AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.06.2020
QEYDİYYAT NÖMRƏSİ
223
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli, “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 13 avqust tarixli 275 nömrəli, “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 4 nömrəli və “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01-07-2020, Nəşr Nömrəsi: 124), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2020, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 813)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.07.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202006290223
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.07.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli, “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 13 avqust tarixli 275 nömrəli, “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 4 nömrəli və “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli 42 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1032; 2014, № 1, maddə 69; 2016, № 2 (II kitab), maddə 361, № 11, maddə 1951; 2017, № 7, maddə 1486; 2018, № 4, maddə 834, № 6, maddə 1366, № 11, maddələr 2455, 2461) ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.5-ci bənddə “müvafiq yerli icra hakimiyyəti orqanına (bundan sonra – MYİHO)” sözləri “tikintiyə icazə verən orqana (quruma)” sözləri ilə və “MYİHO-nun” sözü “həmin orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

1.2. 2.7-ci, 2.8-ci, 2.9-cu, 2.12-ci bəndlərdə, 2.14-cü, 2.15-ci və 2.22-ci bəndlərin birinci cümlələrində, 2.28-ci bəndin birinci və ikinci cümlələrində, 2.39-cu (ikinci halda) və 2.41-ci bəndlərdə ismin müvafiq hallarında “MYİHO” akronimi ismin müvafiq hallarında “tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.3. 2.14-cü bəndin üçüncü və 2.15-ci bəndin ikinci cümlələrində, 2.17-ci, 2.18-ci və 2.39-cu (birinci halda) bəndlərdə ismin müvafiq hallarında “MYİHO” akronimi ismin müvafiq hallarında “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.

2. “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1009; 2016, № 2 (II kitab), maddə 362; 2018, № 8, maddə 1817) aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzas 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;

2.2. həmin Qərarla təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları” üzrə:

2.2.1. 1.10-cu bəndin ikinci cümləsində “Müvafiq yerli icra hakimiyyəti orqanı (bundan sonra – MYİHO)” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

2.2.2. 2.6-cı bəndin birinci (hər iki halda), 2.8-ci bəndin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində, 2.9-cu və 2.12-ci bəndlərdə, 2.14-cü və 2.16-cı bəndlərin birinci cümlələrində, 2.22-ci bənddə və 2.23-cü bəndin birinci cümləsində ismin müvafiq hallarında “MYİHO” akronimi ismin müvafiq hallarında “tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

2.2.3. 2.6-cı bəndin ikinci, 2.8-ci bəndin birinci (birinci halda) və ikinci (birinci halda), 2.14-cü bəndin üçüncü, 2.16-cı bəndin ikinci cümlələrində və 2.21-ci bənddə ismin müvafiq hallarında “MYİHO” akronimi ismin müvafiq hallarında “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1133; 2019, № 5, maddə 948) ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın 1.5-ci bəndinə “yerli icra hakimiyyətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 56; 2017, № 3, maddə 514; 2018, № 7 (II kitab), maddə 1646; 2019, № 2, maddə 358) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “yerli icra hakimiyyəti orqanı” sözlərindən sonra “, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik” sözləri əlavə edilsin;

4.2. 3.1.1-ci yarımbənddə “yerli icra hakimiyyəti orqanı” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.3. 3.1.2-ci yarımbənddə “yerli icra hakimiyyəti orqanı” sözləri “istismara icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.4. 3.1.2.2-ci yarımbəndə (hər iki halda) “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin;

4.5. 3.1.4-cü yarımbəndə “Yerli icra hakimiyyəti orqanı” sözlərindən sonra “, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik” sözləri əlavə edilsin;

4.6. 4.2-ci bəndin birinci cümləsində “Yerli icra hakimiyyəti orqanı” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə və ikinci cümləsində “yerli icra hakimiyyəti orqanına” sözləri “tikintiyə icazə verən orqana (quruma)” sözləri ilə əvəz edilsin;

4.7. 4.2-1-ci və 4.2-2-ci bəndlərin birinci cümlələrində ismin müvafiq hallarında “yerli icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “tikinti barədə məlumatlandırılan orqan (qu­rum)” sözləri ilə əvəz edilsin;

4.8. 4.3-cü bəndin birinci cümləsində “yerli icra hakimiyyəti orqanına” sözləri “tikintiyə icazə verən orqana (quruma)” sözləri ilə və ikinci cümləsində “Yerli icra hakimiyyəti orqanı” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.9. 4.7-ci bənddə “yerli icra hakimiyyəti orqanları” sözləri “istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum)” sözləri ilə və “nəzərdə tutulmuş sənədləri” sözləri “və 4.2-2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları” sözləri ilə əvəz edilsin;

4.10. 4.8-ci bəndin birinci cümləsinə “yerli icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə mövcud tikinti obyektlərinə münasibətdə)” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 57, № 11, maddə 1417; 2016, № 6, maddə 1193, № 10, maddələr 1725, 1743; 2017, № 4, maddə 636, № 6, maddə 1219, № 10, maddə 1882; 2018, № 1, maddə 139; 2018, № 11, maddə 2454; 2019, № 7, maddə 1311, № 12, maddə 2074) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.5-ci bəndin birinci cümləsində “orqanları” sözü “orqanlarının, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin (bundan sonra – müvafiq orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

5.2. 3.18.1-ci yarımbənddə “yerli icra hakimiyyəti orqanı” sözləri “müvafiq orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

5.3. 5.14-cü bəndə “bələdiyyəyə,” sözündən sonra “Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin qərarı əsasında hazırlandığı halda həmin Agentliyə,” sözləri əlavə edilsin;

5.4. 5.16-cı bəndin birinci cümləsində “yerli icra hakimiyyəti orqanı” sözləri “müvafiq orqan (qurum)” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 29 iyun 2020-ci il

    № 223

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status