AKTIN NÖVÜ
Təhsil Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
06.02.2020
QEYDİYYAT NÖMRƏSİ
KQ-02
ADI
“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.02.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15202002060002
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.02.2020
“Ūmumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

06.02.2020

Qeydiyyat nömrəsi

KQ-02

Adı

“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

14.02.2020

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15202002060002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

13.02.2020

 

 

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “(yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla)” sözləri “(məktəbdaxili qiymətləndirmənin)” sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası” üzrə:

1.2.1. adında “(yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla)” sözləri “(məktəbdaxili qiymətləndirmənin)” sözləri ilə əvəz edilsin;

1.2.2. 1.1-ci bənddə “(yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla)” sözləri “(məktəbdaxili qiymətləndirmənin)” sözləri ilə əvəz edilsin və “maddəsinə” sözündən sonra “və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə” sözləri əlavə edilsin;

1.2.3. 1.3-cü bənddə “attestasiyası” sözündən sonra “(məktəbdaxili qiymətləndirmə)” sözləri əlavə edilsin;

1.2.4. 2.1-ci bənddən “, o cümlədən maraq və motivasiyasının” sözləri çıxarılsın;

1.2.5. 4.21-ci bənd ləğv edilsin;

1.2.6. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

“6. Qiymətləndirmənin nəticələrinə yenidən baxılması

6.1. Summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar (onların valideynləri və ya digər qanuni nümayəndələri) qiymətin bu Qaydanın 4.20-ci və 5.4-cü bəndlərində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər.

6.2. Təhsilalanın (onun valideyninin və ya digər qanuni nümayəndəsinin) şikayətində göstərilən hallar (sualın tərtibatında və ya balların hesablanmasında yol verilmiş səhvlər) öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:

6.2.1. qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılır və nəticələrə dəyişiklik edilir;

6.2.2. qiymətləndirmənin nəticələri ləğv edilir və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil edilir.

6.3. Təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada aparılır.

6.4. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndərilir.

6.5. Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayan təhsilalanların (onların valideynləri və ya digər qanuni nümayəndələri) müraciətlərinə ümumi təhsil müəssisəsinin tabeliyindən asılı olaraq yerli təhsili idarəetmə orqanları və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılır. Şikayətdə göstərilən hallar öz təsdiqini tapdıqda, bu Qaydanın 6.2.1-ci və ya 6.2.2-ci yarımbəndlərində göstərilən tədbirlərin görülməsi barədə ümumi təhsil müəssisəsinə tapşırıq verilir. Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda, təhsilalana (onun valideyninə və ya digər qanuni nümayəndəsinə) bu barədə əsaslandırılmış cavab göndərilir.”.

2. Nazirliyin aparatının Hüquq şöbəsinə (A.Cəfərov) tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Nazirliyin aparatının Ümumi və məktəbəqədər təhsil şöbəsi (V.Yaqublu) və Təhsilin inkişafı proqramları şöbəsi (N.Hüseynova) bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

4. Nazirliyin aparatının İnformasiya şöbəsi (E.Məmmədov) bu qərarın təhsil müəssisələrinə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Qərarın icrasına nəzarət nazir müavini İ.İsayevə həvalə edilsin.

 

Kollegiyanın sədri,

Nazir

 

Ceyhun Bayramov

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status