AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
19.05.2020
QEYDİYYAT NÖMRƏSİ
105-VIQD
ADI
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 08-07-2020, Nəşr nömrəsi: 130), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2020, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 825)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202005190105
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.07.2020
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 79; 2009, № 6, maddə 400, № 7, maddə 517; 2016, № 3, maddələr 394, 421; 2017, № 7, maddə 1310; 2019, № 1, maddə 31) 19-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 19.4-cü maddədə “Azərbaycan Respublikasının Prezidentinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

2. 19.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“19.5. İllik hesabata aşağıdakılar daxildir:

19.5.1. Fondun illik maliyyə hesabatları;

19.5.2. iştirakçı bankların reyestri.”.

3. 19.6-cı maddədə “mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatların” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il

№105-VIQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status