AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.02.2020
QEYDİYYAT NÖMRƏSİ
43
ADI
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18-02-2020, Nəşr Nömrəsi: 36), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2020, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 194)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.03.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202002170043
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.02.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 191.5-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.7-ci maddələrinə uyğun olaraq, bu Qərarın 1-ci hissəsi ilə “2202100009” və “2202991902” alt yarımmövqeləri üzrə malların hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,1 manatı, “220300” yarımmövqeyi üzrə malların hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,05 manatı, “220820”, “220830”, “220840”, “220850”, “220860” və “220870” yarımmövqeləri və “2208 90 110 0 - 2208 90 780 9 (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” alt yarımmövqeləri üzrə malların hər litrinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 0,2 manatı, “2402100009”, “2402900003”, “2402900009” alt yarımmövqeləri və “240220” yarımmövqeyi üzrə malların 1000 ədədinə görə müəyyən edilmiş aksiz dərəcəsinin 1,5 manatı vergi ödəyiciləri tərəfindən icbari tibbi sığorta fonduna ödənilir”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” üzrə:

1.2.1. “2202 10 000 9” və “2202 99 190 2” alt yarımmövqelərinə aid sətirlərin “Mal mövqelərinin adları” sütunundan “alkoqolsuz” sözü çıxarılsın və həmin sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “3,0” rəqəmləri “3,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. “2203 00” yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “1,7” rəqəmləri “1,9” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. “2204 (2204 10 110 0 və 2204 30 100 0 istisna olmaqla)” və “2205” mal mövqelərinə, “2206 00” yarımmövqeyinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “3,5” rəqəmləri “3,6” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. “2204 10 110 0” alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “5,0” rəqəmləri “5,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. “2207 10 000 0”, “2208 90 910 0” və “2208 90 990 0” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “4,0” rəqəmləri “5,2” rəqəmləri ilə əvəz edilsin;

1.2.6. “2208 20” yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “10,0” rəqəmləri “7,2” rəqəmləri ilə əvəz edilsin;

1.2.7. “2208 30”, “2208 40”, “2208 50”, “2208 60”, “2208 70” yarımmövqelərinə və “2208 90 110 0 - 2208 90 780 9 (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “10,0” rəqəmləri “11,2” rəqəmləri ilə əvəz edilsin;

1.2.8. “2208 90 690 1” və “2208 90 780 1” alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

 

2208 90 690 1

tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilər

1 litr üçün

1,9 manat

2208 90 780 1

tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilər

1 litr üçün

1,9 manat

 

1.2.9. “2402 10 000 9” və “2402 90 000 3” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “20,0” rəqəmləri “31,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.10. “2402 20” yarımmövqeyinə və “2402 90 000 9” alt yarımmövqeyinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “28,0” rəqəmləri “39,0” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 17 fevral 2020-ci il

    № 43

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status