AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.08.2020
QEYDİYYAT NÖMRƏSİ
291
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 13-08-2020, Nəşr Nömrəsi: 158), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2020, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1108)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.08.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202008120291
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.08.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 829; 2018, № 11, maddə 2429, № 12 (II kitab), maddə 2739; 2019, № 12, maddə 2099) ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bənddə “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə əvəz edilsin;

1.2. 5-ci hissə üzrə:

1.2.1. adında, 5.1-ci, 5.2-ci, 5.3-cü, 8.2-ci bəndlərində, 5.1.1-ci yarımbəndinin birinci və ikinci cümlələrində, 5.1.2-ci, 5.1.4-5.1.7-ci, 5.2.1-ci, 5.2.2-ci yarımbəndlərində “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə əvəz edilsin;

1.2.2. 5.1.3-cü yarımbənddə “isə təkrar orta ixtisas” sözləri “təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə” sözləri ilə əvəz edilsin;

1.2.3. 5.3.1-ci yarımbənddə “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə və hər iki halda “ali (orta ixtisas)” sözləri “ali (orta ixtisas və ya yüksək texniki peşə)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2749; 2019, № 3, maddə 517; 2020, № 2, maddələr 183, 199; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bəndə “tam orta,” sözlərindən sonra “yüksək texniki peşə,” sözləri əlavə edilsin;

2.2. 1.3-cü bənddə “təhsili” sözü “təhsil pilləsi, habelə yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil” sözləri ilə əvəz edilsin;

2.3. 2.1.2-ci yarımbəndə “tam orta,” sözlərindən sonra “yüksək texniki peşə,” sözləri və ikinci halda “orta ixtisas” sözlərindən əvvəl “yüksək texniki peşə,” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 12 avqust 2020-ci il

    № 291

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status