AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.07.2020
QEYDİYYAT NÖMRƏSİ
236
ADI
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04-07-2020, Nəşr Nömrəsi: 127), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 966)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202007030236
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.07.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

“1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”;

1.4. 1.10-cu bənddən “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə “Çağrı Mərkəzinə” sözlərindən sonra “, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin.

2. Müəyyən edilsin ki, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı: [2]

2.1. 2020-ci il 5 sentyabr saat 00:00-dan 2020-ci il 7 sentyabr saat 06:00-dək, 2020-ci il 12 sentyabr saat 00:00-dan 2020-ci il 14 sentyabr saat 06:00-dək, 2020-ci il 19 sentyabr saat 00:00-dan 2020-ci il 21 sentyabr saat 06:00-dək, 2020-ci il 26 sentyabr saat 00:00-dan 2020-ci il 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır; [3]

2.2. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 15 sentyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. [4]

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 3 iyul 2020-ci il

                   № 236

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 iyul 2020-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 iyul 2020-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 976)

2.       17 iyul 2020-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 986)

3.       4 avqust 2020-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 avqust 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1096)

4.       29 avqust 2020-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2020-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1128)

5.       12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2020-ci il, № 185, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1209)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2020-ci il, № 185, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1209) ilə ləğv edilmişdir.

 

[2] 8 iyul 2020-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 iyul 2020-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 976) ilə 2-ci hissəsində “, Goranboy, Göygöl şəhərlərinin” sözləri “şəhərlərinin” sözü ilə əvəz edilmişdir və “Xaçmaz” sözündən sonra “, Goranboy, Göygöl” sözləri əlavə edilmişdir.

17 iyul 2020-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2020-ci il, № 139) ilə 2-ci hissənin mətnindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılmışdır.

4 avqust 2020-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 avqust 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1096) ilə Qərarın 2-ci hissəsinin mətnində “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə əvəz edilmişdir.

 

29 avqust 2020-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2020-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1128) ilə mətnində “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə əvəz edilmişdir.

 

[3] 17 iyul 2020-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 986) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

2.1. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;

 

29 avqust 2020-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2020-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1128) ilə  2.1-ci bənd yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

“2.1. 2020-ci il 8 avqust saat 00:00-dan 2020-ci il 10 avqust saat 06:00-dək, 2020-ci il 15 avqust saat 00:00-dan 2020-ci il 17 avqust saat 06:00-dək, 2020-ci il 22 avqust saat 00:00-dan 2020-ci il 24 avqust saat 06:00-dək, 2020-ci il 29 avqust saat 00:00-dan 2020-ci il 31 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;

 

[4] 17 iyul 2020-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 986) ilə 2.2-ci bənddə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilmişdir.

 

4 avqust 2020-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 avqust 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1096) ilə 2.2-ci bənddə “5 avqust” sözləri “31 avqust” sözləri ilə əvəz edilmişdir.

 

29 avqust 2020-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2020-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1128) ilə 2.2-ci bənddə “31 avqust” sözləri “15 sentyabr” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status