AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.08.2020
QEYDİYYAT NÖMRƏSİ
296
ADI
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18-08-2020, Nəşr Nömrəsi: 162), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2020, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1113)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.08.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202008150296
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.08.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin sayı 13 (on üç) nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri;

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekoloji siyasət şöbəsinin müdiri;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının hüquq məsələləri şöbəsinin müdiri;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi.

2. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 540; 2006, № 2, maddə 195; 2014, № 7, maddə 913; 2017, № 4, maddə 623; 2018, № 11, maddə 2424) ləğv edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 15 avqust 2020-ci il

    № 296

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status