AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.08.2020
QEYDİYYAT NÖMRƏSİ
278
ADI
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 05-08-2020, Nəşr Nömrəsi: 150), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2020, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1096)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.08.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202008040278
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.08.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 6.1-ci bəndində “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə və “5 avqust” sözləri “31 avqust” sözləri ilə əvəz edilsin;

1.3. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış aşağıdakı qaydada həyata keçirilir:

1.2.1. aşağıdakı şəxslər xidməti vəsiqələri əsasında:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;

3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri; [1]

4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda;

6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

1.2.2. aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında:

1. bu Qərarın 1.2.1-ci yarımbəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları;

2. “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri;

3. bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin işçiləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri;

4. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

1.2.3. kənd təsərrüfatı məhsullarının toplanılması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar (o cümlədən ezamiyyə barədə məlumatlar) işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslər barəsində məlumatlar isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə olunmaqla “icaze.e-gov.az” portalına daxil edilməklə.”;

1.4. 1.3-1.12-ci bəndlər ləğv edilsin;

1.5. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr”in 6.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.8-ci bənd əlavə edilsin:

“6.8. çimərliklərin fəaliyyəti (hovuzlar, su attraksionları, idman oyunu yerləri və onların ərazisində olan ictimai iaşə obyektlərində yerində xidmət istisna olmaqla).”.

2. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarının 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. çimərliklərin fəaliyyəti.”.

3. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. mətnində “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə əvəz edilsin;

3.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin;

“2.1. 2020-ci il 8 avqust saat 00:00-dan 2020-ci il 10 avqust saat 06:00-dək, 2020-ci il 15 avqust saat 00:00-dan 2020-ci il 17 avqust saat 06:00-dək, 2020-ci il 22 avqust saat 00:00-dan 2020-ci il 24 avqust saat 06:00-dək, 2020-ci il 29 avqust saat 00:00-dan 2020-ci il 31 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”;

3.3. 2.2-ci bənddə “5 avqust” sözləri “31 avqust” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Koronavirus (COVID-19) pandemiyası dövründə çimərliklərdə fəaliyyətin təşkilinə dair Tələblər”i təsdiq etsin.

5. Müəyyən edilsin ki, çimərliklərin fəaliyyəti bu Qərarın 4-cü hissəsi ilə təsdiq edilən Tələblərə və “Çimərlik və su istirahət mərkəzlərində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”in tələblərinə uyğun təşkil olunur.

6. Bu Qərar 2020-ci il 5 avqust saat 06:00 tarixindən qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 4 avqust 2020-ci il

    № 278


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2020-ci il, № 185, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1209)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2020-ci il, № 185, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1209) ilə 1-ci və 3-cü hissələri ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status