yaxınlaşması mümkün olan çəpərlənməmiş cərəyan daşıyan hissələri”;

c) intiqalları qidalandıran idarəetmə dövrələri;

ç) təmir olunan HX ilə birgə asılmış HRX (radiofikasiya).

3.1.1.4. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularının işlər aparılan yerlərinə kommutasiya aparatları vasitəsilə gərginlik verilə biləcək hər tərəfdə gözlə görünən qırılma olmalıdır. Bu qırılmalar ayırıcılar açılmaqla və bu Qaydanın 3.2.5.1 və 3.2.5.2-ci yarımbəndlərinə müvafiq KPQ şkaflarından araba irəli çəkilməklə, qoruyucular çıxarılmaqla, ayıranlar açılmaqla, aparatların özlərində quraşdırılmış avtomatik qoşulması yay ilə həyata keçirilən yük açarları istisna olmaqla, yük açarlarını açmaqla, naqilləri, kabelləri və şinləri ayırmaqla yerinə yetirilə bilər. Elektrik qurğusunun iş üçün ayrılmış sahəsi ilə əlaqəli güc transformatorları və cərəyan transformatorları açılmalı və əks transformasiya ilə gərginlik verilməsi imkanlarını istisna edən tədbirlər yerinə yetirilməlidir.

Gərginliyi 10 kV olan HX-də işləyərkən gərginliyi 10/0,4 kV olan transformatorların açılması haqqında qərarı naryadı verən şəxs qəbul edir.

Əl ilə (mexaniki) idarə olunan ayırıcıların və yük açarlarının açılmasından sonra vizual yoxlamaqla onların açılmış vəziyyətdə olmalarına və şuntlayıcı aralıq bəndin olmamasına əmin olmaq lazımdır.

3.1.1.5. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında kommutasiya aparatları vasitəsilə iş yerinə gərginlik verə biləcək səhv və ya özbaşına qoşulmaların qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir:

a) yük ayırıcılarının, aralayıcılarının, açarlarının əl intiqalları açılmış vəziyyətdə mexaniki qıfılla bağlanmalıdır;

b) əməliyyat ştanqı ilə idarə olunan ayırıcıların stasionar çəpərləri qıfılla bağlanmalıdır;

c) məsafədən idarə olunan kommutasiya aparatlarının intiqallarının güc dövrələri və idarəetmə dövrələri açılmalıdır, pnevmatik intiqallarında isə, bundan əlavə, sıxılmış hava boru xətlərində siyirmələr bağlanmalı və mexaniki kilidlənməlidir, sıxılmış hava buraxılmalıdır, bu zaman, buraxıcı klapan açıq vəziyyətdə qalmalıdır;

ç) yüklü və ya yaylı intiqallarda, qoşan yük və ya qoşan yaylar işlək olmayan vəziyyətə gətirilməlidir;

d) müvafiq qadağanedici plakatlar asılmalıdır.

3.1.1.6. KPQ-nin kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulmalarının qarşısını almaq üçün irəliyə sürülən arabacıqda bu Qaydanın 3.2.5.1 və 3.2.5.2-ci yarımbəndlərinə müvafiq təhlükəsizlik tələbləri yerinə yetirilir.

3.1.1.7. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlər aparılacaq cərəyan daşıyan hissələrin bütün tərəflərindən əl ilə (mexaniki) idarə olunan intiqallı kommutasiya aparatları vasitəsilə gərginlik çıxarılmalıdır, sxemdə qoruyucular olarsa, qoruyucuları çıxarmaq yolu ilə gərginlik çıxarılmalıdır. Sxemdə qoruyucular olmadıqda, kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulmalarının qarşısının alınması, şkafın dəstəyinin və ya qapısının bağlanması, düymələrin bağlanması, kommutasiya aparatının kontaktları arasında izoləedici taxmaların qurulması və digər bu kimi tədbirlər vasitəsilə yerinə yetirilməlidir. Məsafədən idarə olunan kommutasiya aparatları vasitəsilə gərginlik çıxarılarkən ondan əməliyyat cərəyanı çıxarılmalıdır.

Yuxarıda sadalanan tədbirlər kommutasiya aparatlarından və ya iş aparılacaq avadanlıqdan kabelin, naqillərin ayrılması ilə əvəzlənə bilər.

Bundan əlavə müvafiq qadağanedici plakatlar asılmalıdır.

3.1.1.8. Kontaktlarına baxış üçün əlçatan olmayan gərginliyi 1000 V-dək olan kommutasiya aparatlarının açılmış vəziyyəti (sürüklənməyən avtomatlar, paket açarlar, qapalı vəziyyətdə olan kəsicilər və s.) onların sıxaclarında və ya ayrılan şinlərində, naqillərdə və ya bu kommutasiya aparatları vasitəsilə qoşulan avadanlıqların sıxaclarında gərginliyin olmamasının yoxlanması ilə təyin olunur.

 

3.1.2. İş yerlərinin çəpərlənməsi

 

3.1.2.1. Gərginlik altında olan cərəyan daşıyan hissələri müvəqqəti çəpərləmək üçün, izoləedici materiallardan hazırlanmış lövhələr, ekranlar və s. istifadə oluna bilər.

Gərginliyi çıxarmadan müvəqqəti çəpərlər quraşdırılarkən gərginlik altında olan cərəyan daşıyan hissələrədək məsafə bu Qaydanın 2 nömrəli əlavəsində “Gərginlik altında olan cərəyandaşıyıcı hissələr arasında icazə verilə bilən məsafələr”-də qeyd ediləndən az olmamalıdır.

Gərginliyi 6-10 kV olan elektrik qurğularında, zərurət yarandıqda, bu məsafə 0,35 m-dək qısaldıla bilər.

3.1.2.2. Müvəqqəti çəpərlərin üzərində “DAYAN! GƏRGİNLİK!” yazısı olmalıdır.

3.1.2.3. Gərginliyi 10 kV-a qədər olan elektrik qurğularında cərəyan daşıyan hissələri lövhələrlə çəpərləmək mümkün olmadıqda, açılmış və gərginlik altında olan cərəyan daşıyan hissələrin arasında (məsələn, açılmış kəsici və ayırıcının kontaktları arasında) izolyasiya taxmalarının tətbiq edilməsinə icazə verilir. Bu izolyasiya taxmaları gərginlik altında olan cərəyan daşıyan hissələrə toxuna bilər.

3.1.2.4. İzolyasiya taxmalarını ən azı IV və ya III elektrik təhlükəsizlik qrupuna malik olan iki işçi quraşdırmalı və çıxarmalıdır. IV-dən aşağı olmayan elektrik təhlükəsizlik qrupuna malik şəxs operativ-təmir heyətindən olmalıdır. Taxmalarla əməliyyat zamanı dielektrik əlcəklərdən, izoləedici ştanqlardan yaxud kəlbətindən, qoruyucu eynəklərdən istifadə etmək lazımdır.

3.1.2.5. APQ-də yer səthindən, yaxud özül və ayrıca konstruksiyada quraşdırılmış avadanlıqda işlər aparılarkən iş yeri üzərində çəpərlənmiş sahənin daxilinə yönələn “DAYAN! GƏRGİNLİK” plakatları asılmalı, kəndirlə, yaxud bitki mənşəli və ya sintetik lifli iplə çəpərlənməlidir (nəqliyyat və piyada keçidlər saxlanılmaqla).

3.1.2.6. Kəndiri asmaq üçün çəpərlənmiş məkandan kənarda olan, iş yeri məkanına daxil olmayan konstruksiyalardan istifadə etməyə icazə verilir.

3.1.2.7. Xətti ayırıcılar istisna olmaqla, APQ-dən gərginlik tam çıxarıldıqda bütün ayırıcılar “DAYAN! GƏRGİNLİK!” plakatları asılmış kəndirlə çəpərlənməlidir.

3.1.2.8. APQ-də sərəncam üzrə ikinci dövrələrdə işləyərkən iş yerlərini çəpərləmək tələb olunmur.

3.1.2.9. İş vaxtı heyətə iş yeri hazırlanarkən quraşdırılmış plakatların yaxud müvəqqəti çəpərlərin naryadın “Ayrıca göstərişlər” sətrində göstərilmiş halları istisna olmaqla, yerini dəyişmək və ya onları yığışdırmaq qadağandır.

 

3.1.3. Təhlükəsizlik plakatlarının asılması

 

3.1.3.1. Təhlükəsizlik plakatlarını müvafiq qurumların qəbul etdiyi normativ sənədlərə uyğun olaraq tətbiq etmək lazımdır.

3.1.3.2. İş yerinə gərginliyin verilməsini istisna etmək üçün üzərində “QOŞMA! ADAMLAR İŞLƏYİR!” plakatı asılmalıdır:

a) əl ilə idarə olunan ayırıcıların, aralayıcıların və yük açarlarının intiqallarında (intiqalların dəstəyində);

b) məsafədən və yerli idarəetmə açarlarının və düymələrinin, həmçinin, kommutasiya aparatlarının intiqallarının idarəetmə dövrələrinin və güc dövrələrinin avtomatları və ya çıxarılmış qoruyucuları üzərində;

c) gərginliyi 1000 V-dək olan kommutasiya aparatlarının (avtomat açarların və kəsicilərin) üzərində;

ç) çıxarılmış qoruyucularda - kommutasiya aparatları (avtomat açarları və kəsiciləri) olmayan gərginliyi 1000 V-dək olan qoşulmalarda;

d) birqütblü ayırıcılarda - hər bir qütbün intiqalında;

e) hasarlarda – əməliyyat ştanqı ilə idarə olunan ayırıcılarda;

ə) KPQ-da – bu Qaydanın 3.2.5.1 və 3.2.5.2-ci yarımbəndlərinin tələblərinə uyğun olaraq.

3.1.3.3. Kommutasiya aparatlarının intiqalları, həmçinin HX və KX-də işləmək üçün açılması istifadə olunan kommutasiya aparatlarının açarlarında və düymələrində işləyən briqadanın sayından asılı olmayaraq “QOŞMA! XƏTDƏ İŞLƏR GEDİR” sözləri qeyd olunan bir plakat asılır. Bu plakat iş yerinin hazırlanmasına icazə verən və xətdə işləyən briqadaların sayının uçotunu aparan operativ heyətin göstərişi əsasında asılır və çıxarılır.

3.1.3.4. Açarların pnevmatik intiqallarına havanın girişini bağlayan siyirmələrin üzərində “AÇMA! ADAMLAR İŞLƏYİR” plakatı asılmalıdır.

3.1.3.5. Elektrik qurğularında kommutasiya aparatlarının intiqallarında, həmçinin kommutasiya aparatlarının qoşulanda elektrik qurğusunun torpaqlanma sahəsinə gərginlik verilə bilən idarəetmə açarlarında və düymələrində “TORPAQLANIB” plakatı asılmalıdır.

3.1.3.6. APQ-nin konstruksiyasının üzəri ilə iş yerindən gərginlik altında olan sahələrinin sərhədinədək getmək mümkün olan sahələrində yaxşı görünən “DAYAN! GƏRGİNLİK” plakatı asılmalıdır. Bu plakatları təmir heyətindən elektrik təhlükəsizliyi üzrə III-dən aşağı olmayan qrupa malik işçi, işəburaxanın rəhbərliyi altında quraşdıra bilər.

3.1.3.7. Üzəri ilə elektrik qurğusunun gərginlik altında olan hissələrinə və qalxmaq mümkün olan və onunla həmsərhəd qalxmağa icazə verilmiş qonşu konstruksiyalarda aşağıda “QALXMA! ÖLDÜRƏR!” plakatı asılmalıdır.

3.1.3.8. İş aparmaq üçün üzəri ilə qalxmağa icazə verilmiş stasionar nərdivanların və konstruksiyaların üzərində “BURADAN QALXMAQ” plakatı asılmalıdır.

3.1.3.9. Elektrik qurğularında HX və KX-dən başqa hazırlanmış iş yerlərində ”BURADA İŞLƏMƏLİ” plakatı asılmalıdır.

 

3.1.4. Gərginliyin olmamasının yoxlanılması

 

3.1.4.1. Gərginliyin olmamasını gərginlik göstəricisi vasitəsilə yoxlamaq lazımdır. Gərginlik göstəricisinin sazlığı, öncədən bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi cihazlarla və ya gərginlik altında olan cərəyan daşıyan hissələrə yaxınlaşdırmaqla yoxlanılmalıdır.

3.1.4.2. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında gərginlik göstəricilərindən istifadə elektrik izoləedici əlcəklər və onunla birlikdə üzü mühafizə vasitələri ilə həyata keçirilməlidir.

3.1.4.3. Gərginliyi 35 kV və daha yüksək olan elektrik qurğularında gərginliyin olmamasının yoxlanması üçün izoləedici ştanqlardan istifadə etmək olar. Bunun üçün ştanqı cərəyan daşıyan hissəyə bir neçə dəfə toxundurmaq lazımdır. Qığılcım və titrəyişin olmaması gərginliyin olmaması əlaməti sayılır.

Gərginliyi 330 kV və daha yuxarı olan birdövrəli HX-də taclanmanın olmaması gərginliyin olmaması üçün kifayətdir.

3.1.4.4. Gərginliyi 1000 V-dan yüksək olan elektrik qurğularında gərginliyin olmamasının yoxlanmasını operativ, yaxud operativ-təmir heyətindən elektrik təhlükəsizliyi üzrə qrupu ІV-dən, gərginliyi 1000 V-dək olan elektrik qurğularında isə ІІІ-dən aşağı olmayan bir nəfərin yerinə yetirməsinə icazə verilir.

3.1.4.5. HX-də gərginliyin olmamasının yoxlanmasını iki nəfər yerinə yetirməlidir: gərginliyi 1000 V-dan yüksək olan HX-də elektrik təhlükəsizliyi üzrə qrupu ІV-dən və ІІІ-dən, gərginliyi 1000 V-dək olan HX-də isə ІІІ-dən aşağı olmayan şəxslər yerinə yetirməlidirlər.

3.1.4.6. Yerində sxemi yoxlamaqla və ya bilavasitə avadanlıqda gərginliyin olmamasının yoxlanmasına icazə verilir:

a) xüsusi gərginlik göstəriciləri olmayan hallarda, açıq tipli KPQ, komplekt transformator yarımstansiyası (KTYS), yağ transformator yarımstansiyası (YTYS) və dayaq transformator yarımstansiyası (DTYS), duman və yağışda, qar yağanda, APQ və HX-də, həmçinin konstruktiv xüsusiyyətləri (hermetikliyi, izolə olunmuş cərəyan daşıyıcı hissələri) gərginlik göstəriciləri vasitəsilə gərginliyin olmamasını yoxlamağa imkan verməyən elektrik qurğuları;

b) gərginliyi 330 kV olan APQ-lərdə və gərginliyi 330 kV və daha yuxarı olan ikidövrəli HX-də.

3.1.4.7. Operativ növbətçi birbaşa operativ idarəçiliyində olan HX və KX-nin girişlərində gərginliyin olmamasının sxem üzrə yoxlanılmasını təsdiqləyir.

HX-də sxem üzrə yoxlamalar, xəttin istiqaməti və xarici əlamətlərinin yoxlanışından, həmçinin, dayaqlarda işarələrin xəttin dispetçer adlarına uyğunluğunun yoxlanmasından ibarətdir.

3.1.4.8. Cərəyan daşıyan hissələri hermetik və izolə olunmuş elektrik qurğularında sxemin yoxlanışı operativ yazıların seçilmiş istiqamətinin yoxlanışından, həmçinin kommutasiya aparatının açılmış vəziyyətinin yoxlanışından, o cümlədən xəttin gərginlik verilə bilən əks tərəfindən yoxlanışdan ibarətdir. Kommutasiya aparatının açılmış vəziyyətinin yoxlanışı, hərəkətli kontaktlarla möhkəm əlaqəli, intiqalın valının vəziyyətinin mexaniki göstərişi əsasında, həmçinin gərginlik bölücüsü vasitəsilə cərəyan daşıyan hissələrlə elektrik əlaqəsi olan xüsusi düzəldilmiş yuvalarda gərginliyin olmamasının yoxlanışı ilə yerinə yetirilir

3.1.4.9. Gərginliyi 6 - 10 kV olan HX-də gərginliyin olmamasının yoxlanışını, işçi hissəsinin torpaqlanması tələb olunmayan gərginlik göstəricisi vasitəsilə yerinə yetirmək lazımdır.

3.1.4.10. HX-də müxtəlif səviyyələrdə asılmış naqillərdə gərginliyin olmamasını, gərginlik göstəricisi və ya izoləedici ştanq vasitəsilə, yoxlanışını aşağıdakı naqildən başlayaraq aparmaq lazımdır. Üfüqi asılma olduqda yoxlanışı yaxın kənar naqildən başlamaq lazımdır.

3.1.4.11. Neytralı izolə olunmuş gərginliyi 1000 V-dək olan elektrik qurğularında ikiqütblü göstəricidən istifadə olunduqda, gərginliyin olmamasının yoxlanışını həm fazalar arasında, həm də hər bir faza ilə torpaqlanma (sıfırlayıcı) naqili arasında aparmaq lazımdır.

Gərginliyin olmamasının yoxlanışı üçün nəzarət lampalarından istifadə etmək qadağandır.

3.1.4.12. Aparatın açılmış vəziyyətini siqnallayan qurğular, bloklayıcı qurğular, daim qoşulu olan voltmetrlər, indikator göstəriciləri və bu kimi qurğular gərginliyin olmamasını təsdiqləyən əlavə vasitələr sayılır və onların göstərişləri əsasında gərginliyin olmaması qərarını vermək olmaz.

 

3.1.5. Torpaqlanma qurğusunun quraşdırılması

 

3.1.5.1. Cərəyan daşıyan hissələrə torpaqlanma qurğusunun taxılması və stasionar torpaqlanma bıçaqlarının qoşulması bilavasitə gərginliyin olmamasının yoxlanmasından sonra yerinə yetirilməlidir.

3.1.5.2. Səyyar torpaqlanma qurğusunu ilk öncə torpağa birləşdirmək, bundan sonra isə gərginliyin olmamasının yoxlanmasından sonra cərəyan daşıyan hissələrə taxmaq lazımdır.

Səyyar torpaqlanma qurğusunun çıxarılması isə torpaqlanma qurğusunun qoyulmasının əks ardıcıllığı ilə yerinə yetirilməlidir, ilk öncə onları cərəyan daşıyan hissələrdən çıxarmaq, bundan sonra isə yerdən ayırmaq lazımdır.

3.1.5.3. Gərginliyi 1000 V-dan yüksək olan elektrik qurğularında səyyar torpaqlanma qurğusunun qoyulması və çıxarılması əməliyyatı dielektrik əlcəklərdə, izoləedici ştanqdan istifadə etməklə yerinə yetirilir. Qoyulmuş səyyar torpaqlanma qurğusunun sıxaclarını bu ştanqla, yaxud dielektrik əlcəklərdə bilavasitə əl ilə bərkitmək lazımdır.

Atılma səyyar torpaqlanmanın qurulmasını və çıxarılmasını HX-də elektrik izoləedici əlcəklərlə etmək lazımdır, gərginliyi 1000 V-dan yuxarı olan HX-də elektrik izoləedici botlardan (rezin çəkmələrdən) istifadə edilməlidir.

3.1.5.4. Səyyar torpaqlanma naqilinin en kəsiyi müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinə uyğun olaraq təyin olunur. Bu Qaydanın 3.2.3.2-ci yarımbəndində göstərilən hallar istisna olmaqla, bu məqsəd üçün nəzərdə tutulmayan naqillərdən torpaqlanma üçün istifadə etmək qadağandır.

3.1.5.5. Gərginliyi 1000 V-dan yüksək olan elektrik qurğularında cərəyan daşıyan hissələrin bütün fazaları (qütblər) işlər üçün açılmış sahənin gərginlik verilə biləcək hər tərəfindən torpaqlanmalıdır.

Yuxarıda qeyd olunanlardan fərqli olaraq, yığma şinlərə bir torpaqlanma qurğusu quraşdırmaq kifayət edir.

Açılmış xətt ayırıcısında işləyərkən, ayırıcıda torpaqlanma bıçaqlarının mövcudluğundan asılı olmayaraq, HX-nin enmə naqillərinə əlavə səyyar torpaqlanma qurğusu quraşdırmaq lazımdır. Bu torpaqlanma qurğusu funksiyasını yerinə yetirməklə yanaşı, açılma və qoşulma zamanı ayırıcıya mane olmamalıdır.

3.1.5.6. Elektrik qurğularının torpaqlanan hissələri gərginlik altında olan cərəyan daşıyan hissələrdən ayrılması vizual görünən olmalıdır.

Quraşdırılmış torpaqlanma qurğuları bilavasitə işlər aparılan cərəyan daşıyan hissələrdən açılmış ayırıcılar, aralayıcılar və ya yük açarları çıxarılmış qoruyucular, sökülmüş şin və ya naqillər vasitəsilə aralana bilər.

Bilavasitə iş yerində cərəyan daşıyan hissələrə əlavə torpaqlanma qurğusu o hallarda qoyula bilər ki, bu hissələr induksiya olunmuş gərginlik (potensial) altında qalmış olsun.

3.1.5.7. QPQ-də səyyar torpaqlanma qurğusu cərəyan daşıyan hissələrə bunun üçün nəzərdə tutulmuş yerlərdə qoyulur. Bu yerlərin boyası təmizlənir və qara zolaqla haşiyəyə alınır.

QPQ və APQ-də səyyar torpaqlanmanın torpaqlanma qurğusuna, yaxud torpaqlanmış konstruksiyaya birləşdirilmə yerlərinin boyası təmizlənməli və torpaqlanma qurğusunun sıxacının birləşdirilməsi üçün uyğunlaşdırılmalıdır.

3.1.5.8. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında, gərginliyi çıxarmaqla PQ-nin yığma şinlərində, bu şinlərin lövhələrində, yığmalarında (izolyasiya olunmuş naqildən hazırlanmış şinlər istisna olmaqla) işləyərkən torpaqlanma yerinə yetirilir.

Bu PQ-nin, lövhələrin, yığmaların birləşmələrinə və onlardan qidalanan avadanlıqlara torpaqlanmanın qoyulmasının vacibliyini və mümkünlüyünü naryad, sərəncam verən təyin edir.

3.1.5.9. Yerinə yetirilən işin xüsusiyyəti tələb etdiyi halda (izolyasiyanın müqavimətinin ölçülməsi və s.), iş yeri hazırlanarkən quraşdırılmış torpaqlanmanın müvəqqəti çıxarılmasına icazə verilir.

Torpaqlanmanın müvəqqəti çıxarılmasını və təkrar quraşdırılmasını, işəburaxan və ya naryad verən şəxsin göstərişi ilə iş icraçısı yerinə yetirir.

İş icraçısı tərəfindən torpaqlanmanın müvəqqəti çıxarılması, həmçinin bu əməliyyatların aparılması, naryadın “Ayrıca göstərişlər” sətrində harada və hansı məqsədlə torpaqlanmanın çıxarılması barədə qeyd göstərilməlidir.

3.1.5.10. Konstruksiyası torpaqlanma qoymaq üçün təhlükəli olan yaxud mümkün olmayan elektrik qurğularında (məsələn, müxtəlif növ KPQ-lərdə, bəzi paylayıcı qutularda, fazaları şaquli yerləşmiş yığmalarda və s.) iş yerini hazırlayarkən torpaqlanmanın qoyulmamasına icazə verilir. Bu halda, ayırıcıların bıçaqlarına elektrik izoləedici qapaqların və kommutasiya aparatlarının kontaktları arasına elektrik izoləedici taxmaların quraşdırılması ilə əlavə təhlükəsizlik tələbləri hazırlanmalıdır.

Əlavə təhlükəsizlik tələbləri ilə bağlı elektrik qurğularının siyahısı, işəgötürən tərəfindən təsdiqlənir və işləyənlərin nəzərinə çatdırılır.

3.1.5.11. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında bütün torpaqlanma qoyulması və çıxarılması əməliyyatlarını, operativ və operativ-təmir heyətindən elektrik təhlükəsizliyi üzrə qrupu ІІІ-dən aşağı olmayan bir nəfərin yerinə yetirməsinə icazə verilir.

3.1.5.12. Gərginliyi 1000 V-dan yüksək olan elektrik qurğularında:

a) səyyar torpaqlanmanı qoymaq və çıxarmaq iki nəfər tərəfindən yerinə yetiriməlidir: onlardan biri operativ-təmir heyətindən elektrik təhlükəsizliyi üzrə qrupu ІV-dən aşağı olmayan, ikincisi – təmir heyətindən olmaqla elektrik təhlükəsizliyi üzrə qrupu ІІІ-dən aşağı olmayan, istehlakçıların qoşulmasının torpaqlanması üçün isə – istehlakçı heyətindən olan şəxslər yerinə yetirməlidir;

b) operativ-təmir heyətindən, elektrik təhlükəsizliyi üzrə qrupu ІV-dən aşağı olmayan, bir nəfərə torpaqlanma bıçağını qoşmaq üçün icazə verilir;

c) torpaqlanma bıçaqlarını açmağı və səyyar torpaqlanmanı çıxarmağı operativ-təmir heyətindən, elektrik təhlükəsizliyi üzrə qrupu ІІІ-dən aşağı olmayan bir nəfər yerinə yetirə bilər.

3.1.5.13. Gərginliyi 1000 V-dan yüksək olan HX-lərinin bütün PQ-lərdə və seksiyalaşdırıcı kommutasiya aparatlarında torpaqlanma xəttin açılmış yerlərində yerləşdirilir.

Aşağıdakılara icazə verilir:

a) gərginliyi 35 kV və daha yüksək olan, budaqlanan, həmçinin xətt iki tərəfdən torpaqlanmış halda, HX-nin budaqlanan yarımstansiyalarda torpaqlanmamasına icazə verilir. Bu yarımstansiyalarda torpaqlanma açılmış xətti ayırıcılardan sonra (yarımstansiya tərəfdən) qoyulmalıdır.

b) gərginliyi 6-10 kV olan HX-ləri yalnız bir PQ-də və ya bir seksiyalaşdırıcı aparatında, yaxud PQ-yə və ya seksiyalaşdırıcı aparatına yaxın dayaqda torpaqlanır. Bu gərginliyə malik digər PQ-lərdə və hava xətlərini açan seksiyalaşdırıcı kommutasiya aparatlarında HX-ni torpaqlamamağa icazə verilir, bir şərtlə ki, iş yeri ilə bu PQ-nin və ya seksiyalayıcı aparatların arasında HX-də torpaqlanma qurğusu qoyulub. HX-də bu torpaqlayıcıları, torpaqlama qurğusu olan dayaqlarda qoymaq lazımdır.

Əlavə olaraq, hər bir briqadanın iş yerində bütün faza naqilləri və zərurət olarsa, həm də tufandan mühafizə (ildırımdan mühafizə) trosları da torpaqlanmalıdır. Gərginliyi 1000 V-dək olan HX-lərdə yalnız iş yerində torpaqlanma quraşdırmaq kifayət edir.

3.1.5.14. Birdövrəli HX-də iş aparılan dayaqda və ya qonşu dayaqda torpaqlanma quraşdırmaq lazımdır. HX-nin briqada işləyən hissəsinin hər iki tərəfindən aralarındakı məsafə 2 km-dən çox olmayan torpaqlanma quraşdırmağa icazə verilir.

3.1.5.15. Gərginliyi 0,4 - 10 кV olan HX-də gərginliyin olmamasını yoxlamaq və torpaqlanmanın qoyulmasını bir qayda olaraq yerdən yerinə yetirmək lazımdır.

3.1.5.16. Metal diyircək roliklərdə və ya sıxaclarda olan naqillər və ya troslar üçün bu roliklərin (sıxacların) çənbərində torpaqlanma qoymaq kifayət edir. Roliklərin (sıxacların) metal çənbəri ilə dəmir-beton dayağın metal konstruksiyası və ya armaturu arasında təbii kontakt olduqda metal rolikin (sıxacın) torpaqlanması üzrə əlavə tədbirlər görmək tələb olunmur.

3.1.5.17. Naqilləri (trosları) anker aşırımlarında quraşdırarkən, o cümlədən HX-nin quraşdırılmış hissəsində anker dayaqlarında dairələri (şleyfləri) birləşdirdikdən sonra naqillər (troslar) ilk anker dayağında və son aralıq dayaqlarından birində torpaqlanmalıdır.

3.1.5.18. HX-nin hissəsində quraşdırılmış naqillərdən (troslardan) ildırım boşalmalarından və digər ifrat gərginliklərin, növbəti quraşdırılacaq hissəyə potensialın daşınmasının qarşısının alınması üçün, naqilləri (trosları) anker aşırımının quraşdırıldığı sonuncu anker dayağında, həmçinin HX-nin quraşdırılmış hissəsində torpaqlanması qadağandır.

3.1.5.19. Naqilləri bölünmüş HX-də hər bir fazada yalnız bir naqili torpaqlamağa icazə verilir, izolə olunmuş dayaqlar olduqda fazanın bütün naqillərini torpaqlamaq lazımdır.

3.1.5.20. Həmin trosa 1 m-dən yaxın olan məsafədə yaxınlaşmaq tələb olunan dayaqdan izolə olunmuş tufandan mühafizə (ildırımdan mühafizə) troslarında və ya dayaqlarda işləyərkən tros torpaqlanmalıdır. Torpaqlanmanı aşırımın izolə olunmuş tros tərəfindən və ya bu aşırımda işlər aparılan yerdə quraşdırmaq lazımdır.

3.1.5.21. HX-də elektrik cəhətdən əlaqəli hissələri (naqilləri, trosları) birləşdirmədən və ya ayırmadan öncə bu hissələrin potensiallarını bərabərləşdirmək lazımdır. Potensialların bərabərləşdirilməsi bu hissələrin naqillərinin birləşdirilməsi və ya aralanmanın (ehtimal olunan aralanmanın) hər iki tərəfində onları bir torpaqlanma qurğusuna birləşdirmək vasitəsilə həyata keçirilir.

3.1.5.22. Səyyar torpaqlanmanı qoşmaq lazımdır:

a) metal dayaqlarda – onun elementlərinə;

b) torpaqlama naqilinin enməsi olan dəmir-beton və ağac dayaqlarda – onların tamlığı yoxlandıqdan sonra bu enmələrə;

c) torpaqlanma enməsi olmayan dəmir-beton və ağac dayaqlarda, həmçinin səyyar torpaqlanmanı HX-nin aşırımında quraşdırarkən, iş aparılan yerdə səyyar torpaqlanmanı qrunta 0,5 m-dən az olmayan dərinlikdə basdırılmış səyyar torpaqlayıcı qurğuya birləşdirmək lazımdır. Torpaqlayıcını təsadüfi torpaq yığımına quraşdırmaq qadağandır;

ç) neytralı torpaqlanmış, gərginliyi 1000 V-dək olan elektrik şəbəkələrində sıfır naqilinin təkrar torpaqlanması olduqda – sıfır naqilinə.

Torpaqlayıcı naqilə və ya konstruksiyalara səyyar torpaqlayıcı qoşulan yer boyalardan təmizlənməlidir.

3.1.5.23. Gərginliyi 1000 V-dək olan HX-də elektrik izoləedici bəndi olmayan dayaqdan və ya mobil qaldırıcı işçi platformasından işlər yerinə yetirilərkən torpaqlanma həm təmir olunan xəttin naqillərində, həmçinin bu dayaqdan asılmış bütün naqillərdə, o cümlədən radioyayım və ya digər xətlərin izolə olunmamış naqillərində quraşdırılmalıdır.

3.1.5.24. HX-nin naqilləri müxtəlif səviyyələrdə asılarkən, torpaqlanma bilavasitə gərginliyin olmamasının yoxlanışından sonra ən yaxın naqildən başlayaraq aşağıdan yuxarı istiqamətdə, üfüqi asılmalarda isə yaxın kənardakından başlayaraq qoyulur. HX-nin naqillərində üstdən atılma səyyar torpaqlanma qoyulduqda, iş ardıcıllığı torpaqlama qurğusunun istehsalçısının istismar təlimatına əsasən aparılmalıdır.

3.1.5.25. Təmirə çıxarılan HX-də səyyar torpaqlanmanın quraşdırılması, sonradan çıxarılması və dayaqlarda olan torpaqlanma bıçaqlarının qoşulmasını operativ-təmir heyətindən olan işçi yerinə yetirməlidir: biri – elektrik təhlükəsizliyi üzrə IV-dən aşağı olmayan qrupa malik (gərginliyi 1000 V-dan yuxarı olan HX-də) işçi və ya elektrik təhlükəsizliyi üzrə III-dən aşağı olmayan qrupa malik (gərginliyi 1000 V-dək olan HX-də) işçi, digəri - elektrik təhlükəsizliyi üzrə III-dən aşağı olmayan qrupa malik işçi etməlidir. İkinci şəxs qismində, təmir heyətindən elektrik təhlükəsizliyi üzrə III-dən aşağı olmayan qrupa malik işçini cəlb etməyə icazə verilir.

3.1.5.26. Torpaqlanma bıçaqlarını açmağa operativ-təmir heyətindən elektrik təhlükəsizliyi üzrə III-dən aşağı olmayan qrupa malik bir işçiyə icazə verilir.

İş yerlərində HX-də səyyar torpalanmanın quraşdırılmasını iş icraçısının elektrik təhlükəsizliyi üzrə III-dən aşağı olmayan qrupa malik briqada üzvü ilə birlikdə quraşdırmasına icazə verilir.

Gərginliyin olmamasını yoxlayarkən, səyyar torpaqlanmanın quraşdırılması və çıxarılması zamanı işçilərdən biri digər işçinin təhlükəsizlik tələblərini yerinə yetirməsinə nəzarət etməlidir.

 

3.1.6. Gərginliyi çıxarmaq üzrə işlər yerinə yetirildikdə təhlükəsizliyin təmin edilməsi üzrə texniki tədbirlər

 

3.1.6.1. Gərginliyin olmamasını və istifadədən qabaq saz vəziyyətdə olmasını bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi cihazlarla müəyyənləşdirən gərginlik göstəricisi ilə və ya aşkar gərginlik altında olan cərəyan daşıyan hissələrə yaxınlaşdırmaqla yoxlamaq lazımdır.

3.1.6.2. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında gərginlik göstəricisindən istifadə edərkən elektrik izoləedici əlcəklərlə birlikdə üzü mühafizə edən vasitələr olmalıdır.

3.1.6.3. Gərginliyi 35 kV və daha yüksək olan elektrik qurğularında gərginliyin olmamasının yoxlanması üçün izoləedici ştanqlardan istifadə etmək olar. Bunun üçün ştanqı cərəyan daşıyan hissəyə bir neçə dəfə toxundurmaq lazımdır. Qığılcımın olmaması gərginliyin olmaması əlaməti sayılır.

Gərginliyi 330 kV və daha yuxarı olan birdövrəli HX-də gərginliyin olmamasının təsdiqi üçün taclanmanın olmaması kifayət edir.

3.1.6.4. Elektrik qurğularında gərginliyin olmamasının yoxlanılması əməliyyatı üçün texniki heyətdən bir işçiyə icazə verilir. Yoxlayan şəxs gərginliyi 1000 V-dan yuxarı olan elektrik avadanlıqları üçün elektrik təhlükəsizliyi üzrə ən azı IV-cü dərəcəyə malik olmalıdır, gərginliyi 1000 V-dək olan avadanlıqlarda isə ən azı III-cü dərəcəyə malik şəxs olmaldır.

3.1.6.5. HX-də gərginliyin olmamasını iki işçi yerinə yetirməlidir: Gərginliyi 1000 V-dan yuxarı – elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən və III-dən aşağı olmayan işçi, gərginliyi 1000 V-dək olan elektrik təhlükəsizliyi üzrə qrupu III-dən aşağı olmayan işçi.

3.1.6.6. Yerində və ya bilavasitə avadanlıqda sxem üzrə izləməklə gərginliyin olmamasını yoxlamağa icazə verilir:

a) açıq quraşdırılmış KPQ, KTYS, YTYS, APQ və HX-də dumanlı, yağışlı, qarlı hava şəraitində xüsusi gərginlik göstəricisi olmadığı halda, həmçinin konstruktiv xüsusiyyətləri (hermetik, izolə olunmuş cərəyan daşıyan hissələri) gərginliyin olmamasını yoxlamağa imkan verməyən elektrik qurğularında;

b) gərginliyi 330 kV və daha yuxarı olan APQ və gərginliyi 330 kV və daha yuxarı olan ikidövrəli HX-də.

3.1.6.7. Yerində sxemi yoxlamaqla HX və kabel xətti (KX) girişlərində gərginliyin olmamasını xətt əməliyyat idarəçiliyində olan növbətçi təsdiqləyir.

HX-də sxemi yerində yoxlamaq, xətlərin istiqamətini və xarici əlamətlərini, həmçinin dayaqların üzərindəki işarələrin xətlərin dispetçer adına uyğun gəlməsini yoxlamaqdan ibarətdir.

3.1.6.8. Hermetik olan və cərəyan daşıyan hissələri izolə olunmuş elektrik qurğularında sxemin yoxlanması əməliyyat yazıları üzrə seçilmiş istiqamətin yoxlanmasından, həmçinin kommutasiya aparatlarının açılmış vəziyyətinin, o cümlədən, xəttin gərginlik verilə bilən əks tərəfində yoxlanmasından ibarətdir. Kommutasiya aparatlarının açılmış vəziyyətinin yoxlanılması hərəkətli kontaktlarla sərt birləşdirilmiş intiqal valının vəziyyətinin mexaniki göstərişləri əsasında, həmçinin gərginlik bölücüsü vasitəsilə cərəyan daşıyan hissələrlə elektrik əlaqələri olan xüsusi düzəldilmiş yuvalarda gərginliyin olmamasını yoxlamaqla yerinə yetirilir.

3.1.6.9. Gərginliyi 6 – 10 kV olan HX-də gərginliyin olmamasının yoxlanışını işçi hissəsinin torpaqlanması tələb olunmayan gərginlik göstəriciləri vasitəsilə yerinə yetirmək lazımdır.

3.1.6.10. HX-nin naqilləri müxtəlif səviyyələrdə asılarkən gərginliyin olmamasının gərginlik göstəricisi və ya elektrik izoləedici ştanqla yoxlanması aşağıdakı naqildən başlayaraq aşağıdan yuxarı istiqamətdə aparılmalıdır. Üfüqi asılmalarda isə yoxlamanı yaxın kənardakından başlayaraq aparmaq lazımdır.

3.1.6.11. Neytralı izolə olunmuş gərginliyi 1000 V-dək olan elektrik qurğularında, ikiqütblü göstəricilərdən istifadə edildikdə gərginliyin olmamasını həm fazalar arasında, həm də hər bir faza ilə torpaqlayıcı (sıfırlayıcı) naqil arasında yoxlamaq lazımdır. Qabaqcadan yoxlanılmış voltmetrdən də istifadə etməyə icazə verilir.

Gərginliyin olmamasının yoxlanışı üçün nəzarət lampalarından istifadə qadağandır.

3.1.6.12. Aparatın açılmış vəziyyətini siqnallayan qurğular, bloklayıcı qurğular, daim qoşulmuş voltmetrlər, indikator göstəriciləri və s. gərginliyin olmamasını təsdiqləyən əlavə vasitə sayılırlar, və onların göstərişləri əsasında gərginliyin olmaması barədə qərar qəbul etmək olmaz.

 

3.1.7. Elektrik qurğularında avtomobillərin, yükqaldıran maşın və mexanizmlərin və nərdivanların istifadəsi ilə yerinə yetirilən işlər

 

3.1.7.1. Fəaliyyətdə olan elektrik qurğularında avtomobillərin, yükqaldıran maşın və mexanizmlərin istifadəsi ilə yerinə yetirilən işlərdə yükqaldıran maşın və mexanizmlərin istifadəsi ilə işlərin təhlükəsiz aparılmasına məsul rəhbər və ya elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən aşağı olmayan mütəxəssis olmalıdır (AZS 587-2011, 2.4. “a” “Yüklərin mexanizmlərlə yüklənməsi, boşaldılması və daşınması).

Bu şəxsin vəzifələrini naryad verənə və ya işə məsul rəhbərə həvalə etmək olar. Bu şəxsin təyin olunması barədə naryadın “Ayrıca göstərişlər” sətrində qeyd olunmalıdır.

3.1.7.2. Yükqaldıran maşın və mexanizmlərin, avtomobil nəqliyyatının APQ və HX-nin mühafizə zonasında hərəkətinə bu Qaydanın 3.1.7.1-ci yarımbəndində göstərilən bir nəfərin və ya inzibati-texniki heyətdən elektrik təhlükəsizliyi üzrə qrupu V olan bir nəfərin nəzarəti altında icazə verilir. Yükqaldıran maşın və mexanizmlərin, avtomobil nəqliyyatının APQ-də hərəkətinə, həmçinin daimi operativ heyətdən işçinin və ya elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən aşağı olmayan operativ-təmir heyətindən işəburaxanın nəzarəti altında icazə verilir.

3.1.7.3. APQ üzrə və HX-nin altından keçən zaman yükqaldıran maşın və mexanizmlərin və avtomobil nəqliyyatının qaldırıcı və irəli çıxan hissələri təhlükəsiz vəziyyətdə olmalıdır.

APQ üzrə hərəkət sürəti yerli şəraitə görə təyin olunur, lakin bu sürət 10 km/saatı aşmamalıdır.

HX altında yükqaldıran maşın və mexanizmlər və avtomobil nəqliyyatı dayaqların naqillərinin sallaqlılığı ən az olan yerlərindən hərəkət etməlidirlər.

3.1.7.4. HX-nin künc dayaqlarında izolyatorların, naqillərin dəyişdirilməsi və ya armaturların təmiri ilə əlaqəli işlər zamanı yükqaldıran maşın və mexanizmlər və avtomobil nəqliyyatının naqillərin yaratdığı bucaq daxilində qurulması qadağandır.

3.1.7.5. APQ-də və HX-nin mühafizə zonasında işlərə başlamazdan öncə pnevmo-təkərli hərəkətli yükqaldıran maşın və mexanizmlər torpaqlanmalıdır. Tırtıllı təkərli yükqaldıran maşın və mexanizmləri bilavasitə qrunt üstundə quraşdırarkən torpaqlamaq tələb olunmur. Yükqaldıran maşın və mexanizmlərin torpaqlanmasının konstruktiv hazırlanması müvafiq qurumların qəbul etdiyi normativ sənədlərində göstərilir.

3.1.7.6. Yükqaldıran maşın və mexanizmlərin və ya avtomobil nəqliyyatının elektrik qurğusunun gərginlik altında olan cərəyan daşıyan hissələrinin toxunması hallarında sürücü (maşinist) yaranan kontaktın tez bir zamanda aradan qaldırılması və maşının hərəkətli hissəsinin cərəyan daşıyan hissələrdən Bu Qaydanın 2 nömrəli əlavəsində “Gərginlik altında olan cərəyandaşıyıcı hissələr arasında icazə verilə bilən məsafələr”də göstərilmiş məsafədən az olmayan məsafədə uzaqlaşdırılması üçün tədbirlər görməlidir.

3.1.7.7. Yükqaldıran maşın və mexanizmlər və ya avtomobil nəqliyyatı gərginlik altında olarkən yükqaldıran maşın və mexanizmlərdən, avtomobil nəqliyyatından düşmək və ya ona qalxmaq, həmçinin yerdə duraraq ona toxunmaq qadağandır.

Sürücü (maşinist) onun əhatəsində olan işçiləri yükqaldıran maşın və mexanizmlərin və ya avtomobil nəqliyyatının gərginlik altında olması barədə xəbərdar etməlidir.

Yükqaldıran maşın və mexanizmlər və ya avtomobil nəqliyyatı yanan hallarda sürücü (maşinist) ayaqlarını birləşdirərək və əlləri ilə maşına toxunmadan yerə tullanmalıdır. Bundan sonra, pəncələrini bir birindən aralamadan yer üzrə hərəkət etməklə maşından ən azı 8 m məsafədə uzaqlaşmalıdır.

3.1.7.8. Elektrik qurğularında işləyən yükqaldıran maşın və mexanizmlər və ya avtomobil nəqliyyatı sürücülərinin (maşinistlərin) elektrik təhlükəsizliyi üzrə qrupu II-dən, yükləyici işçilərin (stropalşik) isə elektrik təhlükəsizliyi üzrə qrupu I-dən aşağı olmamalıdır.

 

3.1.8. Qəzaların qarşısının alınması və onların fəsadlarının aradan qaldırılması məqsədilə yerinə yetirilən işlər

 

3.1.8.1. Qəza hallarında bərpa işləri, həmçinin avadanlıqların qəzalara gətirib çıxara bilən bu cür nasazlıqlarını aradan qaldırmaq üzrə qısamüddətli təxirəsalınmaz işləri naryadsız əməliyyat jurnalında qeyd etməklə icra etməyə icazə verilir:

a) operativ heyətə (gərginliyi 1000 V-dan yuxarı olan qurğularda - ən azı iki nəfərə);

b) operativ heyətin nəzarəti altında təmir heyətinə naryadın yazılması və sənədləşdirilməsi qəzanın fəsadlarının aradan qaldırılmasının ləngidildiyi hallarda;

c) operativ heyət məşğul olduqda, həmçinin, daimi xidmət heyəti olmadıqda, həmin elektrik qurğusuna xidmət edən elektrik təhlükəsizliyi üzrə qrupu V-dən aşağı olmayan (gərginliyi 1000 V-dək olan elektrik qurğusunda IV-dən az olmayan), inzibati-texniki heyətin nəzarəti və cavabdehliyi altında təmir heyətinə.

3.1.8.2. Yarımstansiyada naryad və sərəncam vermə səlahiyyəti olan inzibati elektrotexniki heyətdən şəxs olmadıqda, qəzaların qarşısının alınması və onların fəsadlarının aradan qaldırılması üzrə işlərə naryad və sərəncam vermə səlahiyyətli elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən aşağı olmayan, bütün yarımstansiyanın operativ heyətinə və əməliyyat-səyyar briqadasına həvalə olunur.

3.1.8.3. Bütün hallarda işlər zamanı işlərin təhlükəsizliyini təmin edən bütün texniki tədbirlər görülməlidir.

3.1.8.4. Operativ heyətin qəzaların fəsadlarının aradan qaldırılmasında iştirakına (naryadsız işlər zamanı işləyənlərə bilavasitə nəzarət etməklə) ondan yuxarı səviyyədə olan operativ heyətin razılığı ilə icazə verilir. Yuxarı səviyyədən olan heyətlə rabitə olmadıqda icazə tələb olunmur.

3.1.8.5. Müəssisənin elektrik qurğularında şəhər elektrik şəbəkələrinin növbətçi briqadaları və ya rayon energetika idarəçiliyi tərəfindən ixtiyari növ qəza işləri, məsələn, kabellərin qəza zədələnməsinin ölçülməsi və sınaqları aparılan zaman naryadın verilməsi və işə buraxılışın bu Qaydanın tələblərinə uyğun sənədləşdirilməsi lazımdır. Bu hallarda, həmin anda müəssisənin yarımstansiyasında naryad verməyə səlahiyyəti olan şəxs olmadıqda qəzanın tezliklə aradan qaldırılması məqsədilə elektrik qurğusunun (sexin, müəssisənin) elektrik təsərrüfatına cavabdeh olan şəxsin göstərişi üzrə naryad vermə hüququ müəssisənin növbətçisinə və ya operativ-təmir heyətinə verilir.

 

3.2. Elektrik qurğularında işlər yerinə yetirilərkən təhlükəsizlik üzrə əlavə tədbirlər

 

3.2.1. Elektrik və maqnit sahələrinin təsiri zonasında işlər

 

3.2.1.1. Gərginliyi 330 kV və daha yuxarı olan APQ və HX-də işləyən şəxslərin insanın orqanlarına mənfi təsir edən və yerdən izolə olunmuş elektrik keçirici obyektlərə toxunduqda elektrik boşalması yaranan aktiv bioloji elektrik və maqnit sahələrinin təsirindən mühafizəsi təmin olunmalıdır.

İntensivliyi yol verilən qiyməti aşan elektrik və maqnit sahələri bioloji aktiv sayılırlar.

3.2.1.2. Elektrik sahəsinin intensivliyi 5 kV/m olduqda işçinin təsir zonasında qalma müddəti məhdudlaşmır. Sahənin intensivliyi 20-dən 25 kV/m səviyyəsində olduqda qalma müddəti 10 dəqiqədən çox olmamalıdır. Elektrik sahəsinin intensivliyi 5 kV/m çox olduqda elektrik sahəsinin yüksək intensivliyindən mühafizə vasitələrindən istifadə etmək lazımdır.

3.2.1.3. İntensivliyi 5-dən 20 kV/m qədər olan elektrik sahəsində qalma müddəti T (saatla) aşağıdakı formulla təyin olunur.

 

T =

50

- 2

E

 

burada E-təsir zonasında elektrik sahəsinin intensivliyidir, kV/m.

Göstərilmiş formul üzrə 10 kV/m intensivliyi olan elektrik sahəsində işçinin qalma müddəti 180 dəqiqə təşkil edir, 15kV/m intensivlikli elektrik sahəsində isə 80 dəqiqə təşkil edir.

Bu tələblər, işçilərə elektrik boşalmalarının təsir imkanları istisna olunduqda doğrudur.

3.2.1.4. İşçilərin elektrik sahəsində buraxılabilən qalma müddəti iş günü ərzində birdəfəlik və hissələrə bölünməklə reallaşa bilər. İş gününün qalan hissəsində işçi elektrik sahəsinin yüksək intensivliyindən mühafizə vasitələrindən istifadə etməlidir və ya intensivliyi 5 kV/m qədər olan elektrik sahəsində yerləşməlidir.

3.2.1.5. İşçinin maqnit sahəsində qalma müddətindən asılı olaraq ümumi (bütün bədənə) təsir və lokal (ətraflara) təsir şəraiti üçün maqnit sahəsinin yol verilən intensivliyi və ya induktivliyi müvafiq qurumların qəbul etdiyi normativ sənədlərində müəyyən edilmiş qaydalara müvafiq olaraq təyin olunur.

3.2.1.6. Heyətin müxtəlif intensivlikli (maqnit induktivlikli) maqnit sahəsində qalma zərurəti yarandıqda, bu zonalarda işlərin icrasının ümumi vaxtı maksimal intensivlikli zonalar üçün yol verilən vaxtdan çox olmamalıdır.

3.2.1.7. Maqnit sahəsində qalma müddəti iş günü ərzində birdəfəlik və ya hissələrə bölünməklə reallaşa bilər.

3.2.1.8. Elektrik sahəsinin intensivliyi, həmçinin təsir və ekranlaşdırma zonasının sərhədləri ölçülərin nəticələrinə görə təyin olunur. Elektrik və maqnit sahələrinin intensivliyi səviyyələri işçinin yerinə yetirdiyi iş prosesində qala bildiyi bütün zonada iş yerinə və avadanlığa baxış üçün hərəkət marşrutunda təyin olunmalıdır.

İşlər avadanlığa və konstruksiyaya qalxmadan aparılarsa, elektrik sahəsinin intensivliyinin ölçülməsi müvafiq qurumların qəbul etdiyi normativ sənədlərində qeyd edilmiş qaydalara müvafiq olaraq aparılır:

a) elektrik sahəsinin yüksək intensivliyindən mühafizə vasitəsi olmadıqda – yerin, kabel kanalının (lotunun) plitəsindən, avadanlığa xidmət meydançasında otağın döşəməsindən 1,8 m hündürlükdə;

b) kollektiv mühafizə vasitələrindən istifadə edildikdə - yer səthindən 0,5, 1,0 və 1,8 m hündürlükdə.

Maqnit sahəsinin intensivliyinin (induktivliyinin) ölçülməsi müvafiq qurumların qəbul etdiyi normativ sənədlərində qeyd edilmiş qaydalara müvafiq olaraq iş yerinin döşəməsindən, yer səthindən, otağın döşəməsindən, keçid körpücüklərinin döşənməsindən və s. 0,5, 1,0 və 1,8 m hündürlükdə və avadanlıqdan, konstruksiyadan, binanın və tikilinin divarlarından 0,5 m məsafədə və əgər iş yeri altında maqnit sahəsi mənbəyi yerləşərsə, əlavə olaraq iş yeri meydançasının döşəməsi səviyyəsində aparılmalıdır.

3.2.1.9. İşlər konstruksiyaya və ya avadanlığa qalxmaqla aparılarkən (elektrik sahəsinin yüksək intensivliyindən mühafizə vasitəsi olmasından asılı olmayaraq) ölçmələr iş yeri səthindən 0,5, 1,0 və 1,8 m hündürlükdə və avadanlığın torpaqlanmış cərəyan daşıyan hissələrindən 0,5 m məsafədə aparılmalıdır.

3.2.1.10. Nəzarət olunan zonada qalma müddəti ölçülən intensivliyin ən böyük qiymətinə görə təyin olunur.

3.2.1.11. Elektrik və maqnit sahələrinin iş yerlərində qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğun olaraq intensivliyin səviyyəsinə nəzarət aşağıdakı şərtlərlə aparılmalıdır:

a) yeni fəaliyyəti genişləndirilmiş elektrik qurğularında istismara qəbul edildikdə;

b) yeni iş yerləri təşkil olunduqda;

c) iş yerlərinin attestasiyası aparıldıqda.

3.2.1.12. Ölçmələrin nəticələri əsasında sahənin APQ ərazisində paylanma kartı tərtib olunmalıdır və onu istismarçı müəssisənin texniki rəhbəri (baş mühəndisi) təsdiqləməlidir.

3.2.1.13. Elektrik sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri qismində maşın və mexanizmlərdə quraşdırılan səyyar və əldə daşınan ekranlayıcı qurğular, çıxarıla bilən ekranlayıcı qurğular və ekranlaşdırıcı fərdi xüsusi geyim dəstləri qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğun olaraq istifadə olunur. Maqnit sahəsinin təsirlərindən mühafizə vasitələri, konstruktiv olaraq maqnit sahələrini qapamağı təmin edən, yüksək maqnit keçiriciliyinə malik materialdan passiv və aktiv ekran şəklində hazırlanan nişanla işarələnməlidir.

3.2.1.14. İstismar şərtlərinə görə hətta işçilərin qısa müddətdə qalmasına icazə verilməyən buraxılabilən son həddən yuxarı səviyyəli maqnit və elektrik sahələrində elektrik qurğusunun zonası çəpərlənməli və müvafiq xəbərdaredici nişanla işarələnməlidir (qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğun olaraq).

3.2.1.15. Maşınların və mexanizmlərin torpaqlanmış metal kabinalarında və ya metal bağlı kuzovlarında, səyyar emalatxana və laboratoriyalarında, həmçinin dəmir-betondan olan binalarda, kərpic və digər dəmir-beton örtüklü, metal karkaslı və ya torpaqlanmış dam örtüklü binalarda elektrik və maqnit sahələrinin yüksək intensivliyindən mühafizə vasitələrinin tətbiqi tələb olunmur.

3.2.1.16. Əldə daşınan və səyyar ekranlayıcı qurğular, onların qurulduğu yerlərdə torpaqlayıcı quruluşlara və ya torpaqlayıcı qurğu ilə birləşməsi olan metal konstruksiyaya və ya en kəsiyi 10 mm2 olan mis naqillə birləşdirilməklə torpaqlanmalıdır.

Çıxarıla bilən ekranlayıcı qurğular, onların qurulduğu maşın və mexanizmlərlə etibarlı şəkildə birləşmiş olmalıdır. Maşın və mexanizmləri torpaqlayan zaman çıxarıla bilən ekranlayıcı qurğuları əlavə olaraq torpaqlamaq tələb olunmur.

3.2.1.17. Fərdi ekranlayıcı dəstlərin torpaqlanması, cərəyan keçirən altlıqlı xüsusi ayaqqabılar tətbiq etməklə həyata keçirilir. Elektrik izolə olunmuş əsas üzərində (rənglənmiş metal, izolyator, taxta döşəmə və s.) ayaq üstdə duraraq görülən işlər zamanı və ya torpaqlanmış konstruksiyalara mühafizə olunmamış əl ilə (əlcəkləri çıxarmaqla) toxunma ilə əlaqəli işlərdə ekranlayıcı paltar əlavə olaraq en kəsiyi 10 mm2 olan elastik mis naqillə torpaqlanmış konstruksiyaya və ya elektrik qurğusunun torpaqlayıcı qurğusuna birləşdirilməklə torpaqlanmalıdır.

3.2.1.18. İşçinin gərginlik altında olan, gərginliyi 1000 V-dək cərəyan daşıyan hissələrə toxunma mümkünlüyü istisna olunmayan işlər zamanı, həmçinin avadanlıqların sınağı zamanı (bilavasitə yüksək gərginliklə aparılan sınaqlarda işləyən işçilər üçün) və elektrik qaynaqları zamanı fərdi ekranlayıcı dəstlərin istifadəsi qadağandır. Bu hallarda işçilərin mühafizəsi ekranlayıcı vasitələrdən istifadə etməklə həyata keçirilməlidir.

3.2.1.19. Açılmış cərəyan daşıyan hissələrdə işləyərkən yönəldilmiş potensialın çıxarılması üçün onları torpaqlamaq lazımdır.

Elektrik mühafizə vasitələri olmadan açılmış, amma torpaqlanmamış cərəyan daşıyan hissələrə toxunmaq qadağandır. İş prosesində yerdən izolə oluna bilən vasitələr və ləvazimatlar da torpaqlanmalıdır.

3.2.1.20. Elektrik sahəsinin təsiri zonasında yerləşən pnevmo-təkərli hərəkət edən maşın və mexanizmlər torpaqlanmalıdır. Onlar bu zonada hərəkət edərkən yönəlmiş potensialı çıxarmaq üçün şassisinə və ya kuzovuna birləşdirilmiş və yerə toxunan metal zəncirlərdən istifadə etməlidirlər.

3.2.1.21. Elektrik sahəsinin təsiri zonasında maşın və mexanizmlərin yanacaq və sürtkü materialları ilə doldurulması qadağandır.

3.2.1.22. Elektrik sahəsinin təsiri zonasında yerləşmiş elektrik qurğusunun avadanlıqlarına və konstruksiyalarına qalxma hallarında elektrik sahəsinin intensivliyi səviyyəsindən və oradakı işin müddətindən asılı olmayaraq elektrik sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri istifadə olunmalıdır. İşçi qalxarkən mobil qaldırıcı işçi platformasından istifadə edirsə onun səbətini ekranla təchiz etmək lazımdır və ya fərdi ekranlayıcı dəstlərdən istifadə etmək lazımdır.

3.2.1.23. İşçilər ekranlanmış zonada APQ-nin konstruksiyası daxilində yerləşərkən, həmçinin onun pilləkənlə qaz relesinə və güc transformatorunun yağ səviyyəsi relesinə və ya digər avadanlığına qalxdığı zaman elektrik sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri istifadə olunmaya bilər.

3.2.1.24. Elektrik və maqnit sahələrinin təsiri zonalarında işləyərkən əlavə təhlükəsizlik tələbləri naryadın “Ayrıca göstərişlər” sətrində göstərilməlidir.

 

3.2.2. Generatorlar və sinxron kompensatorlar

 

3.2.2.1. Söndürülmüş sahənin avtomatı (SSA) qurğusunun fırlanan təsirlənməmiş generatoru, gərginlik altında olan generator kimi qiymətləndirilməlidir (val çevirici qurğudan fırlanmanı istisna etməklə).

3.2.2.2. Generatorun sınaqdan keçirilməsi zamanı qurğu və onun sxemləri sahələrində xüsusi qısa qapanmaların və ya onların torpaqlanmasından sonra blok sxeminin açılmasına yol verilir. Bu halda açılmış gərginliklə və açılmış SAS (sahənin avtomatik söndürülməsi) qurğusu ilə generatorun işçi tezlikli fırlanması zamanı elektrik mühafizə vasitələrinin istifadəsi ilə yol verilir.

Dayandırılmış blok generatorunun sxemlərində işlərin icrası zamanı onun çıxıntılarının torpaqlanmasına ehtiyac olmur (əgər blokun yüksəldici transformatoru yüksək gərginlik olan tərəfdən torpaqlanıbsa, xüsusi sərfiyyat transformatoru budaqlanmadan ayrılıbsa, aşağı gərginlik olan tərəfdə və açılmış SAS qurğusundan istifadə edilirsə, dayandırılmış blok generatorunun sxemlərində işlərin icrası zamanı onun çıxıntılarının torpaqlanmasına ehtiyac olmur).

3.2.2.3. Açılmış SAS qurğulu təsirlənməmiş fırlanan generatorun stator dövrələrində qalıq gərginliyin göstəricilərini, fazaların növbələnmə ardıcıllığını və s. müəyyən etməyə yol verilir.

Bu işlərin icrasını naryada görə elektrik mühafizə vasitələrinin tətbiqi ilə və ya operativ-təmir heyətinin sərəncamı, müşahidəsi altında müəssisənin ixtisaslaşlaşdırılmış struktur bölmələrinin, sazlama müəsissələrinin işçiləri aparmalıdır.

3.2.2.4. Valda gərginliyin və işləyən generatorun rotorunun izolyasiya gərginliyinin olçülməsi operativ-təmir heyəti sırasından olan işçiyə təkbaşına və ya SAS olan elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən aşağı olmayan və sərəncama görə III-dən aşağı olmayan iki işçiyə icazə verilir.

3.2.2.5. Rotorun kontakt həlqələrinin yonulması və cilalanması, işdən çıxarılmış kollektor təsirləndiricisinin cilalanmasını sərəncama görə qeyri-elektrik heyətdən olan işçi təkbaşına icra edə bilər. İşin icrası zamanı üz və göz üçün fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır.

3.2.2.6. Çalışan generatorda fırça aparatına qulluğu sərəncama görə, III-dən aşağı olmayan elektrik təhlükəsizliyi qrupu ilə yerinə yetirmək lazımdır. Bu halda aşagıda göstərilən təhlükəsizlik tələblərinə əməl olunmalıdır:

a) mühafizə dəbilqəsində, bağlanmış xüsusi geyimdə işləmək, maşının fırlanan hissələrinin ilişməsindən qorunaraq üz üçün fərdi vasitələrdən istifadə etməklə;

b) elektrik izoləedici rezin çəkmə və ya elektrik izoləedici xalçalardan istifadə etməklə;

c) eyni zamanda cərəyan daşıyan hissələrin iki qütbünə və ya cərəyan daşıyan və torpaqlanmış hissələrə əl ilə toxunmamaqla.

3.2.2.7. Generatorun qaz-yağ sisteminin istismarı zamanı partlayışdan təhlükəli qaz qarışığının yaranmasının qarşısını almaq lazımdır. Bu halda aşağıdakılara yol vermək olmaz:

a) generatorun gövdəsindəki hidrogendə oksigen miqdarının 1.2%-dən çox, üfləmə çəninin üzgəcli sürgüsündə və yağ təmizləyici qurğunun hidrogen ayırıcı bakında 2%-dən yuxarı olmasına;

b) generatorun cərəyan naqillərində hidrogenin miqdarı 1%-dən artıq, yastıq kraterində isə 2%-dən yuxarı olmasına.

Yağ çənində hidrogen olmamalıdır.

3.2.2.8. Generatordan hidrogen və ya havanın sıxışdırılıb çıxarılması təsirsiz qazla aparılmalıdır. Təsirsiz qazın sıxışdırılmanin sonunda maşından xaric olarkən müəyyənləşdirilmiş minimal qatılığı təşkil etməlidir:

a) hava sıxılıb çıxarılarkən karbon qazı - 85%, hidrogen sıxılıb çıxarılarkən - 95%;

b) hava və hidrogen sıxılıb çıxarılarkən azot - 97%.

Havanın və ya hidrogenin sıxışdırılması zamanı generatorun təsirsiz qazla üflənməsinin tamlığı qazın kimyəvi analizi ilə təsdiq olunmalıdır.

3.2.2.9. Generatorların və qaz-yağ sistemi aparatlarının gövdələrini açmazdan öncə hidrogen inert qazları ilə, inert qazları isə hava ilə sıxışdırılıb çıxarılmalıdır.

Alın lövhələrinin, lük və s. açılması yalnız qazların kimyəvi analizi aparıldıqdan sonra və karbon qazının yoxluğu təsdiq olunduqda və ya (azotun sıxışdırılması zamanı) havada kifayət qədər oksigen olduqda (həcminə görə 20% az olmayaraq) icazə verilir.

3.2.2.10. Korpusundan hidrogen sıxışdırılıb çıxarılmadan dayandırılmış sinxron kompensatorun kontakt həlqələrinin kamerasını açmazdan öncə təsirsiz qazın kameraya verilməsinə qədər onun gövdəsini kompensatordan ayıran sürgünün kipliyini yoxlamaq lazımdır.

Kamerada işlərin başlanmasına yalnız onun təsirsiz qazla üflənməsindən (ardınca onun hava ilə sıxışdırılması olmadan) və analizlər aparıldıqdan sonra yol verilir.

3.2.2.11. Avadanlığın və qaz-yağ sistemi boru kəmərlərinin təmirə çıxarılması zamanı boru kəmərləri ayrılmalıdır və ya havanın və ya təsirsiz qazın qeyri-kip sürgülərdən təmir olunan sahələrə daxil olma mümkünlüyünün qarşısını almaq üçün qapaqlar quraşdırılmalıdır.

3.2.2.12. Təmir işləri başlamazdan öncə işəburaxan işlərin təhlükəsiz aparılması mümkünlüyünə əmin olmalıdır və aşağıdakıları yoxlamalıdır:

a) təmir sxeminə hazırlığın, hidrogen soyutma generatorlarının qaz sisteminin istismarına görə təlimatlara uyğunluğunu;

b) zəruri qapaqların olmasını və boru kəmərlərinin ayrılmasını;

c) açılması yolverilməz olan ventillərdə qıfıl və “AÇMA! ADAMLAR İŞLƏYİR” plakatlarının olmasını;

ç) sxemin təmir sahələrində hidrogenin olmamasını və həmçinin təmir heyəti ilə təlimatlandırmanın aparılmasını.

Hidrogen soyutma generatorlarının qaz sistemində, hidrogen qaz kəmərlərində, resiver və elektroliz aparatı qurğularında təmir işləri naryada görə icra olunmalıdır.

Əgər iş yerinin hazırlanması üzrə texniki tədbirlərin aparılması tələb olunmursa, bu zaman onu verilən avadanlığa xidmət edən operativ-təmir heyətinin sərəncamı əsasında və nəzarəti altında icra etmək olar.

3.2.2.13. Tərkibində hidrogen olan qaz-yağ sistemi sahələrindən 10 m-dən az olmayan məsafədə, açıq odla işlər (elektrik qaynağı, qaz qaynağı və s.) naryad üzrə icra olunmalıdır. Bu zaman naryadın “Ayrıca göstərişlər” sətrində işlərin təhlükəsizliyini təmin edən (çəpərlərin quraşdırılması, hidrogenin olmamasına və s. görə otaqda havanın yoxlanılması) əlavə tələblər qeyd olunmalıdır.

Hidrogenlə doldurulmuş avadanlıqların gövdəsində, boru kəmərlərində bilavasitə odla işləmək qadağan olunur.

Otaqlarda avadanlıqların yanında və qapılarında açıq oddan istifadəni qadağan edən təhlükəsizlik nişanları və “HİDROGEN, ODDAN TƏHLÜKƏLİDİR” plakatları asılmalıdır.

3.2.2.14. Hidrogen axınının alışması zamanı sızma yerinə asbest toxumasını qoymaqla yanan yerə hava oksigeninin daxil olmasını dayandırmaq və ya alova təsirsiz qaz şırnağını yönəltmək lazımdır.

 

3.2.3. Elektrik mühərrikləri

 

3.2.3.1. Elektrik mühərriklərində yaxud onlar vasitəsilə hərəkətə gətirilən mexanizmlərdə cərəyan daşıyan yaxud fırlanan hissələrə toxunma əlaqəsi olan işlər yerinə yetirilən zaman elektrik mühərrikləri bu Qaydanın müvafiq bəndlərinə uyğun olaraq onun səhvən qoşulmasının qarşısını alan texniki tədbirlər görülməklə açılmalıdır.

Bu zaman ikisürətli elektrik mühərriklərində statorun dolaqlarını qidalandıran hər iki dövrə açılmalı və sökülməlidir.

Elektrik mühərriklərində yaxud onlar vasitəsilə hərəkətə gətirilən mexanizmlərdə cərəyan daşıyan və ya fırlanan hissələrə toxunma əlaqəsi olmayan işlər işləyən elektrik mühərrikində aparıla bilər.

İşləyən elektrik mühərrikinin və mexanizminin fırlanan hissələrinin mühafizə çəpərlərini çıxartmaq qadağan olunur.

3.2.3.2. Elektrik mühərriklərində işləyən zaman torpaqlama, elektrik mühərrikini PQ, lövhə və ya yığma ilə birləşdirən KX-nin istənilən sahəsində quraşdırıla bilər.

Əgər açılmış elektrik mühərriklərində işlər aparılmırsa və ya bir neçə günlük fasilə verilibsə, ondan ayrılmış kabel xətti elektrik mühərriki tərəfdən torpaqlanmalıdır.

Kabel xətlərinin en kəsiyi səyyar torpaqlanma qoymağa imkan vermirsə, gərginliyi 1000 V-dək olan elektrik qurğularında kabel xəttinin en kəsiyi kabelin damarının en kəsiyindən kiçik olmayan mis naqil ilə torpaqlanmağa və ya kabelin damarlarını öz aralarında birləşdirməyə və onları torpaqlamağa icazə verilir. Bu cür torpaqlama və kabelin damarlarının birləşdirilməsi əməliyyat jurnalında səyyar torpaqlama ilə eyni qaydada nəzərə alınmalıdır.

3.2.3.3. Elektrik mühərriklərində onlarla birləşdirilmiş mexanizmlər (tüstüsovuranlar, ventilyatorlar, nasoslar və s.) hesabına fırlana bilən işlərə buraxılışdan öncə bağlayıcı armaturun şturvalları (sürgüləri, ventilləri, şiberləri və s.) qıfılla bağlanmalıdır. Bundan əlavə elektrik mühərriklərinin rotorlarının tormozlanması üzrə və ya birləşdirici muftaların dövrədən açılması üzrə tədbirlər görülməlidir.

Bağlayıcı armaturla zəruri əməliyyatlar müəssisənin aidiyyəti struktur bölməsinin növbə rəisi ilə razılaşdirılmalıdır və əməliyyat jurnalında qeyd olunmaqla həmin struktur bölməsinin işçiləri tərəfindən yerinə yetirilməlidir.

3.2.3.4. Bağlayıcı armaturların, yönəldici aparatların əl ilə elektrik intiqalları vasitəsilə məsafədən və avtomatik idarəetmə sxemindən gərginlik çıxarılmalıdır.

Siyirmələrin, ventillərin, şiberlərin şturvalları qıfılla bağlanmalı, üzərlərindən “AÇMA! ADAMLAR İŞLƏYİR” plakatları asılmalıdır, bağlayıcı armaturun elektrik intiqalları vasitəsilə idarəedici açarların, düymələrin üzərində - “QOŞMA! ADAMLAR İŞLƏYİR” plakatları asılmalıdır.

3.2.3.5. İşlər aparılacaq elektrik mühərrikləri ilə yanaşı, quraşdırılmış elektrik mühərriklərində onların işləməsindən və ya ehtiyatda olmasından asılı olmayaraq, “DAYAN! GƏRGİNLİK” plakatları asılmalıdır. İşlər aparılacaq elektrik mühərriklərində “BURADA İŞLƏMƏK” plakatları asılmalıdır.

3.2.3.6. Eyni gərginlikli elektrik mühərriklərində təmirə çıxarılmış aqreqatların, texnoloji xətlərin və qurğuların təmiri bu Qaydanın tələblərinə müvafiq olaraq yerinə yetirilə bilər. Öncədən hazırlanmış iş yerlərinə buraxılışı eyni vaxtda yerinə yetirməyə icazə verilir, bir iş yerindən digərinə keçidin sənədləşdirilməsi tələb olunmur. Bu halda naryadda sadalanan ixtiyari elektrik qurğularının yoxlanmasına və ya işə qoşulmasına digərlərində işlər tam başa çatmayınca icazə verilmir.

3.2.3.7. Fırlanan elektrik mühərriklərində cərəyan daşıyan hissələrə və fırlanan hissələrə toxunmadan aparılan işlər sərəncam üzrə icra oluna bilər.

3.2.3.8. Siyirmələrin, icra mexanizmlərinin elektrik intiqallarının, onların elektrik intiqalları şiberlə, siyirmə və digər qurğularla birləşdirildikdə yoxlanmasını onların quraşdırıldığı müəssisələrin aidiyyəti struktur bölməsinin növbə rəisinin icazəsi ilə briqada aparmalıdır.

İcazə verilmə haqqında qeyd müəssisənin aidiyyəti struktur bölməsinin əməliyyat jurnalında aparılır, bu icazənin alınması isə yoxlamanı aparan müəssisənin aidiyyəti struktur bölməsinin əməliyyat jurnalında qeyd olunur.

3.2.3.9. Elektrik mühərriklərinin sınağının yoxlanması üçün qoşulma qaydaları aşağıdakı əməliyyatlardan ibarət olmalıdır:

a) iş icraçısı briqadanı iş yerindən çıxarır, işdə fasiləni sənədləşdirir, naryadı operativ-təmir heyətinə təhvil verir;

b) operativ-təmir heyəti qoyulmuş torpaqlamaları, təhlükəsizlik plakatlarını çıxarır, sxemi yığır.

3.2.3.10. Sınaqdan sonra elektrik mühərrikində işlərin davam etdirilməsinə zərurət yaranarsa, operativ-təmir heyəti yenidən iş yerini hazırlayır və briqada naryad üzrə təkrar elektrik mühərrikində işə buraxılır.

3.2.3.11. İcra mexanizmləri tənzimləyici orqanlarla və bağlayıcı armaturla birləşdirilməyən elektrik intiqallarının elektrik sxemlərinin təmiri və sazlanmasını sərəncam üzrə aparmağa icazə verilir. Onların yoxlanmasına icazəni sərancam verən şəxs verir. Bu haqda qeyd sərəncamın qeydiyyatı zamanı edilməlidir.

Yoxlamadan sonra elektrik mühərrikində işlərin davam etdirilməsinə zərurət yaranarsa, işə təkrar buraxılışa sərəncam yenidən verilir.

3.2.3.12. İşləyən elektrik mühərrikində fırça aparatına sərəncam üzrə xidməti elektrik təhlükəsizliyi üzrə qrupu III-dən aşağı olmayan bir işçi bu Qaydanın tələblərinə riayət etməklə təkbaşına apara bilər.

Fırlanan elektrik mühərrikində rotorun halqalarının cilalanmasına izolyasiya materialından olan qəlib vasitəsilə icazə verilir.

 

3.2.4. Kommutasiya aparatları

 

3.2.4.1. İşə buraxılışdan öncə məsafədən idarə olunan kommutasiya aparatlarında aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

a) intiqalın, əməliyyat cərəyanının güc dövrələri və qızdırılma dövrələri açılmalıdır;

b) hava açarlarının baklarına və pnevmatik intiqallara hava verən borularda siyirmələr bağlanmalı, qıfıllanmalı və onlarda olan hava atmosferə buraxılmalıdır; bu zaman buraxıcı tıxac (klapan) açıq vəziyyətdə saxlanılmalıdır.

c) işəsalma yükü yaxud işəsalma yayları qeyri-işlək vəziyyətə gətirilməlidir;

ç) kommutasiya aparatının səhvən və özbaşına olaraq işə düşməsinin qarşısını alan tədbirlər görülməlidir;

d) məsafədən idarəedici açarlarda “QOŞMA! ADAMLAR İŞLƏYİR” və bağlı siyirmələrdə isə “AÇMA! ADAMLAR İŞLƏYİR” plakatları asılmalıdır.

3.2.4.2. İşçinin təzyiq altında olan hava açarlarına qalxmağına yalnız sınaq və sazlama işlərini yerinə yetirən zaman (demferlərin təmizlənməsi, vibroqramların çıxarılması, naqillərin ölçü cihazlarına birləşdirilməsi və ayrılması, hava sızması yerlərinin müəyyən edilməsi və s.) icazə verilir.

Ayırıcısı işçi təzyiqi altında olduqda havadoldurucu bölməli açılmış hava açarlarına qalxmaq bütün hallarda qadağandır.

3.2.4.3. Hava açarlarının rütubət keçirməzliyinin (hermetikliyinin) yoxlanması aşağı təzyiqdə zavod təlimatına uyğun aparılmalıdır.

3.2.4.4. Hava açarlarına sınaq və sazlama işləri aparmaq üçün qalxmazdan əvvəl zəruridir:

a) idarəetmə dövrəsini açarla açmaq;

b) yerli idarəedici düyməni və işəsalma klapanlarını bloklamaq (məsələn, havaötürücü boruları ayırmaq, şkafları bağlamaq və s.) və yaxud açarın yanında açarla əməliyyatları iş icraçısının icazəsilə müəyyən olunmuş bir nəfərin yerinə yetirməsinə icazə verən təlimatlandırılmış şəxs qoymaq;

c) şəxslərin təzyiq altında olan hava açarlarında olduğu müddətdə idarəedici şkaflarda və paylayıcılarda bütün işləri dayandırmaq;

ç) fəaliyyətdə olan yarımstansiyanın, 220 kV və daha yuxarı gərginlikli açarların cərəyan daşıyan çıxışları yönəldilmiş gərginliyi çıxarmaq üçün torpaqlanmalıdır.

3.2.4.5. Yoxlama, sazlama və sınaq zamanı hava açarlarını açarkən və qoşarkən işçilərin açarların yaxınlığında durması qadağandır.

Sınaq və sazlama üzrə iş icraçısı (və yaxud briqada üzvlərindən müvəkkil olunmuş bir nəfər) açarla əməliyyatların yerinə yetirilməsinə komandanı briqada üzvləri açardan təhlükəsiz məsafəyə və yaxud sığanacağa kənarlaşdırıldıqdan sonra verə bilər.

3.2.4.6. İşəburaxılmadan əvvəl havayığıcıların içərisində:

a) havaötürən bütün boruların siyirtmələrini bağlayıb qıfıllamaq, siyirtmələrdə “AÇMA! ADAMLAR İŞLƏYİR” plakatı asmaq;

b) havayığıcıların içərisindəki təzyiq altında olan havanı buraxmaq, onun yuxarı hissəsindəki tıxacı və havaburaxıcı siyirtməni açıq saxlamaq;

c) havayığıcıdan havaötürücü borunu ayırmaq və ona tıxac taxmaq lazımdır.

Havayığıcıların içərisində işləyərkən (daxili baxış, təmir, təmizləmə və s.) gərginliyi 12 V-dan yuxarı olmayan lampalardan istifadə olunmalıdır.

3.2.4.7. Açarların baklarında və havayığıcılardakı manometrin sıfır göstərişi sıxılmış havanın olmamasının etibarlı əlaməti sayıla bilməz. Oyuqların qapaqlarını çıxaran zaman qayka və boltları bilavasitə açmazdan qabaq havaburaxıcı tıxacları (klapanları) və yaxud sürgüləri açmaqla sıxılmış havanın həqiqətən olmamasına əmin olmaq lazımdır.

Yalnız oyuqların qapaqlarını çəkib bərkidən bütün qayka və boltları bağladıqdan sonra, buraxıcı tıxacları (klapanları) və yaxud sürgüləri bağlamağa icazə verilir.

3.2.4.8. Kommutasiya aparatlarının sazlanması və tənzimlənməsi zamanı onları yoxlamaq üçün qoşarkən və açarkən naryad verilmədikdə, əməliyyat cərəyanı dövrələrinə və intiqalın güc dövrələrinə siqnallama və qızdırılma, həmçinin intiqala və açara hava vermək məqsədilə müvəqqəti gərginlik verilməsinə icazə verilir.

Çıxarılmış qoruyucuların öz yerinə quraşdırılmasını, açılmış dövrələrin qoşulmasını və hava verilən zaman siyirtmənin açılmasını, həmçinin yoxlama zamanı “QOŞMA! ADAMLAR İŞLƏYİR” və “AÇMA! ADAMLAR İŞLƏYİR” plakatlarının çıxarılmasını operativ heyət və yaxud onun icazəsi ilə iş icraçısı yerinə yetirir.

Kommutasiya aparatlarının sınağı üçün məsafədən qoşulmasının və açılmasının icrasına, sazlama və yaxud tənzimləmə aparan şəxsə və yaxud onun tələbi əsasında operativ heyətə icazə verilir.

Daimi operativ heyəti olmayan elektrik qurğularında bu cür icazə tələb olunmur və əməliyyat ardıcıllığı naryadın “Ayrıca göstərişlər” sətrində təyin olunur.

3.2.4.9. Sınaqdan sonra kommutasiya aparatlarında işlərin davam etdirilməsi zərurəti yaranarsa, operativ heyət üzvü tərəfindən və yaxud onun icazəsilə iş icraçısı tərəfindən işəburaxılış üçün tələb olunan texniki tədbirlər yerinə yetirilməlidir.

 

3.2.5. Komplekt paylayıcı qurğular

 

3.2.5.1. KPQ-nin şkaflarında bölmələrdə işləyən zaman avadanlıqla təchiz olunmuş arabanı çəkib çıxarmaq lazımdır. Cərəyandaşıyıcı hissələri gərginlik altında qalan bölmənin örtüyü bağlanıb qıfıllanmalıdır və “DAYAN! GƏRGİNLİK” plakatı asılmalıdır. Bölmədə “BURADA İŞLƏMƏLİ” plakatı asılmalıdır.

3.2.5.2. KPQ-dən kənarda ondan ayrılan HX və KX-lərdə və yaxud onlara qoşulmuş avadanlıqlarda işləyən zaman, açar olan arabacığı şkafdan çəkib çıxarmaq lazımdır; üst örtüyü və yaxud qapısı qıfıllanmalı və “QOŞMA! ADAMLAR İŞLƏYİR” və “QOŞMA! XƏTDƏ İŞLƏYİRLƏR” plakatları asılmalıdır.

Bu zaman icazə verilir:

a) torpaqlanma bıçaqları ilə açar arabası arasında bloklayıcı olduqda bu bıçaqları qoşduqdan sonra arabanı nəzarət vəziyyətinə gətirməyə;

b) torpaqlanma bıçaqları ilə arabacıq arasında bloklama olmadıqda, həmçinin şkafda torpaqlanma bıçaqları olmadıqda, arabacığı qıfılla bağlamaqla yoxlanma və açılmış vəziyyət arasında olan aralıq vəziyyətdə qoymağa. Arabacıq birləşmənin çıxışlarının torpaqlanıb torpaqlanmamasından asılı olmayaraq aralıq vəziyyətdə qoyula bilər.

Ayırılan HX-lərdə işlər olarsa, KPQ-nin şkaflarında torpaqlanma quraşdırarkən bu Qaydanın 3.1.5.13-cü yarımbəndinin tələblərini nəzərə almaq lazımdır.

3.2.5.3. Açarlı arabanı yoxlamaq və idarəedici və mühafizə dövrələrində işləmək üçün yoxlama vəziyyətində quraşdırmağa o hallarda icazə verilir ki, KPQ-dən xaricdə ayrılan HX və KX-lərdə və yaxud elektrik mühərrikləri ilə birləşdirilmiş mexanizmlər də daxil olmaqla, onlara qoşulmuş avadanlıqlarda işlər aparılmır və yaxud bu birləşmədə KPQ-nin şkafına torpaqlanma taxılıb.

3.2.5.4. Vakuum açarları ilə təchiz olunmuş PQ-lərdə qövs söndürən kameraların amplitud qiyməti 20 kV-dan yuxarı yüksəldilmiş gərginliklə sınaqlarını heyəti yaranan rentgen şüalarından mühafizə etmək üçün xüsusi ekrandan istifadə etməklə yerinə yetirmək lazımdır.

3.2.5.5. Daxildə və xaricdə qurulmuş KPQ-nin damında, gərginliyi 6-10 kV olan şinlərin seksiyaları arasında arakəsmələr quraşdırılmalıdır və onların hər iki tərəfdən üzərində “DAYAN! GƏRGİNLİK” təhlükəsizlik plakatı asılmalıdır.

3.2.5.6. KPQ-nin ehtiyat yuvalarında gərginlik altına düşməyi istisna etmək üçün, işçilərin bu yuvalara səhvən keçə bilməsinin qarşısını alan tədbirlər görülməlidir (yuvaların bütün şöbələrini və pərdə mexanizmlərini mexaniki qıfılla bağlamaq, şinlə keçid xarici izolyasiya, şin ilə açarlar və s. arasında şinləməni sökmək).

 

3.2.6. Güc transformatorları

 

3.2.6.1. İşləyən və ya ehtiyatda olan transformator yarımstansiyalarının və güc yarımstansiyalarının, şuntlayıcı və qövssöndürən reaktorların (bundan sonra –reaktorların) qapıları qıfılla bağlanmalı və onların üzərində xəbərdaredici “EHTİYATLI OL! ELEKTRİK GƏRGİNLİYİ” nişanı bərkidilməlidir (yazılmalıdır).

3.2.6.2. Güc transformatorlarına (reaktorlara) baxış bilavasitə yerdən və ya tutacaqlı stasionar nərdivanlardan yerinə yetirilməlidir.

3.2.6.3. İşləyən güc transformatorunda (reaktorlarda) qaz relelərindən qaz nümunəsinin götürülməsi güc transformatorunu (reaktoru) yükdən azad etdikdən və açdıqdan sonra yerinə yetirilməlidir.

3.2.6.4. Güc transformatorunun (reaktorlarının) bakından aktiv hissələrin çıxarılması və ya gövdənin qaldırılması ilə əlaqədar işlər layihə istehsalat işləri (Lİİ) üzrə təyin və təsdiq olunmuş qaydada yerinə yetirilməlidir.

3.2.6.5. Güc transformatorunun (reaktorun) bakının daxilində metal düymələri olmayan, hərəkət üçün rahat, bədəni ifrat isinmədən və yağla çirklənmədən mühafizə edən xüsusi geyimlərdə, rezin uzunboğaz çəkmələrdə, mühafizə dəbilqəsi və əlcəklərdən istifadə etməklə işləmək lazımdır.

3.2.6.6. Güc transformatorunun bakının daxilində işləyərkən qüvvədə olan normativlərin tələbləri yerinə yetirilməlidir.

3.2.6.7. Transformator yağlarının regenerasiyası üzrə işlər, onun qurudulması, təmizlənməsi, qazlardan təmizlənməsi, xüsusi geyimlərdən və ayaqqabılardan istifadə etməklə yerinə yetirilməlidir.

3.2.6.8. Transformator yağlarının boşaldılması və doldurulması prosesində 110 kV və daha yuxarı gərginlikli güc transformatorunda, transformatorların dolaqlarının girişləri onlarda elektrostatik yüklərin yaranmasının qarşısını almaq üçün torpaqlanmalıdır.

3.2.6.9. İşçilərin işləyən güc transformatorunun bakının damına çıxması, həmçinin aşkar zədələnmə əlamətləri olan gərginlik altında olan güc transformatorlarına yaxınlaşması qadağandır.

3.2.6.10. İşləməyən güc transformatorlarında qaynaq işlərinin aparılmasına, transformator yağının buxarlarının alışmasından qaçmaq məqsədilə, yalnız ona qaynaq yerindən 200- 250 mm yuxarı səviyyədə yağ doldurduqdan sonra icazə verilir.

Qaynaq işləri aparılarkən yağ sızmalarını aradan qaldırmaq məqsədilə güc transformatorlarında qaynaq yerində yağ sızmasının kəsilməsini təmin edən vakuum yaratmaq lazımdır (AZS 587-2011, 2.6. “Qaynaq işləri və lehimləmə lampası ilə işlər”).

3.2.6.11. Qövssöndürücü reaktorların (QSR) qoşulmasını və açılmasını elektrik izoləedici əlcəklərdə və botlarda yerinə yetirmək lazımdır.

3.2.6.12. QSR-i işə salarkən ilk öncə xüsusi transformator qoşulur, sonra isə ayırıcı ilə QSR işə salınır, QSR-i işdən çıxaranda isə əməliyyat əks ardıcıllıqla yerinə yetirilir.

Elektrik şəbəkəsində yerəqapanma yarandıqda QSR qoşmaq və açmaq qadağandır.

3.2.6.13. QSR-in budaqlanma ilə kompensasiya cərəyanının pilləli tənzimlənməsilə çevirmələrini yalnız onu açdıqdan sonra texniki və təşkilati tədbirləri yerinə yetirməklə aparmaq lazımdır.

3.2.6.14. QSR tutum cərəyanlarının kompensə olunma rejimində işləyərkən elektrik izoləedici botlardan istifadə etmədən QSR-ə 8 m məsafədə yaxınlaşmaq qadağan olunur.

 

3.2.7. Cərəyan transformatorları

 

3.2.7.1. Cərəyan transformatorlarının birinci dolaqlarının dövrəsindəki şinləri quraşdırma və qaynaq işlərində cərəyan daşıyan naqil qismində istifadə etmək qadağandır (AZS 587-2011, 2.6. “Qaynaq işləri və lehimləmə lampası ilə işlər”).

3.2.7.2. Cərəyan transformatorlarında və ya onların ikinci dolaqlarına qoşulmuş dövrələrdə işlər aparılarkən aşağıdakı təhlükəsizlik tələblərinə riayət etmək lazımdır:

a) ikinci dolaqların sıxacları onlara qoşulmuş dövrələrin quraşdırılmasının başa çatmasınadək qısa qapanmalıdır. Taxma elektrik izoləedici alət vasitəsilə quraşdırılır. Quraşdırılmış dövrəni cərəyan transformatoruna birləşdirdikdən sonra taxma (qısaqapanma) yaxındakı sıxaclar yığmasına köçürülür və quraşdırma tam başa çatdıqdan və quraşdırılmış dövrələrin birləşdirilməsinin düzgünlüyü yoxlandıqdan sonra çıxarılır;

b) dolaqların qütblüyünü yoxlayarkən, onu yoxlayan cihaz cərəyan impulsu birinci dövrəyə verilənədək ikinci dolağın sıxacına birləşdirilməlidir.

 

3.2.8. Elektrik qazanları

 

3.2.8.1. Elektrik qazanlarına qoşulmuş boru kəmərlərində boru kəmərlərinin mühafizə torpaqlanmasını pozan işlərin yerinə yetirilməsi qadağandır.

3.2.8.2. Boru kəmərlərinin ayrılması üzrə işlər yerinə yetirilməzdən öncə (siyirtmələrin və ya boru hissəsinin dəyişdirilməsi) boru kəmərinin ayrılan hissələrinin elektrik qaynağı vasitəsilə etibarlı birləşdirilməsini yerinə yetirmək lazımdır. Ayrılma yerində təhlükəsiz dövrələmə yeri olduqda bu cür ayrılma tələb olunmur.

3.2.8.3. Gövdəsi izolə olunmuş elektrik qazanının üz örtüyü qıfılla bağlı olmalıdır. Örtüyün açılmasına yalnız qazandan gərginlik çıxarılandan sonra icazə verilir.

3.2.8.4. 0,07 MPa-dan yuxarı işçi təzyiqli buxar elektrik qazanları və suyun qızdırılma temperaturu 115ºC-dən yuxarı suqızdırıcı qazanlar müvafiq qurumların qəbul etdiyi normativ sənədlərində qeyd edilmiş qaydalara müvafiq olaraq istismar olunmalıdır.

 

3.2.9. Elektrik süzgəcləri

 

3.2.9.1. Elektrik süzgəclərinin istismarı zamanı qadağan olunur:

a) naryadın “Ayrıca göstərişlər” sətrində qeyd olunmuş hallar istisna olmaqla, şəxslərin elektrik süzgəci içində olduğu müddətdə silkələmə mexanizmlərinin işə salınması;

b) təmir işlərinin elektrik süzgəclərinin bunkerlərində və seksiyalarında eyni vaxtda yerinə yetirilməsi;

c) qidalandırıcı aqreqatların bloklayıcı qurğuları nasaz olduğu zaman elektrik süzgəclərinin seksiyalarının, izolyator qutularının və s. Lüklərinin və oyuqlarının olmaması və yaxud nasaz olması zamanı elektrik süzgəclərinə və onları qidalandıran kabellərə gərginliyin verilməsi.

3.2.9.2. Elektrik süzgəclərinin istənilən sahəsində işlər yerinə yetirilən zaman ehtiyat şində, elektrik süzgəclərinin qidalandırıcı istənilən kabellərində həmin elektrik süzgəclərini qidalandıran bütün aqreqatlar açılır və torpaqlanır.

3.2.9.3. Elektrik süzgəclərini açdıqdan sonra ondan və qidalandırıcı kabellərdən statik yük elektrik aqreqatlarının torpaqlanması vasitəsilə çıxarılır. Elektrik süzgəclərinin torpaqlanmamış hissələrinə toxunmaq qadağandır.

3.2.9.4. Elektrik süzgəclərində işlər silkələmə mexanizmlərinin elektrik avadanlıqlarında işlər və elektrik süzgəclərinin və qaz yollarının daxilində işlər də daxil olmaqla, naryad üzrə aparılmalıdır.

3.2.9.5. Bloklayıcı torpaqlayıcı qurğuların, yüksəldici-düzləndirici aqreqatların çıxışlarının yüksəkgərginlikli torpaqlayıcı bıçaqlarının mövcud olmasından asılı olmayaraq, elektrik süzgəclərində işləyərkən səyyar torpaqlayıcı taxmaq lazımdır.

3.2.9.6. Elektrik süzgəclərinin və qaz yollarının daxilində işləyərkən gərginliyi 12 V-dan yuxarı olmayan elektrik lampalarından istifadə etməyə icazə verilir, bu halda, alçaldıcı transformator elektrik süzgəcinin gövdəsindən xaricdə yerləşməlidir.

3.2.9.7. Şəxslərin elektrik süzgəclərinin seksiyalarına işləməyə buraxılmasından əvvəl bu seksiyalar ventilyasiya olunmalıdır və bunkerlərdən kül çıxarılmalıdır. Hərarət 45ºC-dən yüksək olmamalıdır.

3.2.9.8. Elektrik süzgəclərinin və qaz yollarının daxilində qaynaq işləri apararkən elektrik qaynaq aqreqatı özbaşına işləmə gərginliyinin avtomatik açma və ya onun 0,5 saniyədən az müddətdə gərginliyi 12 V-dək aşağı salan qurğu ilə təchiz olunmalıdır (AZS 587-2011, 2.6. “Qaynaq işləri və lehimləmə lampası ilə işlər”).

3.2.9.9. Müəssisələrdə elektrik süzgəclərinin normativ hüquqi aktlara (NHA) müvafiq xidməti zamanı əməyin mühafizəsinə dair təlimat işlənməlidir.

 

3.2.10. Akkumulyator batareyaları

 

3.2.10.1. Turşu və qələvi akkumulyator batareyaları, qapıları qıfılla bağlı otaqlarda torpaqlanmalıdır. Bu otaqlara baxış keçirən və orada işləri yerinə yetirən şəxslərə açarlar müəssisənin təyin etdiyi qaydalar üzrə verilir.

3.2.10.2. Akkumulyator otaqlarında siqaret çəkmək, oraya odla girmək, orada qığılcım yarada biləcək elektrik qızdırıcı cihazlarından, aparatlarından və alətlərindən istifadə etmək qadağandır. Bu halda Qaydanın 3.2.10.10-cu yarımbəndlərində göstərilən işlər istisna təşkil edir.

3.2.10.3. Akkumulyator otaqlarının qapılarında “AKKUMULYATOR OTAĞI”, “SİQARET ÇƏKMƏK QADAĞANDIR” və ya “ODDAN TƏHLÜKƏLİDİR” yazıları olmalı və təhlükəsizlik işarələri bərkidilməlidir.

3.2.10.4. Çəkici-sovurucu ventilyasiyası olan akkumulyator otaqlarında ventilyasiya doldurma başlamazdan əvvəl qoşulur və doldurma qurtardıqdan azı 1,5 saat sonra qazlar çıxarıldıqdan sonra açılır.

3.2.10.5. Hər bir akkumulyator otağında elektrolit ilə işlərin görülməsi üçün olmalıdır:

a) elektrolit düzəltmək və onu qaba tökmək üçün tutumu 1,5-2,0 litr olan şüşədən və yaxud çini lüləkli qulplu qab (və qrafin);

b) turşu batareyaları üçün 5%-li neytrallaşdırıcı soda məhlulu və qələvi batareyalar üçün 10 %-li bor turşusu və yaxud 9 %-li sirkə essensiyası;

c) xüsusi geyim, əlləri, ayaqları, üzü və gözləri mühafizə edən fərdi mühafizə vasitələri;

ç) əlləri yumaq üçün su;

d) dəsmal;

e) içərisində kəpək olan yeşik (turşulu batareyalar üçün).

3.2.10.6. Turşu, qələvi və distillə olunmuş su ayrıca, ağzı möhkəm bağlı şüşə qablarda saxlanmalıdır.

Elektrolit, distillə olunmuş su və neytrallaşdırıcı məhlul doldurulmuş bütün qabların üzərində müvafiq qeydlər (maddənin adı) olmalıdır.

3.2.10.7. Ayrıca otaqda akkumulyatorları doldurmaq üçün turşu ilə birlikdə, distillə olunmuş suyun da saxlanmasına icazə verilir.

3.2.10.8. İçində turşu və qələvi olan şüşə butulkaları əl ilə mütləq iki nəfər daşımalıdır. İçində butulka olan səbətlə birlikdə dəstəyi olan xüsusi taxta yeşiyə yerləşdirilir və yaxud ortasında şəbəkəli oyuğu olan xüsusi xərəklərdə daşınır. Butulka ilə səbətin birlikdə hündürlüyünün 2/3 hissəsi həmin oyuğa yerləşməlidir.

3.2.10.9. Elektroliti hazırlayan zaman aşağıdakı təhlükəsizlik tələblərinə riayət etmək lazımdır:

a) turşu və qələvi ilə işləyərkən xüsusi geyim, əlləri, ayaqları, üzü və gözləri mühafizə edən fərdi mühafizə vasitələri geyinmək lazımdır;

b) aşındırıcı qələvinin qırıntılarını əvvəlcə torbacığa bükərək ayrılmış yerdə xırdalamaq lazımdır;

c) elektroliti hazırlayan zaman məhlulun intensiv qızmaması üçün turşu nazik şırnaqla qulplu qabdan içərisində distilə olunmuş su olan çini və yaxud digər termodavamlı qaba tökülür. Bu zaman elektroliti fasiləsiz şüşə çubuq ilə və yaxud borucuqla ya da turşuyadavamlı plastmasdan qarışdırıcı ilə qarışdırmaq lazımdır;

ç) şüşə qabda distillə olunmuş suyu sulfat turşusuna tökməklə elektrolit hazırlamaq qadağandır. Hazır elektrolitin üzərinə su doldurmağa icazə verilir;

d) döşəməyə dağılmış turşunun üzərinə dərhal kəpək səpmək, səylə qarışdırmaq və ardınca yığışdırmaq lazımdır.

3.2.10.10. Akkumulyator otaqlarında lövhələrin lehimlənməsinə aşağıdakı təhlükəsizlik tələblərinə riayət etməklə icazə verilir:

a) lehimləməyə yüklənmə qurtardıqdan azı 2 saat sonra icazə verilir;

b) daima doldurulma üsulu ilə işləyən batareyalar, işin başlamasına 2 saat qalmış boşalma rejiminə keçirilməlidir;

c) işə başlamazdan 2 saat qabaq otaq havası ventilyasiya olunmalıdır;

ç) lehimlənmənin icrası zamanı fasiləsiz ventilyasiya aparılmalıdır;

d) lehimlənmə yeri qalan batareyalardan odadavamlı lövhələrlə çəpərlənməlidir;

e) qurğuşun və onun birləşmələri ilə zəhərlənmənin qarşısını almaq üçün xüsusi ehtiyat tədbirləri görmək lazımdır və akkumulyator batareyalarının istismarı və təmiri üzrə təlimata uyğun iş günü rejimi müəyyən olunmalıdır.

İşləri naryad üzrə aparmaq lazımdır.

3.2.10.11. Akkumulyator batareyalarına və yükləyici qurğulara elektrik təhlükəsizliyi üzrə III-dən aşağı olmayan qrupa malik işçi xidmət etməlidir.

3.2.10.12. Maye elektrolitli qapalı (az xidmət olunan) və ya helium elektrolitli hermetik və digər bənzər növlü akkumulyator batareyalarını istismar edərkən istehsalçıların konkret növ batareyalar üçün istismar sənədlərində göstərilmiş əməyin mühafizəsi üzrə tələblərini yerinə yetirmək lazımdır.

 

3.2.11. Kondensator qurğuları

 

3.2.11.1. İşlər aparılan zaman qurğunun qida mənbəyindən açılmasından sonra stasionar boşaldıcı qurğuların olmasından asılı olmayaraq, kondensatorlar onlara və ya onların cərəyan daşıyan hissələrinə toxunmazdan öncə boşaldılmalıdır.

Kondensatorların boşaldılması (qalıq gərginliyinin sıfıra kimi alçaldılması) çıxışları elektrik izoləedici ştanqa bərkidilmiş kondensatorları boşaltmaq üçün qurğu vasitəsilə gövdəyə qapama vasitəsilə aparılır.

3.2.11.2. Kondensatorların çıxışları, əgər onlar elektrik qurğularına qoşulmayıbsa, amma elektrik sahəsinin (yönəldilmiş gərginliyin) təsir zonasında yerləşirsə, qısa qapanmalı və torpaqlanmalıdır.

3.2.11.3. Kondensatorların boşaldılmasına və torpaqlanmasına kimi, reaktiv gücün fərdi kompensasiyasına malik asinxron elektrik mühərriklərinin şəbəkəsindən açılmış dolaqların klemmalarına toxunmaq qadağandır.

3.2.11.4. Trixlordifenil ilə hopdurulmuş və sızması olan kondensatorların gövdəsinə əlcək geyinmədən toxunmaq qadağandır. Trixlordifenil dəriyə düşdükdə onu sabunlu su ilə, gözə düşdükdə gözləri bor turşusunun zəif məhlulu ilə və ya natrium bikarbonatın məhlulu ilə (bir stəkan suya bir çay qaşığı xörək sodası əlavə etməklə) yumaq lazımdır.

 

3.2.12. Kabel xətləri

 

Torpaq işləri

3.2.12.1. KX-nin mühafizə zonasında yerləşən torpaq işlərinin icrası müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir (AZS 587-2011, 2.13. “Torpaq işləri”).

3.2.12.2. Kabellərin qazılmasına başlamazdan əvvəl istismar müəssisəsinin KX-nin sahibinin işçilərinin nəzarəti altında KX-ni şurflamaqla KX-nin döşənmə dərinliyinin təyin edilməsi aparılmalıdır.

3.2.12.3. Qazılmış özül çalaları, xəndəklər və ya çalalar NHA-ın tələblərinə müvafiq olaraq çəpərlənməlidirlər. Çəpərlərin üzərində xəbərdaredici yazılar və işarələr olmalıdır, küçələrdə, keçidlərdə, yaşayış məntəqələrinin həyətlərində, həmçinin, adamların və nəqliyyatın hərəkətli yerlərində quraşdırılmış çəpərlərin üzərində işıqlandırıcı siqnallama quraşdırılır. Lampalar üçün 12 V gərginlikdən istifadə olunur və onlar çəpərlərin sonlarındakı lövhələrdə quraşdırılır.

 

Kabellərin və muftaların asılması və bərkidilməsi

3.2.12.4. Açıq muftalar qanovun üzərindən atılmış tirlərə məftil və yaxud trosla asılmış möhkəm taxta lövhəyə bərkidilməlidir və qutu ilə örtülməlidir. Qutunun bir üzü çıxarılabilən olmalıdır və mismardan istifadə etmədən bərkidilməlidir.

Qazılıb çıxarılmış kabelləri örtən qutuların üzərində “DAYAN! GƏRGİNLİK” plakatı asmaq lazımdır.

3.2.12.5. Kabelləri asmaq üçün qonşu kabellərdən, boru kəmərlərindən və s. istifadə etmək qadağandır.

3.2.12.6. Kabelləri elə asmaq lazımdır ki, onlar dolaşmasınlar.

 

Kabellərin kəsilməsi, kabel muftalarının yarılması

3.2.12.7. Muftaları açmazdan və yaxud kabeli kəsməzdən əvvəl əmin olmaq lazımdır ki, bu əməliyyatlar məhz həmin kabeldə aparılmalıdır. Kabel dövrədən açılmalıdır və gərginlik verilə bilən hər tərəfdən torpaqlanmalıdır.

3.2.12.8. Təmir olunacaq kabelin iş yerində müəyyən etmək lazımdır:

a) kabelləri tuneldə, kollektorda, qanovda, binanın divarları üzrə çəkilən zaman düzümünü cizgi və sxemlə izləməklə, müqayisə etməklə, birka üzrə yoxlamaqla;

b) kabellər yerdə çəkilən zaman onların yerləşməsini çəkilmə cizgisi ilə müqayisə etməklə. Bu məqsəd üçün qabaqcadan kabel dəstəsinə köndələn şəkildə bütün kabelləri görməyə imkan verən nəzarət qanovu (şurf) hazırlamaq lazımdır.

3.2.12.9. Kabeldə zədələnmə gözlə görünən olmadıqda zədələnmə yerini tapmaq üçün cihazlardan istifadə etmək lazımdır.

3.2.12.10. Kabeli kəsməzdən və yaxud birləşdirici muftanı açmazdan öncə xüsusi alətin köməkliyi ilə gərginliyin olmamasını yoxlamaq lazımdır. Tunellərdə, kollektorlarda və quyularda bu alətlərin tətbiq edilməsinə yalnız məsafədən idarəetmə olduqda icazə verilir. Alət kabelin zirehini və yaxud üzqabığını damarlara qədər deşərək və yaxud kəsərək onların öz aralarında biri-birilə və yerlə kontaktını təmin etməlidir.

3.2.12.11. Deşici aləti torpaqlamaq üçün yerə 0,5 m-dən az olmayan dərinlikdə basdırılmış xüsusi torpaqlayıcıdan və yaxud kabelin zirehindən istifadə edilir. Torpaqlanma naqili zirehə xamutlarla birləşdirilir. Bu zaman xamutun altında qalan zireh lenti təmizlənməlidir.

Zireh lenti korroziyaya uğrayarsa, torpaqlama naqilini metal üz qabığına birləşdirməyə icazə verilir.

Əgər zədələnmə nəticəsində bütün cərəyandaşıyıcı damarlar açılıbsa, kabeli deşmədən bilavasitə gərginlik göstəricisi vasitəsilə gərginliyin olmamasını yoxlamaq olar.

3.2.12.12. Kabeli deşərkən xüsusi geyimdən, dielektrik əlcəklərdən və mühafizə eynəyindən istifadə etmək lazımdır. Deşən zaman qanovdan yuxarı izoləedici özülün üstündə, deşilməsi nəzərdə tutulan kabeldən mümkün qədər uzaqda durmaq lazımdır.

3.2.12.13. Polad iynəli və ya kəsici ucluqlu elektrik izoləedici ştanqlardan istifadə edərkən xüsusi mühafizə ekranı tətbiq etmək lazımdır.

3.2.12.14. Kabeli deşməyi iki işçi yerinə yetirməlidir: işəburaxan və iş icraçısı. Onlardan biri bilavasitə kabeli deşir, ikincisi isə nəzarət edir. İş icraçısı ilə işəburaxanın vəzifələri birləşdirildikdə işəburaxanın nəzarətçi vəzifəsini işlər rəhbəri yerinə yetirir.

3.2.12.15. Elektrik stansiyalarının, qazanxanaların, yarımstansiyaların, sexlərin, istehsalat və digər obyektlərdə kabellərin uzunluğu və çəkilmə üsulu cizgilər, birkalar və ya kabelaxtaran aparatlar üzrə, kabelin təmir olunmalı olduğunu təyin etməyə imkan verdiyi hallarda daxili kabel xətlərində naryad verən şəxsin qərarı ilə kabeli onu kəsməzdən qabaq və ya muftanı yarmaqdan qabaq deşməməyə icazə verilir.

3.2.12.16. İlkin deşmə edilməyən hallarda birləşdirici muftaların yarılmasını və kabellərin kəsilməsini elektrik izoləedici əlcəklərdən və botlardan, üz və gözlər üçün fərdi mühafizə vasitələrindən istifadə etməklə və elektrik izoləedici əsaslar üzərində dayanmaqla torpaqlanmış alətlə etmək lazımdır.

İlkin deşmədən sonra kabeldə bu işləri sadalanan əlavə təhlükəsizlik tələbləri olmadan yerinə yetirməyə icazə verilir.

 

Odlu işlər

3.2.12.17. Odlu işlər müvafiq qurumların qəbul etdiyi normativ sənədlərində qeyd edilmiş qaydalara müvafiq olaraq aparılmalıdır.

3.2.12.18. Odlu işlər nəzərdə tutulmuş elektrik qurğularında naryad üzrə işlər təşkil olunarkən, forması müvafiq qurumların qəbul etdiyi normativ sənədlərində göstərilən odlu işlər üçün əlavə naryad-buraxılışı sənədləşdirməməyə icazə verilir, odlu işlər aparılarkən əməyin mühafizəsi üzrə tələbləri isə naryadın “Ayrıca göstərişlər” sətrində göstərmək lazımdır (bu Qaydanın 1 nömrəli əlavəsi).

3.2.12.19. Kabel tunelində odlu işlər yerinə yetirilərkən zəruridir:

a) işləri axın havalandırması qoşmaqla yerinə yetirmək;

b) işləri elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən və həmçinin III-dən aşağı olmayan odlu işləri aparmağa hüququ olan iki işçi ilə yerinə yetirmək;

c) fərdi mühafizə vasitələrindən istifadə etməklə işləmək.

 

Kabellərin döşənməsi və bir yerdən başqa yerə döşənməsi, kabel muftalarının yerinin dəyişdirilməsi

3.2.12.20. Kabel barabanlarını diyirlədərkən onun çıxıntı hissələrinin fəhlələrin paltarlarına ilişməsinin qarşısını alan tədbirlərin görülməsi vacibdir.

Diyirlətməzdən qabaq kabelin ucları bərkidilmələdir və barabanda olan çıxıntı mıxlar çıxarılmalıdır.

Kabel barabanını yalnız üfüqi səthli bərk qrunt və yaxud möhkəm döşənmə üstə diyirlətməyə icazə verilir.

Kabelləri, boş barabanları, mexanizmləri, yardımçı qurğuları və alətləri bilavasitə qanov kənarında yerləşdirmək qadağandır.

3.2.12.21. Kabeli əl ilə döşəyən zaman fəhlələrin sayı elə olmalıdır ki, müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə riayət olunsun, bu zaman bütün işçilər kabelin bir tərəfində yerləşməlidirlər.

Əlləri fərdi mühafizə vasitələrindən istifadə etməklə müdafiə etmək lazımdır.

3.2.12.22. Kabeli döşəyən zaman fəhlələrin dönmə bucağının içində dayanması, həmçinin trasın döngələlərində kabeli əl ilə tutulub saxlaması qadağandır. Bu məqsədlə künc roliki quraşdırılır.

3.2.12.23. Elektrik cərəyanı vasitəsilə kabeli qızdırmaq üçün 380 V-dan yüksək gərginliyin tətbiqi qadağandır.

3.2.12.24. Kabelin döşənməsini və muftaların daşınmasını yalnız kabeli dövrədən açdıqdan sonra yerinə yetirmək olar.

Zərurət yarandıqda gərginlik altında olan kabellərin yenidən döşənməsinə aşağıda göstərilən şərtlərlə icazə verilir:

a) yenidən döşənən kabelin temperaturu + 5º C-dən aşağı olmamalıdır;

b) muftalar kabellərin yenidən döşənmə sahəsində taxta lövhələrə xamutlar vasitəsilə möhkəm bərkidilməlidir;

c) dielektrik əlcəklərlə işləmək lazımdır; mexaniki zərbələrdən qorunmaq üçün bu əlcəklərin üzərindən əlləri mexaniki zədələnmədən qorumaq üçün fərdi mühafizə vasitəsi geyinmək lazımdır;

ç) işləri işlər rəhbərinin rəhbərliyi altında kabel döşəmək üzrə təcrübəsi olan fəhlələr icra etməlidirlər.

3.2.12.25. Kabeli hərəkətli nəqliyyatdan, kabeldöşəyəndən, xüsusi təchiz olunmuş maşından və ya borudöşəyəndən başqa yerə döşəyən zaman kabeli ən azı iki işçi qəbul etməli və çəkməlidir.

3.2.12.26. Kabelləri divarların tutum keçidlərindən dartıb keçirməyə icazə verilir, bir şərtlə ki, işçilər divarın hər iki tərəfində yerləşmiş olsun. Kabelləri, mərtəbələrarası arakəsmələr və boruların dəliklərindən keçirərək çəkərkən işçilərin əllərinin keçid tutumlarına və ya borulara düşməyinin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görülməlidir.

3.2.12.27. Çəkisi 1 kq-dan çox olan kabeli söykəmə nərdivanı və açıla bilən əl nərdivanı vasitəsilə 1 m hündürlükdə qaldırmağa, bərkitməyə və hamarlamağa qadağa qoyulur.

3.2.12.28. Kabelləri bucurqat vasitəsilə aralıq kabel quyuları olan boru bloklarından çəkərkən, quyuda və ya kameralarda olan işçilər üçün dəqiq komanda verilişi təmin olunmalıdır (telefon üzrə, şərti siqnallama ilə və s.).

3.2.12.29. Kabelli barabanları yükləməyi və boşaltmağı yükqaldıran maşınlar vasitəsilə etmək lazımdır.

3.2.12. 30. İşləyənlərin diyirlənən barabanın yolunda dayanması qadağandır.

 

Yeraltı tikililərdəki kabel xətlərində aparılan işlər

3.2.12.31. Yeraltı tikililərdə işlər bu Qaydanın 3.2.12.32 - 3.2.12.45-ci yarımbəndlərinin və müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə riayət etməklə aparılmalıdır.

3.2.12.32. Müəssisənin hər bir struktur bölməsində (sahəsində, rayonunda) işəgötürən tərəfindən təsdiqlənmiş və işləyənlərin bilməsi vacib olan zərərli və partlayış təhlükəli maddələrin yarana biləcəyi yeraltı tikililərin siyahısının olması zəruridir.

Zərərli və partlayış təhlükəli maddələrin yarana biləcəyi yeraltı tikililər planda və sxemdə göstərilməlidir.

Bu cür yeraltı tikililərin lükləri və qapıları etibarlı bağlanmalıdır və üzərində NHA-nın tələblərinə müvafiq təhlükəsizlik işarələri olmalıdır.

3.2.12.33. Yeraltı tikililərdə iş yerinə təyin olunmuş marşrut üzrə kabellərə, kontakt naqillərinə, elektrik avadanlığının gövdəsinə toxunmadan getmək lazımdır.

3.2.12.34. Hava mühitində müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinə müvafiq zərərli və partlayış təhlükəli maddələrin mövcudluğunu yoxlamadan işə başlamaq qadağandır.

Çəkici-sorucu ventilyasiya ilə təchiz olunmuş kollektorlarda və tunellərdə işə başlamazdan əvvəl NHA-da təyin olunmuş lokal müddətə ventilyator işə salınır. Bu zaman qazın olmaması yoxlanılmaya bilər.

3.2.12.35. Yeraltı tikililərdə işə başlayanadək və iş zamanı təbii və məcburi havalanma təmin olunmalıdır.

3.2.12.36. Kabel kollektorlarında və tunellərində işləyərkən, aralarında işçilər yerləşən iki lük və ya iki qapı açıq olmalıdır. Açıq lükün yanında xəbərdaredici təhlükəsizlik işarəsi qurulmalıdır və ya çəpərləmə qurulmalıdır.

3.2.12.37. Quyulara baxışı və onlarda aparılan işləri azı iki nəfər yerinə yetirməlidir. Bu zaman ağzı açıq olan lükün yaxınlığında xəbərdarlıq işarəsi qoyulmalıdır və yaxud lük çəpərlənməlidir. Quyuda elektrik təhlükəsizliyi üzrə qrupu ІІІ-dən aşağı olmayan bir nəfər qala və işləyə bilər. Bu zaman lükün yanında digər bir işçi növbə çəkməlidir.

Sığortalayıcı kəmər (montyor kəməri) və üstə çıxarılmış kəndir olmadan quyuya düşmək və orada işləmək qadağandır. Elektrik təhlükəsizliyi üzrə qrupu ІV-dən aşağı olmayan bir nəfərin tunellərə baxış keçirməsinə icazə verilir.

3.2.12.38. Zərərli və partlayış təhlükəli maddələrin yarana biləcəyi yeraltı tikililərdə işləri, həmçinin onlara düşməklə baxış keçirməyi naryad üzrə ən azı üç işçi aparır, onlardan ikisi sığortalayıcıdır. Iş icraçısının elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən aşağı olmamalıdır. İşi yerinə yetirən işçilərlə sığortalayıcı işçilər arasında şərti siqnallama əlaqəsi olmalıdır.

3.2.12.39. Quyuda işlər zamanı tutum tikilisinin daxilində olan işçinin elektrik təhlükəsizliyi üzrə qrupu ІІІ-dən aşağı olmamalıdır.

3.2.12.40. Kollektorlarda, tunellərdə, kabel tikililərində odlu işlər aparılarkən, işlərin aparılması qaydaları müəssisənin struktur bölməsinin məsul şəxsi ilə razılaşdırılmalıdır.

3.2.12.41. Kabel döşənən kollektorlarda, tunellərdə, kabel üçün yarımmərtəbələrdə və digər otaqlarda propan-butandan istifadə etməklə işləyən zaman, otaqda olan balonların yekun tutumu 5 litrdən çox olmamalıdır.

İşlər qurtardıqdan sonra qaz balonu otaqdan çıxarılmalıdır, otağın havası isə ventilyasiya olunmalıdır.

3.2.12.42. Kabellərin zədələnmiş yerini yandıran zaman quyularda qalmaq qadağandır, kollektorlarda və tunellərdə isə yalnız iki açıq girişlərin arasında qalan sahədə qalmağa icazə verilir.

Kabelləri yandıran zaman onlarda işləmək qadağandır.

Yanğın olmasın deyə kabeli yandırdıqdan sonra baxış keçirmək lazımdır.

3.2.12.43. Tunellərdə işəburaxılışdan və baxış keçirməzdən qabaq, onlarda açarın üzərində “QOŞMA! ADAMLAR İŞLƏYİR” plakatı asmaqla yanğından mühafizə avtomatik idarəetmədən məsafədən idarəetməyə keçirilir.

3.2.12.44. Quyularda, kollektorlarda və tunellərdə uzunmüddətli işləyən zaman onlarda qalma müddətini, yerinə yetirilən işin şəraitindən asılı olaraq, işin rəhbəri və yaxud naryadı verən şəxs müəyyən edir.

3.2.12.45. Yeraltı tikililərdə işləri yerinə yetirmək üçün, partlayışdan mühafizə səviyyəsi və ya mühafizə dərəcəsi, müvafiq qurumların qəbul etdiyi normativ sənədlərində müəyyən edilmiş zonanın sinif dərəcəsinə uyğun, yardımçı vasitələr, qurğular, çıraqlar, cihazlar, elektromexaniki alətlər, fənərlər, və s. yerlərini işıqlandırmaq üçün 12 V gərginlikli işıqlandırıcıdan və yaxud partlayışdan mühafizə olunmuş akkumulyator fənərlərindən istifadə olunur.

 

3.2.13. Hava elektrik veriliş xətləri

 

Dayaqlarda və hava elektrik verilişi xətlərinin dayaqları ilə işlər

3.2.13.1. Dayaqlarda elementlərin dəyişdirilməsi HX-nin dayaqlarının və naqillərinin sökülməsi işlər rəhbərinin iştirakı ilə texnoloji kart və ya Lİİ üzrə yerinə yetirilməlidir.

3.2.13.2. Dayağa qalxmaq və onun üzərində işləməyə yalnız dayağın kifayət qədər möhkəm və dayanıqlı olduğunu yoxladıqdan sonra icazə verilir.

3.2.13.3. Möhkəmliyi şübhə doğuran (dərinliyi kifayət qədər olmayan, qruntun şişməsi, ağacın çürüməsi, betonda çatların, cırılmaların olması və s.) dayağın bərkidilmə zərurəti və üsulunu iş yerində iş icraçısı və ya işlər rəhbəri təyin etməlidir.

3.2.13.4. Dartıcılar vasitəsilə dayaqların bərkidilməsi üzrə işləri dayağa qalxmadan, yəni mobil qaldırıcı işçi platforması və ya şəxsləri qaldırmaq üçün digər mexanizm və ya bunun üçün asmağa görə dayağa qalxmaq tələb olunmayan digər xüsusi asılan qurğulardan istifadə etmək lazımdır.

Dayağa qalxmağa yalnız onu bərkitdikdən sonra icazə verilir.

3.2.13.5. Naqillərin və trosların birtərəfli ağırlığına hesablanmamış və müvəqqəti bu ağırlığa məruz qalan dayaqların aşmasının qarşısını almaq üçün onlar öncədən bərkidilməlidirlər. Dayaqlar bərkidilənədək naqillərin tamlığını pozmaq və dayaqlarda bağları çıxarmaq qadağandır.

3.2.13.6. Dayaqlarda 0,4 - 10 кV HX-lərin sökülməsi üzrə işləri görmək üçün işçilərin lazlar, nərdivanlar vasitəsilə qalxması, həmçinin aşağıdakı qüsurlar olduqda qalxması qadağandır:

a) dirəyin yuxarı ucunun şaquli ox boyunca və xəttin köndələninə meyilliyi 10 sm-dən çox olduqda;

b) dayağın qrunta basdırılması layihədə göstərilən dərinlikdə olmadıqda;

c) dayağın qrunta basdırılması layihədə göstərilən dərinlikdədir, amma özül çalası tam doldurulmayıb və doldurulmuş qrunt döyəclənməyib;

ç) beton dirəklərdə və ya söykəmələrdə uzununa və ya köndələninə çatlamalar, boşluqlar, armaturların qəlpələri və birbaşa dəliklərin mövcudluğu;

d) dayağın dirəyinin və ya calağının oduncağının radius üzrə 2,5 sm və dirəyin diametri 4 sm çox (30 sm-dən çox olduqda) çürüməsi;

e) aşırımda 2 və daha çox qırılmış naqil olduqda;

ə) dayaqda yerə qapanma cərəyanlarının fəsadları göründükdə (metal konstruksiyalarda ərimələr, betonda çatların əmələ gəlməsi, dayağa yapışıq qruntun əriməsi, otların yanması və s.);

f) dirəyi calağa bərkidən bandajın məftilləri qırıldığı halda.

Sadalanan qüsurlar olduqda və işlərin icrası vacib olduqda dayağın elementinə qalxmaq lazımdır, onun üzərindən yalnız mobil işçi platformadan istifadə etməklə işləmək lazımdır.

3.2.13.7. Dayaqlarda və dayaqlarla işləyərkən qadağandır:

a) sonuncu naqillərdə zədələnmələrin aradan qaldırılması üçün mobil qaldırıcı işçi platformasından istifadə etmədən işləmək;

b) dayaqlarda ilkin bərkitmə aparmadan, iki və daha çox naqilin tamlığını pozmaq və aralıq dayaqlarda izolyatorların iki və daha çox naqillərinin bağlanmasını çıxarmaq;

c) dayağa qalxarkən işlək olmayan və sınaqdan keçirilməyən qarmaq, laza, sığorta bağı (mühafizə kəməri) istifadə etmək;

ç) oxlu izolyatorlu künc dayaqlarında daxili bucaq tərəfdən qalxmaq və işləmək;

d) dayaqlarda işləyərkən metal konstruksiyaları (oxları, qarmaqları, traversləri və s.) bərabərləşdirmək üçün zərbə alətlərindən istifadə etmək;

e) dayağın yanında başının üstündən iş aparılan və əşyaların yüksəkdən düşmə ehtimalı olan yerlərdə dayanmaq;

ə) tufan yaxınlaşanda küləyin sürəti 15 m/san. olduqda, buzbağlama, qar, yağış yağanda dayaqda işlər aparmaq. Elektrik şəbəkələrində qəza açılmalarını və zədələnmələri aradan qaldıran zaman NHA ilə təyin olunmuş əlavə təhlükəsizlik tələbləri həyata keçirilməlidir.

3.2.13.8. Yuxarıya dırmanmaqla işlərə buraxılan və elektrik təhlükəsizliyi üzrə qrupları olan aşağıdakı briqada üzvlərinə dayağa qalxmağa icazə verilir:

a) elektrik təhlükəsizliyi üzrə qrupu ІІІ-dən aşağı olmayanlara - dayağın başınadək bütün növ işlərə;

b) elektrik təhlükəsizliyi üzrə qrupu ІІ-dən aşağı olmayanlara - gərginliyi çıxarmaqla görülən işlər zamanı – dayağın başınadək, gərginlik altında olan cərəyandaşıyan hissələrdən uzaqda gərginliyi çıxarmadan aparılan işlər zamanı isə 2 m-dən yüksək olmamaqla, bu HX-nin alt naqillərinin səviyyəsinədək;

Bu Qaydanın tələblərinə müvafiq olaraq, dayaqların rənglənməsi üzrə işlər istisna təşkil edir.

3.2.13.9. Ağac və dəmir-beton dayaqlara qalxarkən sığortalayıcı kəndirin qayışını (qoruyucu kəmərin iplərini) dayağın arxasından keçirmək lazımdır.

Dayaqda işləyərkən sığortalayıcı qayışdan (qoruyucu kəmərdən) istifadə etmək və əgər istifadə olunursa, hər iki caynağa dirənmək lazımdır.

Dayağın dirəyində işləyərkən elə yerləşmək lazımdır ki, gərginlik altında olan yaxın naqil nəzərdən qaçmasın.

Oxlu izolyatorları olan dayaqlarda naqillərin dəyişdirilməsi növbə ilə aparılır.

Dayağın detallarını dəyişərkən onların yerinin dəyişməsi və düşməsi istisna olunmalıdır.

3.2.13.10. П və AП şəkilli dayaqların tək və cütləşdirilmiş artırmalarını dəyişən zaman dayağın iki ayağını eyni zamanda qazıb çıxarmaq qadağandır.

Artırmanın quraşdırılmasını dayağın bir ayağında başlamaq lazımdır və yalnız bu ayaqda artırmanı dəyişdikdən, bandajları bərkitdikdən və torpağı döyüb möhkəmləndirdikdən sonra digər ayaqda artırmanın dəyişdirilməsinə başlamaq olar. Cütləşdirilmiş artırmaları növbə ilə dəyişmək lazımdır.

3.2.13.11. Artırmanı çıxaran zaman və yaxud düşürən zaman özül çalasında dayanmaq qadağandır.

3.2.13.12. Dayağın yıxılmasının və qurulmasının üsullarını, əyilməsinin qarşısının alınması üçün onun möhkəmləndirilməsinin vacibliyini və üsullarını işin rəhbəri təyin edir.

3.2.13.13. İzoləedici asmalarda (izolyatorların zəncirəsində) işləyən zaman saxlayıcı birdövrəli və çoxdövrəli (iki və daha çox zəncirəli izolyatorlar) və çəkici çoxdövrəli asmalar üzrə yerdəyişməyə icazə verilir.

Birdövrəli çəkici zəncirə üstündə işləməyə xüsusi qurğudan istifadə etməklə, onlar olmadıqda isə, zəncirə üstündə uzanmaqla və bədən vəziyyətini saxlamaq üçün ayaqlarını traversə ilişdirməklə işləməyə icazə verilir, bu zaman sığortalayıcı qayışdan (qoruyucu kəmərin iplərindən) istifadə etmək zəruridir.

3.2.13.14. Saxlayıcı izoləedici asmalarda işləyən zaman sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin ipləri) traversə bərkidilir. İplərin uzunluğu kifayət qədər deyilsə kəmərə bərkidilmiş iki sığortalayıcı kəndirdən istifadə etmək lazımdır. Kəndirin biri traversə bağlanır, qabaqcadan traversin arxasından keçirilmiş ikinci kəndiri isə sığortalayıcı briqada üzvü lazım olduqca tədricən buraxır.

3.2.13.15. Çəkici izoləedici asmalarda işləyən zaman, sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin ipləri) traversə və yaxud bu məqsəd üçün nəzərdə tutulmuş yardımçı vasitəyə bərkidilir.

3.2.13.16. Saxlayıcı və çəkici çoxdövrəli izoləedici asmalarda sığortalayıcı kəndirin qayışının (qoruyucu kəmərin iplərinin) işlər aparılmayan izolyatorların zəncirələrindən birinə bərkidilməsinə icazə verilir. Bu kəndiri işlər aparılan zəncirəyə bərkitməyə icazə verilmir.

İzoləedici asmanın bölünməsinə gətirib çıxaran nasazlıqlar aşkarlandıqda işlər dayandırılmalıdır.

3.2.13.17. Traversə naqilləri, trosları, izolyatorları qaldıran zaman (və yaxud düşürən zaman), yük qaldırılan traversdə və yaxud bu traversin altındakı dirəkdə yerləşmək qadağandır.

3.2.13.18. Yükün qaldırılma sxeminin seçilməsi və qaldırıcı blokların yerləşdirilməsi elə hesablanmalıdır ki, dayağın zədələnməsinə səbəb ola biləcək təzyiq yaranmasın.

3.2.13.19. Dayağın başına kimi qalxmaqla onun rənglənməsini elektrik təhlükəsizliyinə görə qrupu II və daha yuxarı olan işçi yerinə yetirə bilər.

Dayağı rəngləyən zaman boyanın izolyatorun və naqillərin üzərinə düşməsinin qarşısını alan tədbirlər görülməlidir (məsələn, altlıqdan istifadə edilir, izolyatorlar plyonka, qumaş və ya digər materialla bağlanır).

3.2.13.20. Gərginliyi 6 - 10 кV olan HX və 1000 V-dək olan izolə olunmuş hava xətlərinin naqillərində işlər gərginlik çıxarılmaqla onları layihədə nəzərdə tutulmuş yerlərdə torpaqlanmadan sonra aparılır.

3.2.13.21. Dayaqların torpaqlanmalarının müqavimətini ölçərkən yerdən izolə olunmuş tufandan mühafizə trosunun torpaqlayıcı endirimini ayırmağı və birləşdirməyi trosun ilkin torpaqlanmasından sonra etmək lazımdır.

3.2.13.22. HX-də işləyənlərin en kəsiyi 240 mm2–dən az olmayan naqillər üzrə və en kəsiyi 70 mm2–dən az olmayan troslar üzrə hərəkət etməyə icazə verilir.

3.2.13.23. HX-nin hissələrə bölünmüş naqilləri və trosları üzrə hərəkət edərkən sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin ipləri) onlara bərkidilir, xüsusi arabacıqlardan istifadə edildikdə isə arabacığa bərkidilir.

 

Fəaliyyətdə olan hava xətlərinin kəsişən aşırımlarında işlər

3.2.13.24. Fəaliyyətdə olan HX ilə kəsişən aşırımlarda işləyərkən kəsişən xətlərin hamısından açılmaqla gərginlik çıxarılmalıdır və torpaqlanmalıdır. Müstəsna hallarda kəsişən xətlərdə gərginliyin çıxarılması mümkün olmadıqda, işlər bu Qaydanın 3.2.13.8-ci yarımbəndinin tələblərinə əməl etməklə aparılır.

3.2.13.25. Naqilləri (trosları) quraşdırarkən və dəyişərkən onları asta-asta, təkan vermədən açmaq lazımdır, çəkici kəndirləri elə yönəltmək lazımdır ki, dolaşma və gərginlik altında olan naqillərə yaxınlaşma olmasın. Dartmaq və əks dartmaq üçün bitki mənşəli və ya sintetik liflərdən hazırlanmış kəndirlər istifadə olunmalıdır, onları minimal uzunluqlu seçərək və sallaqsız çəkmək lazımdır.

İşlərdə istifadə olunan troslar və polad kəndirlər torpaqlanmalıdır.

3.2.13.26. Hər bir barabanın naqili (trosu) açılmazdan öncə onun ucu barabanın oymağına birləşdirilməklə torpaqlanmalıdır, barabanın valı isə - barabana yaxın dayağın torpaqlanmasına birləşdirilməlidir.

3.2.13.27. Barabanın naqilini (trosunu) açma arabacığı vasitəsilə açarkən, torpaqlanma bilavasitə naqilin (trosun) tərpənməz ucunda qoyulur.

3.2.13.28. Gərginlik altında olan digər HX ilə kəsişən HX-nin naqillərində işlər icra olunarkən torpaqlanma işlər aparılan dayaqda qoyulmalıdır.

Əgər bu aşırımda naqil asılırsa və ya dəyişdirilirsə, asılan və dəyişilən naqil də torpaqlanmalıdır.

3.2.13.29. HX-nin kəsişmələrinin aşırımlarında, gərginlik altında olan naqillərdən aşağıda yerləşən naqilləri (trosları) və onlara aid izolyatorları və armaturları dəyişərkən, dəyişilən naqil (tros) vasitəsilə yuxarıda yerləşən naqillərin qırılmasının qarşısını almaq üçün üzərindən bitki mənşəli və ya sintetik kəndir atmaq lazımdır. Kəndiri iki yerdən atmaq lazımdır, kəsişmə yerinin hər iki tərəfindən və onların uclarını lövbərə və ya konstruksiyaya bərkitməklə yerinə yetirmək lazımdır. Naqili (trosu) asta-asta qaldırmaq lazımdır.

3.2.13.30. Gərginlik altında olan naqillərdən yuxarıda yerləşən naqillərdə (troslarda) və onlara aid izolyatorlarda və armaturlarda işlər işəgötürən tərəfindən təsdiqlənmiş İİL üzrə yerinə yetirilməlidir. İİL-də naqillərin (trosların) enməsinin qarşısını almaq və işçilərin yönəldilmiş gərginliyin təsirindən mühafizəsi üçün təhlükəsizlik tələbləri nəzərdə tutulmalıdır.

Bu işləri görərkən naqillərin (trosların) dəyişdirilməsi HX-ni kəsən naqillərdən gərginliyi çıxarmaqla, həmçinin onun kəsişmənin aşırımında torpaqlanması yolu ilə yerinə yetirilməlidir.

3.2.13.31. HX-nin dayağında gərginliyi 0,4 кV və 6-10 кV olan naqilləri ilə birlikdə asılmış HX-nin və küçə işıqlandırması xətlərində naqillərin tənzimlənməsi, quraşdırılması və dəyişdirilməsi üzrə işlər gərginliyi 10 kV-dək olan (daxil olmaqla) bütün HX-nin açılması və onların bu Qaydanın 3.1.5-ci yarımbəndinin tələblərinə müvafiq olaraq torpaqlanması yolu ilə yerinə yetirilməlidir.

İşlər naryad üzrə aparılmalıdır, iş icraçısının elektrik təhlükəsizliyinə görə qrupu IV-dən aşağı olmamalıdır.

3.2.13.32. HX və HRX-nin və yayım naqillərinin kəsişmə yerlərində yerinə yetirilən işlər kəsişən xətlərin sahibləri ilə razılaşdırılmalıdır.

 

Hava xətlərində induksiyalanmış gərginlik altında çoxdövrəli elektrik veriliş xətlərində açılmış bir dövrədə aparılan işlər

3.2.13.33. Yönəldilmiş gərginliklər altında HX və HRX–də işləri icra edən müəssisə, açıldıqda və torpaqlandıqda HX-yə təsir edən ən böyük işçi cərəyanda torpaqlanmış naqillərin uclarında (PQ-da) yönəldilmiş gərginlik 25 V–dan yuxarı olan xətləri təyin etməlidir. Bu cür xətlərə HX, HRX və bütün uzunluğu boyu olan və ya 110 kV və daha yuxarı gərginlikli digər HX-nin oxundan ümumi uzunluğu 2 km-dən az olmayan məsafədə keçən ayrıca elektrikləşdirilmiş dəmir yollarının kontakt şəbəkələri aid edilir (bax AZS 587-2011, 3.1. A “Dəmir yolları”):

a) 110 кV gərginlikli HX üçün - 100 m ;

b) 220 кV gərginlikli HX üçün - 150 m ;

c) 330 кV gərginlikli HX üçün - 200 m ;

ç) 750 кV gərginlikli HX üçün - 250 m və daha az.

3.2.13.34. Əsas elektrik mühafizə vasitələrindən istifadə etmədən bu HX naqillərinə toxunma ilə əlaqədar bütün növ işlər texnoloji kartlar və ya İİL üzrə aparılmalıdır. Onlarda iş yerlərində yönəldilmiş gərginliyin 25 V-dan yuxarı olmamasını təmin edən tələblərə görə torpaqlanmaların torpaqlanması göstərilməlidir.

3.2.13.35. Müəssisənin HX-lərə xidmət edən struktur bölmələrində açıldıqdan sonra yönəldilmiş gərginlik altında olan xətlərin siyahısı olmalıdır, bu siyahıda yönəldilmiş gərginliyin qiyməti qeyd olunmalıdır. Bu siyahıların tutulması və onların yenidən tərtib olunmasının dövrülüyü müvafiq qurumların qəbul etdiyi normativ sənədləri ilə təyin olunur. HX-də yönəldilmiş cərəyanın olması naryadın “Ayrıca göstərişlər” sətrində qeyd olunmalıdır.

3.2.13.36. Yönəldilmiş gərginlik altında olan HX-də dayaqdan yerə kimi sallanan naqillərə toxunmaqla yerdən aparılan işlər elektrik mühafizə vasitələrindən (elektrik izoləedici əlcəkləri, elektrik izoləedici ştanqlar) istifadə edilməklə və ya naqillərin potensiallarını tarazlaşdırmaq üçün bu naqillərə birləşdirilən metal meydançadan yerinə yetirilməlidir. Elektrik mühafizə vasitələrindən və metal meydançalardan istifadə etmədən yerdən aparılan işlərə bir şərtlə icazə verilir ki, naqillər hər bir toxunma yerinin bilavasitə yaxınlığında torpaqlansın.

3.2.13.37. Yönəldilmiş gərginlik altında olan HX-də quraşdırma zamanı istifadə olunan naqillər, polad çəkici kəndirlər ilk öncə dartıcı mexanizmə bərkidilməlidir və potensialların bərabərləşdirilməsi üçün naqilin torpaqlandığı torpaqlayıcıya birləşdirilməlidir. Naqili və polad kəndiri onlarda potensiallar tarazlaşdıqdan, yəni onların hər birini ümumi torpaqlayıcıya birləşdirdikdən sonra ayırmaq olar.

3.2.13.38. Yönəldilmiş gərginlik altında olan HX-də quraşdırma işləri apararkən, (naqilləri qaldırmaq, tuşlamaq, gərmək, naqilləri diyircək roliklərdən sıxaclara keçirmək) naqil onun sonuncu anker dayağına diyircəklə aparıldığı dayaqda və naqilin qaldırıldığı hər bir aralıq dayaqda və anker dayağında torpaqlanmalıdır.

3.2.13.39. Aralıq dayaqda işlər qurtardıqdan sonra torpaqlanma bu dayaqdan çıxarıla bilər. Aralıq dayaqda naqilə toxunmaqla işlər yenidən başlayarsa, naqil yenidən bu dayaqda torpaqlanmalıdır.

3.2.13.40. Yönəldilmiş gərginlik altında olan HX-də naqilləri sürüklənən rolikdən saxlayıcı sıxaclara keçirərkən onu sürüklənməyin əks istiqamətində aparmaq lazımdır. Keçirilməyə başlamazdan öncə torpaqlanmış naqilləri anker dayağında keçirilmə aparılacaq tərəfdə saxlamaqla keçirilmə başlayan anker dayağında naqildən torpaqlanma çıxarılmalıdır.

3.2.13.41. Yönəldilmiş gərginlik altında olan HX-də naqilləri quraşdırarkən onlardan torpaqlanmanı yalnız naqili saxlayıcı sıxaca keçirdikdən və həmin dayaqda işlər başa çatdıqdan sonra çıxarmaq olar.

3.2.13.42. Naqilləri sıxaclara keçirərkən keçirilmə başa çatan qonşu anker aşırımını yönəldilmiş gərginlik altında olan kimi hesab etmək lazımdır. Onlarda naqillərə toxunmaqla işlərin aparılmasına onları iş yerində torpaqladıqdan sonra icazə verilir.

3.2.13.43. Mobil qaldırıcı işçi platformasından naqillərdə (troslarda) yerinə yetirilən işlər zamanı, platformanın işçi meydançası, potensialın en kəsiyi 10 mm2 olan elastik mis naqili ilə daşınması üçün xüsusi ştanq vasitəsilə, xəttin naqilinə birləşdirilməlidir, mobil qaldırıcı işçi platforma özü isə torpaqlanmalıdır. Bu zaman naqil yaxın dayaqda və ya aşırımda torpaqlanmalıdır.

3.2.13.44. Naqillərdə (troslarda) işləyərkən qadağan olunur:

a) mobil qaldırıcı işçi platformasını naqillə birləşdirdikdən sonra, mobil qaldırıcı işçi platformasının kabinasına girmək və ondan çıxmaq, yerdə durub platformanın gövdəsinə toxunmaq;

b) sonsuz kəndir qismində metal trosdan istifadə etmək.

3.2.13.45. Anker dayaqlarında ilgəcləri (şleyfləri) yalnız bu dayaqla qonşu anker aşırımında quraşdırma işləri bitdikdən sonra birləşdirmək lazımdır.

110 kV və daha yuxarı gərginlikli HX anker dayağında ilgəclər birləşdirilənədək, naqilə və ya çəkici izoləedici asmaya bərkidilməlidir, amma traversdən başlayaraq dördüncü izolyatordan yaxın olmamaqla, 35 kV və daha aşağı HX-də isə - yalnız naqildə.

3.2.13.46. Əgər yönəldilmiş gərginlik altında olan HX-də (dövrədə) bu gərginliyi 25 V-a kimi azaltmaq mümkün olmursa, o zaman:

a) gərginliyi 0,4-10 кV olan xətlərdə naqillərin iş yerinin iki tərəfindən torpaqlanma yerinə yetirməlidir. Bu zaman, torpaqlanmalar arasındakı məsafə 100 m-dən çox olmamalıdır;

b) gərginliyi 10 kV-dan yuxarı xətlərdə işləri naqilləri yalnız bir və ya iki qonşu dayaqlarda torpaqlamaqla yerinə yetirmək lazımdır. Bu zaman HX-ni (dövrəni) PQ-də torpaqlamaq qadağandır. Briqadanın yalnız torpaqlanma qoyulmuş dayaqlarda və onlar arasındakı aşırımlarda işləməsinə icazə verilir. İki və daha çox aşırımlarında (sahələrində) işlərin aparılması zəruri olduqda, HX-ni (dövrəni) anker dayaqlarında ilgəkləri ayırmaq yolu ilə elektrik cəhətdən əlaqəli olmayan hissələrə bölmək lazımdır. Bu hissələrin hər birində torpaqlanma qoyulan yerin yanında yalnız bir briqada işləyə bilər.

3.2.13.47. Dövrələri biri digərinin üzərində yerləşən çoxdövrəli HX-nin açılmış dövrəsində yalnız bu dövrə gərginlik altında olan dövrələrdən aşağı olduqda işləməyə icazə verilir. Açılmış dövrənin naqillərini dəyişmək və tənzimləmək qadağan olunur.

3.2.13.48. Dövrələri üfüqi yerləşən çoxdövrəli HX-nin açılmış bir dövrəsində işlər aparılarkən dayaqların dirəklərində gərginlik altında qalmış dövrə tərəfdən qırmızı bayraqcıqlar asılmalıdır. Bayraqcıqları yer səthindən 2- 3 m hündürlükdə iş icraçısı elektrik təhlükəsizliyi üzrə qrupu III–dən aşağı olmayan briqada üzvü ilə birlikdə asır.

3.2.13.49. HX-nin dayağına gərginlik altında qalan dövrə tərəfdən qalxmaq və bu dövrəni saxlayan travers sahəsinə keçmək qadağandır. Əgər dayaqlarda addım-boltlar varsa, onların hansı dövrənin altında yerləşməyindən asılı olmayaraq, onların üzəri ilə qalxmağa icazə verilir. Addım-boltlar gərginlik altında qalan dövrələr tərəfdə yerləşirsə, dayağa iş icraçısının və ya elektrik təhlükəsizliyi üzrə qrupu III-dən aşağı olmayan və yer üzərində duran briqada üzvünün nəzarəti altında qalxmağa icazə verilir.

3.2.13.50. Digər dövrələri gərginlik altında qalan çoxdövrəli HX-nin açılmış dövrəsində işləyərkən işlər aparılan bütün dayaqlarda torpaqlanma qoyulmalıdır.

 

Hava elektrik verilişi xətlərinin yollarla kəsişməsi və yaxınlaşması

3.2.13.51. HX, nəqliyyat yolları ilə (dəmir yolları, gəmiçiliyə yararlı çaylar, kanallar və s.) kəsişdiyi sahələrdə işlərin icrası və nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılması zərurəti olduqda və ya onun hərəkəti zamanı HX-də işlərin dayandırılması zamanı naryad verən şəxs işlərin aparıldığı yerə müəssisənin nümayəndəsini - yolun sahibini çağırmalıdır. Bu nümayəndə lazımi müddət ərzində nəqliyyatın dayanmasını təmin etməlidir və ya HX-də işləyən briqadanı yaxınlaşan nəqliyyat barədə xəbərdar etməlidir. Nəqliyyatın buraxılışı üçün hərəkətə maneəçilik törədən HX naqilləri avtomatik hərəkət edən kran, mobil qaldırıcı işçi platforma, naqillər üçün qısqaclı universal ştanqlar və ya başqa vasitələr və qurğuların köməyi ilə təhlükəsiz yüksəkliyə qaldırılmalıdırlar.

3.2.13.52. HX-də, avtomobil yolları ilə kəsişmə sahələrində və ya yaxınlığında işlər zamanı nəqliyyatı və onun hərəkətini idarə edən şəxslərin xəbərdarlığı üçün işin icraçısı müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə uyğun olaraq siqnallamalar və yol işarələri qoymalıdır.

3.2.13.53. Siqnalçılar və yol işarələri kəsişmə yerlərinin hər iki tərəfindən 100 m məsafədə və ya HX-nin yollarla yaxın olan hissəsində yerləşdirilməlidir. Siqnalçıların günorta vaxtı özləri ilə qırmızı bayraqları, günün qaranlıq vaxtı isə qırmızı fənərləri və yüksək görüntüyə malik siqnal geyimləri olmalıdır.

 

Hava elektrik veriliş xətləri trasının ağaclardan təmizlənməsi

3.2.13.54. HX trasının ağaclardan təmizlənməsinə görə işlər (meşə sahələrinin qırılması işləri) müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin tələblərinə uyğun icra olunmalıdır.

3.2.13.55. HX trasının təmizlənməsi və HX naqilləri üçün aşmalar ilə təhlükəli ağacların kəsilməsi naryada görə və meşə sahələrinin qırılması işlərinin ayrıca növləri üçün texnoloji kartlara görə icra olunur.

3.2.13.56. İşlərin icraçısı işə başlamazdan öncə bütün briqada üzvlərini yıxılan ağacların, kanatların və s. HX naqillərinə yaxınlaşması təhlükəsindən xəbərdar etməlidir.

3.2.13.57. Kəsilməyə başlamazdan öncə ağacların naqillərin üzərinə aşmasının qarşısını almaq üçün kanatlar tətbiq olunmalıdır.

3.2.13.58. Ağacları mişarlanma və kəsilmə olmadan, eləcə də sona qədər kəsilməmiş hissənin saxlanılmaması ilə yıxmağa yol verilmir. Əyilmiş ağacları onların əyildiyi tərəfə aşırmaq lazımdır, lakin ağacların HX-ə aşması təhlükəsi zamanı, HX açılmayana qədər onların aşırılmasına icazə verilmir.

3.2.13.59. Ağacın HX naqilləri üzərinə aşması hallarında, HX-dən gərginlik götürülənə qədər ona 8 m-dən az məsafədə yaxınlaşmağa yol verilmir.

 

Gərginliyi 0,4-10 kV olan hava elektrik verilişi xətlərinin yaxınlığında ağacların və budaqların budanması

3.2.13.60. İşlərə rəhbərin təyinatı zərurətini naryad verən müəyyənləşdirir.

3.2.13.61. Fəaliyyətdə olan HX sahibi olmayan işçilərin ağacların qol-budaqlarının budanması işlərinə buraxılışı hazırki Qaydanın 1-ci bölməsinə əsasən aparılır.

3.2.13.62. Ağac və onların budaqlarının 5 m-dən artıq hündürlükdə budanması əksər hallarda mobil qaldırıcı işçi platforma ilə, həmçinin elektrik izoləedici zəncirlə (elektrik izolə edici ilə) aparılır.

Budaqların kəsilməsi söykənən nərdivandan və ağacdan təkdəstəkli mişar vasitəsi ilə və ya yerdən elektrik izoləedici ştanqlarda xüsusi mişar və bağban qayçısı ilə yerinə yetirilir. Ağacda kəsimini bir işçi icra edir.

Nərdivanda və ya ağacda qeyri-dayanıqlı vəziyyətdə olarkən şaxə və budaqları mişarlamaq qadağan olunur.

3.2.13.63. Kəsilməyə sığorta bağının (qoruyucu qayış kəməri) iplə ağaca və ya öncədən ağac gövdəsinə bərkidilmiş pilləkənin tutqacına iplə bərkidilməsindən sonra başlamağa icazə verilir.

3.2.13.64. İşçinin önündə yerləşən budaq və şaxələri kəsməyə icazə verilir.

3.2.13.65. Kortəbii hadisələrin nəticələrinin aradan qaldırılması zamanı və HX naqillərindən aşmış ağac və budaqların götürülməsi, cığırın təmizlənməsi və başqa işlərə müəssisənin müxtəlif struktur bölmələri işçilərinin xətlərin və başqa müəssisələrin sahibkarlarının cəlb olunması müştərək iş növlərinin təhlükəsiz aparılması üzrə əlavə tələblərə uyğun olaraq həyata keçirilməlidir.

3.2.13.66. Ağacların yüksəklikdə şaxə və budaqlarının kəsilməsi zamanı aşağıdakılar qadağan olunur:

a) əyilmiş, quru, çürümüş, yanmış, bataqlıq qruntlarda bitən və ya çılpaq kök sisteminə malik ağaclarda şaxə və budaqların kəsilməsi;

b) sınanmamış və qeyri-inventar nərdivanların istifadəsi;

c) budaq və şaxələrin balta ilə doğranması;

ç) işçinin söykəndiyi sığorta kəmərinin ( qoruyucu kəmər qayışı) ipə bərkidilmiş budaq və şaxələrinin kəsilməsi;

d) şaxə və budaqları kəsilən ağacın altında durmaq;

e) nərdivanın ağacın əyilmə istiqamətində quraşdırılması;

ə) quru və ya çürük budaqlara sığorta bağının (qoruyucu kəmər qayışı) ip ilə bərkidilməsi.

3.2.13.67. Kəsilmədən sonra budaq və şaxələrin təmizlənməsini, üz və göz üçün fərdi mühafizə vasitələrinin istifadəsi ilə icra etmək lazımdır.

 

Hava elektrik verilişi xətlərinə baş çəkmələr və müayinələr

3.2.13.68. HX-ə baxış keçirən zaman hər hansı təmir və ya bərpa işləri yerinə yetirmək, həmçinin dayağa və onun konstruksiyasına qalxmağa icazə verilmir.

Dayağa qalxmağa yalnız hündürlükdən baxış zamanı icazə verilir və naryad üzrə yerinə yetirilir.

3.2.13.69. Çətin keçilən yerlərdə (bataqlıqlarda, su maneələrində, dağlarda, meşə uçqunlarında və s.) və əlverişsiz hava şəraitində (yağışda, qar yağanda, güclü şaxtalarda və s.), həmçinin günün qaranlıq vaxtlarında baxışı elektrik təhlükəsizliyi üzrə qrupu II-dən aşağı olmayan iki işçi aparmalıdır, onlardan biri böyük işçi təyin olunur. Digər hallarda baxışı elektrik təhlükəsizliyi üzrə qrupu II və daha yuxarı olan bir işçi apara bilər.

3.2.13.70. HX-ə baxış keçirən zaman naqillərin altında gəzmək qadağandır.

3.2.13.71. HX-də zədələnmələri axtararkən işçilərin özlərində xəbərdaredici plakatları və onları təhlükəli zonada bərkitmək üçün ləvazimatları olmalıdır.

3.2.13.72. Gərginlik altında olan 6 – 35 kV gərginlikli HX dayaqlarına, qısaqapanma cərəyanının torpağa sızması əlamətləri olduqda (izolyatorlar zədələndikdə, naqillər dayağın dirəyinə toxunduqda, dirəklərdə və dayaqların qruntla bağlanma yerinlərində elektrik qövsləri yarandıqda, rütubət torpaqdan buxarlandıqda və s.), həmçinin, 1000 V-dan yuxarı gərginlikli yerdə qalan HX-nə, 8 m-dən yaxın məsafədə yaxınlaşmaq qadağandır. Bu hallarda naqilin və ya HX-nin dayağının yaxınlığında şəxslərin və heyvanların qapanma yerinə yaxınlaşmasının qarşısını almaq üçün mühafizə təşkil etmək, mümkün olarsa xəbərdaredici nişanlar quraşdırmaq və baş verənlər barəsində HX-nin sahibinə məlumat vermək lazımdır.

 

Küçə işıqlandırılması şəbəkələrinə xidmət

3.2.13.73. Gərginliyi 1000 V-dək olan HX-nin ümumi dayaqlarında naqillər və çıraqlar birgə asıldıqda küçə işıqlandırılması elektrik şəbəkələrində işlər xətlərin sahiblərinin razılığı ilə yerinə yetirilir.

3.2.13.74. Küçə işıqlandırılması elektrik şəbəkəsinə texniki xidmət göstərilərkən və təmir edilərkən (armaturların təmizlənməsi və çıraqların lampalarının dəyişdirilməsi də daxil olmaqla) çıraqlar naqillərdən ən azı 0,6 m aşağıda torpaqlandıqda, ağac dayaqlarda dayaqdan torpaqlanma enməsi olmayan və ya dayağa bərkidilməklə elektrik izoləolunmuş söykəmə nərdivanlarından, işlərin sərəncam üzrə işıqlandırma şəbəkəsini açmadan icrasına icazə verilir.

Digər hallarda HX-nin dayağında asılan bütün naqilləri açmaq və torpaqlamaq və işləri naryad üzrə yerinə yetirmək lazımdır.

3.2.13.75. Qazboşaldıcı lampaların işəsalma-tənzimləmə aparatında işləyərkən, onun çırağın ümumi sxemindən açılmasına kimi ilkin olaraq naqili qidalandıran elektrik şəbəkəsindən açmaq və statik kondensatorları boşaltmaq lazımdır (boşaldıcı rezistorların olmasından asılı olmayaraq).

 

3.2.14. Sınaqlar və ölçmələr

 

Kənar mənbədən yüksəldilmiş gərginlik verməklə elektrik avadanlıqlarının sınağı

3.2.14.1. Elektrik avadanlıqlarının sınağının aparılmasına buraxılan işçilərin əməyin mühafizəsi məsələləri üzrə biliyini yoxlamaq üçün komissiyanın tərkibinə elektrik təhlükəsizliyinə görə qrupu V olan; gərginliyi 1000 V-dan yuxarı elektrik qurğuları üçün və elektrik təhlükəsizliyinə görə qrupu IV-dən az olmayan; gərginliyi 1000 kV-dək olan elektrik qurğuları üçün avadanlıqların sınağı üzrə mütəxəssislər buraxılır.

Elektrik avadanlıqlarının sınağını yerinə yetirən müəssisənin NHA-ya müvafiq vəkaləti olmalıdır.

3.2.14.2. Elektrik avadanlıqlarının sınağını yerinə yetirən iş icraçısı, həmçinin stasionar sınaq qurğularından istifadə etməklə sınağı təkbaşına aparan işçi təcrübəli işçinin nəzarəti altında təcrübə keçməlidir.

3.2.14.3. Elektrik avadanlıqlarının sınağı, o cümlədən səyyar sınaq qurğularından istifadə etməklə elektrik qurğusundan kənarda (fəaliyyətdə olmayan elektrik qurğusunda, anbarlarda, müəssisənin ərazisində və s.) sınağı naryad üzrə icra olunmalıdır.

Fəaliyyətdə olan elektrik avadanlıqlarında sınağa buraxılışı bu Qaydanın 2.8 bölməsinə müvafiq olaraq operativ-təmir heyəti yerinə yetirir, elektrik qurğusundan kənarda isə işlərin rəhbəri və ya iş icraçısı yerinə yetirir.

Avadanlığın quraşdırılması və təmiri üzrə iş prosesində sınaqların keçirilməsi naryadın “Həvalə olunur” sətrində göstərilir.

3.2.14.4. Elektrik avadanlıqlarının sınağını briqada aparır. İş icraçısının elektrik təhlükəsizliyinə görə qrupu IV-dən aşağı olmamalıdır, briqada üzvlərinin elektrik təhlükəsizliyinə görə qrupu III-dən aşağı olmamalı, iş yerinin mühafizəsi həvalə olunan işçinin elektrik təhlükəsizliyinə görə qrupu II və daha yuxarı olmalıdır.

3.2.14.5. Elektrik avadanlıqlarının sınağını aparan briqadanın tərkibinə hazırlıq işləri aparmaq və avadanlıqlara nəzarəti yerinə yetirmək üçün təmir heyətindən xüsusi işlərə buraxılışı olmayan heyət üzvü daxil edilə bilər.

Avadanlığın təmiri və quraşdırılmasını yerinə yetirən briqadanın tərkibinə sınaqları aparmaq üçün elektrik laboratoriyasının və ya sazlama müəssisələrinin işçisi daxil edilə bilər. Bu halda sınaqlara rəhbərliyi iş icraçısı və ya onun göstərişi ilə elektrik təhlükəsizliyinə görə qrupu IV-dən aşağı olmayan elektrik laboratoriyasının və ya sazlama müəssisələrinin işçisi həyata keçirir.

3.2.14.6. Gərginliyi 1000 V-dan yuxarı olan qurğulardan kənarda stasionar sınaq qurğularından (cərəyan daşıyan hissələri bütöv və tor çəpərlə bağlanmış, qapısı isə bloklanmış) istifadə etməklə izolyasiya materiallarının və məmulatlarının (mühafizə vasitələri, izolyasiya hissələri, transformator yağları və s.) sınaqları elektrik təhlükəsizliyinə görə qrupu III-dən aşağı olmayan işçi təkbaşına işlənmiş üsul üzrə cari istismar qaydasında apara bilər.

3.2.14.7. Sınağı keçirilən qurğunun operatorunun iş yeri 1000 V-dan yuxarı gərginlikli qurğudan ayrı olmalıdır. 1000 V-dan yuxarı gərginlikli qurğunun hissələrinə aparan qapının qapı açılarkən sınaq sxemindən gərginliyin çıxarılmasını təmin edən və qapı açıq olduqda gərginliyin verilməsinin qarşısını alan bloklaması olmalıdır. Operatorun iş yerində sınaq gərginliyinin verilməsini xəbər verən, bir-birindən ayrı işıq və səs siqnallaması olmalıdır. Sınaq gərginliyini verərkən operator elektrik izoləedici xalça üstündə durmalıdır.

Səyyar sınaq qurğuları, onların çıxışında gərginlik olduqda avtomatik qoşulan və sınaq gərginliyinin verilməsini xəbərləyən xarici işıq siqnallaması və səs siqnallaması ilə təchiz olunmalıdır.

3.2.14.8. Sınaqlar aparmaq və onlara hazırlıq işləri üçün verilən naryad üzrə işlərə buraxılış yalnız sınaq aparılan avadanlıqda işləyəcək digər briqadaların işçilərini iş yerindən çıxardıqdan və onlar tərəfindən naryad işəburaxana verildikdən sonra yerinə yetirilə bilər.

Daimi operativ heyəti olmayan elektrik qurğularında iş icraçısına briqadanı çıxardıqdan sonra işdə fasilə sənədləşdirib naryadı özündə saxlamağa icazə verilir.

3.2.14.9. Sınağı keçirilən avadanlıq, sınaq qurğusu və onlar arasında birləşdirici naqillər bayır tərəfdən üzərlərində “SINAQ, HƏYAT ÜÇÜN TƏHLÜKƏLİDİR!” yazısı olan plakat lövhələrlə, troslarla çəpərlənməlidir. Çəpərləri sınağı aparan işçilər quraşdırmalıdır.

3.2.14.10. Zərurət yaranarsa, kənar şəxslərin sınaq qurğusuna, birləşdirici naqillərə və sınağı keçirilən avadanlığa yaxınlaşmasının qarşısını almaq üçün briqada üzvlərindən elektrik təhlükəsizliyinə görə qrupu II və daha yuxarı olan mühafizə qoymaq olar. Sınaq zonasını mühafizə edən briqada üzvləri çəpərdən kənarda dayanmalıdırlar və sınağı keçirilən avadanlığı gərginlik altında olan kimi saymalıdırlar. Bu işçilər iş yerini yalnız iş icraçısının razılığı ilə tərk edə bilərlər.

3.2.14.11. Əks ucu bağlı kamerada, KPQ-nin bölməsində və ya otaqda yerləşən HX-ni sınaqdan keçirərkən, qapılarda və ya çəpərləmələrdə “SINAQ, HƏYAT ÜÇÜN TƏHLÜKƏLİDİR!” təhlükəsizlik plakatları asılmalıdır. Əgər çəpərləmənin qapıları bağlanmırsa və ya trasda kabelin damarları ilə hazırlanmış xətt sınağa məruz qoyulursa, plakatları asmaqdan əlavə çəpərləmələrin qapılarında və hazırlanmış kabel damarlarında sınaq zonasını mühafizə üçün elektrik təhlükəsizliyinə görə qrupu II və daha yuxarı olan briqada üzvləri və ya operativ-təmir heyəti düzülməlidir.

3.2.14.12. Sınaq qurğuları və sınağı keçirilən avadanlıqlar müxtəlif otaqlarda və ya PQ-nin müxtəlif sahələrində yerləşdikdə izolyasiyanın vəziyyətinə nəzarəti yerinə yetirən elektrik təhlükəsizliyinə görə qrupu III-dən aşağı olmayan briqada üzvlərinin iş icraçısından ayrı yerləşməsinə icazə verilir. Bu briqada üzvləri çəpərləmədən kənarda yerləşməlidirlər və sınaqlar başlamazdan öncə iş icraçısından məqsədli təlimat almalıdırlar.

3.2.14.13. Sınaqların aparılmasına maneəçilik göstərən torpaqlanmanın çıxarılmasına (torpaqlanma bıçaqlarının açılması) və onların yenidən quraşdırılmasına yalnız işlər rəhbərinin göstərişi üzrə sınaq qurğusunun yüksək gərginlik çıxışını torpaqladıqdan sonra icazə verilir.

Torpaqlanmaların müvəqqəti çıxarılmasına icazə naryadın “Ayrıca göstərişlər” sətrində göstərilməlidir.

3.2.14.14. Sınaq sxemini yığarkən hər şeydən öncə sınaq qurğusunun mühafizə və işçi torpaqlanması yerinə yetirilməlidir və əgər tələb olunarsa, sınağı keçirilən avadanlığın gövdəsinin mühafizə torpaqlanması yerinə yetirilməlidir.

Səyyar qurğu ilə yalnız onun gövdəsini işçi sxemi vasitəsilə torpaqlamaqla sınaqların aparılması qadağandır. Səyyar sınaq qurğusunun gövdəsi en kəsiyi 10 mm2 –dan az olmayan ayrıca elastik mis naqillə torpaqlanmalıdır. Sınaqdan əvvəl gövdənin torpaqlanmasının etibarlılığı yoxlanılmalıdır.

Sınaq qurğusunu 0,4 kV gərginlikli elektrik şəbəkəsinə birləşdirmədən öncə onun yüksək gərginlik girişi torpaqlanmalıdır.

Sınaq sxemlərində torpaqlanma üçün istifadə olunan elastik mis naqilin en kəsiyi 4 mm2-dən az olmamalıdır.

3.2.14.15. Sınaq qurğusunun 0,4 kV gərginlikli şəbəkəyə birləşdirilməsi kommutasiya aparatı vasitəsilə, dövrənin görünən qırılması və ya qurğunun idarətmə yerində yerləşən ştepsel vasitəsi ilə yerinə yetirilməlidir.

Kommutasiya aparatı özbaşına qoşulmağa mane olan quruluşla təchiz olunmalıdır və ya aparatın hərəkətli və tərpənməz kontaktları arasında elektrik izoləedici taxma olmalıdır.

Sınaq qurğusunu 0,4 kV gərginlikli şəbəkədən qidalandırmaq üçün intiqal və ya kabel bu şəbəkədə quraşdırılmış qoruyucu və ya avtomat açarla mühafizə olunmalıdır. Səyyar sınaq qurğusunu şəbəkəyə bu şəbəkələri istismar edən müəssisənin nümayəndəsi qoşmalıdır.

3.2.14.16. Sınağı aparılan avadanlıq və sınaq qurğusunun arasındakı birləşdirici naqil əvvəlcə onun yüksək gərginlik çıxışına birləşdirilməlidir. Bu naqili elə bərkitmək lazımdır ki, gərginlik altında olan cərəyan daşıyan hissələrə yol verilən məsafədən az məsafədə yaxınlaşmasının (yellənməsini) qarşısını almaq mümkün olsun (bu Qaydanın 2 nömrəli əlavəsi).

Sınaq naqilini sınağı aparılan avadanlığın fazasına (qütbünə) və ya kabelin damarına birləşdirməyə və onu ayırmağa iş (sınaqların) rəhbərinin göstərişi ilə torpaqladıqdan sonra icazə verilir.

3.2.14.17. Hər bir sınaq gərginliyi verilməzdən qabaq iş icraçısı diqqət etməlidir:

a) sınaq sxeminin düzgün yığılmasına, işçi və mühafizə torpaqlanmasının etibarlılığına;

b) onların göstərdikləri yerlərdə mühafizə üçün təyin edilmiş briqadanın bütün üzvlərinin və işçilərin olmasına, kənar adamların çıxarılmasına və avadanlığa sınaq gərginliyinin verilməsinə;

c) bütün briqada üzvlərini “GƏRGİNLİK VERİRƏM” sözləri ilə xəbərdar etmək və xəbərdarlığı bütün briqada üzvlərinin eşitdiyinə əmin olunduqdan sonra sınaq qurğusunun çıxışından torpaqlanmanı çıxarmalı və ona gərginlik verməlidir.

3.2.14.18. Qurğunun çıxışından torpaqlanma çıxarıldığı andan bütün sınaq qurğuları sınağı aparılan avadanlıq və birləşdirici naqillər də daxil olmaqla gərginlik altında hesab olunmalıdır və sınaq sxemində və qurğularda, sınağı aparılan avadanlıqda hər hansı birləşdirmə aparmaq qadağandır.

3.2.14.19. Sınaq qurğusunun çıxışına gərginlik verilən andan ona daxil olmaq və ondan çıxmaq, sınağı aparılan avadanlıqda olmaq, həmçinin, yer üstündə duraraq sınaq qurğusunun gövdəsinə toxunmaq qadağandır.

3.2.14.20. Kabellərin sınağını və onların yandırılmasını elektrik qurğusunun (elektrik stansiyasının, yarımstansiyanın, bölmələrin və s.) torpaqlama qurğusu olan tərəfindən həyata keçirmək lazımdır.

Torpaqlama qurğuları olmadıqda bu işlərin aparılmasına müstəsna hallarda müəssisənin rəhbərinin icazəsi ilə yol verilir.

3.2.14.21. Sınaqlar başa çatdıqdan sonra iş icraçısı sınaq qurğusunun gərginliyini sıfıra kimi azaltmalı, onu qidalandırıcı şəbəkədən açmalı, qurğunun çıxışını torpaqlamalı və bu barədə “GƏRGİNLİK ÇIXARILIB” sözləri ilə briqadaya xəbər verməlidir. Yalnız bundan sonra naqilləri birləşdirmək və ya sınaq tam qurtardıqda onları sınaq qurğusundan ayırmaq və çəpərləmələri çıxarmaq olar.

Əhəmiyyətli dərəcədə tutumlu avadanlıqların (kabellərin, generatorların) sınağından sonra onlarda torpaqlanma bıçaqlarını, kondensatorların boşaldılması üçün qurğuları qoşmaqla, boşaldıcı ştanqlardan istifadə etməklə, həmçinin generatorun və sınaq qurğusunun elektrik avadanlıqlarının çıxış kabellərini torpaqlamaqla qalıq yük çıxarılmalıdır.

 

Ölçmələr aparmaq üçün elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla işlər

3.2.14.22. Elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla işləyərkən elektrik izoləedici əlcəklərdən və fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır.

3.2.14.23. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla işləyərkən işləri, ölçmələri elektrik təhlükəsizliyinə görə qrupu III-dən aşağı olmayan bir işçi apara bilər. Gərginliyi 1000 V–dan yuxarı olan elektrik qurğularında elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla işləyərkən ölçmə işlərini naryad və ya sərəncam üzrə iki işçi aparmalıdır: birinin elektrik təhlükəsizliyinə görə qrupu IV-dən, ikincisinin isə, elektrik təhlükəsizliyinə görə qrupu III-dən aşağı olmayan, işçi (o, operativ-təmir heyətindən ola bilər) olmalıdır.

3.2.14.24. Elektrik ölçü kəlbətinləri ilə HX-nin dayağından işləmək qadağandır. Elektrik izoləedici ştanqlarla ölçmələr aparmaq üçün işlərin yerdən aparılmasına üstünlük verilir.

3.2.14.25. Oxlu və asma izolyatorların ölçü ştanqları ilə sınağı üçün işləri ən azı iki nəfər işçi aparmalıdır: biri elektrik təhlükəsizliyinə görə qrupu IV-dən, digəri isə elektrik təhlükəsizliyinə görə qrupu III-dən aşağı olmayan işçi olmalıdır. Konstruksiyalara və ya mobil qaldırıcı platformaya qalxmaq, həmçinin ondan düşmək ştanq olmadan yerinə yetirilməlidir.

Hətta tək ölçmələr zamanı işlər dayaq konstruksiyalarından və mobil qaldırıcı işçi platformadan istifadə etməklə naryad üzrə aparılmalıdır.

 

Xətlərin impulslu ölçənləri ilə işlər

3.2.14.26. İmpulslu ölçənləri elektrik verilişi xətlərinə birləşdirməyə yalnız açılmış və torpaqlanmış HX-də icazə verilir. Birləşdirməni aşağıdakı ardıcıllıqla yerinə yetirmək lazımdır:

a) ilk öncə birləşdirici naqil impulslu ölçənin torpaqlanmış naqillərinə (mühafizə qurğusundan gedən) birləşdirilir, bundan sonra elektrik izoləedici ştanq vasitəsilə HX-nin naqilinə birləşdirilir. Birləşdirici naqili HX-yə birləşdirən ştanqlar xəttin naqillərində qalmalıdır. Ştanqlarla işləyərkən elektrik izoləedici əlcəklərdən istifadə etmək lazımdır.

b) HX-dən torpaqlanma impulslu ölçən birləşdirilən ucda çıxarılır. Zərurət yaranarsa torpaqlanmaları yoxlamalar aparılan HX-nin digər uclarında da çıxarmağa icazə verilir. HX-dən torpaqlanma çıxarıldıqdan sonra birləşdirici naqil, mühafizə qurğusu və ona gələn naqillər gərginlik altında olan hesab olunur. Onlara toxunmaq qadağandır.

Ölçmələr aparıldıqdan sonra torpaqlanmalar impulslu ölçənlərin naqillərindən çıxarılır.

3.2.14.27. İmpulslu ölçmənin naqillərini elektrik izoləedici ştanq vasitəsilə HX-yə birləşdirməni elektrik təhlükəsizliyinə görə qrupu IV-dən aşağı olmayan operativ-təmir heyəti yerinə yetirir.

İmpulslu ölçəni artıq HX-nin stasionar naqilinə birləşdirilmiş stasionar kommutasiya aparatı vasitəsilə qoşmağı və ölçmələri aparmağı təkbaşına operativ-təmir heyəti və ya sərəncam üzrə elektrik təhlükəsizliyinə görə qrupu IV-dən aşağı olmayan laboratoriya işçisi apara bilər.

3.2.14.28. HX-lərdə ölçmələr qurtardıqda aşağıdakı tədbirləri görmək zəruridir:

a) impuls ölçəni açmaq;

b) HX-ni torpaqlamaq;

c) impuls ölçəninin üfürülməsini torpaqlamaq;

ç) ştanqı HX-nin naqilindən çıxarmaq;

d) ştanqı impuls ölçənin naqilindən çıxarmaq.

 

Meqaommetrlərlə işlər

3.2.14.29. İzolyasiyanın müqavimətinin meqaommetrlə ölçülməsini elektrik təhlükəsizliyi üzrə III-dən aşağı olmayan qrupa malik bir işçi yerinə yetirə bilər.

3.2.14.30. İzolyasiyanın müqavimətinin meqaommetrlə ölçülməsini öncədən torpaqlanma qoymaqla qalıq yükü çıxarılmış, açılmış cərəyan daşıyan hissələrdə yerinə yetirmək lazımdır. Cərəyan daşıyan hissələrdən torpaqlanmanı yalnız meqaommetr qoşulduqdan sonra çıxarmaq lazımdır.

3.2.14.31. Cərəyan daşıyan hissələrin izolyasiyasının müqavimətini meqaommetrlə ölçərkən birləşdirici naqilləri onlara izoləedici tutucular (ştanq) vasitəsilə birləşdirmək lazımdır. 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında bundan əlavə elektrik izoləedici əlcəklərdən istifadə etmək lazımdır.

3.2.14.32. Meqaommetrlə işləyərkən onun birləşdiyi cərəyan daşıyan hissələrə toxunmaq qadağandır. İşlər qurtardıqdan sonra cərəyan daşıyan hissələrdən qalıq yükünü qısaqapanma torpaqlanması vasitəsilə çıxarmaq lazımdır.

3.2.14.33. İzolyasiyanın müqavimətinin meqaommetrlə ölçülməsi iş həcminə daxil edildikdə bu ölçmələri naryad və ya sərəncamla həvalə etmək tələb olunmur.

 

3.2.15. Dispetçer və texnoloji idarəetmə vasitələri (DTİV)

 

3.2.15.1. Aparat otağında yerləşən qurğularda DTİV aparatının qoşulmasını və açılmasını, həmçinin təmirini elektrik təhlükəsizliyi üzrə qrupu III-dən aşağı olmayan bir işçi edə bilər.

3.2.15.2. Döşəmədə KRX və HRX giriş və giriş-sınaq dirəklərinin, məsafədən idarəetmə dirəklərinin, gərginliyi avtomatik tənzimləmə dirəklərinin, cərəyan bölüşdürücü dirəkl%